49
«Texnologiya» fənninin tədrisində aşağıdakı dərs formalarından istifadə
edilməsi tövsiyə olunur:
Kombinəedilmiş dərs.
Nəzəri dərs.
Praktik dərs.
Laboratoriya işi dərsi.
Yoxlayıcı dərs.
1. Kombinəedilmiş dərs-nəzəri və praktik məşğələlərin elementlərini
birləşdirən dərs formasıdır. «Texnologiya» fənninin tədrisi prosesində bir qayda
olaraq şagirdələrə elmi və texnoloji məlumatların verilməsi mühüm əhəmiyyət kəsb
edir. Məhz bu məlumatların əsasında şagirdlərdə həyati bacarıqların
formalaşdırılması üzrə praktik işlər qurulur.
2. Nəzəri dərs – Bu dərslərdə şagirdlər materialşünaslıq elementləri ilə
(müxtəlif materialların: kağız və kartonun, plastilinin, parçanın, oduncağın, metalın,
təbiət materiallarının və s.) xassələri və əldə edilməsi üsulları ilə tanış olur, müxtəlif
texniki qurğuları öyrənir, materialların, enerjinin və informasiyaların dəyişdirilməsi
texnlogiyalarını əldə edirlər. Şagirdlər texnoloji xəritələri tərtib etməyi, çertyoj və
eskizləri oxumağı öyrənir, əməyin təşkili, mühafizəsi və təhlükəsizliyinin ümumi
qaydaları ilə, gigiyena və istehsalat sanitariyası tələbləri ilə tanış olurlar.
3. Praktik dərs – bu və ya digər konkret texnologiyalara aid şagirdlərin
texnoloji əməliyyatları yerinə yetirmələri üzrə bacarıq və vərdişlər qazanmalarına
xidmət edir. Praktik dərslər şagirdlərdə əmək və ümumtexnoloji mədəniyyətin
formalaşması və inkşafında həlledici rol oynayır.
4. Laboratoriya işi dərsi – Bu dərslər tədqiqatçılıq xarakteri daşıyır, şagirdlər
müstəqil surətdə materialların (kağız, karton, plastilin, parça, təbiət materialları və s.)
mexaniki, texnoloji və digər xassələrini tədqiq edir, əmək və ölçü alətlərinin,
cihazların, digər texnoloji maşınların konstruktiv quruluşunu öyrənirlər.
5. Yoxlayacı dərs – Bu dərslər şagirdlərin texnoloji hazırlıqlarının səviyyəsinin
müəyyənləşdirilməsinə, əldə edilən bilik, bacarıq və vərdişlərin mənimsənilməsi
haqqında məlumatların əldə edilməsinə xidmət edir.
Bu kurikulumda müəyyənləşdirilmiş standartlara uyğun bilik və bacarıqların
formalaşdırılması üçün «Texnologiya» fənninin təlimində ənənəvi təlim metodları ilə
yanaşı, aşağıdakı interaktiv metod və üsullardan istifadə tövsiyə olunur:
Beyin həmləsi
Müşahidə
Oyunlar
Araşdırma
Diskussiya (müzakirə)
Ekskursiya
Akvarium
Təqdimat
«Texnologiya» fənni üzrə dərslərin aşağıdakı mərhələlər üzrə tədris olunması
tövsiyə olunur:
50
I mərhələ: Motivasiya, problemin qoyuluşu
II mərhələ: Tədqiqatın aparılması
III mərhələ: Məlumatın mübadiləsi
IV mərhələ: Məlumatın müzakirəsi və təşkili
V mərhələ: Nəticə və ümumiləşdirmə
Qiymətləndirmə.
Fəal təlim metodlarının tətbiqi şagirdlərdə yaradıcı və məntiqi təfəkkürü
inkişaf etdirir, onlarda əməkdaşlıq etmək, başqalarının fikrinə hörmətlə yanaşmaq, öz
fikirlərini sərbəst bildirmək bacarıqlarının formalaşmasına şərait yaradır.
Fəal təlimə əsasən dərs motivasiya ilə başlanır. Bu mərhələdə axtarış və
tədqiqat işinə başlamaq üçün tədqiq olunacaq problemin qoyulması vacib olduğundan
ilk növbədə sual formalaşdırılır və mülahizələr irəli sürülür. Motivasiya müasir dərsin
ən mürəkkəb və mühüm mərhələsidir. Çünki dərsin sonrakı gedişi motivasiyanın necə
yaradılmasından və keçirilməsindən asılıdır. Motivasiyanın əsas xüsusiyyəti
mülahizələrin yürüdülməsi üçün problemli vəziyyətin yaradılmasıdır.
Tədqiqatın aparılması mərhələsində şagirdlər tərəfindən praktik işin yerinə
yetirilməsi həyata keçirilir. Bu o zaman səmərəli ola bilər ki, görüləcək iş və yerinə
yetirəcək texnoloji əməliyyatlar şagirdə tam surətdə aydın olsun, texnoloji bilik və
bacarıqlar məmulatın hazırlanması prosesində iştirak üçün kifayət etsin.
Məlumatın mübadiləsi mərhələsində qruplar və ya cütlər işlərini təqdim edir.
Məlumatın müzakirəsi və təşkili mərhələsində isə şagirdlərin təqdimatları
müzakirə edilir və dəyərləndirilir.
Nəticə və ümumiləşdirmə mərhələsində müəllim aparılan tədqiqatın
nəticələrinin ümumiləşdirilməsi və sistemləşdirilməsi məqsədi ilə suallar qoyur və bu
suallar əsasında bilik və informasiyaları sistemləşdirilir. Şagirdlərin əldə etdikləri
nəticələr irəli sürülmüş mülahizələrlə , tədqiqat sualı ilə tutuşdurulur. Konkret
nəticəyə gəlmək və ümumiləşdirmə aparmaqla başa çatan mərhələdən sonra şagirdlər
tədqiqatı sona çatdırmağa nail olurlar. Bu zaman yeni bilik şagird tərəfindən dərk
olunur, şəxsiyyətin əldə etdiyi yeni keyfiyyətlər bir daha müəyyənləşdirilir.
Qiymətləndirmə dərsin müxtəlif mərhələlərində aparıla bilər.
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
Planlaşdırma hər bir fənn müəlliminin, o cümlədən texnologiya müəlliminin
qarşısında duran vacib vəzifələrdən biridir. Planlaşdırma dərsin məqsədlərini
müəyyənləşdirir və müəllimin mövzu ilə əlaqədar fəaliyyətini düzgün
istiqamətləndirir. İllik planlaşdırmada tədris vahidlərinə uyğun olaraq hər bir dərsin
mövzusu və ona ayrılan saatın miqdarı qeyd olunur. Tədris vahidləri məzmun
standartlarına uyğun olaraq müəyyən edilir və onların ardıcıllıq prinsipləri
müəyyənləşdirilir. Bu zaman sadədən mürəkkəbə olan məzmun ardıcıllığı, zamanla
əlaqədar xronoloji ardıcıllıq, eyni zamanda məntiqi ardıcıllıq gözlənilməlidir. Tədris
Dostları ilə paylaş: |