Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   13   14   15   16   17   18   19   20   ...   48

 
 
47 
 
məqsədlərinin  öyrədici  xarakter  daşıması  o  deməkdir  ki,  təlim  prosesində  şagirdlər 
materialların əl ilə emalı texnologiyaları və məmulatların quruluşu haqqında biliklərlə 
tanış  edilir,  alətlərdən  istifadə  olunarkən  təhlükəsizlik  qaydalarına  riayət  etməyi, 
nümunə, təlimat xəritəsi, sxem, çertyoj üzrə işləməyi, informasiyaları əldə etməyi və 
onlardan  istifadə  etməyi,  möhkəmləndirməyi,  təkmilləşdirməyi,  genişləndirməyi 
öyrənirlər.  
«Texnologiya»  dərsləri  şagirdlərdə  əzələlər  və  barmaqların  motorikasını, 
təqribi  ölçməni,  fəza  təsəvvürlərini,  hazırlanacaq  məmulatı  əyani  təsəvvür  etməyi, 
diqqəti və estetik zövqü, texnoloji yaradıcılıq təfəkkürünü (texnologiya və məmulatın 
quruluşuna  dəyişiklik  etmək  bacarıqlarını,  tapşırığın  yerinə  yetirilməsinin  əlverişli 
yollarını axtarmağı) inkişaf etdirir.  
Bunlarla  yanaşı,  bu  dərslər  şagirdlərdə  müşahidə,  müqayisə  və  təhlil  etmək, 
nəticə  çıxarmaq,  ümumiləşdirmə  aparmaq  və  planlaşdırmaq,  özünənəzarət  və 
qiymətləndirmə  kimi  ümumtəlim  bacarıqlarının,  əmək  və  ekoloji  mədəniyyət 
elementlərinin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. 
Təlimdə  bərabər  imkanların  yaradılması  –  bütün  şagirdlərə  eyni  təlim  şəraiti 
yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir. 
Şagirdyönümlülük – şagird pedoqoji prosesin mərkəzində dayanır. Bütün tədris 
və təlim işi şagirdin maraq və tələbatlarının öyrənilməsi və təmin edilməsinə, onların 
istedad  və  qabiliyyətlərinin,  potensial  imkanlarının  inkişafına  yönəldilir.  Təlim 
prosesi  şəxsiyyətin  formalaşdırılmasına  istiqamətləndirilir,  şagirdlərin  müstəqil 
həyata hazırlanmasına  və peşəseçiminə köməklik göstərir.  
İnkişafyönümlülük – şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, 
bilik,  bacarıq  və  vərdişlərinin  inkişaf  səviyyəsi  tənzimlənir.  Nəzərdə  tutulan 
bacarıqların  mənimsənilməsi  şəxsiyyətin  inkişafını  təmin  edir,  şagirdlərin  müstəqil 
həyatda səmərəli fəaliyyət  göstərmələri üçün zəmin yaradır.  
Fəaliyyətin  stimullaşdırılması  –  pedaqoji  prosesin  səmərəli  və  effektiv 
qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün 
irəliləyişlər  qeyd  olunur  və  dəyərləndirilir,  nəticə  etibarı  ilə  şagirdlərin daha  uğurlu 
təlim  nəticələrinə  istiqamətləndirilməsi  təmin  olunur.  Zəif  nəticə  göstərən  şagirdlər 
həvəsləndirilir,  onların  hər  bir  uğurlu  addımı  rəğbətləndirilir.  Eləcə  də  şagirdlərin 
bacarıqlarının  dəyərləndirilməsi  və  rəğbətləndirilməsi  üçün  yarış  və  müsabiqə 
xarakterli tədbirlər həyata keçirilir.  
Dəstəkləyici  mühitin  yaradılması  -    pedaqoji  prosesin  münasib  maddi-texniki 
baza  əsasında  və  sağlam  mənəvi-  psixoloji  mühitdə  təşkil  edilməsi  keyfiyyətin  və 
səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.  
«Texnologiya»  üzrə  təlimin  təşkilinə  verilən  əsas  tələblər  aşağıdakılardan 
ibarətdir: 
1.  Dərsin  məqsədinin  dəqiqliyi.  Hər  bir  dərsdə  bir  və  ya  bir  neçə  didaktik 
məsələ  həll olunur  və onlardan biri  üstünlük təşkil edir. Belə ki, şagirdlər bilik əldə 
edir, onlarda bacarıq və vərdişlər formalaşır, texniki yaradıcılıq qabiliyyətləri inkişaf 
edir və s. Lakin bu sadalananlara istənilən dərsdə eyni dərəcədə nail olunmur. Bu və 
ya digər təlim məsələsinin həlli dərsin məqsədindən asılı olaraq reallaşdırılır.  


 
 
48 
 
2. Təlim  və tərbiyənin  vahidliyi. Təlimin tərbiyəedici  xarakter daşıması bütün 
fənlərə aid olduğu kimi, «Texnologiya» fənninə də aiddir. Bu dərslərdə şagirdlərə bir 
çox  keyfiyyətlər  (böyüklərə  hörmət,düzlük,  qənaətçillik,  vətənpərvərlik  və  s.) 
aşılanır. Eləcə də şagirdlərin əmək tərbiyəsi üçün xüsusi əlverişli şərait yaranır. Buna 
görə  də  şagirdlərə  əmək  tərbiyəsinin  aşılanması  fənn  qarşısında  qoyulan  əsas 
tələblərdən biridir.  
3.  Tədris  materialının  düzgün  seçilməsi.  Tədris  materialı  seçildikdə  bir  çox 
faktorlar nəzərə alınmalıdır. Bu faktorlara dərsin məqsədi, şagirdlərin keçmiş dəsrdə 
əldə  etdikləri    bilik  və  bacarıqlar,  onların  elmin  əsasları  üzrə  bilikləri  və  fiziki 
inkişafları aiddir.  
4. Təlim metodlarının düzgün seçilməsi. Müəllim tərəfindən təlim metodları və 
üsulları  düzgün  seçilmədikdə  istənilən  dərsin  məqsədinə  nail  olmaq  qeyri- 
mümkündür.  «Texnologiya»  fənni  üzrə  dərslərin  əsas  mərhələsi  şagirdlərin  sərbəst 
praktiki  işidir.  Bu  işdə  müvəffəqiyyətin  əldə  edilməsi  müəllim  tərəfindən  təlim 
metodları və üsullarının düzgün seçilməsindən asılıdır.  
5. Dərsin təşkilinin dəqiqliyi. Hər bir dərs onun təşkili və keçirilməsi nöqteyi- 
nəzərindən  dəqiq  olmalıdır.  Dərsin  hər  bir  mərhələsinə  müəllim  tərəfindən  vaxtın 
düzgün ayrılması təlimin təşkilinə verilən əsas tələblərdəndir. 
6.  İş  zamanı  şagirdlərin  təhlükəsizliyinin  təmin  olunması.  «Texnologiya» 
dərslərində  şagirdlər  müxtəlif  kəsici  alətlərdən  istifadə  edir,  materialları  emal  edir, 
elektrik  dövrələrini  montaj  edirlər.  Bu  zaman  görülən  iş  üzrə  təhlükəsizlik 
qaydalarına  riayət  edilmədikdə  şagirdlər  müxtəlif    xəsarətlər  ala  bilərlər.  Odur  ki, 
şagirdlərin  təhlükəsizliyinin təmin edilməsi  təlimin  təşkilinə   verilən  tələblərin ən 
mühümüdür.  
 
2.2. Texnologiya təliminin təşkilində istifadə olunan forma və üsullar 
barədə 
 
Müasir  təhsil  sistemi  təlimin  qeyri–standart  formada  aparılmasını  tələb  edir. 
Qeyri-standart dərslər inteqrativ şəraitdə aparılır və aşağıdakı formalarda qurula bilər: 
Fərdi 
Cütlərlə 
Qruplarla 
Kollektivlə 
 
Fərdi  forma  hər  bir  şagirdin  xarakterik  xüsusiyyətlərinin,  qabiliyyətlərinin, 
maraq və ehtiyaclarının nəzərə alınmasını tələb edir.  
Cütlərlə  işləyərkən  şagirdlər  texnoloji əməliyyatların  yerinə  yetirilməsində  öz 
tərəf-müqabilləri  ilə  sadə  ünsiyyət  qurmaq  imkanı  əldə  edirlər.  Bu  zaman  şagirdlər 
bir-biri ilə daha yaxından tanış olur, əməkdaşlıq etmək  bacarığına yiyələnirlər.  
Qruplarda  işləyərkən  şagirdlər  bir-biri  ilə  sıx  ünsiyyətdə  olurlar,  onlarda 
qrupun işinə görə məsuliyyət hissi yaranır. 
Kollektivdə  işləmək,  kollektiv  fəaliyyətə  alışmaq  bacarığının  bünövrəsi 
qoyulur, şagirdlərdə ünsiyyətyaratma bacarığının  təşəkkülü və inkişafı təmin edilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə