Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə42/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   38   39   40   41   42   43   44   45   ...   164

 
 
təşkil edir. Eyni zamanda arpa Avropa (Çex Respublikası, Slovakiya, Almaniya, Polşa, Avstriya, 
İsveç, Danimarka, Belçika, Hollandiya, Böyük Britaniya, Fransa), Şimali Amerika və Asiyada da 
geniş sahələrə malikdir.  
 S.I. Levştanovun məlumatına görə, dünyada arpa məhsulunun  illik kəsiri 18 milyon tona 
çatır [1].  
Respublikamız mürəkkəb torpaq-iqlim şəraitinə malik olduğundan, onun müxtəlif bölgələri  
üçün, qeyri əlverişli hava şəraitlərinə tolerantlı, yüksək məhsul vermə qabiliyyətinə malik arpa 
sortlarının əkilib becərilməsi, olduqca vacibdir [2; 3]. 
Digər taxıllara nisbətən arpanın təbiətin stres amillərinə qarşı davamlılığının daha yüksək 
olması  bu  bitkinin  ölkəmizin  istənlilən  bölgəsində  becərilməsinə  imkan  yaradır  ki,  bu 
respublikamızda arpa bitkisinə olan marağı günbəgün artırır [4]. Ölkəmizdə əsasən payızlıq arpa 
becərilir. Heyvandarlığın inkişafında yem bazası və sənaye ehtiyacına əsasən arpaya ölkəmizdə 
geniş və sabit tələbat vardır. Lakin son illərdə istehsalın müəyyən səbəblərdən qeyri sabit olması 
bu tələbatın tam ödənilməməsinə gətirib çıxarır. 
Arpa  stres amillərinə davamlılığına görə başqa dənli taxıl bitkilırinə nisbətən daha yüksək 
potensiala  malikdir.  Yeni  yüksək  məhsuldar  sortların  və  gübrələrin  tətbiqi,  yüksək  əkinçilik 
mədəniyyəti  bu  bitkinin  məhsuldarlığının  əhəmiyyətli  artımını  təmin  edir.  Lakin  arpanın 
məhsuldarlığı, xüsusən də məhsulun formalaşdığı dövrdə müxtəlif xəstəliklərin təsirindən  xeyli 
azala bilir.  
Seleksiyanın  köməyi  ilə  yeni  davamlı  və  məhsuldar  sortların  yaradılması  kənd 
təsərrüfatında  qarşıya  qoyulan  vacib  məsələlərdən  biridir.  Davamlı  və  məhsuldar  sortların 
yaradılması üçün isə zəngin başlanğıc materialın olması  vacibdir [5].  
Dənli  taxıl  bitkilərində  məhsulun  nəzərəçarpacaq  itkisi  bitkilərin  xəstəliklərlə  güclü 
sirayətlənməsi  hesabına  baş  verir.  Bitkilər  həyat  tsiklinin  bütün  mərhələlərində  çoxsaylı 
parazitik mikroorqanizmlərlə qarşılaşır-  toxumlar çox sayda xəstəlik törədici mikroorqanizmlər 
yaşayan torpaqda cücərir, -bitkilərin yerüstü hissələri  hava axını və yağış damlaları ilə gətirilən 
göbələk sporları və bakteriya hüceyrələri ilə  inokulyasiya olunur və s.  
Bitkilərin  generativ  və  vegetativ  orqanlarının  xəstəliklər  səbəbindən  zədələnməsi 
məhsuldarlığın aşağı düşməsinə birbaşa təsir edir ki, nəticədə ən azı  10-15 % məhsul itkisi baş 
verə bilir. Xəstəlik təkcə məhsul itkisinə deyil həm də keyfiyyətin aşağı düşməsinə səbəb olur.  
Arpa  becərilməsində tətbiq edilən intensiv texnologiyalar xəstəliklərə qarşı mübarizənin 
ayrılmaz  hissəsidir.  Buna  səmərəli  üsullar,  seleksiya  və  toxumçuluq,  aqrotexniki  və  xüsusilə 
mövsüm  ərzində  xəstəliklərin  inkişafını  məhdudlaşdıran  fiziki,  kimyəvi,  bioloji  və  mexaniki 
tədbirlər aiddir.  
Xəstəliklərə  daha  effektiv  və  iqtisadi  cəhətdən  əlverişli  mübarizə  metodu  davamlı 
sortların seleksiyasıdır [6]. Bu həmçinin də xəstəliklərin qarşısının alınmasının ekoloji cəhətdən 
təmiz və ən səmərəli  üsulu hesab edilir. 
Qarabağın  suvarma  zonasının  son  dərəcə  spesifikliyi  burada  daha  plastik  sortların 
becərilməsini zəruri edir [5].  
Yuxarıda  deyilənləri  nəzərə  alaraq,  ətraf  mühitin  əlverişsiz  şəraitinə  və  xəstəliklərə 
davamlı  sortnümunələrdən  ibarət  ilkin  materialın  seçilməsi  və  onun  əsasında  yeni  davamlı 
sortların  yaradılması  məqsədi  ilə  Elmi-Tədqiqat  Əkinçilik  İnstitutunun  Tərtər  Bölgə  Təcrübə 
Stansiyasında  (BTS)  tədqiqat  işi  aparılmışdır.  Tədqiqat  müddətində  yerli  və  eyni  zamanda 
beynəlxalq  tədqiqat  mərkəzi  ICARDA-dan  introduksiya  olunmuş  1500–dən  artıq  sortnumünə 
öyrənilmişdir. Səpin optimal müddətdə yəni,  oktyabr ayının III ongünlüyündə metodik göstərişə 
uyuğun olaraq aparılmışdır  [7]. Kolleksiya pitomnikində  səpin, sahəsi 1 m
2
 olan ləklərdə 300 
dən  hesabı  ilə  aparılmışdır.  Standart  kimi  götürülmüş    Qarabağ  7  hər  20  ləkdən  bir  standart 
olaraq  yerləşdirilmişdir.  Tədqiq  olunan  materialların  xəstəliklərə  davamlılıqları  yerli 
populyasiyalara təbii sirayətlənmənin qiymətləndirilməsi yolu ilə müəyyən edilmişdir. Seçilmiş 
ən  yaxşı  sortnümunələr  daha  geniş  sahədə,  50  m
2
  olmaqla  2  və  4  təkrarda  yenidən  tədqiq 
edilmişdir.  


 
 
Tədqiqat  zamanı  Yuxarı  Qarabağın  suvarma  zonasında  ən  geniş  yayılmış  xəstəliklər 
müəyyənləşdirilmiş  və  bu  aqro–iqlim  zonasında  tədqiqat  materialının  sirayətlənmə  dərəcəsi 
qiymətləndirilmişdir.  Tədqiqat  illərində  arpanın  cirtdan  pas,  kök  çürüməsi,  sarı  pas  və  s.  kimi 
başqa xəstəliklərinin geniş yayılması müşahidə olunmamışdır. Müəyyən edilmişdir ki, bu zonada 
ən cox yayilan xəstəliklər unlu şeh (Blumeria graminis (Dc.) Speer f. Hordei), surmə (Ustilago 
hordei  (Pers).  Lagerh.)  və  helmitosporioz  (Fusarium  graminearum)  xəstəlikləridir.  Bu 
xəstəliklərin yaranması səbəbi mövsüm ərzində əlverişli rütubət və temperaturun olmasıdır.  
Xəstəliklərə  davamlılıq  Avropa  ölkələrində  geniş  tətbiq  olunan  N.Smilakoviçin  (1966),  
A.L.Sari və J.M.Presskotun (1983) tərtib etdikləri 9 ballı  şkala əsasında  müəyyən edilmişdir [8-
10].  Bu  müddətdə  sortnümunələrdən  xəstəliklərə  kompleks  davamlı  olanlar  seçilmiş  və 
kolleksiya  materialına  daxil  edilmişdir.  Tədqiqat  nəticəsində  kompleks  davamlılığına  görə 
seçilmiş arpa sortnümunələrinin beş ilə görə orta  göstəriciləri cədvəldə göstərilmişdir. 
 
Kompleks davamlılığına görə seçilmiş arpa sortnümunələri (2008-2012-ci illər) 
Cədvəl                                                                  
Sortnümunənin adı 
Unlu 
şeh, bal 
Toz 
surmə, bal 
Daş 
sürmə, 
bal 
Helmintospo 
rioz, bal 
Orta 
məhsuldar 
lıq, s/ha 
Qarabağ-7  

0.02 
0.02 

41,2 
Nutans  45/95 




44,3 
Nutans40/88-1 

0.01 


46,3 
Nutans27/11 




43,8 
Nutans046/21 




45,8 
Erektum 175/2 




45,0 
Nutans47/91 




47,2 
Erektum 14/01 


0.01 

43,7 
Nutans03/1 




43,3 
Nutans04/1 




46,3 
Nutans 071/2 




60,8 
Nutans 146/91 

0.01 


63,0 
Nutans 121/79 

0.01 


65,0 
Nutans95/01  

0.1 


65,9 
Nutans 81/91 

0.01 


60,6 
Nutans 135/91 

0.1 


67,2 
Nutans97/3 

0.1 


67,2 
Nutans56/91 

0.01 


63,5 
Nutans92/127 




70,7 
Nutans67/91 




69,6 
Qarabağ 33 




67,5 
Nutans68/92  

0.01 


64,3 
Nutans80/90-1 




65,6 
Nutans97/184 

0.01 


66,8 
Nutans79/13м-1 




62,4 
Nutans0208/1 

0.1 


65,0 
 
Göründüyü kimi tədqiq edilən nümunələrdən hec biri  bütün xəstəliklərə tam müqavimət 
göstərməmişdir.  Lakin  sortnümunələrin  bu  və  ya  digər  xəstəliklərə  zəif  sirayətlənmə  dərəcəsi 
məhsuldarlığa kəskin təsir etməmişdir.  Seçilmiş sortnümunələr sabit xəttlər olduğundan onların 
həm  valideyn  forma  kimi  istifadəsi,  həm  də  geniş  sahələrdə  sort  sınağının  keçirilməsi 
məqsədəmüvafiq hesab edilir.  
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə