Azərbaycan respublikasi əlyazması hüququnda



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix11.09.2023
ölçüsü1,95 Mb.
#121629
1   ...   23   24   25   26   27   28   29   30   31
Avtoreferat - Hediyye Xelilova (azerb)

Şək. 10. TiO
2
 -in miqdarının suyun neft karbohidrogenləri və
fenollardan təmizlənməsinə təsiri (pH–6; T–180 dəq.) 
 
TiO
2
-in istifadəsi ilə aparılmış fotokatalitik tədqiqatların araş-
dırılması göstərir ki, bu üsulla torpaqların ağır metallar, neft və neft 
məhsulları, PAK və digər üzvi birləşmələrdən təmizlənməsində sə-
mərəli nəticələr əldə olunur.
Torpaqların yarımkeçiricilərin istifadəsinə əsaslanan fotokata-
liz üsulu ilə təmizlənməsi zamanı bir çox parametrlərlə yanaşı, prose-
sin gedişində həlledici rol oynayan və onun səmərəliliyinə təsir edən 
mühüm faktorlar katalizatorun miqdarı,
 
işığın intensivliyi və torpağın 
nəmliyidir.
Fotokataliz zamanı katalizatorun optimal miqdarının müəyyən 
olunmasının böyük əhəmiyyəti var. Katalizatorun adekvat dozası 
elektron-deşik cütlərinin yaranmasını sürətləndirir. İstifadə olunan 
katalizatorun artıq miqdarı işıq şüalarının torpağa keçməsinin qarşısı-
nı alaraq çirkləndiricilərin parçalanmasını ləngidir. 
Torpaqların təmizlənməsi üzrə ilkin tədqiqatlar zamanı çirkab 
sularının təmizlənməsində istifadə olunan ölçüsü nanohissəciklərin 
0
0,1
0,2
0,3
0,4
0,5
0,6
0,7
0,8
0,9
20
50
80
100
120
150
200
R
TiO
2
,mq/l 


46
ölçüsünə yaxın olan TiO
2
katalizatorundan istifadə olunmuşdur. La-
boratoriya tədqiqatlarında neft sənaye müəssisələri ərazisindən top-
lanmış tərkibində 20%-ə yaxın əsasən neft karbohidrogenlərindən 
ibarət üzvi maddələr olan torpaq nümunələrindən istifadə edilmişdir. 
Üzvi çirkləndiricilərin parçalanması üçün katalizatorun optimal miq-
darının müəyyən olunması məqsədilə farfor qabda təxminən 5 q tor-
paq nümunəsi götürülərək əvvəlcə katalizator əlavə olunmadan 5 ml 
su ilə qarışdırılaraq 3 saat müddətində görünən işıq şüası altında sax-
lanmışdır. Sonrakı təcrübələr nümunənin miqdarı sabit qalmaqla eyni 
şəraitdə 0,1; 0,2; 0,4 və 0,5 q TiO
2
–in iştirakı ilə aparılmışdır. Karbo-
hidrogenlərin parçalanma dərəcəsi torpaq nümunələrində onların 
miqdarının azalmasına uyğun olaraq müəyyən edilmişdir. 
Təcrübələrin nəticələri göstərir ki, katalizatorun miqdarının 
2%-dən 10%-ə qədər artırılması 3 saat müddətində neftlə çirklənmış 
torpaqlardan karbohidrogenlərin yalnız 33%-nin çıxarılmasına imkan 
verir.
Prosesin müddətinin karbohidrogenlərin parçalanmasına təsiri-
ni müəyyən etmək üçün təcrübələr yuxarıda qeyd olunan parametrlər 
sabit saxlanmaqla 6 saat müddətində aparılmışdır. 3 və 6 saat müd-
dətində aparılmış təcrübələrin nəticələrinin müqayisəli təhlili prose-
sin müddətinin 6 saata qədər artırılmasının karbohidrogenlərin parça-
lanmasına təsir etdiyini və çirkləndiricilərin miqdarının 42%-ədək 
azaldığını göstərir (şək. 11). Aparılmış tədqiqatlardan müəyyən müs-
bət nəticələr əldə olunmasına baxmayaraq, 3-4 mikron ölçüyə malik 
olan TiO
2
katalizatorunun istifadəsinin neftlə çirklənmiş torpaqların 
təmizlənməsi üçün səmərəli olmadığını göstərir. 
TiO
2
-in nano hissəciklərinin istifadəsi ilə neftlə çirklənmiş tor-
paqların təmizlənməsi üzrə aparılmış laboratoriya tədqiqatlarında da-
ha yaxşı nəticələr əldə olunmuşdur [59]. İlk növbədə torpaqdakı kar-
bohidrogenlərin parçalanmasının katalizatorun miqdarından asılılığı 
öyrənilmişdir.
Neftlə çirklənmiş torpaq üzvi maddənin miqdarına uyğun olaraq 1, 
2, 3, 4 və 5 % 21 nm ölçülü TiO

və nəmliyin təmin olunması üçün lazımi 
miqdarda su ilə qarışdırılıb 125 vatt gücündə UB lampa altında 180 dəqi-
qə müddətində şüalandırılmışdır. Tədqiqatlar tərkibində təxminən 150-


47
200 mq/kq karbohidrogen olan torpağın təmizlənməsi üçün katalizatorun 
optimal miqdarının 5% olduğunu göstərir (şək. 12). 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə