Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti SƏRBƏst iŞ №



Yüklə 39,98 Kb.
səhifə2/4
tarix10.06.2022
ölçüsü39,98 Kb.
#89253
1   2   3   4
Sərbəst iş-Nərmin İsayeva (Ədəbiyyat tarixi)

Qoşma, gəraylı, təcnis.

Qoşma janrı - aşıq yaradıcılığında çox geniş yayılmış janrdır. Hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət şeir şəklinə qoşma deyilir. Qoşma və gəraylının qafiyə sistemi eynidir. Üç, beş, yeddi bənddən ibarət olan qoşmaların birinci bəndinin I və III misraları sərbəst, II və IV misraları həmqafiyə olur. Digər bəndlərin ilk üç misrası bir-birilə, son misrası isə birinci bəndin son misrası ilə qafiyələnir: a b c b, ç ç ç b, d d d b, e e e b və s. Möhürbənd adlanan son bənddə şair öz təxəllüsünü söyləyir. Məsələn:

Bunu yazmaq vacibdir.


Bivəfanın, müxənnəsin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim.

Namərdi özümə mən dost eylədim,


Yolunda canıma çox qəsd eylədim,
Söyüddən bağ saldım, peykəst eylədim,
Almasın, heyvasın, narın görmədim.

Nəfs aldatdı hər yetənə xan dedim,


Bihuda kollara gülüstan dedim,
Əbəs yerə bivəfaya can dedim,
Zülmətin çox çəkdim, karın görmədim.

Huşum çaşdı, düşdüm olmaz oyuna,


Yetmədim gözəlin əsli-soyuna,
Aşıq oldum simasına, boyuna,
Hayıf ki, kamalda dərin görmədim.

Ələsgər, elmində olma nabələd,


Doğru söylə, sözün çıxmasın qələt,
Şahiddə iman yox, bəydə ədalət,
Alimlərin düz bazarın görmədim.

Qoşmalar daha çox məhəbbət mövzusunda olsa da, ictimai-siyasi məzmunlu qoşmalara da rast gəlinir.


Ayaqlı qoşma aşıq musiqi-şeir yaradıcılığında ən geniş yayılmış janrlardan biri. Çox vaxt beş bənddən ibarət olur.
Yazılı ədəbiyyatda Ş. İ. XətaiM. P. VaqifM. V. VidadiQ. Zakir, S. Ə. Nəbati, S. Vurğun, O. Sarıvəlli, S. RüstəmB. Vahabzadə kimi şairlər qoşma janrından istifadə etmişlər.
Gəraylı - Aşıq şeirinin geniş yayılmış növlərindən biridir. Hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan ibarət olan 3–5 bəndlik şerə gəraylı deyilir. Qafiyə quruluşu belədir: a b c b, ç ç ç b, d d d b, e e e b, ə ə ə b. Son bəndin misralarının birində aşıq öz təxəllüsünü söyləyir. Bu bənd möhürbənd adlanır.
Gəraylı formasında yazılmış şeirlərdə gözəllik, sevgi, təbiət, dostluq kimi mövzular çoxluq təşkil edir.

Bir gözəl keçdi qarşıdan,


Sallandı, yana yeridi.
Kirpik çaxdı, oğrun baxdı,
Od saldı cana, yeridi.

Ovçu tək bərədə durdu,


Qaşlarından kaman qurdu,
Müjganın sinəmə vurdu,
Qəmzəsi qana yeridi.

Hanı belə huri, qılman?!


Eyləmir dərdimə dərman.
Çeşmim yaşı olub ümman,
Yaşılbaş sona yeridi.

Camalın bənzətdim aya,


Əhsən qüdrət verən paya,
Endirib salmadı saya,
Dost mehribana yeridi.

Dedim: qız, getmə, amandı,


Ələsgər oduna yandı.
Dedi: qocadı, pirandı,
Mərdü-mərdanə yeridi.

Birinci bənddə ikinci və dördüncü misralardakı "yana" və "cana" sözləri həmqafiyə təşkil edir, birinci və üçüncü misralar isə sərbəst qalır.


İkinci bənddə "durdu", "qurdu", "vurdu" sözləri bir-birilə, "qana" sözü isə ilk bəndin son misrası ilə həmqafiyə təşkil edir. Qalan bəndlərdə də bu cür qafiyələnmə davam edir. Sonuncu bənddə aşıq "Ələsgər oduna yandı", – deməklə öz təxəllüsünü bildirir.

Təcnis - daha çox aşıq poeziyasında yayılmış şeir şəkillərindən biridir. Məzmununa görə təcnislər əsasən lirik xarakterlidir. Aşıq poeziyası ilə bir sırada yazılı ədəbiyyatda da ara-sıra təcnis nümunələrinə təsadüf olunur.
Təcnisin özünəməxsus xüsusiyyəti, adından göründüyü kimi, burada qafiyələrin cinas üzərində qurulması ilə bağlıdır. Qafiyələnmə sistemi qoşmagəraylıda olduğu kimidir.
XIX əsr el sənətkarlarından biri Şəmkirli Aşıq Hüseynin təcnislərindən biri:

Bəlkə məni nəzərindən salan var,


Yada salmaz üç il, beş il, on beş il.
Heç deməzmi mənim dərdim çəkən var,
Həsrət qalar üç il, beş il, on beş il.

Dərya elmim vermək olmaz ay ada,


Təbib olan, çağır gəlsin aya da,
Göz görməsə, ağıl salmaz a yada,
Gəl görməyə üç il, beş il, on beş il.

Aşıq Söyün qalıb dərd ayağında,


Xəstə şəfa bular dərd ayağında,
Ahu seyr eləyər dərd ayağında,
Ovçu gözlər üç il, beş il, on beş il.

Azərbaycan aşıq poeziyasında təcnislərin meydana çıxmasında ilk pillə rolunu cinas bayatılar oynamışlar. Digər tərəfdən, Azərbaycan dilinin ifadə imkanlarının genişliyi, onun ahəngdarlığı və musiqililiyi təcnis poetik formasının digər türkdilli xalqların ədəbiyyatı ilə müqayisədə Azərbaycanda daha geniş yayılmasına təkan vermişdir. Əlbəttə, cinas sözlərin zəruriliyi təcnisdə müəyyən formalizm ünsürlərinin meydana çıxma təhlükəsini yaradır. Lakin ustad sənətkarların təcnislərində bu cəhət qətiyyən nəzərə çarpmır. Burada sözlə fikrin, məna ilə məzmunun üzvi qaynağı yaranır.


Aşıq poeziyasındakı digər populyar şeir şəkilləri kimi təcnislər də bir sıra poetik dəyişmələrə məruz qalmış, onların cığalı təcnisdodaqdəyməz təcnis, nəfəsçəkmə təcnis və s. formaları meydana çıxmışdır.


  1. Yüklə 39,98 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə