Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Yüklə 5,15 Mb.
səhifə23/54
tarix03.05.2018
ölçüsü5,15 Mb.
#41187
1   ...   19   20   21   22   23   24   25   26   ...   54

8. Çoxlaylı çınqıl süzgəclərdə hər bir layın qalınlığı yer səthində yığılan süzgəclər üçün 30 mm-dən, quyunun dibində yaradılanlar üçün isə 50 mm-dən az olmamalıdır.

9. Süzgəclər üçün əlavə olaraq yaradılan iki və üç laylı çınqıl süzgəc materialının mexaniki tərkibi aşağıdakı nisbət nəzərə alınmaqla seçilməlidir,

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image177.gif,

Burada Dvə D2- qonşu laylarda material hissəciklərinin orta diametridir.



10. Süzgəclərin çınqıl materialı seçilərkən aşağıdakı nisbətə əməl olunmalıdır:

məsaməli beton, yaxud saxsıdan hazırlanmış blok tipli



http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image179.jpg

yapışqanlılar üçün



http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image181.jpg

burada Dor- süzgəc blokundakı çınqıl hissəciklərinin orta diametridir.



11. Quyularda istifadə olunan süzgəc materialları zərərsizləşdirilməlidir.

 

Əlavə 3



(tövsiyə edilən)

 

Yeraltı suqəbuledicilərin sınağı və rejimlə müşahidə edilməsi

 

1. Yeraltı suqəbuledicilərin faktiki məhsuldarlığının layihə qiymətinə uyğunluğunu müəyyən etmək üçün istismara verilməzdən əvvəl onlardan su çıxarılması nəzərdə tutulmalıdır.

2. Suyun çıxarılması quyuda iki səviyyə düşgüsünə aparılmalıdır: layihədə nəzərdə tutulan debitlə və ondan 25-30% çox.

3. Hər bir səviyyə düşgüsü üçün quyudan suyun çıxarılması verilmiş sərfə görə daimi dinamik səviyyə təmin olunduqdan sonra 1-2 gün davam etməlidir.

Rejim sabitləşmədikdə suyun çıxarılması sabit səviyyədə məhsuldarlığın azalma qanunauyğunluğu, yaxud sabit məhsuldarlıqda səviyyənin dəyişmə qanunauyğunluğu qərarlaşana qədər davam etdirilməlidir.



4. Yeraltı suqəbuledicilər layihələndiriləndə müşahidə olunacaq quyularda, yaxud suölçən məntəqələrdə (bulaq sularını toplayan kameralar-kaptajlar olduqda) su səviyyəsi, məhsuldarlıq, suyun temperaturu və keyfiyyətinə nəzarət etmək üçün rejim şəbəkəsi nəzərdə tutulmalıdır. Belə hallarda layihə üzrə rejim müşahidələrinin tam kompleksinin həyata keçirilməsini təmin edən avadanlıqla təchiz olunmuş istismar olunan quyular və digər suqəbuledici qurğular istifadə olunmalıdır.

5. Müşahidə quyularının konstruksiyaları, sayı və yerləşməsi hidrogeoloji şəraitə uyğun olaraq qəbul edilməlidir. Belə hallarda müşahidə quyuları diametri 89-110 mmolan süzgəclə təchiz edilməlidir.

6. Müşahidə quyularının dərinliyi süzgəcin yerləşmə şəraitindən asılı olaraq qəbul edilməlidir:

sərbəst səthli sudaşıyıcı laylarda, istismar quyularının dərinliyi 15 m-ə qədər - süzgəc istismar quyularında olduğu dərinlikdə yerləşdikdə;

sərbəst səthli sudaşıyıcı laylarda, istismar quyularının dərinliyi 15 m-dən çox olduqda - süzgəcin işçi hissəsinin yuxarısının sudaşıyıcı layda minimum dinamik səviyyədən 2-3 m aşağı;

basqılı sudaşıyıcı layda dinamik səviyyə lay tavanından yuxarıda olduqda - süzgəcin işçi hissəsi sudaşıyıcı layın yuxarı 1/3-də yerləşdikdə; layın bir hissəsi qurudulduqda - süzgəcin üstü dinamik səviyyədən 2-3 m aşağı;

istismarı statik ehtiyacların istifadəsinə hesablanmış sudaşıyıcı laylarda - süzgəcin işçi hissəsinin yuxarısı suqəbuledicinin hesabi istismar müddətinin sonuna dinamik səviyyədən 2-3 m aşağı.

7. Şaxtalı quyular, şüavarı və üfüqi suqəbuledicilərdən ibarət qurğularda müşahidə quyularının dərinliyi suqəbuledicinin suyu qəbul edən hissəsinin yerləşmə dərinliyinə bərabər qəbul edilməlidir.

8. Müşahidə quyularında istismar layından yuxarıda yerləşən yuxarı suluq və sudaşıyıcı laylar təcrid olunmalıdır.

9. Ehtiyac olduqda istismar olunmayan yuxarı sudaşıyıcı layları müşahidə etmək üçün quyu nəzərdə tutula bilər.

10. Müşahidə quyularını zibillə tutulmaqdan qorumaq üçün süzgəc borusunun, yaxud bərkitmə borularının yuxarısı qapaqla bağlanmalıdır.

11. Müşahidə quyuları infiltrasiyalı suqəbuledicilərin sahələrində suqəbuledici ilə suaxar, yaxud sututar arasında və ehtiyac olduqda onlardan qarşı sahildə suqəbuledicinin təsir zonasında yerləşdirilməlidir. Su götürülən ərazidə yeraltı suların mümkün çirklənmə mənbələri olduqda (sənaye tullantı sularının axıdıldığı yerlər, yüksək minerallı suyu olan sututarlar, bataqlıqlar və s.) onlarla suqəbuledicilər arasında əlavə müşahidə quyuları nəzərdə tutulmalıdır.

Əlavə 4

(tövsiyə edilən)

 

Sudan üzvi maddələrin, dad və qoxunun kənar edilməsi

 

1. Sudan üzvi maddələri kənar etmək, dad və qoxunun intensivliyini azaltmaq üçün oksidləşdirici kimi xlor, kalium permanqanat, ozon, yaxud onların kombinasiyasından istifadə etmək lazımdır.

Oksidləşdiricinin növü və dozası texnoloji axtarışların nəticəsi əsasında təyin edilməlidir. Oksidləşdiricilərin təxmini dozaları cədvəl 28-ə əsasən qəbul edilə bilər.



2. Oksidləşdiricilərin daxil ediləcəyi əsas yerlər və reagentlərin daxil edilmə ardıcıllığı cədvəl 29-un göstərişlərinə əsasən təyin edilməlidir.

Oksidləşdiricilərin dozasının hissələrlə müxtəlif qurğular qarşısında suya daxil edilməsinə yol verilir.



3. Reagentlərin vaxta görə tələb olunan fasilələrlə boru kəmərlərinə, yaxud əsas texnoloji qurğulara daxil edilməsi mümkün olmadıqda xüsusi təmas çənləri nəzərdə tutulmalıdır.

4. Təsərrüfat-içməli su təchizatında ozon və kalium permanqanatdan istifadə təmizlənmiş suyun zərərsizləşdirilməsi üçün xlorlamanın lazım olmasını istisna etmir.

5. Dənəvərlənmiş aktivləşdirilmış kömür şəffaflandırıcı süzgəclərdən, yaxud suyu qalıq asılı maddələrin miqdarı 1,5 mq/l-ə qədər təmizləyən digər qurğulardan sonra qoyulan sorbsiya süzgəcləri üçün süzücü yük materialı kimi qəbul edilməlidir.

Müvafiq əsaslandırma olduqda birləşmiş şəffaflandırıcı-sorbsiyaedici süzgəclərdən istifadəyə yol verilir.



6. Sorbsiya süzgəclərində kömür yükünün hündürlüyü aşağıdakı düsturla hesablanandan az olmamalıdır:

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image183.gif,

burada vh - hesabi süzmə sürəti olub 10-15m/st qəbul edilir;



http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image185.gif - suyun kömür layından keçmə vaxtı olub kömürün sorbsiya qabiliyyətindən, sudakı çirkləndiricilərin növü və qatılığından və texnoloji axtarışlarla təyin edilən digər amillərdən asılı olaraq 10-15 dəq-ə qəbul edilir.

7. Sorbsiyalı süzgəcləri yükləmək üçün maddə 4.3-ün göstərişlərini nəzərə almaqla AQ-3,AQ-M və digər markalı dənəvərləşdirilmiş kömürdən istifadə etmək lazımdır.

Süzgəcin yükünün su ilə yuyulma intensivliyi aktivləşdirilmiş kömürün tələb olunan nisbi genişlənməsindən asılı olaraq aşağıdakı cədvəldən qəbul edilməlidir.

 


Fəallaşdırılmış kömürün tipi

Yükün tələb olunan nisbi genişlənməsi, %

Süzgəclərin yuyulma intensivliyi,l/(s.m2)

Yuyulmanın davam etmə müddəti, dəq

AQ – 3

 

 



AQ - M

25

35

45



30

45

60



12 – 14

14 – 16


16 – 18

8 – 9


9 – 10

11 – 12


8 – 7

7 – 6


6 – 5

12 – 10


10 – 8

8 – 7


 

8. Süzücü yük səthindən novların yuxarı kənarlarına qədər olan məsafə maddə 9.2.12.19 və cədvəl 22-nin göstərişlərinə əsasən təyin edilməlidir.

9. Aktivləşdirilmiş kömürdən olan sorbsiya layında basqı itkisinin təyini, yuma suyunu verən paylaşdırıcı sistemin, novların və sorbsiya süzgəclərinin digər elementlərinin hesablanması və konstruksiyasının tərtibatı 9.2.12.9-9.2.12.20 maddələrinin göstərişləri əsasında yerinə yetirilməlidir.

10. Toz şəkilli aktivləşdirilmiş kömür suya koaqulyantdan ən azı 10 dəqiqə əvvəl daxil edilməlidir. Süzgəclərdən əvvəl kömürün dozası 5 mq/l-ə qədər qəbul edilməlidir.

11. Kömür tozunu reagent anbarından kömür pulpası hazırlanan qurğuya nəql etdirmək üçün hidro və pnevmoüsullardan istifadə etməyə yol verilir. Pnevmoüsuldan istifadə etdikdə nəqletdirici qurğu kipləşdirilməli və yanğına qarşı təhlükəsizlik vasitələri ilə, yerli partlayış əleyhinə klapanla təchiz edilməli və elektrik dövrəsi torpaqla birləşdirilməlidir.

Kömür pulpasını dozalamaq üçün kömürün çənlərdə hidravlik, yaxud mexaniki qarışdırma ilə 1 st müddətində su ilə isladılması nəzərdə tutulmalıdır. Kömür pulpasını nəql etdirən nasoslar kömürün abraziv təsirinə dayanıqlı olmalıdır. Dövretdirici nasosların məhsuldarlığı isladılan reagentin bütün isladılma müddətində 4-5 dəfə islanmasını təmin etməlidir.

Kömür pulpasının qatılığı 8%-ə qədər qəbul edilməlidir.

12. Kömür pulpasını nəql etdirən boru kəmərlərində pulpanın hərəkət sürəti 1,5 m/s-dən az olmamalıdır; maddə 9.2.3.20-ə əsasən boru kəmərlərində təmizləmək üçün təftişlər, rəvan dönmələr və mailliklər nəzərdə tutulmalıdır.

13. Dozalayıcıların konstruksiyası pulpanın dozalayıcıdakı sabit səviyyəsində onun hidravlik üsulla qarışdırıla bilməsini təmin etməlidir.

14. Kalium permanqanat məhlulu hazırlamaq üçün qarışdırıcısı olan çənlərin tutumu 0,5-2%-li (satış məhsuluna görə) reagent məhlulunun hazırlanmasına hesablanmalıdır. Belə hallarda reagentin tam həll olması üçün tələb olunan vaxt suyun temperaturu 200C olduqda 4-6 st və 400C olduqda 2-3 st qəbul edilməlidir.

15. Kalium permanqanat üçün məhlul, yaxud məhlul-sərf çənlərinin sayı ikidən az olmamalıdır (biri ehtiyat). Kalium permanqanat məhlulunu dozalamaq üçün çökdürülmüş məhlullarla işləyən dozalayıcılar qəbul edilməlidir.

 

Əlavə 5



(tövsiyə edilən)

 

Karbonat müvazinətini sabitləşdirmək üçün suyun emalı. Polad və çuqun boruların korroziyasının qarşısını almaq üçün ingibitorlarla emal

 

1. Texnoloji analizlər barədə məlumat olmadıqda suyun karbonat müvazinətliyinin kalsium karbonatla doyma indeksinə (J) görə təyin edilməsinə yol verilir.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image187.jpg

burada pH0- hidrogen göstəricisinin pH-metrlə ölçülmüş qiyməti;



pHs- kalsium karbonatla doymuş suyun hidrogen göstəricisi olub suda kalsiumun CCa, duzun ümumi miqdarının P, qələviliyin Q və suyuntemperaturunun qiymətindən asılı olaraq şək.1-də verilmiş nomoqram vasitəsilə təyin edilir.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image189.jpg

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image190.gif2. Metal boruları korroziyadan və qabarıq korroziya çöküntülərin yaranmasından qorumaq üçün doyma indeksi 0,3-dən az olduqda suyun karbonat müvazinətinin sabitləşdirilməsi ildə üç aydan çox müddətdə aparılmalıdır.

Suyun karbonat müvazinətinin sabitləşdirilməsinə ehtiyacın olması əvvəlki emal zamanı (koaqulyasiya, yumşaltma, aerasiya və s.) onun keyfiyyətində baş verən dəyişikliklər nəzərə alınmalıdır.



3. Mineral koaqulyantlarla (alüminium sulfatla, dəmir xloridlə və s.) emal edilən sular üçün doyma indeksi hesablanarkən suyun pH-ın və qələviliyinin ona daxil edilən koaqulyantın hesabına azalması nəzərə alınmalıdır.

Koaqulyasiyadan sonra suyun qələviliyi (2) düsturu ilə hesablanmalıdır.



http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image192.jpg

burada Q0- koaqulyasiyaya qədər suyun qələviliyi, mq-ekv/l;



Dk- susuz məhsul hesabı ilə koaqulyantın dozası, mq/l;

ek- koaqulyantın susuz maddəsinin ekvivalent kütləsidir, mq/mq-ekv(maddə 9.2.3.4-ə görə təyin edilir).

Koaqulyasiyadan sonra sərbəst karbon qazının miqdarı http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image194.gif(CO2)s koaqulyasiya edilmiş suyun pH-nın məlum qiymətində şəkil 2-dəki nomoqramdan təyin edilməlidir. pHməlum olmadıqda bu miqdar (3) düsturu ilə hesablanmalıdır.



http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image196.jpg

burada (CO2)0- koaqulyasiyaya qədər xamsudakı karbon qazının miqdarıdır, mq/l.



(CO2)s-in məlum qiymətində şəkil 2-dəki nomoqramdan koaqulyantla emal edilmiş suyun pH-ı təyin edilir.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image198.jpg

 

 

αt

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image200.jpg

 

Şəkil 3. Turşunun dozasının hesablanmasında http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image194.gifəmsalını təyin etmək üçün nomoqram



4. Doyma indeksinin müsbət qiymətində kalsium karbonatın borularda çökməsinin qarşısını almaq üçün suyu turşu (sulfat, xlorid), heksametafosfat, yaxud natrium üç polifosfatla emal etmək lazımdır.

Turşunun dozası (satış məhsuluna görə) (4) düsturu ilə hesablanmalıdır.



http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image202.gifmq/l (4)

burada http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image194.gif- şəkil 3-dəki nomoqramdan təyin edilən əmsal;

 - suyun təbii qələviliyi, mq-ekv/l;

 e- turşunun ekvivalent kütləsi, mq/mq-ekv (sulfat turşusu üçün - 49, xlorid turşusu üçün - 36,5 qəbul edilir);

 Ct - satış turşusunda aktiv hissənin miqdarıdır, %.

 


Heksametafosfat, yaxud natrium üç polifosfatın (P2Ohesabı ilə) dozası qəbul edilir: təsərrüfat-içməli su kəmərləri üçün - ≤ 2,5 mq/l (3,5 mq/lPO4 hesabına); istehsalat su kəmərləri üçün -≤ 4 mq/l.

5. Suyun kalsium karbonatla doyma indeksinin mənfi qiymətində karbonat müvazinəti sabit olan su almaq üçün onun qələvi reagentlərlə (əhəng, soda, yaxud bu reagentlərin birlikdə istifadəsi), heksametafosfatla, yaxud natrium üç polifosfatla emalı nəzərdə tutulmalıdır.

Əhəngin dozası (5) düsturu ilə hesablanmalıdır.



http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image205.jpg

burada Də-əhəngin dozası, mq/l (CaO hesabına);



 

βi

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image207.jpg

 

Şək.4. βi əmsalını təyin etmək üçün nomoqram



β- suyun emala qədər pH-dan və doyma indeksindən J asılı olaraq şəkil 4-dəki nomoqramdan təyin edilən əmsal;

K-suyun temperaturundan asılı olan əmsal:t=200C olduqda-Kt=1, t=500C olduqda-Kt= 1,3qəbul edilir;

- emala qədər suyun qələviliyidir, mq-ekv/l.

Sodanın dozası (Na2CO3,mq/lCaO hesabına əhəngin dozasından 3-3,5 dəfə çox qəbul edilməlidir.

(5) düsturu ilə əhəngin dozası Də/28, mq-ekv/l

(6) düsturu ilə dq-nin alınan qiymətindən çox olduqda suya dqədər həngdən əlavə miqdarı (7) düsturu ilə hesablanan soda da əlavə edilməlidir .



http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image209.jpg

Boru kəməri boyu qoruyucu karbonat pərdəsinin bərabər paylanması üçün suya qələvi reagentlərlə eyni zamanda 0,5-1,5 mq/l dozada (P2O5-ə görə) heksametafosfat, yaxud natrium üçpolifosfatın daxil edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır.

İstehsalat sukəmərlərinin polad və çuqun borularını korroziyadan qorumaq üçün suyun hek-sametafosfat, yaxud natrium üçpolifosfatla emalı (qələvi reagentlərsiz) sistemi layihələndiriləndə bu reagentlərin dozası 5-10 mq/l (P2O5-ə görə) qəbul edilməlidir. Təsərrüfat-içməli su kəmərləri üçün göstərilən reagentlərin dozaları P2O5-ə hesabla 2,5 mq/l-dən çox olmamalıdır. Su kəmərlərinin yeni sahələri istismara verilən zaman korroziya intensivliyini azaltmaq üçün suyun qələvi reagentlərsiz heksametafosfat, yaxud natrium üçpolifosfatla emalında boru sahələri adları çəkilən reagentlərin 100 mq/l (P2O5-ə görə) qatılıqda məhlulu ilə doldurularaq 2-3 gün saxlanmalı və sonra boşaldılmalıdır. Sonrakı mərhələdə boru sahəsi istehsalat su kəmərləri 5-10 mq/l (P2O5-ə görə), təsərrüfat-içməli su kəmərləri isə 2,5 mq/l heksametafosfat, yaxud natrium üçpolifosfat daxil edilmiş su ilə yuyulmalıdır.



6. Suyu emal etmək üçün heksametafosfat, yaxud natrium üçpolifosfatın məhlullarının hazırlandığı məhlul və sərf çənləri korroziyadan müdafiə materialları ilə üzlənməlidir.

Məhlullar satış məhsuluna görə 0,5-dən 3%-li qatılığa qədər hazırlana bilər. Reagentin suda həll edilmə müddəti mexaniki qarışdırıcılar, yaxud sıxılmış havadan istifadə etdikdə suyun temperaturu 200C olduqda 4 st, 500C olduqda isə 2 st təşkil edir.



7. Suyu karbonat müvazinətini sabitləşdirmək üçün emal etdikdə qələvi reagentlər süzgəclərdən əvvəl qarışdırıcılara və ikinci mərhələ xlorlamadan əvvəl süzülmüş suya daxil edilməlidir.

Belə hallarda qələvi reagentlər və onların məhlulları yüksək dərəcədə təmizlənməlidirlər.

Əhəng südü və soda məhlulunun hazırlanması və dozalanması 9.2.3.16-9.2.3.21 maddələrinin göstərişlərinə əsasən yerinə yetirilməlidir.

Qələvi reagentlər suya qarışdırıcılar və süzgəclərdən əvvəl o vaxt daxil edilə bilərlər ki,bu suyun təmizlənmə səmərəsini (məsələn, suyun rəngliliyinin azalması) azaltmasın.



8. Boru kəmərinin birinci mərhələ istismar dövründə daxili səthində qoruyucu kalsium karbonat pərdəsinin yaranması üçün qələvi reagentlərin (6) və (7) düsturları ilə hesablanmış dozalarının 2 dəfə, sonrakı uzun müddət üçün isə 10-20% (həmin düsturlarla müəyyən edilən dozanın) artırılmasının mümkünlüyü nəzərdə tutulmalıdır.

9. Boru kəmərinin istismarı dövründə qələvi reagentlərin dozalarının dəqiqləşdirilməsi, həmçinin müdafiəedici karbonat pərdəsinin yaranmasının davametmə müddəti suyun texnoloji və kimyəvi analizləri əsasında, eləcə də korroziya indikatorlarının vəziyyətini müşahidə etməklə yerinə yetirilir. Bu müşahidələr əsasında həmçinin boruların divarında karbonat pərdəsinin yaranmasının ilk dövründə suyun kalsium karbonatla az miqdarda doymasının məqsədəuyğunluğu təyin edilir.

10. Təsərrüfat-içməli su təchizatı sistemlərinin boru kəmərlərində karbonat pərdəsi yaradılarkən qələvi reagentlərlə emal edilən suyun pH-ı DÜİST 2874-ün yol verdiyi həddi aşmamalıdır.

11. Tərkibində 20-30 mq/l-dən az kalsium və qələviliyi 1-1,5 mq-ekv/l olan az minerallı suların karbonat müvazinətini sabitləşdirməyin layihəsi əvvəlcədən aparılmış texnoloji axtarışların nəticələri əsasında tərtib edilməlidir. Suda kalsiumun (Ca2+) və hidrokarbonatların http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image211.gifqatılığını artırmağa ehtiyac olduqda suyun karbon qazı (CO2) və əhənglə birgə emalı nəzərdə tutulmalıdır.

Əlavə 6

(tövsiyə edilən)

Suyun flüorlaşdırılması

 

1. Suyu flüorlaşdırmaq üçün natrium, silisium və flüorun kompleks birləşməsi, natriumlu flüor, silisiumlu flüorlu ammonium, silisium flüorlu turşu və sanitariya-epidemioloji xidmət orqanlarının icazə verdiyi digər reagentlər istifadə edilə bilər.



2. Suyu flüorlaşdırmaq üçün reagentlərin dozası (1) düsturu ilə hesablanmalıdır.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image213.jpg

burada mf- reagentin emal edilən suya daxil edildiyi yerdən asılı olan əmsal(təmiz suya daxil edildikdə 1, iki pilləli təmizləmə texnologiyasında suzgəclərdən əvvəl daxil edildikdə 1,1 qəbul edilir);



af- yaşayış məntəqəsinin yerləşdiyi iqlim rayonundan asılı olaraqsanitariya-epidemioloji xidmətin içməli su üçün təyin etdiyi flüorun miqdarı, qr/m3;

F -emal edilən suda flüorun miqdarı, qr/m3;

K- təmiz reagentdə flüorun miqdarı (silisiumlu flüorlu natrium üçün - 61; natriumlu flüor üçün - 45; silisium flüorlu ammonium üçün - 64; silisium flüorlu turşu üçün -79);

Cf- satış məhsulunda təmiz reagentin miqdarıdır, % .

Yüklə 5,15 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə