Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə37/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   33   34   35   36   37   38   39   40   ...   164

 
 
Aran, TT 09214/3 lütessens, TT 09214/3-1 lütessens, Z 2009/1-1 (Aran x Umanka), Z 2009/2-1 
(Murov x Aran) və həmçinin introduksiya olunmuş yumşaq buğdalardan isə Bezostaya -1, 
Sönməz,  Doka,  Vassa, Tanya,  Nota, Trap  sortlarının iştirakı  ilə  alınmışdır.  Belə ki,  bu 
sortlar  bitkinin  boyuna,  sünbülün  uzunluğuna,  sünbüldə  dənin  sayına,  sünbüldə  dənin 
kütləsinə və 1000 dənin kütləsinə görə donor kimi seleksiyada istifadə oluna bilər.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Абдуллаев  А.М.,  Мусаев  А.Дж.,  Талаи  Дж.М.  «Современное  состояние  селекции 
пшеницы  в  Азербайджане»,  /Materials  of  İnternational  scientific  conference,  “Genetic 
Resources of cultural plants and their use in Agriculture”, Scientific works, Тбилиси, 2008, 
с.69-71 
2.
 
Абдуллаев  А.М.  «Оценка  адаптационной  ценности  перспективных  сортов  озимой 
мягкой  пшеницы  в  условиях  Карабахской  изменности».  /  Международная  Научная 
конференция  «Селекция  и  генетика  сельско-хозяйственных    растений:  Традиция  и 
перспективы» Одесса, 2012, с.5-6 
3.
 
N.Y. Seyidəliyev  «Genetika, seleksiya və toxumçuluq». Bakı: Elm-2010, 394 s. 
4.
 
F.H.Qurbanov «Kənd təsərrüfatı bitkilərinin seleksiyası və toxumçuluğu». Bakı: Araz-2011, 
382 s. 
5.
 
Əliyev C.Ə. İdeal buğda bitkisi // Kənd təsərrüfatı elmləri xəbərləri jurnalı, Bakı, 1982, №5 
6.
 
Musayev  Ə.C.,  Hüseynov  H.S.,  Məmmədov  Z.A.  «Dənli  taxıl  bitkilərinin  seleksiyası 
sahəsində tədqiqat işlərinə dair tarla təcrübələrinin metodikası», “Müəllim” nəşriyyatı, 2008, 
88s. 
7.
 
Musayev  Ə.C.,  Abdullayev  A.M.  Yumşaq  buğdanın  növdaxili  F

  hibridlərində  təsərrüfat 
qiymətli əlamətlərin irsi xüsusiyyətləri. // 2000-1-2, Azərbaycan Aqrar Elmi, s.28 
8.
 
Грицай  Т.И.,  Беспалова  Л.А.,  Воробьева  Р.А.  Оценка  коллекционных  образцов  по 
качеству  зерна.  –  Проблемы  увеличения  и  стабилизации  производства 
высококачественного зерна в России / Тезисы докладов / КНИИСХ. – Краснодар, 1998 
9.
 
Лукьяненко П.П. – Избранные труды. – М.: Колос, 1990 
10.
 
Вавилов Н.И.  Селекция как наука. М. Госиздат, 1934, с.16 
11.
 
Омаров Д.С.  К методике учета и оценки гетерозиса растений. / С.-х. Биология. 1975, 
Т.10, №1. с.123-128  
12.
 
Beil G.M., Atkins R.E. Inheritance of Quanitative Characters in Grain Sorgh.// Lower State 
Journal of Science. 1965, v.39, №3, p.321-324. 
 
 
ИЗУЧЕНИЕ НАСЛЕДОВАНИЯ КОЛИЧЕСТВЕННЫХ ПРИЗНАКОВ У 
ВНУТРИВИДОВЫХ ГИБРИДОВ МЯГКОЙ ПШЕНИЦЫ ПЕРВОГО (F
1

ПОКОЛЕНИЯ 
 
Б.Б.НАЗАРОВ 
Азербайджанский НИИ Земледелия 
 
В  статье  отражены  результаты  изучения  наследования  количественных  признаков 
первого  (F
1
)  поколения.  В  частности  выявлено  что,  большинствo  количественных 
признаков наследуется по типу доминирования и сверхдоминирования. 
 
 
 
 
 


 
 
STUDY OF INHERITANCE OF QUANTITATIVE SIGNS AT INTRASPECIFIC 
HYBRIDS OF BREAD WHEAT OF THE FIRST (F
1
) GENERATIONS  
 
B.B.NAZAROV 
Azerbaijan Research İnstitute of Crop Husbandry  
 
In  article  have  given  results  of  studying  of  inheritance  quantitative  signs  at  first  (F
1

generations.  In  particular  it  is  revealed  that,  the  majority  of  quantitative  signs  is  inherited  as 
domination and superdomination. 
 
UOT 633:1:633 /635:631.52. 
 
YUMŞAQ BUĞDANIN NÖVDAXİLİ BİRİNCİ NƏSİL (F
1
) HİBRİDLƏRİNDƏ 
VEGETASİYA MÜDDƏTİNİN TƏDQİQİ 
 
B.B.NƏZƏROV 
(Dissertant) 
Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutu, Tərtər BTS
AZ 4351 Tərtər rayonu, Zolgörən kəndi, Tel: 0506115152; E-mail: n.bahruz@mail.ru 
 
Məqalədə  2013-2014-cü  tədqiqat  ilində  yumşaq  buğdanın  növdaxili  birinci  nəsil  (F
1

hibrid  kombinasiyalarında  vegetasiya  müddətlərinin  tədqiqinə  dair  nəticələr  qeyd olunmuşdur. 
Tədqiqatın  nəticəsində  yumşaq  buğdanın  56  növdaxili  hibrid  kombinasiyasında  yetişkənlik 
valideyn  formalarla  müqayisəli  öyrənilərək,  heterozis  və  dominantlıq  dərəcəsi  müəyyən 
edilmişdir. 
 
Açar sözlər: yumşaq buğda, seleksiya, sort, kombinasiya, heterozis, dominantlıq, irsiyyət, 
hibrid, xətt, depresiya, valideyn forma, tezyetişən 
Ключевые  слова:  мягкая  пшеница,  селекция,  сорт,  комбинация,  гетерозис, 
доминирование,  наследование,  гибрид,  линия,  депрессия,  родительская  форма, 
скороспелый 
Key words: bread wheat, breeding, variety, combination, heterozis, domination, heredity, 
hybrid, line, depression, parental form, early mature 
Vegetasiya  müddəti  seleksiyanın  vacib  əlamətlərindən  olmaqla  hər  bir  sortun  genotipik 
xüsusiyyəti  və  konkret  iqlim  şəraitinə  reaksiya  norması  ilə  müəyyənləşir.  Yəni,  vegetasiya 
günlərinin  sayı  iqlim  şəraitindən  və  becərmə  amillərinin  təsirindən asılı  olaraq  dəyişir.  Birillik 
kənd  təsərrüfatı  bitkilərinin  vegetasiya  dövrü  toxumların  cücərməsindən  yeni  toxumların 
yetişməsinə qədər olan dövr hesab olunur. 
Q.V.Ustimenko,  M.İ.Şerbakov  və  F.M.Kupermanın  fikirlərinə  görə  taxıl  bitkilərinin  tam 
vegetasiya  dövrü  bir-birini  ardıcıl  olaraq  əvəz  edən  və  sıx  qarşılıqlı  əlaqədə  olan  fenoloji 
fazalardan  ibarətdir  ki,  bunların  başlanmasını  morfoloji  əlamətlərinə  görə  müəyyən  etmək  olar 
[1;  2].  Hər  bir  fazanın  başlanması  həmin  fazaya  35  %-dən  az  olmayaraq  bitkinin  daxil  olduğu 
gündən, tam faza isə bu fazaya 75%-dən az olmayaraq bitki daxil olduqda qeyd edilir. Məlumdur 
ki,  taxıl  bitkilərində  aşağıdakı  inkişaf  fazaları  mövcuddur:  -cücərmə,  kollanma,  boruyaçıxma, 
sünbülləmə, çiçəkləmə və yetişmə (süd, mum, tam). 
A.İ.Nosatovski  göstərmişdir  ki,  cücərtilərin  alınması  və  kollanma  fazasının  davam  etmə 
müddəti  torpaqda  olan  qida  maddələrindən,  nəmlikdən,  hava  şəraitindən  və  sortun  bioloji 
xüsusiyyətlərindən asılıdır. Kollanma fazasında reproduktiv orqanların özülü qoyulur. Bir qayda 
olaraq kollanma dövründə şərait nə qədər əlverişli olarsa məhsuldarlıq və keyfiyyət bir o qədər 
yüksək  olar  [3].  Boruya  çıxma  fazası  torpaq  səthindən  3-5  sm  yuxarıda,  ilk  düyünün  əmələ 
gəlməsi zamanı qeyd edilir və taxıl bitkilərində gövdənin böyüməsi ilə səciyyələnir. Sünbülləmə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə