Azərbaycan Respublikası Mərkəzi Bankı


Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix20.09.2018
ölçüsü2,96 Mb.
#69458
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

23 



 

korrelyasiya  yoxdur) əks etdirir. J-statistikası instrumentlərin etibarlılığını (H0=instrumentlər etibarlıdır) əks etdirən 

testdir. 

*-10% , **-5%, ***-1% əminlik intervalında statistik əhəmiyyətliliyi əks etdirir. 



 

G.T

AH

İ

RO VA

 

D

Ö VL ƏT   XƏRC L ƏRI  VƏ  IQT ISA DI  ART IM  A RASIN DA  ƏL AQƏL ƏRIN   N ƏZ ƏRI

-

EM PIR IK   T ƏDQIQI

 

 

Xülasə 

Tədqiqat  işi dövlət xərcləri  və  iqtisadi artım arasında əlaqənin araşdırılmasına həsr 

olunmuşdur.  Bu  məqsədlə  müxtəlif  ölkələr  üzrə  aparılmış  tədqiqat  işləri 

icmallaşdırılmış  və  BARS  əyrisinin  qiymətləndirilməsi  üzrə  nəticələr  müqayisə 

edilmişdir.  

Ümumilikdə,  aparılmış  tədqiqat  işinin  yekun  nəticəsi  büdcə  xərcləri  ilə  ÜDM 

arasında mənfi əlaqənin olması fikrini təsdiqləməmişdir. Tədqiqatın nəticəsinə görə, 

büdcə  xərclərinin  effektivliyindən  asılı  olaraq,  büdcə  xərcləri  və  iqtisadi  artım 

arasında əlaqə müsbət və ya mənfi ola bilər. 

Açar sözlər: dövlət xərcləri, iqtisadi artım, BARS əyrisi 

Jel təsnifatı: F43, H72 

 

G.Tahirova 

Theoretical-empirical analysis of the relationship between government expenditure 

and economic growth 

Abstract 

The  article  examines  the  relationship  between  government  expenditure  and 

economic  growth.  For  this  purpose,  the  existing  literature  is  reviewed,  and  the 

estimation results of BARS curves are compared. In general, the conducted research 

does  not  confirm  the  existence  of  the  negative  relationship  between  government 

expenditure  and  economic  growth.  The  results  also  show  that  whether  the 

relationship  between  government  expenditure  and  economic  growth  is  negative  or 

positive depends on the effectiveness of the government expenditure.       

 

Key words: government expenditure, economic growth, BARS curve 

Jel classification: F43, H72 

 



Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

24 



 

Giriş

 

Tədqiqat  işi  makroiqtisadiyyatda  ən  çox  araşdırılan  mövzulardan  birinə  həsr 

olunmuşdur.  Dövlət  xərclərinin  iqtisadi  artıma  necə  təsir  etməsi,  dövlətin 

iqtisadiyyatda  rolunun  hansı  səviyyədə  olması  geniş  müzakirəyə  səbəb  olan 

mövzulardandır.  Romer  (1986),  Lukas  (1988),  Barro  (1989;1990)  və  Rebelonun 

(1991)  birlikdə  işlədikləri  artım  modeli  dövlətin  iqtisadi  artım  prosesində  rolunu 

əhatə  edir.  Bu  yanaşmaya  görə,  dövlət  fiskal  siyasət  vasitəsilə  iqtisadi  artıma 

ölkənin  idarəetmə  sistemindən,  tarixi  inkişaf  yolundan,  iqtisadi  dayanıqlığından  və 

s. asılı olaraq müsbət (mənfi) təsir edə bilər (Nijkamp (1999)).  

Məlum  olduğu  kimi,  artım  nəzəriyyələri  arasında  geniş  yayılan  Solounun  iqtisadi 

artıma  neoklassik  yanaşması  isə  iki  əsas  amili  nəzərə  alır:  ekzogen  texnoloji 

dəyişikliklər  və  adambaşına  gəlirlər.  Bu  nəzəriyyəyə  görə,  artımın  əksər 

determinantlarının ekzogen olduğu fərz olunarsa, dövlətin iqtisadi siyasətinin artım 

prosesində rolu kölgədə qalmış olur. 

Klassik  Keyns  yanaşması  isə  fiskal  siyasətin  kontr-tsiklik  və  stabilləşdirici  alət 

olması  fikrini  əsas  hesab  edir.  Keynsə  görə,  iqtisadi  problemlər  yaşayan  dövlət 

vergiləri azaltmaq  və dövlət  xərclərini artırmaq  yolu  ilə  iqtisadiyyatda stimulverici 

siyasət  yürüdə  bilər.  Amma  məlum  olduğu  kimi,  inkişaf  etməkdə  olan  ölkələr 

adətən  protsiklik  siyasət  yürüdürlər  (Hausmann  and  Stein,  1996;  Gavin  and 

Hausmann, 1998; Talvi and Végh, 2000;). Belə siyasət iqtisadi canlanma dövründə 

vergilərin  azaldılması  və  xərclərin  artırılması  kimi  faktlarla  müşahidə  olunur.  Bu 

siyasətin nə dərəcədə effektiv olması isə ölkənin siyasi-iqtisadi mühitindən asılıdır. 

Bir qrup alimlərə görə, fiskal siyasətin tsiklikliyi ilə ölkədəki institutların keyfiyyəti 

arasında  sıx  bağlılıq  var  (Johnson,  Robinson  and  Thaicharoen,  2003).  Zəif 

institutlar həm fiskal, həm də pul siyasətinin effektivliyinə təsir edir. 

Tədqiqat  işləri  arasında  fiskal  siyasətdəki  davranışları  siyasi  məsələlərlə  əlaqəli 

olduğunu  əsaslandıranlar  da  var  (Tornell  and  Lane,  1999;  Talvi  and  Vegh,  2005; 

Alesina and Tabellini, 2005; Ilzetzky, 2007). Tornell və Lane (1999) fiskal siyasəti 

analiz 

etməklə 


institutlar 

və 


büdcə 

xərcləri 

arasındakı 

münasibətləri 

aydınlaşdırmışlar.  

Dövlətin  xərc  siyasətinin  iqtisadi  artıma  təsirlərinin  effektivliyini  müəyyən  edən 

yanaşmalardan  biri  də  “BARS  əyrisidir”.  Barro  (1989),  Armey  və  d.  (1995),  Rahn 

və d. (1996), Scully (1998, 2003) nəzəri və empirik tədqiqatları ilə “Optimal dövlət 

xərci”  yanaşmasını  məşhurlaşdırmışlar.  Bununla  bağlı  yanaşma  ilk  dəfə  1979-cu 

ildə  Armey  (1995)  tərəfindən  irəli  sürülmüşdür.  Dövlət  xərcləri  və  sosial  təminat 




Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

25 



 

arasındakı  münasibətləri  əks  etdirən  “Armey  əyrisi”  adlanan  əyri  Laffer  əyrisinin 

oxşarıdır, qrafiki isə “aşağı əyilmiş U” kimi müəyyən olunmuşdur.  

Hesab olunur ki, dövlət xərcləri və ÜDM arasında münasibətlərin optimal səviyyəsi 

var  və  bu  səviyyə  ümumi  gəlirləri  maksimallaşdıra  bilər.  “Optimal  dövlət  xərci” 

konsepsiyasına  dəstək  verən  yanaşmalardan  biri  də  “Barro  qaydası”  adı  ilə 

tanınır(Barro  (1989,  1990)).  Bu  qaydaya  görə  dövlət  xərclərinin  iqtisadi  artıma 

təsiri monoton deyil. 

“BARS  əyrisi”  yanaşmasına  töhfəsini  verənlərdən  biri  kimi,  Scully  (1994;  1998; 

2000;  2002;  2003)  103  ölkənin  vergi  dərəcələri,  dövlət  gəlirləri  və  iqtisadi  artım 

arasındakı əlaqələrini tədqiq etməklə aşağıdakı nəticəni almışdır: 

 



fiskal  siyasətin  iqtisadi  artıma  müsbət  təsir  etməsi  üçün  büdcə  xərcləri 

ümumi gəlirin (ÜDM)-in 1/5-nə bərabər olmalıdır; 

 

xərclərin izafi artırılması  iqtisadi artıma ləngidici təsir göstərir. 



Qeyd  olunan  fikirləri  ümumiləşdirərək  dünya  təcrübəsində  “BARS  əyrisi”(  Barro, 

Armey,  Rahn,  and  Scully)  adı  ilə  tanınan  və  dövlət  xərcləri  ilə  iqtisadi  artım 

arasında  əlaqəni  əks  etdirən  yanaşmanı  əks  etdirən  metodologiyalarla  tanış  olaq 

(Şək.1). 

Şəkil 1. 

 

Müxtəlif ölkələr üçün qurulmuş BARS əyrisinə dair nəticələr 

BARS  əyrisində  pik  nöqtənin,  yəni  dövlətin  optimal  miqyasının  tapılması  ilə  bağlı 

müxtəlif  metodologiyalar  mövcuddur.  Bunlardan  geniş  yayılanlardan  biri  də 

İlarionov və Pivarova (2002) tədqiqatında verilmişdir. Müəlliflər 1960-2000-ci illər 

üzrə  İƏİT  ölkələri  üzrə  dövlətin  optimal  miqyasını  qiymətləndirməklə,  dövlət 




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə