Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə33/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   29   30   31   32   33   34   35   36   ...   164

 
 
(Dissertant) 
Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutu, Tərtər BTS
AZ 4351 Tərtər rayonu, Zolgörən kəndi, Tel: 0506115152; E-mail: 
n.bahruz@mail.ru 
 
Təqdim  edilən  məqalədə  2013-2014-cü  tədqiqat  ilində  kompleks  əlamətləri  ilə  seçilmiş 
yumşaq buğdanın yerli və introduksiya olunmuş sort nümunələri üzərində növdaxili hibridləşmə 
apararaq əldə edilmiş yumşaq buğdanın birinci nəsil (F
1
) hibrid kombinasiyaların bəzi kəmiyyət 
əlamətlərinin  tədqiqinə  dair  nəticələr  qeyd  olunmuşdur.  Tədqiqatın  nəticəsində  yumşaq 
buğdanın  56  növdaxili  hibrid  kombinasiyasında  bitkinin  boyu,  sünbülün  uzunluğu,  sünbüldə 
dənlərin  sayı,  sünbüldə  dənin  kütləsi  və  1000  dənin  kütləsi  valideyn  formalarla  müqayisəli 
öyrənilərək, heterozis və dominantlıq dərəcəsi müəyyən edilmişdir. 
 
Açar  sözlər:  yumşaq  buğda,  seleksiya,  sort,  introduksiya,  kombinasiya,  heterozis, 
dominantlıq, irsiyyət, hibrid, xətt, depresiya, valideyn forma 
Ключевые  слова:  мягкая  пшеница,  селекция,  сорт,  интродукция,  комбинация, 
гетерозис,  доминирование,  наследование,  гибрид,  линия,  депрессия,  родительская 
форма 
Key  words:  bread  wheat,  breeding,  variety,  introduction,  combination,  heterozis, 
domination, heredity, hybrid, line, depression, parental form 
 
Azərbaycan  əhalisinin  etibarlı  ərzaq  təminatı  buğda  məhsullarının  istehsalından,  onun 
keyfiyyətindən,  lazımı  məhsuldarlığından  keçir.  Bitkinin  aqrotexnikası,  sort  yaradılması, 
xəstəlik, zərərverici və alaq otları ilə elmə söykənən mübarizə tədbirləri sisteminin işlənməsi və 
s. bu təminatın əsas şaxələridir. Azərbaycanın torpaq-iqlim şəraitini nəzərə almaqla, hər bir bölgə 
şəraitində  becərilə  bilən  sortların  yaradılması  vacibdir.  Bu  problemin  həlli  yollarından  biri 
kolleksiya  materiallarının  genetik  potensialından  səmərəli  istifadə  etmək,  yerli  və  dünyanın 
müxtəlif ölkələrində yaradılmış sortnümunələrin məhsuldarlığı, keyfiyyət və digər göstəricilərini 
müəyyənləşdirmək,  onlardan  hibridləşmədə  geniş  istifadə  etməkdir.  Yüksək  keyfiyyətli, 
məhsuldar, xəstəliyə və yatmaya qarşı davamlı intensiv sortların yaradılmasında hibridləşdirmə 
üçün  valideyn  formalarının  hərtərəfli  öyrənilməsinin  və  onların  müxtəlif  əlamətlərə  görə 
donorluq qabiliyyətinin müəyyənləşdirilməsinin böyük əhəmiyyəti vardır [1; 2]. 
Qarşıya qoyulmuş problemin müvəffəqiyyətli həlli ilk növbədə yeni intensiv tipli yüksək 
məhsuldar və keyfiyyətli, akademik C.Ə.Əliyevin təklif etdiyi “İdeal buğda” modelinin testlərinə 
cavab verən buğda bitkisinin yaradılmasını və istehsalata tətbiqini tələb edir [5]. 
P.P.Lukyanenko  hesab  edirdi  ki,  məhsuldarlığın  əsas  elementi  bir  sünbüldə  olan  dənin 
kütləsidir. Onun modelinə görə sort möhkəm gövdəyə, qısa (70-80 sm) boya, kütləvi səpinlərdə 
(normal olaraq 1m
2
-də 500-600 məhsuldar gövdə) yüksək məhsuldar sünbülə (bir sünbüldə dənin 
kütləsi 2,0 q-dan az olmayaraq) malik olmalıdır [9]. Onun apardığı tədqiqatlarda məhsuldarlıqla 
sünbülün  orta  məhsuldarlığı  arasında  yüksək  müsbət  korrelyativ  (r=0,70)  əlaqənin  olduğu 
müəyyənləşdirilmişdir. Ancaq bu əlaqə daimi deyildir. Əksər hallarda bir sünbüldə dənlərin sayı 
ilə kütləsi arasında müsbət əlaqə müşahidə edilir. 
Məhsuldarlıq  bir  çox  komponentlərdən  (1m
2
-də  məhsuldar  gövdələrin  sayından,  bir 
bitkinin  məhsuldarlığından,  bu  da  öz  növbəsində  bir  sünbüldə  olan  sünbülcüklərin  və  dənlərin 
sayından,  bir  sünbüldə  olan  dənin  kütləsindən  təşkil  olunmuşdur)  asılıdır  [8].  Buğda 
hibridlərində kəmiyyət əlamətlərinin irsən nəslə keçirilməsini bir çox tədqiqatçılar öyrənmişlər. 
N.İ.Vavilova  (1934)  görə  yüksək  heterozis  gücünə  malik  hibridlərin  alınması  üçün  birinci 
növbədə valideyn formaları düzgün seçilməlidir [10]. 
Apardığımız  tədqiqatlarda  2012-2013-cü  illərdə  Azərbaycan  Elmi-Tədqiqat  Əkinçilik 
İnstitutunun  Tərtər  Bölgə  Təcrübə  Stansiyasında  suvarma  şəraitində  kompleks  əlamətləri  ilə 
seçilmiş  yumşaq  buğdanın  yerli  və  introduksiya  olunmuş  19  sortnümunəsinin  iştirakı  ilə 
yaradılmış 56 növdaxili birinci nəsil (F
1
) hibrid kombinasiyası tədqiq olunmuşdur. 


 
 
Vegetasiya dövründə qəbul edilmiş metodikaya uyğun olaraq aqrotexniki qulluq işləri və 
fenoloji müşahidələr aparılmışdır [6;7]. 
Hibridlərin  valideyn  formaları  ilə  birlikdə  struktur  analizləri  aparılmışdır,  heterozis  və 
dominantlıq dərəcəsi hesablanmışdır.  
Birinci nəsil hibridlərdə (F
1
) kəmiyyət əlamətlərində həqiqi heterozis D.S.Ömərova (1975) 
görə,  irsiyyətin  nəsilə  ötürülməsi  (genotipik  dominantlıq  dərəcəsi)  G.M.Beil  və  R.E.Atkins 
(1965) düsturu ilə hesablanmışdır [11;12]. 
Bitkinin  boyuna  görə  2013-2014-cü  tədqiqat  ilində  apardığımız  təcrübələrdə  56  birinci 
nəsil  (F
1
)  hibridinin  analizlərinin  təhlili  zamanı  51,79%  kombinasiyada  yüksək  dominantlıq; 
12,5%-də  qismən  dominantlıq;  19,64%-də  aralıq  irsiyyət;  16,07%-də  depresiya;  51,79%-də 
heterozis müşahidə edilmişdir; 48,21%-də isə heterozis müşahidə edilməmişdir (şəkil. 1). 
 
 
Şəkil.1Növdaxili birinci nəsil (F
1
) yumşaq buğda hibridlərində bitkinin boyunun irsən 
ötürülməsi 
Bitkinin  boyuna  görə  yüksək  dominantlıq  Murov-2  x  Vassa  (h
p
=  +30,14),  Z  2009/1-1 
(Aran x Umanka) x Sönməz (h
p
= +13,73), Murov x Bezostaya-1 (h
p
= +8,45) kombinasiyalarında 
müşahidə  edilmişdir.  Yüksək  heterozis  Şəfəq-2  x  Tanya  (h
həq
=  +16,91%),  Murov-2  x  Sönməz 
(h
həq
=  +12,23%),  Murov-2  x  Vassa  (h
həq
=  +11,58%)  kombinasiyalarında  müşahidə  edilmişdir 
(Cədvəl 1) 
Tədqiqat  zamanı  müyyən  olunmuşdur  ki,  hibridləşmədə  iştirak  edən  valideyn  formalarda 
bitkinin  boyu  78,1-121,8  sm  olduğu  halda,  hibrid  kombinasiyalarda  bu  göstərici  76-121,9  sm 
arasında  olmuşdur.  Müxtəlif  kombinasiyalardan  alınmış  hibridlərin  müəyyən  qismi  bir  çox 
hallarda öziərinin hündür boylu olmaları ilə fərqlənmişlər.  
Sünbülün  uzunluğuna  görə  2013-2014-cü  tədqiqat  ilində  apardığımız  təcrübələrdə  56 
birinci  nəsil  (F
1
)  hibridinin  analizlərinin  təhlili  zamanı  1,79%  kombinasiyada  dominantlıq 
olmamışdır; 62,5% kombinasiyada yüksək dominantlıq; 14,29%-də qismən dominantlıq; 12,5%-
də aralıq irsiyyət; 8,93%-də depresiya; 64,29%-də heterozis müşahidə edilmişdir; 35,71%-də isə 
heterozis müşahidə edilməmişdir.  
 
 
 
51,79% 
12,50% 
19,64% 
16,07% 
51,79% 
48,21% 
0,00%
10,00%
20,00%
30,00%
40,00%
50,00%
60,00%
İrsilik və heterozislik dərəcəsi 
yüksək dominantlıq 
qismən dominantlıq 
aralıq irsiyyət 
depresiya
heterozis müşahidə edilmişdir 
heterozis müşahidə edilməmişdir 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə