Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə41/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   37   38   39   40   41   42   43   44   ...   164

 
 
Paxlaların  formalaşma  faizi  iri  və  orta  dənli  formalara  nisbətən  xırda  dənlilərdə  yüksək 
olur  və  bu  qrup  seleksiya  üçün  qiymətli  tədqiqat  materialı  hesab  olunur.  Paxlalar əsasən  aşağı 
çiçəklərdən əmələ gəlir, yuxarı çiçəklər isə quruyub tökülür. Formalaşma çiçəklərdə sürətlə gedir 
və  10-14  gün  sonar  paxla  normal  uzunluqda  olur,  25-35  gün  sonar  isə  yetişir.  Meyvə  əmələ 
gətirməyən çiçəklərdə hərdən paxlanın formalaşması müşahidə olunsa da 5-7 gün sonra quruyur. 
İCARDA-dan alınmış nümunələrdə 9-10 gün sonra paxla formalaşaraq 32 gün sonra yetişmişdir. 
Yerli  formalarda  isə  8-9  gün  sonra  paxla  formalaşsa  da    yetişmə  36  gündən  sonar  olmuşdur. 
Beləliklə,  kolleksiyanı  zənginləşdirmək  üçün  İCARDA-dan  alınmış  xırda  toxumlu  tezyetişən 
formalardan  seleksiya  işlərində  istifadə  etməklə  yerli  iqlim  şəraitinə  uyğun  yeni  tezyeişən 
sortların alınması yemçilik üçün çox vacibdir. 
Əkin lərgəsinin öyrənilməsində, eləcə də istənilən kənd təsərrüfatı bitkilərində əsas maraqlı 
kriteryalardan  biri məhsuldarlıqdır ki, bu da təbii münbit torpaq, zonanın spesifik hava şəraiti, 
qəbul  edilmiş  texnologiya  və  yetişdiriləcək  sortdan  asılıdır.  Əkin  lərgəsinin  bir  tərəfdən 
yetişdiriləcək  şəraitlə  qarşılıqlı  münasibət  qanunauyğunluğu,  digər  tərəfdən  isə  bitkinin  şəraitə 
tələbatının  və  bioloji  xüsusiyyətinin  tam  öyrənilməsi    daha  çox  bu  şəraitə  uyğun  sortların 
yetişdirilməsi  məhsuldarlıqda  əsas  şərtlərdən  biridir.  Öyrənilən  nümunələr  arasında  
məhsuldarlıq  introduksiya  olunmuş  nümunələrə  nisbətən  yerli  formalarda  yüksək  olmuşdur. 
Yerli  formalarda  bu  göstərici  400-500  qr\m
2
  olduğu  halda  İCARDA-dan  alınmış  nümunələrdə 
40-150 qr\m
2
 olmuşdur.  
Son  illərdə  istiləşmənin  təsiri  nəticəsində  güclü  iqlim  dəyişkənliyi  qeyd  olunur.  Böyük 
ərazilərin  hamısı  dövrü  quraqlığın  təsirinə  məruz  qalır.  Bununla  əlaqədar  olaraq  əkinçilik 
quraqlığa  davamlı  dənli  paxlalıların  becərilmə  arealının  genişləndirilməsini  tələb  edir.  Bu 
paxlalılardan biri ölkəmiz üçün maraqlı olan əkin lərgəsidir (Lathyrus sativus L.). Qeyri-ənənəvi 
bitkilərə aid  edilərək əkin lərgəsi istər dünyada, istərsə də respublikamızda az becərilmiş onun 
bioloji və məhsuldarlıq potensial imkanları qiymətləndirilməmişdir. Bu da bitkinin kifayət qədər 
bioloji  xüsusiyyətinin  və  əkin  texnologiyasının    öyrənilməməsi  ilə  bağlıdır.  Buna  görə  də  əkin 
lərgəsinin aqrobioloji xüsusiyyətlərinin hərtərəfli tədqiq olunması xüsusi ilə aktualdır.  
Bütün bu deyilənlər bizim tədqiqatımızda da əsas olaraq götürülmüş və yerli formalardan 
fərdi  və  kütləvi  seçmə  yolu  ilə  müasir  dövr  üçün  quraqlığa,  stres  faktorlara,  xəstəlik  və 
zərərvericilərə  davamlı  (introduksiya  olunmuş  nümunələrdən  çox  davamlı),  yüksək  məhsuldar 
formalar seçilərək seleksiya  işlərində istifadə olunur. Bu nümunələrdən buri də LASA 5-59-dur 
ki, bu  yeni ZİRVƏ sortu adı altında bu il sınaqdan keçirilməsi üçün  Seleksiya Nailiyyətlərinin 
Sınağı  və  Mühafizəsi  üzrə  Dövlət  Kommisiyasına  təqdim  olunmuşdur.  Bitkinin  boyu  100-120 
sm  (suvarma  şəraitində),  1000  dənin  kütləsi  20,2-23,1  qr,  paxlanın  ölçüsü  4,0-1,3  sm,  paxlada 
dənin sayı 3-4 ədəd, dəninin zülallığı 24,93-25,12%, məhsuldarlığı isə 22 s\h təşkil edir.  
 
ƏDƏBİYYAT  
 
1.Əsədova  A.İ.  Lərgə  bitkisinin  toplanması  və  öyrənilməsi.  /  I  beynəlxalq  elm 
konf.Biom.GE. Bakı 27-28 iyun, 2006, s.33. 
2. Васильев Г.Н. Чина посевная.-М.:1953, c.88. 
3. Золкинд Ф.М. Чина.- Москва. Седьхозгиз, 1953, с. 144. 
4.  Дорофев  В.Д.,  Лаптев  Ю.П.,  Чекалин  Н.М.  Цветение,  опыление  и  гибридизация 
растений.-М.: Агропромиздат, 1990, с. 69. 
5. Bell E.A.  Lathyrus neurotoxin: history and overview /E.A.Bell // The Grasspea: Threat 
and promise . Proceedings of the international Network for the improvement of  Lathyrus 
sativus  and  Eradication  of  Lathyrism.  Third  Wored  Medical  Resarch  Foundation.-  NEW 
YORK, 1989, p. 86-87. 
6.  Zohary,D.,  M,Hort    Domestication  of  plants  in  the  Old  World  //  New  York  :  Oxford 
University Press, 2000, p.314.   
 


 
 
 
ЧИНА ПОСЕВНАЯ 
А.И. АСАДОВА 
 
Институт Генетических Ресурсов НАНА 
 
Чина  является  ценной  и  полезной  растительной  пищей  с  бытовыми  значениями, 
устойчива к засухе, вредителям и болезням. В Азербайджане она очень мало изучена. Так, 
как  нет  никакого  местного  сорта,  соответствующего  местным  почвенно-климатическим 
условиям.  Поэтому  изучение  разнообразия  с  целью  создания  новых  сортов  является 
целесообразным. Всестороннее изучение потенциала урожайности и других показателей у 
образцов  зернобобовых  культур  из  Национального  генбанка  позволяет  уточнить 
возможности их использования в селекции как генетических источников. 
 
 
GRASS PEA 
A.I. ASADOVA 
 
ANAS Institute of Genetic Resources 
 
Grass  pea  is  a  precious  and  fruitful  food  plant  with  a  household  importance,  resistant  to 
drought, to pest and diseases. This plant has not been studied widely in the Republic. Since there 
is  no  local  variety  corresponding  to  local  soil  climatic  conditions,  creation  of  new  varieties  is 
advisable. Detail ed study of potential opportunities of food legumes  accessions from  Wational 
Genbank makes possible the use of them as donors in breeding. 
 
 
UOT 633/635;631.52;633.1  
 
YUXARI QARABAĞIN SUVARMA ZONASINDA 
SELEKSİYA ÜÇÜN XƏSTƏLİYƏ DAVAMLI ARPA SOTRNÜMUNƏLƏRİNİN 
SEÇİLMƏSİNİN ƏHƏMİYYƏTİ 
 
H.C.HƏŞIMOVA 
Azərbaycan Elmi-Tədqiqat Əkinkçilik İnstitutu, Tərtər BTS, Az4351, Zolgörən kəndi
e mail: 
leila29-12-05@yandex.ru
 
 
Məqalədə  arpanın  Azərbaycanda  mühüm  əhəmiyyətə  malik  dənli taxıl  bitkisi  olmasından 
və  respublikanın  yam  bazası  tələblərinin  ödənilməsi  üçün  yüksəkməhsuldar,  xəstəlik  və 
zərərvericilərə davamlı sortnümunələrin seçilməsinın zəruriliyindən bəhs edilir. Bu istiqamətdə 
tədqiqat aparılaraq, lazımi parametrlərə malik sortnümunələr seçilmiş və sonradan istifadə üçün 
kolleksiyaya daxil edilmişdir.  
 
Açar sözlər: seleksiya, xəstəliklər, seçmə, introduksiya, sabit xətt, sortnümunə, arpa 
Ключевые  слова:  селекция,  болезни,  отбор,  интродукция,  константная  линия, 
сортообразец, ячмень 
Key  words:  breeding,  diseases,  selection,  introduction,  constant  line,  varietysamples, 
barley 
 
Arpa dünyada becərilən  mühüm dənli taxıl bitkisi olub, əkin sahəsinə görə dördüncü yeri 
tutur (təxminən 90 milyon hektar). Bu bitki (ekvator istisna olmaqla) müxtəlif iqlim zonalarında 
yayılmış və ən çox SNQ dövlətlərində becərilir ki, bu da dünyada becərilən arpa sahəsinin 1/3-ni 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə