Azərbaycan respublikasi əlyazması hüququnda



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix11.09.2023
ölçüsü1,95 Mb.
#121629
1   ...   20   21   22   23   24   25   26   27   ...   31
Avtoreferat - Hediyye Xelilova (azerb)

 
 
TiO
2
ilə fotokataliz prosesini aşağıdakı mərhələlər üzrə təsvir 
etmək olar: 
1. TiO
2
–nin aktivləşməsi: 
Fotokatalizatorun UB və ya görünən şüaların təsiri ilə oksidləş-
məsi metal oksidində elektron–deşik cütlərinin əmələ gəlməsi ilə baş 
verir: 
TiO
2
+ h
ν
(E) → TiO
2
+ e
-
+ h
+
2. Az müddət ərzində istiliyin ayrılması ilə e
-
/h
+
cütlərinin re-
kombinasiyası müşahidə olunur: 
TiO
2
(e
-
+ h
+
) → tº 
Mühitdə lazımi elektron akseptor və donorların olmadığı za-
man deşik və elektronların rekombinasiyası baş verir [3]. Fotokatali-
tik oksidləşmə bu rekombinasiyanın baş vermədiyi mühitdə daha sə-
mərəli gedir.
3. Oksidləşmə-reduksiya reaksiyaları: 
Şüalanma nəticəsində yaranmış yüklər katalizatorun üzərinə yı-
ğılır və orada adsorbsiya olunmuş maddələrlə oksidləşmə-reduksiya 


42
reaksiyasına girirlər və müvafiq radikallar alınır.
10
Reduksiya reaksiyaları: 
O
2
+ e
-
→ O
2

A + e

→ reduksiya məhsulları
Oksidləşmə reaksiyaları: 
H
2
O + h
+
→ OH• + H
+
OH + h
+
→ OH• 

R + h
+
→ R•
Alınan OH•, O
2
• və R• radikalları üzvi çirkləndirici ilə reaksi-
yaya girərək onların ətraf mühit üçün zərərsiz maddələrə parçalanma-
sına şərait yaradırlar. Bu mexanizmin son məhsulları su və karbon
2 –oksiddir.
İlkin tədqiqatlar neft sənayesinin tullantı sularının nano hissəcik-
lərə yaxın ölçüyə malik TiO
2
katalizatorunun istifadəsi ilə aparılmışdır. 
Tədqiqatlar zamanı üzvi maddələrin parçalanma dərəcəsi fotokataliz 
prosesindən əvvəl və sonra OKT-ın ölçülməsi ilə müəyyən olunmuşdur. 
OKT-ın qiymətlərinə əsasən, üzvi birləşmələrin sudan çıxarılması üçün 
tətbiq olunan üsulun səmərəliliyi R indeksinin hesablanması ilə müəy-
yən edilmişdir. R indeksinin qiyməti üzvi maddələrin parçalanma effek-
tivliyinin %-lə göstəricisi kimi qəbul olunur və aşağıdakı tənliklə hesab-
lanır[56].
R= 
[𝑂𝐾𝑇]

+[𝑂𝐾𝑇]
𝑡
𝑂𝐾𝑇
0
Burada, [OKT]
0
və [OKT]
t
OKT-ın başlanğıc və fotokataliz pro-
sesinin müəyyən vaxtlarında təyin olunmuş qiymətlərini ifadə edir.
İlk laboratoriya sınaqları istifadə olunan katalizatorun miqdarı-
nın prosesin gedişinə təsirinin öyrənilməsi üzrə, otaq temperaturunda 
prosesin müddəti (120 dəqiqə) sabit saxlanmaqla aparılmışdır. Təcrü-
10
Y.Mokhbi, M.Korichi, H.M.Sidrouhou, Kh.Chaouche.
Treatment heterogeneous 
photocatalysis; Factors influencing the photocatalytic degradation by TiO
2
/ Procee-
dings of The International Conference on Technologies and Materials for Renewable 
Energy, Environment and Sustainability, TMREES14, 2014, p. 559-566.


43
bələrin nəticəsi cədvəl 14-də verilir. Cədvəldən göründüyü kimi, so-
nuncu təcrübənin nəticəsinə əsasən, OKT-ın miqdarı 8000 mq/l-dən 
5760 mq/l-dək azalmışdır. Başqa sözlə, 0.5 q TiO
2
katalizatorunun 
istifadəsilə 120 dəqiqə müddətində çirkab suyundan təxminən 40% 
üzvi çirkləndiricinin çıxarılmasına nail olunmuşdur. 
Nəticələrin təhlili hissəciklərinin ölçüsü 3-4 mikron olan TiO
2
katalizatorundan istifadə etməklə üzvi maddələrlə çirklənmiş suların 
fotokataliz üsulu ilə təmizlənməsinin səmərəli olmadığını göstərir. 
Bu hal ya istifadə olunan tullantı sularında üzvi maddələrin çox ol-
ması və yaxud bəzi karbohidrogenlərin qeyd olunan ölçüdə TiO
2
ka-
talizatorunun təsirindən parçalanmaması ilə əlaqələndirilə bilər. Təc-
rübələr nəticəsində bu növ katalizatorun istifadəsilə 6 saat müddətin-
də işıqlandırma zamanı çirkləndiricilərin yalnız 60-65%-nin təmiz-
lənməsi müəyyən olunmuşdur. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə