Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi


ИССЛЕДОВАНИE ВЕГЕТАЦИОННОГО ПЕРИОДА У ВНУТРИВИДОВЫХ



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə40/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   36   37   38   39   40   41   42   43   ...   164

 
 
 
ИССЛЕДОВАНИE ВЕГЕТАЦИОННОГО ПЕРИОДА У ВНУТРИВИДОВЫХ 
ГИБРИДОВ ПЕРВОГО (F
1
) ПОКОЛЕНИЯ 
 
Б.Б.НАЗАРОВ 
АзНИИ Земледелия 
 
Изучение наследования вегетационного периода у внутривидовых гибридов первого 
(F
1
)  поколения  позволило  установить  наличие  или  отсутствие  эффекта  фенотипической 
доминантности  изучаемого  признака.  В  частности  выявлено  что,  у  гибридов  признак 
раннеспелости  в  большинствe  случаев  наследуется  по  типу  полного  доминирования  и 
сверхдоминирования. 
 
 
STUDY OF THE VEGETATIVE PERIOD AT INTRASPECIFIC HYBRIDS OF THE 
FIRST (F
1
) GENERATIONS AZERBAIJAN RESEARCH İNSTITUTE OF CROP 
HUSBANDRY 
 
B.B.NAZAROV 
 
Studying  of  inheritance  of  the  vegetative  period  at  intraspecific  hybrids  of  the  first  (F
1

generations  has  allowed to  establish  presence  or  absence  of  phenotypical  domination  a  studied 
sign.  In  particular  it  is  revealed  that,  the  early  ripeness  is  in  most  cases  inherited  as  full 
domination and superdomination. 
 
 
UOT 638.14.03 
 
ƏKİN  LƏRGƏSİ 
 
A.İ.ƏSƏDOVA 
AMEA Genetik Ehtiyatlar Institutu, Azadlıq pros. 155,  
Bakı-1106. e.mail:almas58@ box.az 
 
Əkin lərgəsi təsərrüfat əhəmiyyətli, quraqlığa və zərərvericilərə davamlı, məhsuldar ərzaq 
və  yem  bitkisidir.  Azərbaycanda  cox  az  öyrənilmişdir.  Yerli  torpaq  iqlim  şəraitinə  uyğun  yerli 
sortların  olmaması  baxımından  yeni  sortların  yaradılması  çox  vacibdir.  Dənli  paxlalıların 
məhsuldarlıq  və  digər  əlamətlərinin  potensialının  hərtərəfli  öyrənilməsi  onlardan  seleksiyada 
genetik mənbə kimi istifadə olunmasına imkan verir.  
 
Açar sözlər: əkin lərgəsi, kolleksiya, məhsul, çiçəkləmə, sortnümunə 
Ключевые слова: чина посевная, коллекция, урожайность, цветение, сортообразец 
Key word: grass pea, collection, yield, flowering, samples  
 
Əkin lərgəsi (Lathyrus sativus L.) qədimdən becərilən bitkilərdəndir. Onların toxumlarının 
qalıqları  müxtəlif  tarixi  epoxalara  aid  olmaqla  arxeloji  qazıntılar  zamanı  tapılmışdır.  Qədim 
Misirdə  Gebelen  və  Dra-Abu-Negganın  qəbirlərindən  neolit  dövrünə  aid  lərgə  toxumları 
tapılmışdır. Avropa kontinentinə isə lərgə daş dövründən məlumdur. Müasir Bosniya ərazisində 
Aggtelek  və  Lengyol  mağaralarında  yaşayan  sakinlər  lərgədən  istifadə  etmişdilər.  Kiçik 
Asiyanın qədim Troiya yanında Yaffay və Yerusəlim arasında aparılan arxeloji qazıntılar zamanı 
da lərgə toxumları tapılmışdır. Qədim Romada bunlar cicercila adı ilə yaxşı tanınırdı. Romalılar 


 
 
müxtəlif  lərgə  formalarını  öküzlərin  yemi  üçün  becərirmişlər.  Bu  bitki  Hindistan  və 
Əfqanıstanda da eramıza qədər becərilirmiş [2, 3, 5]. 
Orta  Avropaya  lərgə  XVI  əsrdə  gətirilmişdir.  Rusiyaya  nə  vaxt  gətirildiyi  məlum  deyil. 
Bəzi tarixi mənbələrə görə Gürcüstanda hələ Amerikanın kəşfinə qədər lərgə becərilirmiş. Belə 
hesab  edirlər  ki,  bu  bitki  Rusiyanın  avropa  hissəsinə  “moldaviya  noxudu”  adı  altında  daxil 
olmuş, Ukrayınanın şərqində, Donda və şımali-şərqdə geniş yayılmışdır.  
Dünya əkinçiliyində lərgə digər dənli paxlalara nisbətən axrıncı yerlərdən birini tutmaqla 
becərilmə  sahəsi  500-800  min  hektar    təşkil  edir.  Bu  rəqəm  Rusiyada  10  min  hektardır. 
Respublikamızda  da  lərgədən  çox  geniş  olmasa  da  çoxdan  istifadə  olunur.  Hələ  XX  əsrin 
əvvələrində ölkəmizdə lərgənin əkin sahəsi 700 hektar təşkil edirmiş. 
Əkin lərgəsi öz-özünü tozlayan az halda  isə çarpaz tozlanandır. Bu da lərgənin çiçəyinin 
tərkibində  nektarın  olması  və  çiçəkləmə  mərhələsində  bal  arısını,  eşşək  arısını  və  digər 
entomtozlandırıcıları  cəlb  etməsi  ilə  əlaqədardır.  Lərgənin  çarpaz  tozlanmasına  cənub 
rayonlarında daha çox rast gəlinir. Bu vaxt təsadüfi təbii hibridləşmə də müşahidə olunur. 
Tədqiqat işi GEİ-nin Abşeron Elmi Tədqiqat Bazasında aparılmışdır. Tədqiqatda müxtəlif 
ekoloji-coğrafi  qrupa  aid  50  sortnümunə  öyrənilmişdir.  Bunlardan    24  nümunə  İCARDA-dan 
alınmış, 26 nümunə isə yerli formalardır. Əkin enli cərgəli olmaqla  5x5 m ləklərdə aparılmışdır. 
Ləklərdə  cərgəarası      45  sm,  bitkilərarası  məsafəsi  isə  10  sm  olmuşdur.  Əkin  lərgəsinin 
vegetasiyası dövründə fenoloji müşahidələr aparılaraq, fenofazalar arası müddət qeyd edilmişdir.  
Əsas  fazalar  və  fazalararası  müddət:  çıxış,  çiçəkləmə,  meyvə  əmələgəlmə,  yetişmə,  həmçinin 
çıxış-tam çiçəkləmə, tam çiçəkləmə-yetişmə arası müddət öyrənilmişdir. Yığım paxlaların 90% 
yetişməsi zamanı əl ilə aparılmışdır. 
Əkin  lərgəsinin  inkişafında  çıxış–tam  çiçəkləmə  arasındakı  müddət  çox  dəyişmir.  Bu 
müddət  həm  yerli,  həm  də  introduksiya  olunmuş  formalarda  da  elə  çox  dəyişməmişdir. 
F.L.Zalkindinin (1937) göstəricilərinə görə lərgənin vegetasiyasında çıxışdan çiçəkləməyə qədər 
olan  müddət  demək  olar  ki,  çox  dəyişmir  və  bu  mərhələnin  davam  etməsi  ən  tez  və  ən  gec 
yetişənlərdə 10-16 gün təşkil edir. Çıxışdan çəçəkləməyə qədər olan müddətin davam etməsinin 
əkin şəraitindən asılılığını əks etdirən rəqəmlərin dəyişməsinə tez və gec yetişən formalarda  rast  
gəlinmişdir. 
Lərgə  kserofit  olmasına  baxmayaraq  çiçəkləmə  dövründə  kifayət  qədər  rütubət  və  istilik 
tələb  edir  [4].  Çiçəkləmənin  davam  etməsi  rütubətli  havanın  uzanmasına  və  quraqlığın 
qısalmasına görə dəyişərək 15-20 gün və daha çox çəkir. Beləliklə müəyyən miqdar çiçək paxla 
əmələgəlmədən tökülür. Buna xırda toxumlulara nisbətən orta və iri toxumlu formalarda az rast 
gəlinir.  N.P.Jarkov  və  İ.S.Travin  (1969)  hesab  edirlər  ki,  lərgənin  çiçəkləmə  fazasının  uzanma 
vaxtı çox dəyişir və bu əkilmə müddətndən asılı deyil. Bu mərhələnin uzanmasında əsas faktor 
rütubət və temperaturdur. 
Əkin  lərgəsində  çiçəkləmə  aşağı  budaqlardan  başlayıb  yuxarıya  doğru  gedir.  Hər  bir 
budaqda  hər  gün  1-2,  iki  çiçəkli  formalarda  isə  2-4  çiçək  açmağa  başlayır.  Əsasən  çiçəkləmə 
günün birinci yarısında, saat 9-dan 14-ə kimi davam edir. Bu da bal və eşşək arılarının lərgənin 
əkin sahəsinə daha çox daxil olduğu vaxtdır. Gecə isə çiçəklər bağlı olur. Qapalılıq 18-19 saat 
çəkir.  Günəşli  gündə  çiçəklər  4-10  saat arasında,  ən  yaxşı  halda  9  saat  açılır.  Tutqun  günlərdə 
gec,  qısa  müddətə,  yağışlı  günlərdə  isə  heç  açılmır.  İntensiv  çiçəkləmə  üçün  temperatur  20
0
C-
dən  az  olmamalıdır.  Lərgənin  çiçəkləmə  və  yetişmə  mərhələsində  temperaturun  aşağı  düşməsi 
onlara dərhal təsir edərək vaxtı gecikdirir.  
Bizim  tədqiqatımızda  İCARDA-dan  alınmış  nümunələrdə  ilk  çiçəkləmədən    tam 
çiçəkləməyə qədər günlərin sayı 7-9 gün, tam çiçəkləmədən çiçəkləmənin başa çatmasına qədər 
olan  günlərin  sayı  15  gün    olmuşdur.  Yerli  formalarda  isə  bu  müvafiq  olaraq  6  və  26  gün 
olmuşdur. İntroduksiya olunmuş nümunələr xırda toxumlu tezyetişən, yerli formalar orta irilikdə 
toxumlu  olmaqla  orta  yetişəndir.    Yerli  formalar  İCARDA-dan  alınmış  nümunələrdən  gec 
yetişməsinə baxmayaraq məhsuldar və stres faktorlara davamlı olmuşlar. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə