Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti SƏRBƏst iŞ №


XIX ərsrin ikinci yarısında mətbuat



Yüklə 39,98 Kb.
səhifə3/4
tarix10.06.2022
ölçüsü39,98 Kb.
#89253
1   2   3   4
Sərbəst iş-Nərmin İsayeva (Ədəbiyyat tarixi)

XIX ərsrin ikinci yarısında mətbuat.

Tarixi materiallardan da bəlli olduğu kimi XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın yaranmasını zəruri edib. Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi uzun mübarizədən sonra çar üsul-idarəsi şəraitində müstəmləkə ucqarında ana dilində “Əkinçi” qəzetinin çap edilməsi üçün icazə alıb. Bu qəzetin çıxması bütün Qafqazda geniş əks-səda doğurub. Qəzetin nəşri üçün Həsən bəy Zərdabi İstanbuldan xüsusi ərəb mətbəə şriftləri gətirtməli olub və nəhayət, xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsinin nəşrinə nail olub. “Əkinçi”nin nəşrilə həm də milli mətbuatımızın əsası qoyulub.


Məlumatlara əsasən, “Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalə və digər yazıları dərc olunub. Məhz bu kimi müəlliflərin köməyi ilə “Əkinçi”nin səhifələrində elm və texnika, kənd təsərrüfatı, mədəniyyət sahələrindəki yeniliklərə geniş yer verilib.
İlk vaxtlar qəzetin bütün redaksiya heyəti bir adamdan ibarət olub. Belə ki, Həsən bəy Zərdabi həm naşir, redaktor, həm də korrektor və mürəttib olub. Xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək məqsədi ilə “Əkinçi” misilsiz iş görüb. Ümumilikdə, 56 sayı işıq üzü görən qəzet ayda iki dəfə 300-400 tirajla nəşr edilib və bu mətbu orqanda “Daxili xəbərlər”, “Əkin və ziraət xəbərləri”, “Elmi xəbərlər”, “Təzə xəbərlər” rubrikaları altında müxtəlif mövzularda yazılan məqalələr dərc olunub.
Qəzetə maraq oyatmaq məqsədilə Həsən bəy Zərdabi “Əkinçi”ni geniş kütlələr arasında pulsuz yaymalı olub. Eyni zamanda, bu cəfakeş insan dövrünün görkəmli ziyalılarını qəzet ətrafında toplaya bilib. Əksər mütəxəssislərin də qeyd etdikləri kimi, Həsən bəy Zərdabi ilk gündən “Əkinçi” vasitəsilə ən başlıca vəzifəsini-xalqı maarifləndirməyin təbliğini öz qarşısında məqsəd qoyub. Qəzetdə kəndli həyatına, kəndli təsərrüfatına, əkinçilik mədəniyyətinə, suvarma işlərinə, əmək alətlərinə dair məqalələr nəşr etməklə böyük ədib kənd təsərrüfatında geriliyi aradan qaldırmağa çalışıb. Eyni zamanda, ayrı-ayrı məqalələrdə xalqımızın mədəni həyatına dair materiallar da dərc edilib. Ən başlıcası isə Həsən bəy Zərdabi məhz “Əkinçi”nin səhifələrində milli oyanışın xüsusiyyətlərini, milli birliyi yaratmaq məsələsini qoyub.
Həsən bəy Zərdabi Mirzə Fətəli Axundova göndərdiyi məktubda məqsədini belə izah edib: “Bəlkə, sizi belə bir şey düşündürür ki, nə üçün başqa birisi deyil, məhz siz, özü də müftə, bir quru “çox sağ ol” belə eşitməyə ümidiniz olmadan bu barədə zəhmət çəkirsiniz. Onda mən məcburam deyəm ki, xalqa, sənə doğma olan xalqa məhəbbətdən, avamların maariflənməsindən söhbət gedən yerdə bu sual ortaya gəlməməlidir. Xalqın, həm də geridə qalmış avam xalqın, sənin və mənim qardaşımın maariflənməsi işinə özünü həsr edən bir adamı belə bir fikir yoldan qoymamalıdır. O, mükafatını öz-özünə, işini görə-görə vicdanı qarşısında duyacaqdır”.
“Əkinçi” qəzetinin mütərəqqi ideyaları çar müstəmləkəçilərini ciddi şəkildə narahat edib. Məhz buna görə də, 1877-1878-ci illərin Rusiya-Türkiyə müharibəsinin başlanması ərəfəsində “Əkinçi”nin vəziyyəti daha da ağırlaşıb. Bu zaman çar senzurası qəzetin siyasi xarakterli məsələlərə toxunmasını qadağan edib. Belə bir şəraitdə 1877-ci ilin sentyabrında qəzetin nəşrini dayandırmaq haqqında hökumət sərəncamı verilib.
Lakin “Əkinçi” qəzeti çox tez bağlansa da, xalqımızın mədəniyyət salnaməsində böyük ad qoyub. Bu qəzetin Azərbaycan milli mətbuat tarixində açdığı yol, yaratdığı ənənələr çox uğurlu, uzunömürlü olub. “Əkinçi” qəzetinin nəşri ilə Azərbaycan milli mətbuat tarixinin əsası qoyulub.
Digər tərəfdən Azərbaycan ədəbiyyatı və mətbuatının bütün qabaqcıl xadimləri, hətta “Əkinçi” bağlanandan 20-30 il sonra da onun əhəmiyyətini itirməyən maarifçi ideyalarına sahiblənməyə ciddi fikir veriblər. Bu da təsadüfi deyil. Mətbuat tariximizi dərindən araşdıran mütəxəssislərin sözləri ilə desək, “Əkinçi” zəhmətkeş xalqa təmənnasız və sədaqətlə xidmətin, ictimai və milli zülmə qarşı mübarizəsinin, doğma mədəniyyət və ana dilinin tərəqqisi yolunda yorulmadan çalışıb. “Əkinçi” dünya elminin nailiyyətlərini yaymağın, xüsusilə, demokratik mətbuatı inkişaf etdirməyin ilhamvericisi, gözəl bir nümunəsi olub. Əksər mütəxəssislərin də qeyd etdikləri kimi bunun ən parlaq sübutu məşhur “Molla Nəsrəddin” jurnalının, onun əsas müəlliflərinin “Əkinçi” və əkinçilərlə möhkəm ideya varislik əlaqəsidir.
Tarixi materiallardan da bəlli olduğu kimi, “Əkinçi”nin nəşri dayandıqdan iki il sonra Tiflisdə Azərbaycan dilində başqa bir qəzet, “Ziya” qəzeti çıxıb. 1879-1884-cü illərdə işıq üzü görən bu qəzet “Əkinçi”nin ideya və ənənələrini davam və inkişaf etdirib. Belə ki, əgər “Əkinçi” qəzeti yeni tipli məktəblərin açılması və onlara uyğun dərsliklərin yazılması, müəllim kadrların hazırlanması məsələsini qaldırırdısa, “Ziya” qəzetinin naşiri (sonralar həm də redaktoru) Səid Ünsizadə bu tipli bir məktəbi Şamaxıda 1875-ci ildə açıb.
İlk nömrəsi 1879-cu il yanvarın 16-da çıxan və həcmi 4-8 səhifə olan qəzet həftədə bir dəfə litoqrafiya üsulu ilə çap olunub. 1880-cı ilə qədər 76 nömrəsi buraxılan qəzet həmin ilin dekabrın 6-dan etibarən, “Ziyayi-Qafqaziyyə” adı altında çıxmağa başlayıb. Özü də bu qəzet mətbəə üsulu ilə çap olunub. Onun nəşri 1884-cü il iyunun 1-dək davam edib və bu müddət ərzində qəzetin 104 nömrəsi çıxıb. “Ziyayi-Qafqasiyyə” qəzeti daha geniş proqram üzrə nəşr olunub. Bu proqramda ictimai-siyasi problemlərə də geniş yer verilib. Lakin sözügedən qəzet öz sələfi ilə müqayisədə irəliyə doğru elə bir ciddi addım ata bilməyib.
1880-ci ildə Tiflisdə Səid Ünsizadənin qardaşı Cəlal Ünsizadə tərəfindən “Kəşkül” adlı yeni qəzet nəşr olunmağa başlayıb. “Kəşkül” qəzetdən çox jurnala oxşayıb. Məlumatlara əsasən, C.Ünsizadə təhsilli, Avropa və rus mədəniyyəti ilə tanış olan bir adam olub. “Kəşkül” öz ideya istiqamətinə görə “Əkinçi”yə yaxın olub. Bu qəzetdə siyasət, ticarət, sənaye, sənətkarlıq və mədəniyyət məsələlərinə toxunulub. Bəzi məlumatlara görə, Azərbaycan dilində nəşri ilə yanaşı, bir müddət bu qəzet ərəb və fars dillərində də çap edilib.
1884-cü il yanvarın 1-dən “Kəşkül” həftəlik qəzetə çevrilib və 1891-ci ilədək nəşr edilib. “Kəşkül”də publisistik məqalələr, dil, ədəbiyyat, incəsənət, ictimai-siyasi məsələlər üzrə yazılar, orijinal ədəbi parçalar, Avropa, Şərq və rus ədəbiyyatından tərcümələr çap olunub. Qəzet “Əkinçi”nin demokratik ənənələrini davam etdirərək, Şərq despotizmini, geriliyi, mədəni inkişaf yollarını göstərib. Eyni zamanda “Kəşkül” mütərəqqi Azərbaycan ziyalılarının köməyinə ümid bəsləyib, onlara arxalanıb. Qəzet yazırdı: “Yeni başlanmış həyat, yeni köməyə və təlimata möhtacdır. Ümid edirik ki, bizimlə yanaşı, millətimiz yaradılmış bu vərəqin nəşrinə kömək edəcəklər”.
Məlumatlara əsasən, Rusiyanın mərkəzi şəhərlərində, Qori Müəllimlər Seminariyasında və başqa yerlərdə təhsil almış gənclər “Kəşkül” qəzetinin mütərəqqi təşəbbüslərini müdafiə edərək, onun ətrafına toplaşıblar. “Kəşkül”ün başladığı hərəkatda Tiflisin rus ziyalıları, tərəqqipərvər Tiflis müəllimləri də iştirak ediblər. S.Ə.Şirvani, F.Köçərli, M.Şahtaxtlı, A.Qayıbov və başqaları qəzetlə fəal surətdə əməkdaşlıq ediblər. Qəzetin Bakı, Quba, Qarabağ və İrəvanda öz müvəkkilləri olub. Onlar qəzetin oxucularla əlaqəsinin möhkəmləndirilməsində az rol oynamayıblar. Qəzet Cənubi Qafqaz, Rusiya, Avropa və Asiya xalqlarının mədəni irsinin təbliğ edilməsinə böyük diqqət verib. Onun səhifələrində A.A.Bakıxanov, M.F.Axundov, S.Ə.Şirvani və başqalarının yaradıcılığına geniş yer ayrılıb. Redaksiya inkişaf etməkdə olan yeni demokratik ədəbiyyatın nümunələrinin çapına böyük diqqət yetirib. “Kəşkül” realist ədəbiyyatın əhəmiyyətini yüksəyə qaldırıb, köhnə mədrəsələrdə islahat keçirilməsinə, yeni məktəblərin, kitabxana və teatrların açılmasına, digər milli mədəniyyət ocaqlarının təsis edilməsinə tərəfdar çıxıb. Qəzet öz oxucularını həmçinin rus klassiklərinin əsərləri ilə tanış edib, Azərbaycan dilində rus ədəbiyyatından tərcümələr çap edib. Qəzet klassiklərin təbliğində müəyyən rol oynayıb, Xəyyam, Sədi, Hafiz və başqalarının irsinə böyük əhəmiyyət verib.

  1. Əli bəy Hüseynzadənin həyat və yaradıcılığı.



Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) 1864-cü il 24 fevralda Salyanda anadan olmuşdur. Əslən Sabirabad rayonunun Quruzma kəndindəndir. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçmüşdür. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan ana babası Axund Əhməd Səlyaninin himayəsində böyümüşdür. Tiflis gimnaziyasını bitirmiş (1875–1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi.
Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812–1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, türkçülüyə və Türkiyəyə dayanmaq gərəkdiyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundzadənin böyük təsiri olmuşdu.
Görkəmli ictimai xadim Ziya Gökalp (1876–1924) Əli bəy Hüseynzadədən bəhs edərkən onun Rusiyadakı millətçilik cərəyanlarının təsiri ilə türkçü olduğunu, kollecdə ikən gürcü gənclərindən son dərəcə millət sevər olan bir yoldaşının ona millət sevgisini aşıladığını yazmışdır.
Əli bəy Hüseynzadə, babası Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadənin və Mirzə Fətəli Axundzadənin tərbiyəsi, onların söhbətlərinin təsiri altında böyümüşdü. Şübhəsiz ki, onda artıq millət sevgisi uşaqlıqdan formalaşmışdı. Digər tərəfdən, Hilmi Ziya Ülkənin qeyd etdiyi kimi, Türkçülüklə bağlı fikirlərin formalaşmasında Əli bəy Hüseynzadəyə bu iki şəxsiyyətin böyük təsiri olmuşdur. Mirzə Fətəli Axundzadə Ziya Gökalp tərəfindən də böyük Türkçü kimi qəbul edilmişdir. Bu faktlar Ziya Gökalpın Əli bəy Hüseynzadə haqqında yazdıqlarını təkzib edir.
Ziya Gökalp Rusiyadan İstanbula gələn Əli bəy Hüseynzadənin Tibbiyyədə Türkçülüyün əsaslarını izah etdiyini, "Turan" adlı şeirinin Turançılıq (Pan–Turanizm) ideologiyasının ilk görünümü kimi dəyərləndirmişdir.
1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləmişdi. Burada dövrün məşhur elm xadimləri – Dmitri Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbət bəsləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır.
Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoveneroloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur.
Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.
Ə.Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışmışdır.
Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Ə.Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınır. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayır.[10] Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana "ağır başlı" filosof, "sədrə şəfa verən" sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışır.
Ə.Hüseynzadənin fəlsəfi mühakimələri bu mənada maraqlıdır. Məsələn, o deyirdi:

  • Həqiqətin də dadı və ləzzəti var.

  • Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!..

  • Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər…

  • Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar.

  • Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur.

XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.


"Füyuzat"da Əli bəy Hüseynzadə məqalələrinin birində yazırdı: "Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!" Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və "Tazə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə", "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan", "Övraqi-nəfisə" mətbuat orqanları tərəfindən "Türkləşmək, islamlaşmaq, müasirləşmək" – azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu.
Əli bəy Hüseynzadənin İslam–Türk millətlərin qalxması və müasirləşməsində üç düstura görə hərəkət edilməsinin zəruriliyini iddia etdiyini bildirən Hilmi Ziya Ülkən bu düsturun Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq olduğunu yazmışdır: Bu üçlü görüş daha öncə bir az qeyri–müəyyən, sistemsiz bir şəkildə Əli Suavi tərəfindən irəli sürülmüş və müdafiə edilmişdir. Fəqət Əli Suavi, hələ Türkçülüyün oyanmadığı və Namiq Kamalın Osmanlı–İslam görüşünün hakim olduğu bir dövrdə yaşadığı üçün fikirləri unudulmuşdu. Əli bəy Hüseynzadənin təklifi tam zamanındaydı.
Əli bəy Hüseynzadənin Türkçülüyə dair baxışlarının Ziya Gökalpa təsiri ilə əlaqədar məsələlər Hilmi Ziya Ülkənin yaradıcılığında parlaq şəkildə öz əksini tapmışdır: 1905-ci ildə Tiflisdə Əli bəy Hüseynzadə tərəfindən irəli sürülən Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq fikri, 1911-ci ildə hərarətli tərəfdarlar tapdı. Ziya Gökalp "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" adlı məqalələrini və 1918-ci ildə bu məqalələrdən ibarət kitabını çıxardı. Fəqət Əli bəy Hüseynzadənin məqaləsində Əli Suavinin, bu son əsərdə də Hüseynzadənin adları çəkilmir. Bununla birlikdə, Gökalp, Əli bəy Hüseynzadənin dəyərini anlamışdı və onu "Yalavaç" adlandırmışdır. "Yalavaç" sözü isə peyğəmbər, gələcəyi xəbər verən, müjdəçi və s. kimi mənaları daşıyır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.
Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadəni gənclərin qayğısına qalan, onlara yol göstərən bir insan kimi xarakterizə etmişdir. Mütəfəkkir siyasi həyata dalmış olan Ziya Gökalpa yaxınlaşmanın çətin olduğunu bildirərək göstərmişdir: Məhz bu sırada Hüseynzadə, türkçülərin rəhbərlərindən və bizi dinləyən, yol göstərən biricik insan oldu. Əli bəy Hüseynzadə həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil almışdır və bir sıra portret və mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.


  1. Yüklə 39,98 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə