Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə12/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   8   9   10   11   12   13   14   15   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

Kiçik süjetli musiqili didaktik oyunlar 
Bu oyunlar körpəlik dövrünün birinci qrupuna daxil olan 
uşaqlarla təşkil olunur. Vəzifə uşaqlan hərəkətli oyunlara 
həvəsləndirməkdən ibarətdir. Bu yaşdakı uşaqlarla topla və kukla 
vasitəsilə, habelə nağıllardakı obrazlan, personajlan təqlid 
etməklə müxtəlif süjetli oyunlar keçirmək olar. 
Uşaqlar «Kukla» mahnısından istifadə etməklə kuklanı 
«yedizdirmək», «yaüzdırmaq», «yeritməb> kimi hərəkətləri 
musiqinin müşayiətilə həvəslə həyata keçirirlər. 
İkinci kiçik qrupda musiqili-süjetli-rollu oyunlan, da bu 
qayda ilə apacaq olar. Lakin oyun musiqi nömrəsilə vəhdətdə 
götüffflərkən rolların bölüşdürülməsinə diqqət yetirmək 
lazımdu:. Normal keçirilən bu oyunlar uşaqlann bədii yaradıcılıq 
qabiliyyətlərinin inkişafına, estetik zövqlərinin, hiss və 
duyğularının formalaşmasına müsbət təsir göstərir. Orta qrupda 
isə belə oyunlan təşkil etməkdə əsas vəzifə kiçik qrupda toplanan 
təcrübəni, uşaqlann meyl-marağını nəzərə alaraq hər bir uşaqda 
onun yalnız tək 
05
mamaq deyil, yaşıdlan ilə oynamaq, şənlənmək 
bacanğım da tərbiyə etməkdir. Məsələn, «Qırmızı və yaşıl 
işıqlan> musiqili-süjetli oyununda iştirak edən uşaq həm musiqi 
eşidir, həm düşünür, həm də əylənir. Azərbaycan bəstəkarlanmn 
həmin mövzuda yazdıqlan mahnı və rəqslərdən istifadə 
edilməlidir. Tutalım, bu tədbirdə 
O.Zülfüqarovun «Balaca sürücü» mahnısı səsləndirilir. Mahnının 
melodiyası altında balacalar müxtəlif markalı avtoma- şmlan 
yada salan formada ritmik hərəkətlər edirlər. 
«Qırmızı işıq yanır, 
Maşınım da dayanır», 
- deyə oxuyan uşaq birdən dayanır, ikinci uşaq (sürücü) isə 
maşina əyləşir. «DYP» maşını saxladır. Musiqi yenidən səslənir, 
uşaqlar gülərək əl çalırlar. 
Böyük qrupda belə oyunlar daha böyük maraq doğurur. 
Məs: «Şəngülüm, Şüngülüm, Məngülüm» məşhur alleqorik 
nağılının səhnələşdirilməsi, rollann bacanqlı uşaqlara tapşırılması 
balacalann ürəyindən xəbər verir. Ancaq çalışmaq 
52 


lazımdır ki, qurd, keçi, Şəngülüm, Şüngülüm və Məngülüm 
rolunun ifaçıları həm oxuyanda, həm də ritmik hərəkətlərində 
müsbət və mənfi tipləri bir-birindən fərqləndirə bilsinlər. Bu, 
ciddi məsələdir və tərbiyəçinin əsərin məzmununu dərindən 
bilməsindən (ideyanı dəqiq çatdırmasmdan, dilimizin imk
2
in- 
lanna bələdliyindən), həmçinin «aktyorlan» düzgün seçməsindən 
asılıdır. Odur ki, bu musiqili-süjetli oyun zamanı tərbiyəçi 
uşaqlara yüksək bədii zövq aşılamaqla yanaşı, həm də xeyirin şər 
qüvvələr üzərində qələbəsini qabarıq tərzdə nəzərə çatdırmalıdır. 
Balacalarda belə bir fikir təlqin olunmalıdır ki, pis iş görənlər 
uzağa gedə bilməzlər, yan yolda qalarlar, çirkin məqsədlərinə 
çatmazlar. Zəiflərin, kasıblann, yoxsullann ah- naləsi heç vaxt 
yerdə qalmaz. ' 
Musiqili-hərəkətli oyunlar 
Mövcud proqramda hərəkətli oyunlar birinci, ikinci kiçik 
qrupdan başlayaraq, böyük və məktəbəqədər qrupu əhatə edir. Bu 
oyunlan musiqili-hərəkətli oyunlar kimi icra etmək uşaql^n 
məlumatmı xeyli artınr, onlann daxili dünyasım hərəkətə gətirir, 
hiss və duyğulannı, fikir və düşüncələrini «kökləyir». Proqram 
materialına salınmış «Qatan>, «Ad günü», «Biz şən uşaqlanq», 
«Sərçələr və pişik», «Qurd və çoban» və s. hərəkətli oyunlarına 
müvafiq musiqi parçaan və mahpılar seçməklə maraqlı, 
düşündürücü oyunlar keçcək mümkündür. 
Musiqili didaktik oyunlar 
Bu oyunlar da o biriləri kimi uşaqlann mənəviyyatına 
güclü təsir göstərir. Fərq ondadu* ki, burada, əsasən, didaktik 
vəzifə ön plana çəkilir. Odur ki, belə oyunlar zamanı uşaqlan 
qismən geniş bilgilərlə silahlandırmaq məsləhətdir. Müxtəlif 
anlayış və məlumatlann musiqi vasitəsilə çatdıniması o qədər də 
asan deyil. Bu prosesin əsası birinci kiçik qrupdan qoyulmalıdır. 
Əsas cəhət oyunun dəqiq, nə məqsədlə aparılmasına, hansı 
bacanq və vərdişlərin aşılanmasına 
53 


yönəldilməlidir. Aydınlıq üçün deyək ki, «Bayraqlarla musiqi 
oyunu»nda üçrəngli bayrağımızın müstəqillik qazanmış 
respublikamızın azadlıq və səadət simvolu olduğunu onlara 
şüurlu surətdə başa salmaq məsləhətdir. Həmin oyunun 
məzmununu bir qədər ətraflı şərh edək. 
«Bayraqlarla musiqi oyunu» zamanı uyğun musiqinin 
müşayiəti altında əvvəlcə uşaqlann rənglər haqqında 
təsəvvürlərini dəqiqləşdirməklə onlara vətənə məhəbbət, 
xalqımızı, millətimizi sevmək, yaxşı əməllər dalınca getmək kimi 
müsbət hisslər aşılanmalıdır. 
S.Rüstəmovun «Bayrağımız» mahnısı (sözləri M.Seyid- 
zadənindir) səsləndirilir. Tərbiyəçi ifadəli şəkildə oxuyur: Şəfəq 
rəngli bayrağımız. 
Səndən gəldi növrağımız... 
Tərbiyəçi-müəllim mahnını çalıb-oxuyur. Uşaqlar isə 
mahnının Htminə uyğun əl çalırlar. Sonra müəllim uşaqlara üz 
tutub deyir: 
- Uşaqlar, gördüyünüz kimi, mənim arxamda iki bayraq 
var. Biri qırmızı, biri göy. Qırmızı bayraqcığı qaldıran zaman 
«Ura» deyə qışqmn. Göy bayraqcığı qaldırdıqda isə əl çalın. 
Beləliklə, o, növbə ilə bayraqcıqlan qaldınr. Uşaqlar 
müəllimin tapşınğını həvəslə yerinə yetirirlər. Bımdan sonra 
tərbiyəçi bayraqcıqlan uşaqlardan ^ oirinə verib, növbə ilə 
qaldırmağı tapşınr. Özü isə royalm arxasına keçib, həmin 
mahnım təkrarən çalıb-oxuyur. Uşaqlar melodiyaya uyğun əl 
çalırlar. Mahnının şərikli ifasının gedişində bayraqcıqlar yuxan 
qaldınlır. 
Bu qrupda başqa bir didaktik musiqili oyun da nümayiş 
etdirmək olar: «Mənim kuklam». Uşaqlar stolun ətrafinda 
otururlar. Tərbiyəçi onlara kartondan düzəldilmiş və köynək 
geyindirilmiş kukla paylayır. Stolun üstündə kağızdan kəsilmiş 
kukla geyimi, don, palto, papaq, bant və kukla yatacağı vardır. 
Tərbiyəçi kuklanı çimizdirmək və onu əzizləmək kimi hərəkətlər 
edir. Uşaqlara da həmin hərəkətləri təkrar etdirir. Sonra 
F.Əmirovun «Kuklam xəstədin> mahnısı ifa olunur. Həkim 
forması geyinmiş uşaq mahnının melodiyası 
54 


altında rəqs edə-edə gəlir, kuklanı əzizləyir. Kuklanı qaldınb, 
onunla birlikdə oynayır. Başqa uşaqlarsa qızğın əl çalırlar. Axırda 
uşaqlar maqnitafonda səsləndirilən «Mirzəyi» xalq rəqsinin 
ahənginə qoşulub oynayırlar. 
Balacaların ən çox sevdiyi musiqili oyunlardan biri də 
«Sərçələr» oyunudur. Burada əsas məqsəd və məram uşaqları ilin 
müxtəlif fəsilləri ilə tanış etmək, quşlar, onlann təbiətdə rolu 
haqqında məlumatlanm genişləndirməkdir. Beləliklə, əvvəlcə 
F.Əmirovun «Sevil» operasından populyar olan mahnı 
səsləndirilir: 
Ay sənə qurban inəklər. 
Bu balam nə vaxt iməklər. 
Sənə qurban sərçələr. 
Balam nə vaxt əl çalar, heeey... 
Bu oynaq, ritmik melodiyadan xoşhal olan uşaqlar 
mahnının axınına qoşulub sözlərini təkrarlayırlar. Tərbiyəçi 
uşaqlan sərçələri təqlid edən bir formada stullarda (guya 
yuvalannda) oturdur. Əvvəlcə özü bu şeri oxuyur: 
Kiçik-kiçik sərçələr. 
Yuvasında dirçələr. 
Cik-cik edib qaçırlar. 
Qanadlanıb uçurlar. 
«Qanadlanıb uçurlan> sözündən sonra musiqi səslənir. Bir 
neçə «sərçə» yerindən qalxıb «uça-uça» ortalıqda oturur, ora-bura 
səkir. Mahnını oxuyan uşaqlardan biri əl-qol ata-ata bu bəndi 
deyir: 
Səhər-səhər bağçada Bir sərçə 
dən yeyirdi. 
Hərdən baxıb üzümə Cik-cik
cik-cik edirdi. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə