Azərbaycan Respublikası Mərkəzi Bankı


Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix20.09.2018
ölçüsü2,96 Mb.
#69458
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

26 



 

xərclərinin  ÜDM-də  payının  1%  artmasının  iqtisadi  artım  tempini  0.1%  aşağı 

salması nəticəsinə gəlmişlər. Tədqiqat zamanı ölkələr müəyyən qruplara bölünmüş, 

sosial-iqtisadi  göstəricilərin  (coğrafi,  demoqrafik,  iqlim,  administrativ,  iqtisadi) 

xarakteristikalarına 

uyğun 


olaraq 

46 


reqressiya 

tənliyinə 

baxilmışdır. 

Qiymətləndirmələrə görə, zəif inkişaf etmiş ölkələr üçün dövlətin miqyasının zəruri 

səviyyəsi  təxminən  21%-dir.  Bu  səviyyənin  21%-i  keçməsi  fiskal  problemlərin 

artmasının göstəricisidir və iqtisadi artıma töhfə vermir. 

Kustepeli (2005) Avropa Birliyinə yeni daxil olan 12 ölkə üzrə apardığı tədqiqatının 

nəticələrini xərclərin ÜDM-də payı göstəricisi üzrə 3 hissəyə ayırmışdır: 

 

aşağı (26-33%) – Latviya, Litviya, Estoniya, Çexiya, Türkiyə və Rumıniya; 



 

orta (34-40%) – Slovakiya, Kipr, Polşa, Bolqarıstan, Sloveniya; 



 

yüksək (41-47%) – Malta, Macarıstan və Xorvatiya. 



Panel  tipli  ekonometrik  analizin  nəticələrinə  görə,  dövlət  xərclərinin  aşağı  olduğu 

ölkələrdə iqtisadi artım müsbət olur. 

Tanzi and Schuknecht (1997a; 1997b; 1998a; 1998b; 2007) sənayeləşmiş ölkələrdə 

xərclərin  uzunmüddətli  dinamikasını  analiz  etmişlər.  Onların  nəticəsinə  görə, 

xərclərin artımı “kiçik dövlətlər” və ya inkişaf etməkdə olan ölkələrin sosial-iqtisadi 

və  təminat  indikatorlarında  “böyük  dövlətlərə”  nisbətdə  o  qədər  də  pisləşmə 

yaratmır.  Əsas  səbəb  kimi,  inkişaf  etməkdə  olan  ölkələrdə  büdcə  xərclərinin  çox 

böyük  hissəsinin  infrastruktur  və  özəl  sektora  dəstək  layihələrinə  yönəlməsi 

göstərilmişdir.  İnkişaf  etmiş  ölkələrdə  isə  sosial  xidmətlər  büdcə  xərclərinin  əsas 

hissəsini təşkil edir. Bu fikri Yavas (1998) da tədqiqatlarında təsdiq etmişdir. Onun 

fikrincə,  zəif  inkişaf  etmiş  ölkələrdə  xərclərin  çox  hissəsi  infrastrukturun 

yaradılmasına  yönəlir.  Bu  isə  özəl  sektorda  istehsalın  stimullaşdırılması  məqsədi 

güdür.  İnkişaf  etməkdə  olan  ölkələrdə  isə  əksinə,  xərclərin    əsas  hissəsi  müxtəlif 

sosial  proqramların  yerinə  yetirilməsinə  yönəlmişdir.  Bu  isə  iqtisadiyyatda  yeni 

inkişaf istiqamətlərinə stimul vermir. 

Ghali  (1998)  və  Anama  (2004)  empirik  tədqiqatlarına  görə,  ölkənin  institusional 

mühitinin  yaxşı  olması  dövlət  xərclərinin  iqtisadiyyata  effektiv  yönəlməsini  və 

iqtisadi  artıma  dəstək  verməsini  təmin  edir.  Bajo-Rubio  (2000)  isə  dövlətin  izafi 

xərclərinin  iqtisadi  artıma  mənfi  təsirini  institusional  maneələr  və  qeyri-effektiv 

vergi siyasəti ilə əlaqəli olduğunu qeyd edir. 

Folster  və  Henrekson (2000) 1970-1995-ci illər üzrə  varlı ölkələrdə dövlət  xərcləri 

və iqtisadi artım arasında mənfi əlaqənin olmasını ekonometrik qiymətləndirmələrin 




Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

27 



 

köməyilə əsaslandırmışlar. Qiymətləndirmələrin nəticələri göstərmişdir ki, xərclərin 

10% artması iqtisadi artımı 0.7-0.8% bəndi zəiflədir. 

Francesco  Forte  və  Cosimo  Magazzino  (2010)  birgə  tədqiqatları  Avropa  İttifaqı 

ölkələri üçün BARS əyrisinin pik nöqtəsinin tapılmasına həsr olunmuşdur. Tədqiqat 

işi  1970-2009-cu  illərin  dövlət  xərcləri  və  iqtisadi  artım  göstəriciləri  əsasında 

aparılmışdır. 

 

Dövlətin miqyası (%, 

ÜDM-də, 2009) 

“BARS əyrisi” optimum (%, 

ÜDM) 

Avstriya 

52.24 

38.21 


Belçika 

53.48 


35.39 

Danimarka 

55.41 

38.63 


Finlandiya 

54.07 


40.38 

Fransa 


55.15 

39.49 


Almaniya 

46.02 


41.99 

Yunanıstan 

49.97 

39.33 


İrlandiya 

46.74 


44.47 

İtaliya 


51.52 

37.68 


Lüksemburq 

42.08 


39.78 

Niderland 

49.01 

35.52 


Portuqaliya 

51.54 


42.28 

Böyük Britaniya 

51.17 

43.50 


 

Qeyd edək ki, qiymətləndirmə metodu olaraq time-series və panel tipli ekonometrik 

analizlərdən  istifadə etməklə 3  fundamental  yanaşmaya baxılmışdır

1

. Cədvəldən də 



göründüyü  kimi,  bütün  ölkələrdə  büdcə  xərclərinin  ÜDM-də  payının  faktiki 

səviyyəsi qiymətləndirmənin nəticəsindən çoxdur.  

Maraq  doğuran  tədqiqatlardan  birində  də  Asiya  ölkələrinin  1981-2005-ci  illərin 

verilənləri əsasında dövlət xərcləri və adambaşına ÜDM-in artımı arasında əlaqələr 

araşdırılır  (Ahmed  Nawaz  Hakro,  International  Research  Journal  of  Finance  and 

Economics, 2009).   

                                                             

1

 1.  İqtisadi  artım  (TGDPGK)  və  dövlət  xərclərinin  ÜDM-də  payı  (CATEGG)  arasında  (ILLARIONOV  and 



PIVAROVA(2002), SCULLY (2004), PEVCIN (2004) and CHOBANOV and MLADENOVA(2005),)  

d(TGDPGK)

i,t

 = α + β

1

 CATEGG 

i,t

 + u

it

 

2.

 



Iqtisadi artım ilə  dövlət xərclərinin ÜDM-də payı və onun 1-ci tərtib diferensialı arasında –  

d(TGDPGK)

i,t

 = α + β



CATEGG 

i,t

 + β

2

 d(CATEGG 

i,t

) + u

i,t

 

3.

 



Sonuncu metod (VEDDER və GALLAWAY (1998), PEVCIN (2004), CHOBANOV  və MLADENOVA (2005) 

və  DAVIES  (2008))  təklif  etdikləri  model  olmuşdur.  Onlar  hesab  edir  ki,  iqtisadi  artım  tempi  dövlət  xərclərinin 

ÜDM-də payının müsbət təsir edən, onun kvadratı isə mənfi təsir edən funksiyasıdır. 

d(TGDPGK)

i,t

 = α + β

1

 CATEGG 

t

 + β

2

 CATEGG 



i,t

 + u

i,t

 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə