Azərbaycan respublikasi əlyazması hüququnda


Şək. 13. 2012-ci ildə Bakı şəhərində günəş radiasiyasının



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix11.09.2023
ölçüsü1,95 Mb.
#121629
1   ...   23   24   25   26   27   28   29   30   31
Avtoreferat - Hediyye Xelilova (azerb)

Şək. 13. 2012-ci ildə Bakı şəhərində günəş radiasiyasının 
aylar üzrə dəyişməsi 
вероятностно-статистический …
измеряемые данные
statistik ehtimal modeli
ölçülən verilənlər


53
NƏTİCƏLƏR 
 
1

Abşeron yarımadasının antropogen təsirə məruz qalan ərazilərinin 
ekoloji vəziyyəti sistemli şəkildə tədqiq edilmiş, ətraf mühitin çirk-
lənməsinin ekosistemin üç mühüm komponentinə təsiri qiymətləndi-
rilmişdir. 
2. Abşeronun neft sənaye müəssisələrinin fəaliyyət zonalarında apa-
rılmış tədqiqatın nəticələri əsasında həmin ərazilərin ekoloji və-
ziyyətini əks etdirən elektron məlumat bazası yaradılmış, torpaq 
və səth sularının ÜNK, PAK, fenollar və ağır metallarla çirklən-
mə xəritələri işlənib hazırlanmışdır. 
3. Çirklənmiş ərazilərdə neft karbohidrogenləri və ağır metalların 
ekosistemdə miqrasiyası və akkumulyasiyası öyrənilmişdir. Mü-
əyyən edilmişdir ki, çirklənmiş ərazilərdə ekosistem üçün təhlükəli 
olan karbohidrogenlər və ağır metallar torpağın dərin qatlarına nüfuz 
edərək qrunt və qrunt sularının çirklənməsinə səbəb olur. 
4. Abşeronun mühüm təbii gölləri daxil olmaqla su hövzələrinin zərərli 
maddələrlə çirklənməsinin tədqiqi ərazinin çox hissəsində səth suları 
və onların dib çöküntülərinin ÜNK, PAK, SSAM, fenollar və ağır 
metallar kimi ekosistem üçün təhlükəli birləşmələrlə çirkləndiyini 
göstərmişdir. Böyükşor, Hocahəsən, Bülbülə və Qırmızı göllərin 
ekoloji vəziyyəti daha ətraflı tədqiq olunaraq bu hövzələrin çirklən-
mə dərəcəsinin böhran səviyyəsinə çatdığı müəyyən edilmişdir. 
5. Zənginləşmə faktoru (ZF), geo-akkumulyasiya (I
geo
) indeksi və ekoloji 
risk (RI) faktorunun hesablanması ilə müxtəlif antropogen mənbələrin 
təsirinə məruz qalan ərazilərdə torpaqların və dib çöküntülərinin ağır 
metallarla çirklənmə səviyyəsi və bununla əlaqədar yaranmış potensi-
al ekoloji risk qiymətləndirilmişdir.
6. Abşeronda atmosferin stasionar mənbələrdən və nəqliyyatdan 
atılan zərərli tullantılarla çirklənməsi tədqiq olunmuş, əldə olunan 
nəticələr əsasında ekosistem üçün potensial risk qiymətləndirilmiş 
və atmosferin çirklənmə mənbələrinin təsnifatı işlənmişdir.
7. Radionuklidlərlə çirklənmə üzrə tədqiqatlar aparılmış, Abşeronun 
neft yataqları ərazisində bəzi radioaktiv elementlərin miqdarının 
YVH-dən artıq olması müəyyən edilmişdir, dənizdə və quruda 
neftçıxarma zamanı alınan lay sularında U, Ra, Th və Sr-un yük-


54
sək miqdarı aşkar olunmuşdur. 
8. Abşeronun neftlə çirklənmiş torpaqlarının mikrobioloji keyfiyyəti 
və özünü təmizləmə qabiliyyətinin qiymətləndirilməsi üzrə aparıl-
mış tədqiqatlar nəticəsində neftqazçıxarma idarələri ərazisindəki 
torpaqlarda neftoksidləşdirici mikroorqanizmlərin sayının və mi-
nerallaşma əmsalının çox kiçik olması, özünü təmizləmə prosesi-
nin son dərəcə zəif getdiyi müəyyən edilmişdir.
9. Neft, neft məhsulları və digər üzvi birləşmələrlə çirklənmiş suların 
və torpaqların təmizlənməsi müxtəlif ölçülü TiO
2
katalizatorunun is-
tifadəsinə əsaslanan fotokataliz üsulu ilə tədqiq olunmuş, prosesin 
nano strukturlu TiO

–in istifadəsilə daha səmərəli nəticələr verdiyi 
müəyyən edilmişdir. 
10. Tsiklopentadienin xətti oliqomerindən (TPDO) hazırlanmış adsor-
bentin tətbiqi ilə neftlə çirklənmiş suların təmizlənməsi üçün yeni 
metod işlənmiş, prosesin müxtəlif parametrlərdən asılılığı tədqiq 
olunaraq optimal şəraitlər müəyyən edilmiş və reqressiya modeli qu-
rulmuşdur. 
11. Abşeronun daş karxanalarında tozlanmanın azaldılması, ətraf 
ərazilərin toz və hissəciklərlə çirklənməsinin qarşısının alınması 
üçün neft sənayesinin tullantılarının istifadəsinə əsaslanan yeni 
üsul işlənmişdir. Sınaq təcrübələri bu üsulun proses zamanı sərf 
olunan enerjiyə qənaət olunması ilə yanaşı, alınan qarışığın kənd 
təsərrüfatında gübrə kimi tətbiqi baxımından xeyli səmərəli 
olduğunu göstərir. 
12. Abşeronda ekoloji təmiz günəş enerji qurğularının layıhələndirilməsi 
və istifadəsi məqsədilə müxtəlif funksiyaların tətbiqi ilə Bakı şəhərin-
də aylar üzrə günəş radiasiyasının reqressiya modeli işlənmişdir. 
Modelin ehtimal və statistik üsul ilə qurulmasının fotoenergetik 
sistemlərin avtomatlaşdırılmış idarə olunması üçün daha əlverişli 
olması müəyyən edilmişdir. 


55

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə