Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə38/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   34   35   36   37   38   39   40   41   ...   164

 
 
fazası isə axırıncı yarpaq qınından sünbülün 3/1 hissəsi görünən zaman qeyd edilməyə başlanılır. 
Bir çox müəlliflərin fikirlərinə görə sünbülləmə və dən yetişkənliyi dövründə baş verən quraqlıq 
məhsuldarlığa daha çox təsir edir. Belə ki, quraqlığın təsirindən çiçəkləmə zəifləyir, mayalanma 
prosesi pozulur, dənin formalaşma müddəti qısalır və nəticədə dən məhsulu kəskin surətdə azalır 
[4]. Məlumdur ki, dən tam formalaşdıqdan sonra süd yetişkənliyi fazası başlayır. Bu fazada aşağı 
yarpaqlar  saralır,  yuxarı  yarpaqlar  yaşıl  qalır.  Dən  də  yaşıl  rəngdə  olmaqla  tərkibində  50%-ə 
qədər  su  olur  və  dəndə  qida  maddələrinin  toplanması  davam  edir.  Bu  zaman  dənlərin  normal 
dolması  üçün  torpaqda  kifayət  qədər  nəmlik  olmalıdır  [5].  Mum  yetişkənlik  fazasında  dən  və 
bitki  saralır,  suyun  miqdarı  25-30%-ə  qədər  azalır,  dən  dırnaqla  asan  kəsilir.  B.İ.Sanduxadze 
tədqiqatlarla  müxtəlif  buğda  nümunələrində  inkişaf  fazalarının  davam  etmə  müddətini  və 
bitkilərin  vegetasiya  dövrünün  uzunluğunu  öyrənmişdir.  Tədqiqatçı  nəzərdə  tutulan  potensial 
dən  məhsulunun  əldə  edilməsi  üçün  tezyetişkənliyin  mühüm  əhəmiyyətə  malik  olmasını 
göstərmişdir və məhsuldarlığın yetişkənliklə bilavasitə əlaqədar olduğunu tədqiqatlarla müəyyən 
etmişdir  [6].  Ə.C.Musayevin  və  A.M.Abdullayevin  məlumatlarına  görə  valideyn  formaları 
vegetasiya  müddətinə  görə  kəskin  fərqlənən  hibridlərdə  bu  əlamətə  görə  əsasən  aralıq  irsiyyət 
müşahidə olunur. Valideyn formaları qeyd olunan əlamətə görə  yaxın olan hibridlər  ya onlarla 
eyni  vaxtda,  ya  da  sonunculardan  2-3  gün  gec  yetişir  [7].  Bir  çox  tədqiqatçılar  vegetasiya 
dövrünün  uzunluğunun  buğda  və  arpa  bitkisində  mühüm əhəmiyyətə  malik  olmasını  göstərmiş 
və məhsuldarlığın yetişkənliklə bilavasitə əlaqədar olduğunu tədqiqatlarla müəyyən etmişlər [8]. 
Ədəbiyyat məlumatlarına və apardığımız tədqiqatlara əsasən belə bir nəticəyə gəlmək olar 
ki,  tezyetişkənliyə  malik,  məhsuldar,  yüksək  keyfiyyətli  yeni  sortların  yaradılmasında  əsas 
üsullardan biri hibridləşmədir. Bu məqsədlə apardığımız tədqiqatlar Azərbaycan Elmi-Tədqiqat 
Əkinçilik  İnstitutunun  Tərtər  Bölgə  Təcrübə  Stansiyasında  suvarma  şəraitində  həyata 
keçirilmişdir.  2013-2014-cü  tədqiqat  illərində  birinci  (F
1
)  nəsil  hibrid  kombinasiyalarında 
vegetasiya  müddəti  tədqiq  edilmiş  və  cücərti  alınandan  tam  yetişməyə  qədər  keçən  günlərin 
miqdarı  valideyn  formalarla  müqayisə  olunaraq  öyrənilmişdir.  Qeyd  etmək  lazımdır  ki, 
apardığımız tədqiqatda valideyn və 56 birinci nəsil (F
1
) hibrid kombinasiyalarda səpin 04 noyabr 
2013-cü  ildə  aparılmış,  valideyn  formalarda  və  hibrid  kombinasiyalarda  cücərtilər  25-31 
dekabrda  müşahidə  edilmişdir,  yəni  cücərtilər  51-57  günə  alınmışdır,  tam  yetişmə  isə  10-18 
iyunda  baş  vermişdir.  Cücərtilərin  alınmasının  belə  uzun  müddətə  müşahidə  edilməsi  hibrid 
dənlərin  cılız  olması  və  çox  şaxtalı  iqlim  şəraiti  eləcə  də  normal  rütubətin  olmaması  ilə  izah 
olunur.  Vegetasiya  müddətində  təcrübə  sahəsində  aqrotexniki  qulluq  işləri  bölgə  üçün  nəzərdə 
tutulmuş  metodika  əsasında  həyata  keçirilmiş,  vegetasiya  dövrünün  uzunluğu  dənli-taxıl 
bitkilərinin  seleksiyası  sahəsində  tədqiqat  işlərinə  dair  tarla  təcrübələrinin  metodikası  əsasında 
müəyyən edilmişdir [9]. 
F

hibrid kombinasiyalar vegetasiya müddətinə görə 2-qrupa bölünmüşdür: 
1. Tez yetişən 163-168 gün müddətinə;  
2. Gec yetişən 169-173 gün müddətinə; 
Vegetasiya müddətinin tədqiqi göstərdi ki, 56 birinci nəsil (F
1
)
 
hibrid kombinasiyadan 27-
kombinasiya  (48,21%)  tez  yetişən  (163-168  gün),  29-kombinasiya  isə  (51,79%)  gec  yetişən 
(169-173 gün) olmuşdur (şəkil 1). 


 
 
 
Şəkil 1: Növdaxili birinci nəsil (F
1
) yumşaq buğda hibridlərində vegetasiya müddətinin 
irsiliyi 
Tədqiqat  zamanı  aldığımız  nəticələrə  görə  56  F
1
-hibrid  kombinasiyadan  30,36%-i  (17 
hibrid) valideyinlərdən gec (0-4 gün) yetişmiş, heterozis (hp=0,0; +1,76), fenotipik dominantlıq 
(hp=+1,0;  +7,0)  səviyyəsində  olmuşdur;  60,71%-i  (34  hibrid)  valideyin  formadan  tez  yetişmiş 
(0-6  gün),  heterozis  (hp=-0,58;  -3,55),  fenotipik  dominantlıq  (hp=-1,0;  -9,0)  səviyyəsində 
olmuşdur;  7,14%-i  (4  hibrid)  valideyn  formalar  arasında  aralıq  mövqe  tutmuşdur,  heterozis  (h 
həq
.=0,58; -0,33), fenotipik dominantlıq (hp=+-0,33; +0,33) səviyyəsində olmuşdur; 1,79%-i isə 
(1 hibrid) valideyn formalarla eyni yetişmişdir, heterozis (H
həq
=0), fenotipik dominantlıq (hp=0) 
səviyyəsində olmuşdur (cədvəl 1). 
 
Yumşaq buğdanın növdaxili birinci nəsil (F
1
) hibridlərində  
vegetasiya müddətinin irsən ötürülməsi və heterozislik dərəcəsi 
Cədvəl 1 
 
№ 
Kombinasiyaların adı 
Vegetasiya müddəti 
Heterozis 
hp 
♀ 
F

♂ 
 
 
gün  fərq  gün  gün  fərq 
 
 









1  Murov-2 x Bezostaya-1 
172 
-3 
169  173 
-4 
-2,31 
-7 
2  Murov-2 x Doka 
172 
-1 
171  172 
-1 
-1 
-0,58 
-1 
3  Murov-2 x Vassa 
172 
-4 
168  168 

-2,33 
-1 
4  Murov-2 x Tanya 
172 

172  173 
-1 
-0,58 
-1 
5  Murov-2 x Şəfəq-2 
172 

172  173 
-1 
-0,58 
-1 
6  Murov-2 x Sönməz 
172 
-1 
171  169 
+2 
-0,58 
+0,33 
7  Şəfəq-2 x Doka 
172 
-6 
166  167 
-1 
-3,49 
-1,4 
8  Şəfəq-2 x Sönməz 
172 
-3 
169  171 
-2 
-1,74 
-5 
9  Şəfəq-2 x Tanya 
172 

172  171 
+1 

+1 
10  Şəfəq-2 x Vassa 
172 

172  171 
+1 

+1 
11  Şəfəq-2 x Murov-2 
172 
-4 
168  166 
+2 
-2,33 
-0,33 
12  Azəri x Pərvin 
167 
+3 
170  169 
+1 
+0,59 
+2 
13  Azəri x Şəfəq-2 
167 
+4 
171  171 


+1 
14  Azəri x Doka 
167 
+3 
170  169 
+1 
+0,59 
+2 
15  Azəri x Sönməz 
167 
+2 
169  170 
-1 
-0,59 
+0,33 
16  Murov x Bezostaya-1 
166 
+2 
168  168 


+1 
17  Murov x Tanya 
166 
+2 
168  168 


+1 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə