Azərbaycan respublikasi əlyazması hüququnda


Şək. 11. Fotokataliz prosesinin müddətinin torpaqların neft



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix11.09.2023
ölçüsü1,95 Mb.
#121629
1   ...   23   24   25   26   27   28   29   30   31
Avtoreferat - Hediyye Xelilova (azerb)

Şək. 11. Fotokataliz prosesinin müddətinin torpaqların neft
karbohidrogenlərindən təmizlənməsinə təsiri 
 
 
Şək. 12. Nano ölçülü TiO
2
 –in miqdarının neft 
karbohidrogenlərinin parçalanmasına təsiri 
Bakı şəhərinin günəş radiasiyasının reqressiya modelinin qu-
rulması
. Abşeronda ekosistemin zərərli maddələrlə çirklənməsinin təd-
qiqi ənənəvi yanacağın istifadəsinin ətraf mühitə külli miqdarda zərərli 
tullantıların atılması ilə müşayiət olunduğunu göstərir. Abşeron yarıma-
0
5
10
15
20
0,1
0,2
0,4
0,5
180 dəq.
360 dəq.
TiO
2,
q
0
20
40
60
80
100
120
140
160
0
1
2
3
4
5
N
ef
t k
ar
b
o
hi
d
rog
enl
ər
i, %
N
ef
t, 
m
q
/kq
TiO
2
,% 


48
dası bərpa olunan enerji mənbələrindən, xüsusilə günəş və külək enerji-
sindən, istifadə etmək üçün əlverişli iqlim şəraitinə malikdir. Bərpa olu-
nan enerji mənbələrinin istifadəsi karbohidrogen ehtiyatlarına qənaət et-
məklə yanaşı, Abşeronda ətraf mühitin yaxşılaşdırılmasında mühüm rol 
oynaya bilər [14]. Bu məqsədlə, avtomatlaşdırılmış idarə olunan günəş 
enerji sistemlərinin istifadəsi üçün müxtəlif funksiyaların tətbiqi ilə Bakı 
şəhərində aylar üzrə günəş radiasiyasının reqressiya modeli işlənmişdir.
Modelin işlənməsində əsas məqsəd günəş batareyalarının səthi-
nə düşən ümumi günəş enerjisinin ərazinin coğrafi en dairəsindən
meteoroloji amillərdən, ilin günündən, günün vaxtından və səthin 
meyl bucağından asılılığının hesablanmasıdır. 
Modelin qurulması üçün 2012-ci il üçün aylar üzrə günəş ra-
diasiyası haqqında məlumatlardan istifadə edilmişdir [29]. 
Prosesin Gauss funksiyası, Furye harmonik sırası və polinominal 
funksiyaların tətbiqi ilə modelləşdirilməsi modelin qurulmasında və təc-
rübi tətbiqində müəyyən çətinliklər yarandığını göstərir. Məsələn, ölç-
mələrdə ətraf mühitdə və ya istifadə olunan qurğudakı səslə əlaqədar 
baş verən dəyişikliklər və yaxud modelin qurulması zamanı xüsusi hal-
ların nəzərə alınmaması modelin uyğunsuzluğuna və ya hesablamada 
çətinliklərə gətirib çıxarar. Bunu nəzərə alaraq, prosesin statistik ehtimal 
xarakteri əsasında günəş radiasiyasının modelinin qurulması təklif olu-
nur. İnsolyasiya prosesinin modelləşməsinə statistik ehtimal üsullarının 
tətbiqi bizə onun vəziyyətini hər hansı məlum istiqamətlənmiş təsirə gö-
rə deyil, təsirlərin bütün toplusuna görə təhlil etmək imkanı verir. Belə-
liklə, günəş enerji sistemi layihələndirilən zaman nəzərə alınmalıdır ki, 
sistemin bütün elementləri yalnız müəyyən “nümunə” və ya “sınaq” tə-
sirləri altında deyil, eyni zamanda müxtəlif şəraitlərə və qanunauyğun-
luqlara görə dəyişən təsirlər altında kifayət qədər səmərəli işləməlidir. 
Bununla yanaşı, statistik ehtimal modelləşmə üsulunun tətbiqində 
tədqiq olunan parametrin reallaşması və ya hal-hazırki qiymətlərinə gö-
rə spektral sıxlığının və korrelyasiya funksiyasının avtomatlaşdırılmış 
və ya yarım-avtomatlaşdırılmış hesablanması üçün xüsusi hesablama ci-
hazlarının (korrelyatorın) geniş istifadəsi nəzərə alınmalıdır. 
Fotoenergetik sistemlərdə proseslərin modelləşməsinə həsr 
olunmuş çoxsaylı tədqiqatlar göstərir ki, günəş radiasiyasının para-


49
metrlərinin təsadüfi dəyişmələrinə baxmayaraq onları dövri funksiya-
larla təsvir etmək mümkündür. Bu qarşıya qoyulan məsələni xeyli sa-
dələşdirir. Sıranın asılılığını təsvir etmək üçün zaman sırasının iki 
əsas komponentini - trend və dövri komponenti nəzərə alan klassik 
reqressiya modeli təklif olunur. O, aşağıdakı formulla ifadə olunur: 
)
cos(
)
(
)
(
0
0






Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə