Azərbaycan respublikasi əlyazması hüququnda



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix11.09.2023
ölçüsü1,95 Mb.
#121629
1   ...   21   22   23   24   25   26   27   28   ...   31
Avtoreferat - Hediyye Xelilova (azerb)

Cədvəl 14 
TiO
2
-in miqdarının OKT-ın azalmasına təsiri 
Vaxt, dəqiqə 
TiO
2
–in miqdarı, q 
OKT, mq/l 


8000 
120
 
0.002 
7840 
120 
0.005 
7260 
120 
0.1 
6380 
120 
0.5 
5760 
Üzvi maddələrlə çirklənmiş müxtəlif sənaye sularının fotokata-
liz üsulu ilə təmizlənməsinin tədqiqində TiO
2
-in nano hissəciklərinin
və görünən işıq mənbəyinin istifadəsilə aparılan təcrübələrdə OKT-ın 
qiymətində ciddi azalma müşahidə olunmuşdur. Bu həmin şəraitdə 
üzvi çirkləndiricilərin parçalanmasının daha yaxşı getdiyini göstərir 
[56].
Mütəxəssislərin apardığı tədqiqatlar üzvi maddələrin miqdarı 
az olan və yaxud sənaye müəssisələrində təmizlənmənin ilkin mərhə-
ləsindən sonra alınan sulardan üzvi maddələrin parçalanaraq çıxarıl-
masında ultrabənövşəyi (UB) lampalarla işıqlamanın səmərəli nəticə 
verdiyini göstərir.
Sonrakı təcrübələrin aparılması üçün su nümunələri sənaye 


44
müəssisələri yerləşən ərazidə sənaye və məişət-təsərrüfat suları axıdı-
lan su hövzəsindən götürülmüşdür.
 
Fotokataliz prosesində 21 nm ölçülü TiO
2
katalizatorundan isti-
fadə olunmuşdur. Təcrübələr TiO
2
nano hissəciklərinin qatılığının, 
mühitin hidrogen göstəricisinin (pH) və vaxtın təsirinin öyrənilməsi 
istiqamətində aparılmışdır. İşıqlanma mənbəyi kimi UB lampadan is-
tifadə olunmuşdur. 
pH fotokataliz prosesinə təsir edən mühüm parametrlərdən 
biridir. O bir tərəfdən kataliz prosesinə, digər tərəfdən isə mühitdə 
oksidləşən komponentlərə təsir göstərir. Su məhlulunda pH TiO
2
-in 
səthinin yüklənməsinə və aqreqatların ölçüsünə xeyli təsir edir. TiO
2
-
in səthinin yükü sıfır olan pH mühiti sıfır yük nöqtəsi adlanır. pH-ın 
ondan yüksək və aşağı qiymətlərində mühitdə aşağıdakı reaksiyalar 
baş verir: 
TiOH → TiO + H
+
pH > 6.5 
TiOH + H
+
→ TiOH
2
+
pH ˂ 6.5 
Fotokatalitik parçalanma sərbəst OH• radikallarının adsorbsiya 
olunan molekullara hücumu ilə baş verir. Bu proses su mühitinin
pH-dan çox asılıdır. pH-ın aşağı qiymətlərində (yəni, turş mühitdə) 
alınan OH• radikallarının sayı artır, bu isə, öz növbəsində, çirklən-
diricilərin parçalanmasını sürətləndirir.
İlk təcrübələrdə eyni bir zaman kəsiyində katalizatorun miqda-
rının artırılması ilə suda OKT-ın azalması öyrənilmişdir. Təcrübələr 
katalizatorun miqdarı 200 mq/l olduqda OKT-ın xeyli azaldığını gös-
tərir. Lakin, katalizatorun miqdarının sonrakı artımları OKT-ın qiy-
mətinin azalmasına təsir etmir (şəkil 10). Bu hadisə hissəçiklərin qa-
tılığının artması nəticəsində suda yaranan bulanıqlığın işığın ötürül-
məsinə mane olması ilə izah oluna bilər. Buna görə də, katalizatorun 
miqdarının optimal seçilməsinin prosesin uğurlu getməsində böyük 
əhəmiyyəti var.
Aparılmış tədqiqatlar fotokatalizin suların neft karbohidrogen-
ləri və fenollar kimi üzvi çirkləndiricilərdən təmizlənməsi üçün sə-
mərəli üsul olduğunu göstərir. TiO
2
–in nano ölçülü hissəciklərinin 
istifadəsi ilə aparılmış təcrübələr nəticəsində katalizatorun miqdarı-
nın, pH-ın və prosesin müddətinin suyun üzvi birləşmələrdən təmiz-


45
lənməsinə təsir etdiyi müəyyən olunmuşdur. Laboratoriya tədqiqatla-
rı əsasında orta ölçülü (20-30 nm) nano TiO
2
-in istifadəsilə həmin 
parametrlərin optimal qiymətləri müvafiq olaraq 200 mq/l, pH 3,5-6 
və 180 dəqiqə seçilmişdir [55]. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə