Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Yüklə 5,15 Mb.
səhifə2/54
tarix03.05.2018
ölçüsü5,15 Mb.
#41187
1   2   3   4   5   6   7   8   9   ...   54

5.1.3. Yaşayış məntəqələri və sənaye müəssisələrinin ərazisində suvarmaya su sərfi ərazinin örtüyünün növündən, suvarma üsulundan, bitkilərin növündən, iqlim və digər yerli şəraitlər nəzərə alınmaqla 3-cü cədvəldən götürülür.

5.1.4. Sənaye müəssisələrində təsərrüfat-içməli və duşlardan istifadə edilməsi üzrə su sərfləri TN və Q 2.04.01 və MSN 3.02.01-in tələblərinə uyğun müəyyən edilməlidir.

Sənaye müəssisələrinin 1 m3 həcminə 1 saatda 80 kC (20 kkal)-dan artıq istilik ayrılması ilə bağlı sexlərində işləyənlərin təsərrüfat-içməli su ehtiyaclarını ödəmək üçün növbə ərzində bir nəfərə su sərfi 45 l (Kst=2,5), digər sexlərdə isə 25 l (Kst=3) qəbul edilməlidir.

Cədvəl 2.  əmsalının əhalinin sayından asılı olan qiymətləri


Əmsal

Ə h a l i n i n s a y ı, min nəfər

0,1-ə qədər

0,15

0,2

0,3

0,5

0,75

1

1,5

2,5

4

6

10

20

50

100

300

1000 və daha çox

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image022.gif

4,5

 

0,01



4

 

0,01



3,5

 

0,02



3

 

0,03



2,5

 

0,05



2,2

 

0,07



2

 

0,1



1,8

 

0,1



1,6

 

0,1



1,5

 

0,2



1,4

 

0,25



1,3

 

0,4



1,2

 

0,5



1,15

 

0,6



1,1

 

0,7



1,05

 

0,85



1

 

1



Q e y d:

1. Qurğuların, sudaşıyıcı və şəbəkə borularının hesablanması üçün su sərfinin təyini zamanı  əmsalı xidmət edilən əhalinin sayından, zonalı su təchizatında isə hər bir zona üçün sakinlərin sayından asılı olaraq ayrılıqda qəbul edilməlidir.

2. Şəbəkədən maksimum su götürüldüyü müddətdə tələb olunan sərbəst basqıları təmin etmək üçün nasos stansiyalarının çıxışında basqı, yaxud

su-basqı qülləsinin (basqı yaradan rezervuarların) yerləşmə hündürlüyü təyin edildikdə max , şəbəkədən minimum su götürülən müddətdə isə min qəbul edilməlidir.

Cədvəl 3. Yaşayış məntəqələri və sənaye müəssisələri ərazilərində suvarmaya su sərfi

Suyun təyinatı

Ölçü vahidi

Suvarmaya su sərfi, l/m2

Keçid və meydanların mükəmməl örtüklərinin mexanikləşdirilmiş yuyulması

1 yuma

1,2 – 1,5

Keçid və meydanların mükəmməl örtüklərinin mexanikləşdirilmiş suvarılması

1 suvarma

0,3 – 0,4

Səki və keçidlərin mükəmməl örtüklərinin əl ilə (şlanqla) suvarılması

həmçinin

0,4 – 0,5

Şəhər yaşıllıqlarının suvarılması

həmçinin

3 – 4

Otluq və güllüklərin suvarılması

həmçinin

4 – 6

Qış istixanalarında torpaqda əkilmiş bitkilərin suvarılması

1 gündə

15

Rəfli qış və bütün növlərdən olan torpaqlı yaz istixanalarinda suvarma

həmçinin

6

Həyətyanı sahələrdə suvarma:

 

 

tərəvəz

həmçinin

3 – 15

meyvə ağacları

həmçinin

10 – 15

Q e y d:

1. Yaşıllıq sahələri, keçidlər, meydanlar və s. kimi abadlıq növləri haqqında məlumatlar olmadıqda suvarma mövsümündə bu məqsədlə orta sutkalıq xüsusi su sərfi iqlim şəraiti, su təchizatı mənbəyinin gücü, yaşayış məntəqəsinin abadlıq dərəcəsi və digər yerli şəraitlər nəzərə alınmaqla bir sakin hesabına 50-90 l/sut qəbul edilməlidir.

2. Suvarmaların sayı iqlim şəraitindən asılı olaraq sutkada 1-2 qəbul edilməlidir.

5.1.5. Heyvandarlıq fermaları və komplekslərində mal-qara, quşlar və vəhşi heyvanların saxlanılması və su ilə təmin edilməsi üçün su sərfi müvafiq sahə normalarına əsasən qəbul edilməlidir.

5.1.6. Sənaye və kənd təsərrüfatı müəssisələrinin istehsalat ehtiyaclarının ödənilməsinə su sərfi bu müəssisələrin texnoloji reqlamentinə əsasən təyin edilməlidir.

5.1.7. Yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı müəssisələrində su sərfinin sutkanın saatlarına bölünməsi hesabi su tələbatı qrafikləri əsasında yerinə yetirilməlidir.

5.1.8. Su tələbi qrafikləri tərtib edilərkən müxtəlif məqsədlər üçün şəbəkədən vaxta görə üst-üstə düşən maksimal su götürülməyə (iri sənaye müəssisələrində müəyyən qrafiklə doldurulan tənzimləyici həcmlərə, ərazinin suvarılmasına və xüsusi tənzimləyici həcmlərdən suvarma maşınlarının çənlərinin doldurulmasına suyun verilməsi) yol verməyən layihə həlləri əsas götürülməlidir.

5.1.9. Tranzit sərflərin nəzərə alınmasına ehtiyac olduqda, ayrı-ayrı yaşayış və ictimai binalarda hesabi sərfləri təyin etmək üçün xüsusi su tələbatı TNvəQ 2.04.01-in tələblərinə uyğun qəbul edilməlidir.

5.2. Yanğın təhlükəsizliyi tələblərinin təmin edilməsi

5.2.1. Yaşayış məntəqələri və xalq təsərrüfatı obyektlərində yanğın əleyhinə su kəməri, bir qayda olaraq, təsərrüfat-içməli, yaxud istehsalat su kəmərləri ilə birləşdirilməlidir .

Q e y d:

1. Aşağıdakı hallarda yanğın əleyhinə xarici su təchizatının 12.5.1-12.5.7 bəndlərinin tələbləri nəzərə alınmaqla mövcud həcmlərdən (rezervuarlar, su anbarları) təmin edilməsinə yol verilir:

əhalisinin sayı 5 min nəfərə qədər olan yaşayış məntəqələrində;

yanğın əleyhinə həlqəvarı su kəməri olmayan yaşayış məntəqələrində ayrıca ərazidə inşa edilmiş və inşaat həcmi 1000 m3-ə qədər olan ictimai binalarda;

həcmi 1000 m3-dən çox olan binalarda ərazi Dövlət Yanğın nəzarəti orqanları ilə razılaşdırılmaqla;

xarici yanğınsöndürməyə su sərfi 10 l/s olan Б,Г,Д kateqoriyasına aid istehsalat binalarında;

həcmi 1000 m3-ə qədər olan qaba yem anbarlarında;

binalarının həcmi 5000 m3-ə qədər olan mineral gübrə anbarlarında;

radio-televiziya ötürücü stansiyaların binalarında;

meyvə-tərəvəz anbarları və soyuducuları binalarında.

2. Aşağıdakı hallarda yanğın əleyhinə su təchizatının nəzərdə tutulmamasına yol verilir:

maksimum iki mərtəbəli binaları və 50 nəfərə qədər sakini olan yaşayış məntəqələrində;

yaşayış məntəqələrindən kənarda yerləşən və inşaat həcmi 1000 m3-ə qədər olan ayrıca dayanan ictimai iaşə müəssisələrində (yeməkxanalar, qəlyanaltıxanalar, kafelər və s.), sahəsi 150 m2-ə qədər olan ticarət müəssisələrində (sənaye malları mağazaları istisna olmaqla), həmçinin yaşayış məntəqələrində yerləşən və inşaat həcmi 250 m3-ə qədər olan I və II odadavamlılıq dərəcəli ictimai binalarda;

inşaat həcmi 1000 m3-ə qədər olan I və II odadavamlılıq dərəcəli D kateqoriyalı istehsalat binalarında (qorunmayan metal, yaxud ağacdan daşıyıcı konstruksiyalı, həmçinin həcmi 250 m3-ə qədər olan polimer istiləşdiricili istisna olmaqla);

yaşayış məntəqəsində yerləşən, I və II odadavamlılıq dərəcəli, su kəmərinə malik dəmir-beton məmulatları və satış betonu istehsal edən zavodlarda (zavodun ən uzaqda yerləşən binasından 200 metrdən uzaqda olmayan yanğın hidrantı quraşdırmaq şərtilə);

inşaat həcmi 1000 m3-ə qədər olan kənd təsərrüfatı məhsullarının mövsümi tədarükü məntəqələrində;

cahəsi 50 m2-ə qədər olan yanan və yanan qablaşdırmalarda saxlanan yanmayan materiallar anbarlarında.

5.2.2. Su kəməri şəbəkəsinin həlqəvarı magistral xətlərini hesablamaq üçün bir xarici yanğının söndürülməsinə su sərfi və yaşayış məntəqəsində eyni vaxtda baş verə biləcək yanğınların sayı cədvəl 4-ə əsasən qəbul edilməlidir.

Cədvəl 4. Yaşayış məntəqələrində yanğın söndürməyə su sərfi normaları



Yaşayış məntəqəsində əhalinin sayı, min nəf.

Eyni vaxtda baş verə biləcək hesabi yanğınların sayı

Yaşayış məntəqəsində bir yanğının söndürülməsinə su sərfi, l/s

odadavamlılıq dərəcəsindən asılı olmayaraq 2 mərtəbəyə qədər tikilisi olan

odadavamlılıq dərəcəsindən asılı olmayaraq 3 və daha çox mərtəbəli tikilisi olan

 

 

5

10

1-dən çox 5-ə qədər

1

10

10

5-dən çox 10-a qədər

1

10

15

10-dan çox 25-ə qədər

2

10

15

25-dən çox 50-ə qədər

2

20

25

50-dən çox 100-ə qədər

2

25

35

100-dən çox 200-ə qədər

3

-

40

200-dən çox 300-ə qədər

3

-

55

300-dən çox 400-ə qədər

3

-

70

400-dən çox 500-ə qədər

3

-

80

500-dən çox 600-ə qədər

3

-

85

600-dən çox 700-ə qədər

3

-

90

700-d\n çox 800-ə qədər

3

-

95

800-dən çox 1000-ə qədər

3

-

100

Q e y d:

1. Yaşayış məntəqəsində xarici yanğının söndürülməsinə su sərfi yaşayış və ictimai binalarda yanğının söndürülməsinə cədvəl 5-də göstərilən miqdardan az olmamalıdır.

2. Zonalı su təchizatında xarici yanğının söndürülməsinə su sərfi və eyni vaxtda baş verə biləcək yanğınların sayı ayrı-ayrı zonalarda yaşayan əhalinin sayına görə qəbul edilməlidir.

3. Əhalisi 1 milyon nəfərdən çox olan yaşayış məntəqələrində eyni vaxtda baş verə biləcək yanğınların sayı və bir yanğının söndürülməsinə su sərfi Dövlət Yanğın Nəzarəti Orqanlarının tələblərinə uyğun qəbul edilir.

4. Qrup su kəmərlərində eyni vaxtda baş verə biləcək yanğınların sayı bu kəmərdən qidalanan bütün yaşayış məntəqələrində yaşayan əhalinin ümumi sayına əsasən qəbul edilir.

Qrup su kəməri üzrə yanğın söndürməyə su ehtiyatının bərpa olunmasına su sərfi bütün yaşayış məntəqələrində bu məqsədlə su sərflərinin (eyni vaxtda baş verən yanğınların söndürülməsinə) cəminə (5.2.14 və 5.2.15 bəndləri) bərabər qəbul edilir.

5. Yaşayış məntəqələrində eyni vaxtda baş verə biləcək yanğınların hesabi sayına onların ərazisində yerləşən sənaye müəssisələrində baş verə biləcək yanğınlar da daxil edilmişdir. Bu zaman hesabi su sərfinə bu müəssisələrdə yanğının söndürülməsinə cədvəl 4-də göstəriləndən az olmayaraq müvafiq sərflər də daxil edilir.

 

5.2.3. Su kəməri şəbəkəsinin birləşdirici və paylayıcı xətlərinin, həmçinin mikrorayon yaxud məhəllə su kəməri şəbəkəsinin hesablanması üçün yaşayış və ictimai binalarda bir xarici yanğının söndürülməsinə su sərfi ən çox su tələb edən bina üzrə cədvəl 5-ə əsasən qəbul edilməlidir.

5.2.4. Sənaye və kənd təsərrüfatı müəssisələrində bir xarici yanğının söndürülməsinə su sərfi bu məqsədlə ən çox su tələb edən bina üçün cədvəl 6-a, yaxud 7-ə əsasən qəbul edilməlidir.

5.2.5. Yanğın əleyhinə arakəsmələrlə hissələrə ayrılmış binalarda xarici yanğın söndürməyə su sərfi binanın ən çox su sərfi tələb edən hissəsinə görə qəbul edilməlidir.

Yanğın əleyhinə arakəsmələrlə hissələrə ayrılmış binalarda xarici yanğın söndürməyə su sərfi binanın ümumi inşaat həcminə və istehsalatın yanğından ən şox təhlükəli kateqoriyasına əsasən təyin edilməlidir.



5.2.6. Hündürlüyü (döşəmədən dayaqlar üstündə yerləşən üfüqi daşıyıcı konstruksiyalara qədər) 18 m-dən çox olmayan polad daşıyıcı konstruksiyalı (odadavamlılıq həddi 0,25 st-dan az olmayan) və profilli polad təbəqəli və yanan, yaxud polimer istiləşdirici ilə örtülmüş hasarlayıcı (divarlar və örtüklər) konstruksiyalı bir-iki mərtəbəli istehsalat və bir mərtəbəli anbar binalarında xarici yanğının söndürülməsinə su sərfi cədvəl 6 və 7- də göstərilənlərdən 10 l/s artıq qəbul edilməlidir.

Bu binalarda xarici yanğın pilləkənlərinin olduğu yerlərdə aşağı və yuxarı sonlarında birləşdirici başlıqlar qoyulmuş, diametri 80 mm olan dik borular olmalıdır.



Q e y d: Eni 24 m-dən və hündürlüyü karnizə qədər 10 m-dən çox olmayan binalarda dik boruların qoyulması məcburi deyil.

 

Cədvəl 5. Yaşayış və ictimai binalarda bir xarici yanğının söndürülməsinə su sərfi



Binaların təyinatı

Aşağıdakı inşaat həcmlərində (m3-lə) və odadavamlılıq dərəcəsindən asılı olmayaraq yaşayış və ictimai binalarda bir xarici yanğının söndürülməsinə su sərfi, l/s

1000-ə qədər

1000-dən çox 5000-ə qədər

5000-dən çox 25000-ə qədər

25000-dən çox 50000-ə qədər

50000-dən çox 150000-ə qədər

Aşağıdakı mərtəbə sayına malik bir və çox bölməli yaşayış binaları:

 

 

 

 

 

2-ə qədər

10*

10

-

-

-

2-dən çox 12-ə qədər

10

15

15

20

-

12-dən çox 16-a qədər

-

-

20

25

-

16-dan çox 25-ə qədər

-

-

-

25

30

Aşağıdakı mərtəbə sayına malik ictimai binalar:

 

 

 

 

 

2-ə qədər

10*

10

15

-

-

2-dən çox 6-a qədər

10

15

20

25

30

6-dan çox 12-ə qədər

-

-

25

30

35

12-dən çox 16-a qədər

-

-

-

30

35

*Kənd yaşayış məntəqələri üçün bir yanğının söndürülməsinə su sərfi 5 l/s qəbul edilir.

Q e y d. Hündürlüyü, yaxud həcmi cədvəl 5-də göstərilənlərdən çox olan binalarda, həmçinin çox insan toplanan və həcmi 25 min m3-dən çox olan ictimai binalarda (tamaşa müəssisələri, ticarət mərkəzləri, universal mağazalar və s.) xarici yanğın söndürməyə su sərfi “Ticarət və ictimai-iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”nda nəzərdə tutulmuş tələblərə uyğun hesablanmalıdır.

 

Cədvəl 6.



Binaların odadavamlılıq dərəcəsi

Yanğın təhlükəsinə görə istehsalatın kateqoriyası

Aşağıdakı inşaat həcmlərinə malik (min m3), fonarları olan və olmayan və eni 60 m–ə qədər olan istehsalat binalarında bir xarici yanğının söndürülməsinə l/s-ilə su sərfi

 

3 - ə qədər

3-dən çox 5-ə qədər

5-dən çox 20-ə qədər

20-dən çox 50-ə qədər

50-dən çox 200-ə qədər

200-dən çox 400-ə qədər

400-dən çox 600-ə qədər

 

I , II

I, II


III

III


IY, V

IY, V


Q,D,E

A,B,V


Q,D

V

Q,D



V

10

10

10



10

10

15



10

10

10



15

15

20



10

15

15



20

20

25



10

20

25



30

30

40



15

30

35



40

-

-



20

35

-



-

-

-



25

40

-



-

-

-



 

Cədvəl 7.

Binaların odadavamlılıq dərəcəsi

Yanğın təhlükəsinə görə istehsalatın kateqoriyası

Aşağıdakı inşaat həcmlərinə malik (min m3), fonarları olmayan eni 60 və daha çox olan istehsalat binalarında bir xarici yanğının söndürülməsinə l/s- ilə su sərfi

50-ə qədər

50-dən çox 100-ə qədər

100-dən çox 200-ə qədər

200-dən çox 300-ə qədər

300-dən çox 400-ə qədər

400-dən çox 500-ə qədər

500-dən çox 600-ə qədər

600-dən çox 700-ə qədər

700-dən çox 800-ə qədər

I , II

I, II


A,B,V

Q,D,E


20

10


30

15


40

20


50

25


60

30


70

35


80

40


90

45


100

50


Q e y d (6 və 7 cədvəllərinə):

1. Müəssisədə eyni vaxtda iki yanğın ehtimalı olduqda onların söndürülməsinə hesabi su sərfi bu məqsədlə ən çox su tələb edən iki binanın sərfləri cəminə bərabər qəbul edilməlidir.

2. Sənaye müəssisələrində ayrıca dayanmış köməkçi binalarda xarici yanğının söndürülməsinə su sərfi ictimai binalarda olduğu kimi cədvəl 5, istehsal binalarına birləşmişlər üçün isə binanın ümumi inşaat həcminə görə cədvəl 6 üzrə qəbul edilməlidir.

3. İnşaat həcmi 5 min m3-dən çox olmayan, I və II dərəcəli odadavamlılıq dərəcəsi, Q və D istehsalat kateqoriyalı kənd təsərrüfatı müəssisələrində xarici yanğının söndürülməsinə su sərfi 5 l/s qəbul edilməlidir.

4. Tutumu 10 min m3-ə qədər olan meşə materialları anbarları Y dərəcəli odadavamlılıq və В istehsalat kateqoriyasına aid edilir və onlarda xarici yanğının söndürülməsinə su sərfi cədvəl 6 üzrə qəbul edilməlidir. Anbarların tutumu daha böyük olduqda su sərfi müvafiq normativ sənədlərə əsaslanaraq qəbul edilməlidir.

5. Radio-televiziya ötürücü stansiyalarında xarici yanğının söndürülməsinə su sərfi binaların həcmindən və stansiya yerləşən qəsəbədə yaşayan əhalinin sayından asılı olmayaraq 15 l/s-dən az qəbul edilmir (əgər 6 və 7 cədvəllərində bundan böyük norma göstərilmirsə).

6. İnşaat həcmi 6 və 7-ci cədvəllərdə göstərilənlərdən çox olan binalarda xarici yanğının söndürülməsinə su sərfi Dövlət ərazi yanğın nəzarəti orqanları ilə razılaşdırılaraq qəbul edilməlidir.

7. Bina, yaxud qurğuların odadavamlılıq dərəcəsi MSN 2.02-01; partlayış, partlayış-yanğın və yanğın təhlükəlilik kateqoriyaları isə MSN 3.02-01 tələblərinə uyğun seçilməlidir.

8. Ağac konstruksiyalı II odadavamlılıq dərəcəsinə malik binalarda xarici yanğının söndürülməsinə su sərfi cədvəl 6 və 7- də göstərilənlərdən 5 l/s artıq qəbul edilməlidir.

 






























































 

Yüklə 5,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə