böyük və kiçikdir, rəngi san və qırmızıdır), forma və ölçünü
(böyük və kiçik toplar, şarlar) fərqləndirməyi bacanrlar.
Stolüstü didaktik oyunlar
Stolüstü didaktik oyunlar
erkən yaşlardan nümayiş-
etdirici təfəkkürə əsaslanır. Bu oyun prosesində uşaqlar praktik
fəaliyyətdə əşyalarla deyil, onların şəkildəki əkslərini
mənimsəməklə biliklərini möhkəmləndirirlər. Kiçik uşaqlar cüt
şəkillər, loto, domino, kubiklər və s. kimi müxtəlif maraqlı
stolüstü oyunlar təşkil etməyi bacanrlar.
Məşğələlərdə həll olunan əqli vəzifələr müxtəlifdir:
əşyalar haqqında məlumatlan möhkəmləndirmək, onlann
təyinatım müəyyənləşdirmək, əlamətinə görə tanımaq,
əşyalar
arasında qarşılıqlı əlaqəni yaratmaq, hissələrdən tam düzəltmək
və s.
Bu oyunlar prosesində uşaqlar şəkillərə «müştəri» gözü ilə
baxmağı öyrənirlər, tanış əşyalan, onlann yastı əkslərini tapırlar.
Uşaq 1 yaşdan 1,8 yaşadək tərbiyəçi ilə birlikdə ona yaxşı tanış
olan oyımcağa (kukla, ayı, it) baxır və onu adlandırmağı öyrənir.
Sonra tərbiyəçi oyuncağı gizlədir və onun şəkildəki əksini
göstərir. Şəkildəki oyuncağın adını deyir, əksi aşağı çevirib,
uşaqdan ayını, iti açıb göstərməyi tələb edir. Şəkillərdəki
udmanın müxtəlif üsullan (oyuncaqlarla udmanın analoci
üsullan) oyun-məşğələnin məşğulluğunu təmin edir. Uşaqlar
artıq hər hansı bir təsviri tanımağa başlayanda tərbiyəçi yeni şəkil
qoyur.
Məşğələnin bu növünü daha maraqlı keçirmək üçün
balacalara şəkilli kubiklər təklif etmək olar. Tərbiyəçi uşağa
kubikin müxtəlif
tərəflərində əks olunmuş iti, pişiyi, ördəyi tapıb
barmağı ilə göstərməyi tapşınr. Uşaq kubiİd çevirir, baxır, ona
lazım olam tapır, tanıyanda, adlandıranda sevinir.
Kublarla məşğələ barmaq hərəkətlərinin məşqi üçün çox
faydalı olmaqla yanaşı, öz növbəsində həm də nitqin inkişafına
müsbət təsir göstərir.
Uşaqlarda oyun-məşğələyə maraq oyatmaq, eləcə də
əşyalann əlamətləri haqqında dolğun təsəvvür formalaşdırmaq
məqsədilə onlara müxtəlif didaktik materiallar vasitəsilə eyni
tapşırığı həll etməyi təklif etmək lazımdır (şan, kubiki, çubuqlan
rənginə görə yığmaq, müxtəlif sökülən oyuncaqlardan istifadə
etmək). Bütün bu oyuncaqlar avtodidaktizm (oyuncağın
xüsusiyyəti onunla fəaliyyət üsulunu öyrədir) prinsipləri əsasında
qruplaşdınlır.
Metodik vəsaitlərə uşaqlann erkən yaşlardan təlim və
tərbiyəsi üzrə müxtəlif növ oyım-məşğələlərin məzmunu salınır.
Tapşırıqlann tədriclə mürəkkəbləşməsi ardıcıllığı göstərilir.
Oyuncaqlarla oyun-məşğələlər uşaqlann ətraf aləmlə bələdliyini
genişləndirir, onlann lüğət ehtiyatını
zənginləşdirir, müstəqil
fəaliyyətinin düzgün istiqamətləndiril- məsinə kömək edir.
Şifahi didaktik oyunlar
Uşaqlann nitqinin inkişafında şifahi didaktik oyunlann
böyük əhəmiyyəti var. Bunlar, adətən, eşitmə diqqətini, nitqin
səslərini dinləmək bacanğını formalaşdınr, səs birləşmələrini və
sözləri təkrar etməyi öyrədir. Uşaqlar zəngin xalq yaradıcılığına
həvəs göstərməyə başlayırlar. Belə oyunlar prosesində qazanılmış
ifadəli nitq vərdişləri sonralar müstəqil kupletli oyunlarla
əvəzlənir.
Səsli didaktik oyunların icrası
bu və ya digər səs
birləşməsinin dəfələrlə təkrarına əsaslanır ki, bu da səs və sözlərin
düzgün tələffüzü vərdişlərini tədricən cilalayır.
Nitq tərbiyəsində laylalar, bayatılar, nəğmələr böyük rol
oynayır. Bunlann yaratdığı rəngarəng nitq mühiti balacalann ana
dilini daha yaxşı mənimsəməsi prosesini asanlaşdınr. Onlar
qafiyə və ahəngi hiss edirlər, layla və nəğmələrin, lətifə və
nağıllann sistematik oxunması ilə
onlarda bədii sözə sonsuz
məhəbbət hissləri aşılanır.
Tərbiyəçi çalışır ki, uşaqlar diqqətlə dinləsinlər, əşyanı
dəqiq və düzgün adlandırsınlar, onu səsin gücünə görə təyin edə
bilsinlər. Məsələn, səs nəyə məxsusdur? Böyük heyvana,
6 9
yoxsa onun balasına?
Didaktik oyun prosesində erkən yaşlı uşaqlann qazanmış
olduqlan dərketmə təcrübəsi əşyaların təyin edilməsi və
xüsusiyyətləri haqqında biliklərin zənginləşməsinə, ətraf aləm
haqqında təsəvvürlərin genişlənməsinə müsbət təsir göstərir.
Şifahi didaktik oyunlarda uşaqlar pedaqoji münasibətdə
çox qiymətli olan hiss,
duyğu və həyəcana, başqasının dərdinə
şərik olmaq vərdişlərinə yiyələnirlər.
Əgər təlim prosesində mütəmadi olaraq müxtəlif didaktik
oyunlardan istifadə edilərsə, uşaqlar, xüsusilə məktəbəqədər
yaşlılar özləri də belə oyun növləri təşkil etməyə həvəslənirlər.
Onlar özləri oyunu seçər, oyunun qaydasına və icrasının düzgün
yerinə yetirilməsinə riayət etməklə oynayan- lann fəaliyyətini
obyektiv qiymətləndirməyə cəhd göstərərlər.
Dostları ilə paylaş: