Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Yüklə 5,15 Mb.
səhifə22/54
tarix03.05.2018
ölçüsü5,15 Mb.
#41187
1   ...   18   19   20   21   22   23   24   25   ...   54

18.3.1.6. Su təchizatı bina və qurğularında boru kəmərləri döşəmə üstündə çəkilməlidir; boru kəmərlərinin döşəmədən aşağı qəza suları kənar edilə bilən su keçirməyən kanallarda çəkilməsinə yol verilir.

18.3.1.7. Çökən qruntlar olan yerdə binaların hasarlayıcı konstruksiyalarının tutum qurğularının divarlarına söykənməsinə yol verilmir.

18.3.1.8. Su təchizatu qurğularının işinə və vəziyyətinə nəzarəti təmin etmək üçün onların əsas konstruktiv elementlərinə və texnoloji avadanlıq qovşaqlarına sərbəst yanaşmanın mümkünlüyü təmin edilməlidir.

18.3.1.9. Kommunikasiya sistemlərinin binalara girişləri və çıxışları TNvəQ 2.04.01-in göstərişlərinə uyğun nəzərdə tutulmalıdır.

Girişdə bina, yaxud qurğuların və boru kəmərlərinin çökməsindəki fərq boru, yaxud qoruyucu konstruksiyaların zədələnməsinə səbəb ola bilən hallarda boru kəmərlərinin quyularında kompensatorların qoyulması nəzərdə tutulmalıdır.

Boruların tutum qurğularının divarları və binaların yeraltı hissələrində sərt bərkidilməsinə yol verilmir; boruları divarlardan keçirmək üçün kipgəclər nəzərdə tutulmalıdır.

18.3.1.10. Kipliyi tələb olunmayan qoruyucu konstruksiyalarda boru və novları keçirmək üçün açılan deşiklərin ölçülərini artırmaq lazımdır. Boru, yaxud novun yuxarı və aşağısı ilə müvafiq keçidin kənarı arasındakı boşluq əsasda qruntun mümkün çökməsinin 1/3-i qədər qəbul edilməlidir. Boşluqlar sıx elastik materialla doldurulmalıdır.

Belə hallarda istismar prosesində novların suaşıran tillərinin düzləndirilməsinin mümkünlüyü nəzərə alınmalıdır.



18.3.1.11. Ayrı-ayrı qurğular arasındakı borular və novlar nisbi dönmək və yerdəyişmək imkanına malik olmalıdır.

Boru və novların divarlarda bərkidilməsi onların, əsas qruntunun mümkün çökmə qiymətinin 1/5-i qədər, üfüqi istiqamətdə qurğuların daxilinə və xaricinə tərəf yerdəyişməsini təmin etməlidir.



18.3.1.12. Planlaşdırılma zamanı əraziyə tökmək, çalaları və xəndəkləri yenidən doldurmaq üçün yerli gilli qruntlardan istifadə edilməlidir.

Qruntun tələb olunan sıxlaşdırılma dərəcəsi ona düşəcək mümkün yüklərdən asılı olaraq qəbul edilməlidir.

Əks doldurma, sıxlığı 1,6 t/m3-dan az olmayan quru qrunta çevrilənə qədər laylarla sıxlaşdırılmış, optimal nəmliyə malik qruntla yerinə yetirilməlidir. Layların qalınlığı qrunt sıxlaşdıran mexanizmlərin növündən asılı olaraq qəbul edilməlidir.

18.3.1.13. Su kəməri qurğularının ətrafında qurğulardan əks istiqamətdə 0,03 mailliyi olan su keçirməyən səkilər nəzərdə tutulmalıdır. Səkinin eni qəbuledilməlidir:

1,5 m- tutum qurğuları üçün I tip və 2,0 m-II tip çökən qrunt şəraitində;

m- qradirniyalar və səpələyicili hovuzlar üçün;

- su-basqı qüllələri üçün.

Səkilərin altındakı qrunt sıxlaşdırılmalıdır.

18.3.1.14. Sütunların qradirniyaların su toplayıcı hovuzlarından keçdiyi yerlərdə, suyun qrunta keçməsinin qarşısını alan və daşıyıcı konstruksiyaların sərbəst çökməsini təmin edən konstruksiyalar qəbul edilməlidir.

18.3.2. Sudaşıyıcı borular və şəbəkələr

18.3.2.1. I və II tip çökən qrunt şəraitində basqılı boru kəmərləri altındakı əsaslara tələblər cədvəl 48-də verilir.

Cədvəl 48.



Çökməyə görə qruntun tipi

7.4 maddəsinə görə suyun verilmə təminatının kateqoriyası

Ərazinin xarakteristikası

Boru kəmərləri altındakı əsasa tələblər

I

 

I və II


 

Tikinti olan

 

Tikinti olmayan



Qruntun sıxlaşdırılması

 

Çökmə nəzərə alınmadan



 

III


 

Tikinti olan

 

Tikinti olmayan



Çökmə nəzərə alınmadan

 

Həmçinin



 

 

 

 

II

(20 sm-ə qədər çökmə)



 

I və II


 

Tikinti olan

 

Tikinti olmayan



Qruntun sıxlaşdırılması və altlığın düzəldilməsi

Qruntun sıxlaşdırılması



 

III


 

Tikinti olan

 

Tikinti olmayan



Qruntun sıxlaşdırılması

 

Çökmə nəzərə alınmadan



 

 

II



(20 sm-dən çox çökmə)

 

 

I və II



 

Tikinti olan

 

 



Tikinti olmayan

Qruntun sıxlaşdırılması, boruların kanalda, yaxud tuneldə döşənməsi

Qruntun sıxlaşdırılması



 

III


 

Tikinti olan

 

Tikinti olmayan



Qruntun sıxlaşdırılması və altlığın düzəldilməsi

Qruntun sıxlaşdırılması



Q e y d:

1. Tikinti olmayan ərazi - yaxın 15 ildə xalq təsərrüfatı obyektləri və yaşayış məntəqələrinin inşası nəzərdə tutulmayan ərazilər;

2. Qruntun sıxlaşdırılması - əsasın qruntunun, sıxlanmış qruntun aşağı sərhəddində, quru qruntun sıxlığının ən azı 1,65 t/m3 qiymətinə qədər 0,3 m dərinlikdə döyəclənməsi;

3. Altlıq – içərisinə qalınlığı 0,1 m olan drenaj döşənmiş və 0,1-0,15 m hündürlükdə kənar divarlara malik su keçirməyən konstruksiya;

4. Boru kəmərləri altındakı əsaslara tələblər onların yaxınlığında yerləşən bina və qurğuların məsuliyyət sinfindən asılı olaraq dəqiqləşdirilməlidir;

5. Boru kəmərlərinin calaq birləşmələri altında xəndəyin dərinləşdirilməsi qruntun döyəcləndirilməsi ilə yerinə yetirilməlidir;

6. I və II kateqoriya su təchizatı sistemlərində yaşayış məntəqələrinin ərazisində boru kəmərlərinin kanallarda və tunellərdə çəkilməsinə borunun xarici səthi ilə binaların özülləri arasında məsafə binalara girişlərdə kanalın uzunluğundan az olan hallarda yol verilir.

18.3.2.2. Altlıqlar, kanal və tunellərin dibi nəzarət quyuları istiqamətində mailliyə malik olmalıdırlar.

18.3.2.3. Müvafiq əsaslandırma olduqda sudaşıyıcı boruların və şəbəkələrin yer səthində, yaxud yerüstü çəkilməsinə yol verilir.

18.3.2.4. 20 sm-ə qədər çökə bilən I və II tip torpaq şəraitində inşa edilən bütün kateqoriyalı su təchizatı sistemləri üçün maddə 11.21-də göstərilmiş borular qəbul edilməlidir. Geniş ağızlı və muftalı boruların calaq yerlərində kiplik yaratmaq üçün elastik materiallardan istifadə edilməlidir.

20 sm- dən çox çökə bilən II tip torpaq şəraitində I və II kateqoriya su təchizatı sistemləri üçün sudaşıyıcı borular və şəbəkələr polad, yaxud plastmas borulardan layihələndirilməlidir; geniş ağızlı borulardan istifadəyə yol verilmir;

III kateqoriya su təchizatı sistemləri üçün plastmas, yaxud calaq yerləri elastik kipliyə malik basqılı dəmir-beton borular qəbul edilə bilər; rezin manjetli çuqun boruların qəbul edilməsinə yol verilir.

18.3.2.5. Altlıqlarda, kanallarda, yaxud tunellərdə çəkilməsi nəzərdə tutulan boru kəmərlərini istismar dövründə müşahidə etmək üçün aralarındakı məsafə yerli şəraitdən asılı olaraq təyin edilən (200 m-dən çox olmamaq şərtilə) nəzarət quyuları qoyulmalıdır. Belə hallarda suyun şəbəkə quyularından yan keçməsi təmin edilməlidir.

18.3.2.6. Su kəməri şəbəkəsi I tip çökən qruntlarda xəndəkdə çəkildikdə üfüqi istiqamətdə şəbəkədən bina və qurğuların özüllərinə qədər məsafə 5 m-dən az olmamalıdır, II tip çökən qrunt şəraitində bu məsafə cədvəl 49-a əsasən qəbul edilməlidir.

 

Cədvəl 49. Şəbəkələrdən II tip qrunt şəraitində bina və qurğularınm özüllərinə qədər minimal məsafə



Çökən qrunt layının qalınlığı

II tip çökən qruntlarda, boruların aşağıdakı diametrlərində (mm), şəbəkələrdən bina və qurğuların özüllərinə qədər minimal məsafə

100 m-ə qədər

100m-dən çox, 300m-ə qədər

300m-dən çox

5m-ə qədər

Çökmə nəzərə alınmadan

5m-dən çox, 12m-ə qədər

5

7,5

10

12m-dən çox

7,5

10

15

Q e y d:

1. Bina və qurğular çökmə xassəsi tam aradan götürülmüş II tip qruntlarda inşa edildikdə şəbəkədən bina və qurğuların özüllərinə qədər olan məsafə çökmə nəzərə alınmadan təyin edilməlidir.

2. 6 bar-dan artıq təzyiq altında işləyən su kəməri xətləri çəkildikdə göstərilən məsafələr 30% artırılmalıdır.

3. Cədvəl 49-da göstərilən məsafələrə əməl etmək mümkün olmadıqda boru kəmərlərinin su keçirməyən kanallarda, tunellərdə, yaxud qəza sularını nəzarət quyularına buraxan sistemlə təchiz edilmiş altlıqlarda çəkilməsi nəzərdə tutulmalıdır.

4. Cədvəldə göstərilən məsafələri təmin etmək mümkün olmadıqda, həmçinin bina və qurğulara su kəmərinin girişlərində boru kəmərinin çökməyə görə I kateqoriya qrunt şəraitində su keçirməyən altlıqlarda, II kateqoriya qrunt şəraitində isə kanallarda, yaxud tunellərdə çəkilməsi nəzərdə tutulmalıdır.

 


18.3.2.7. Sudaşıyıcı borular və su kəməri şəbəkələrində flanslı armatur qarşısında quyularda, kanallarda və tunellərdə çevik calaq birləşmələri qoyulmalıdır.

18.3.2.8. Su kəməri şəbəkələrinin quyuları aşağıdakılar nəzərə alınmaqla layihələndirilməlidir:

I tip çökən qruntlarda - əsasın qruntunun 0,3 m dərinliyə qədər sıxlaşdırılması;

II tip çökən qruntlarda - əsasın qruntunun 1 m dərinliyə qədər sıxlaşdırılması və boru kəmərindən aşağı quyu divarları və dibinin su keçirməzliyinin təmin olunması.

Torpağın səthi quyu qapaqları ətrafındakı sahədə 0,3 enində və quyudan mailliyi 0,03 olmaqla planlaşdırılmalıdır.



18.3.2.9. Suburaxıcı kolonkalar hündürlük səviyyəsi aşağı olan sahələrdə, bina və qurğulardan ən azı 20 m məsafədə yerləşdirilməlidir.

18.3.2.10. Nəzarət quyularının aşağı hissəsi su keçirməyən olmalıdır.

Nəzarət quyularından suyun kənarlaşdırılması maddə 11.15-in göstərişlərinə əsasən nəzərdə tutulmalıdır. Suyun kənarlaşdırılması olmadıqda quyunun aşağı hissəsinin həcmi və dərinliyi onun bir gündə bir dəfədən çox olmayaraq boşaldılmasını təmin etməlidir.

Ehtiyac olduqda nəzarət quyuları suölçən qurğularla təchiz edilməli, yaxud su səviyyəsinin avtomatlaşdırılmış ölçülməsi və nəticənin dispetçer məntəqəsinə ötürülməsi təmin edilməlidir.

18.3.3. İnşaat konstruksiyaları

18.3.3.1. I tip çökən qruntlarda tutum qurğuları altında qəbul edilməlidir:

a) təbii, əgər çökən qrunt layı daxilində qurğudan zp və qruntun öz kütləsindən zgtəzyiqlər cəmi, başlanğıc çökmədən Psl az, yaxud ona bərabər, yəni zp+zg Psl, yaxud qurğunun əsasının oturma S və çökməsinin Ssl cəmi yol verilən həddən Smax.u az, yaxud ona bərabərdirsə, yəni S + SslSmax.u ;

b) zp+zg Psl, yaxud S + SslSmax.u şərtlərində sıxılmış çökən qruntlar.

18.3.3.2. I tip çökən qruntlarda əsasın sıxlaşdırılması ağır döyəcləyicilər ilə ən azı 1,5 m dərinliyə qədər nəzərdə tutulmalıdır. Sıxlaşdırma, sahəsi qurğuların ölçülərini planda bütün istiqamətlərdə özüllərin xarici kənarından 2 m çox olmaqla meydança daxilində aparılmalıdır. Sıxlaşdırılmış zonanın aşağı sərhədlərində quru qruntun sıxlığı 1,65 t/m3-dan az olmamalıdır.

Q e y d. Çökən qruntların ağır döyəcləyicilər ilə sıxlaşdırılması mümkün olmayan hallarda yerli gilli qruntlardan qalınlığı 1,5 m olan və quru qruntun 1,65 t/m3 sıxlığına qədər sıxılmış torpaq yastıq nəzərdə tutulmalıdır.

18.3.3.3. Konusabənzər dibi olan tutum qurğularının altında I tip çökən qruntların sıxlaşdırılması bir neçə mərhələdə (laylarla) aparılmalıdır.

Hər bir mərhələdə qrunt layının sıxlaşdırılması və sonradan bu mərhələdə sıxlaşdırılmış qrunt layının qalınlığının 0,8-i qədər qazılaraq çala şəklində dərinləşdirilməsi nəzərdə tutulmalıdır. Belə hallarda çalanın dibinin konturu hər bir mərhələdə bu kəsikdə qurğunun konus hissəsinin ölçülərindən 0,2m çox olmalıdır.

Axırıncı layın sıxlaşdırılması üçün döyəcləyib hamarlamaq üsulu ilə konuslu döyəcləmə qəbul edilməlidir.

18.3.3.4. Tutum qurğuları yerləşən binaların divarları və sütunlarının özülləri altında, həmçinin nasos stansiyalarının döşəməsi altında, nəm texnoloji proses gedən otaqlarda və tutumlar altında qruntun sıxlaşdırılması nəzərdə tutulmalıdır. Sıxlaşdırma I tip çökən torpaqlarda ən azı 1,5 m dərinliyə qədər və qurğuların ölçülərini planda bütün istiqamətlərdə özüllərin xarici kənarından 2 m çox olmaqla artıran sahə daxilində aparılmalıdır. II tip çökən qruntlarda dərinlik 2 m-ə qədər artırılmalı və sıxlaşmış zonanın aşağı sərhəddində quru qruntun sıxlığı 1,7 t/m3-dan az olmamalıdır.

18.3.3.5. Su tökülmə ehtimalı olan otaqların döşəmələri su keçirməyən olmalı, divarlara, sütunlara, avadanlıq özüllərinə söykənən perimetri boyu hündürlüyü 0,1 m olan çıxıntısı olmalıdır. Döşəmə su toplayan və su keçirməyən çala istiqamətində 0,01-dən az olmayan mailliyə malik olmalıdır.

Dərində yerləşmiş maşın zallarında qoruyucu konstruksiyaların aşağı hissəsi 0,6 m hündürlükdə su keçirməyən olmalıdır.



18.3.3.6. II tip çökən qruntlarda tutum qurğuları altında nəzərdə tutulmalıdır:

qruntun çökmə xassəsinin qismən azaldılması;

bütün çökmə layı daxilində qruntun çökmə xassələrinin tam kənarlaşdırılması, yaxud çökən qruntların kəsilib kənarlaşdırılması.

Q e y d. Oturma və çökmələrin cəmi layihələndirilən qurğular üçün yol verilən həddən çox olmadıqda deformasiyaya uğrayan zona daxilində torpaqların çökmə xassəsinin qismən kənarlaşdırılmasına yol verilir.

18.3.3.7. II tip qruntların çökmə xassələrinin qismən azaldılması çökmə 20 sm-ə qədər olduqda torpağın ağır döyəcləyicilərlə səthi sıxlaşdırılması, yaxud torpaq yastığı yaratmaqla həyata keçirilməlidir.

Sıxlaşmış layın qalınlığı qurğuların konstruktiv xüsusiyyətlərindən və çökən qrunt layının qalınlığından asılı olaraq 2-5 sm qəbul edilməlidir.



18.3.3.8. Tutum qurğularının altındakı II tip qruntların çökmə xassələrini qismən kənarlaşdırmaq üçün sıxlaşdırılmış qrunt üzrə drenaj laylı süzmə əleyhinə altlıq və divar boyu suyu nəzarət quyusuna nəql etdirən drenaj layihələndirilməlidir.

Konus şəkilli dibi olan tutum qurğuları dəmir-beton su keçirməyən lövhəyə söykənən sütunlarda layihələndirilməlidir. Qəza suyunun dəmir-beton lövhədən nəzarət quyusuna axıdılması nəzərdə tutulmalıdır.



18.3.3.9. Çökən qrunt şəraitinin tipindən asılı olmayaraq su-basqı qüllələrinin altında qruntun sıxlaşdırılması maddə 18.3.3.1-ə uyğun nəzərdə tutulmalıdır. II tip çökən qruntlarda su-basqı qülləsinin özülü bütöv dəmir-beton lövhə şəklində qəbul edilməli və qəza suyunun ondan nəzarət quyusuna axıdılması nəzərdə tutulmalıdır.

18.3.3.10. II tip çökən torpaqlarda mümkün çökmə 20 sm-dən çox olduqda tutum qurğularının altında əsasın qruntunun çökmə xassəsi tamamilə aradan qaldırılmalı, yaxud çökən qrunt layı kəsilib çıxarılmalıdır.

18.3.3.11. Tutum qurğularının altında qruntun çökmə xassələrinin tam ləğv edilməsi çökən qruntlayının əlavə nəmləndirilməsi, yaxud dərinlik partlayışları ilə nəmləndirmə və çökən qruntun üst layının ağır döyəcləyicilərlə əlavə sıxlaşdırılması vasitəsilə yerinə yetirilməlidir.

18.3.3.12. Əlavə nəmləndirmə mümkün olmadıqda (nəmləndirmə üçün suyun olmaması, mövcud bina və qurğuların yaxınlıqda yerləşməsi və s.) qruntun çökmə xassələrinin tam ləğv edilməsi çökən layın qrunt dirəkləri ilə dərinlik sıxlaşdırılması yolu ilə yerinə yetirilməlidir.

18.3.3.13. Çökən qruntların kəsilməsi nəzərdə tutulmalıdır:

müxtəlif növ dirək əsasları qurmaqla;

kimyəvi, termiki, yaxud digər üsullarla möhkəmləndirilmiş qruntdan düzəldilmiş dirəklərlərdən, yaxud lentlərdən istifadə etməklə;

özüllərin dərinləşdirilməsi ilə.

Çökən qruntların dirək özüllərlə kəsilməsi tutum qurğuları altında torpağın çökmə xassələrinin digər üsullarla tam ləğv edilməsi mümkün olmayan hallarda qəbul edilməlidir.

18.3.3.14. II tip çökən qruntlarda tutum qurğularının tikintisi və istismarı dövründə qurğuların çökməsi, su sızması və qrunt sularının səviyyəsinin dəyişməsi deformasiyalar sabitləşənə qədər nəzarət altında olmalıdır.

Əlavə 1

(tövsiyə edilən)

 

Borulu quyuların qazılma üsulları



1. Yeraltı suqəbuledicilər layihələndirilən zaman borulu quyuların qazılma üsulu yerli hidro-geoloji şəraitlərdən, quyuların diametri və dərinliyindən asılı olaraq qəbul edilməlidir.

2. Quyuları bərkitmək üçün muftalı və elektrik qaynaqlı polad borulardan istifadə edilməlidir.

Dərinliyi 250 m-ə qədər olan quyuların divarlarını bərkitmək üçün, bərkitmə boruları sərbəst endirildikdə, boru kənarı fəzanın mütləq sementləşdirilməsi ilə qeyri metal borulardan istifadə olunmasına yol verilir.



3. Quyuların konstruksiyalarında bərkitmə borular sütunu teleskopik qəbul edilməlidir. Əvvəl və sonra gələn bərkitmə borularının diametrlərində fərq 50 mm-dən az olmamalıdır.

4. Mürəkkəb hidrogeoloji şəraitlərdə istiqamətləndirici boru dəstləri ilə bərkidilməyən sudaşıyıcı layların, yaxud uçmağa meyilli olan süxurların bağlanması və yuma mayesinin udulması üçün quyuların konstruksiyasında əlavə bərkitmə boru sütununun qoyulması nəzərdə tutulmalıdır.

5. Qazma zamanı quyunun divarlarını müvəqqəti bərkidən boru dəstləri quyudan çıxarılmalıdır. Quyuların daimi istismarı üçün bərkitmə boru dəstlərinin sərbəst sonu çıxarılmalıdır. Belə hallarda bərkitmə borusunun quyuda qalan yuxarı kəsiyi əvvəlki sütunun başmağından ən azı 3 m yuxarı olmalıdır. Sütunun qalan hissəsi ilə əvvəlki sütun arasındakı boşluq sementlənməli, yaxud kipgəclə bağlanmalıdır.

6. Yerüstü çirklərin və istifadə olunmayan sudaşıyıcı lay sularının daxil olmasının qarşısını almaq üçün quyuların izolyasiyası nəzərdə tutulmalıdır.

7. İzolyasiyanın keyfiyyəti su çıxarılması, yaxud zərbə üsulu ilə qazma zamanı su doldurulması və rotorlu qazmada təzyiq altında su vurulması, həmçinin geofiziki üsullarla yoxlanılmalıdır.

8. Borulu suqəbuledici quyuların sementləşdirilməsi üçün sement DÜİST 25597-ə əsasən qəbul edilməlidir.

9. İstifadə edilən və onunla hidravlik bağlı olan laylarda aqressiv sular olduqda quyu borularının korroziyadan müdafiə olunması nəzərdə tutulmalı,yaxud korroziyaya davamlı materiallardan istehsal olunmuş borulardan istifadə edilməlidir.

 

 



Əlavə 2

(tövsiyə edilən)

 

Borulu quyuların süzgəclərinə tələblər



1. Borulu quyuların süzgəclərinin tipi və konstruksiyası 8.1.3.5-in (cədvəl 10) tələblərinə əsasən qəbul edilməlidir.

2. Süzgəclər (məsaməli betondan, sementlə bağlı çınqıldan və s. ibarət blok tipli) layda ikiqat tökmə yaradıldıqda az miqdar su götürmək üçün qəbul edilə bilərlər.

3. Lay suyu aqressiv olduqda süzgəclər paslanmayan poladdan, plastmas, yaxud korroziyaya davamlı və kifayət qədər möhkəmliyə malik digər materiallardan qəbul edilə bilər.

4. Ətrafında çınqıl layı yaradılmayan süzgəclərin məsaməliklərinin ölçüləri aşağıdakı cədvəldən götürülə bilər.

 


Süzgəcin tipi

Süzgəcin deşiklərinin ölçüləri

bircinsli süxurlarda KH ≤ 2

bircinsli olmayan süxurlardaKH ≥ 2

Dairəvi deşikli

Torlu


Yarıqlı

Məftilli


(2,5 ÷ 3)d50

(1,5 ÷ 2)d50

(1,25 ÷ 1)d50

1,25d50



(3 ÷ 4)d50

(2 ÷ 2,5)d50

(1,5 ÷ 2)d50

1,5 d50



Q e y d:

1. Cədvəldə KH=d60/d10, burada d10; d50; d60- miqdarı sudaşıyıcı layda müvafiq olaraq 10,50 və 60%-dən az olan hissəciklərin ölçüləridir (qranulometrik tərkib qrafikindən təyin edilir).

2. d50-də əmsalların kiçik qiymətləri xırda dənəli süxurlara, böyük qiymətləri isə iri dənəli süxurlara aid edilir.

 


 

5. Ətrafında çınqıl layı yaradılan süzgəclərin məsaməliklərinin ölçüləri çınqıl layının süzgəcin divarlarına söykənən hissəciklərinin orta diametrinə bərabər qəbul edilməlidir.

6. Dairəvideşikli, yaxud yarıqlı borulu süzgəclərin məsaməliliyi 20-25%, məftil sarğılardan, yaxud ştamplanmış polad lövhədən olan süzgəclərin məsaməliliyi 30-60%-dən çox olmamalıdır.

7. Süzgəclərin ətrafında əlavə süzücü lay yaratmaq üçün qum, çınqıl və qum-çınqıl qarışığından istifadə edilməlidir.

Bu layın materiallarının mexaniki tərkibi aşağıdakı nisbətə əsasən seçilir



http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image175.jpg

burada D50 - layda miqdarı 50%-dən az olan hissəciklərin diametridir.



Yüklə 5,15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə