Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə21/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   17   18   19   20   21   22   23   24   ...   66

'  —  \
fermerbri  üçün  məlumat  bülleteni"nin  və  "Fermerin 
kitabçası"  seriyasmm redaksiya heyətinin üzvü olmuşdur.
Professor  Ə.Verdiyev  təşəbbüskar,  yenilikçi,  yüksək 
elmi  təşkilatçılıq  qabiliyyətinə  malik,  səmimi,  obyektiv, 
prinsipial  insan  kimi  respublika  və  yaxın  xarici  ölkələrin 
iqtisadçılan  arasmda hörmət qazanmışdır.  O,  30  illik elmi  və 
pedaqoji  fəaliyyəti müddətində həmişə radio və televiziyada, 
həmçinin  respublika  dövri  mətbuatında  dövlətin  aqrar 
siyasətini təbliğ etmişdir.
2001-ci ilin mart ayında vəfat etmişdir.
86
Salahov Sadıq Vəli oğlu
S.V.Salahov  1946-cı  ildə  Naxçıvan 
MR  Şərur  rayonunda  anadan  olmuşdur. 
Həmin rayonda orta məktəbi bitirdikdən 
sonra  1963-cü  ildə  Politexnik  İnstitu- 
tunun  “Texnologiya”  fakültəsinə  daxil 
olmuş  və  1968-ci  ildə  həmin  instimtu 
bitirərək  mühəndis-texnoloq  ixtisasına 
yiyələnmişdir.
1968-1970-ci 
illərdə 
respublika 
Pambıqtəmizləmə 
Sənayesi  Nazirliyi  müəssisələrində  çalışmış  və  "Rəşadətli 
əməyə görə" yubiley medalı  ilə təltif olunmuşdur.
1970-1971-ci  illərdə  Politexnik  İnstitutunda  müəllim 
işləmiş 
və 
1971-1972-ci 
illərdə 
hərbi 
xidmətdə 
olmuşdur.1972-  1977-ci  illərdə  əmək  fəaliyyətini  Dövlət 
Plan  Komitəsi  Elmi  Tədqiqat  İqtisadiyyat  İnstimtunda 
əw əlcə  elmi  işçi,  sonra  bölmə  müdiri  vəzifələrində  davam 
etdirmişdir.
1977-1983-cü  illərdə  Respublikada  Yüngül  Sənaye 
Nazirliyi 
«Azərpambıqsənaye» 
İstehsalat 
Birliyində 
«İstehsalat»  şöbəsində  mühəndis,  şöbə  müdiri  vəzifələrində 
işləmiş,  həmin  ilin  sentyabr  ayından  isə  Respublika Nazirlər 
Sovetinə işə göndərilmişdir.  1984-cü ilin sentyabr ayına kimi 
Nazirlər  Soveti  işlər  idarəsinin  Yüngül  Sənaye  şöbəsində 
böyük referent vəzifəsində çalışmışdır.
1984-cü  ilin  sentyabnndan  1988-ci  ilin  mart  ayınadək 
Respublika  Pambıqtəmizləmə  Sənayesi  Nazirinin  müavini,
87


nazirlik  istehsalat  Birliyinə  çevrildikdən  sonra  isə  Birliyin 
Baş direktorunun müavini vəzifələrində işləmişdir.
S.V.Salahov  1988-ei  ilin  martında  Kənd  Təsərrüfatı 
Nazirliyi,  Elmi-Tədqiqat  Kənd  Təsərrüfatınm  İqtisadiyyatı 
və  Təşkili  İnstitutuna  (Az.ETKTİ  və  Tİ)  köçürülmüş  və
1992-ci  ilin  oktyabnnadək  burada  elmi  işçi,  şöbə  müdiri 
vəzifələrində işləmişdir.
Həmin  illərdə  dövrü  mətbuatda  respublikada  pambıq- 
çılığın  və  üzümçülüyün  perspektiv  inkişafına  dair  geniş 
məqalələrlə  çıxış  etmiş  və  pambıqçılığın  inkişaf  problem- 
lərinə  dair  4  elmi  məqalə,  2  məcmuə  çap  etdimıişdir.  Onun 
elmi  təklifləri  80-ci  illərdə  respublikada  Pambıqçılıq 
Kompleksinin  inkişaf  proqramlarında  öz  əksini  tapmışdır. 
Məhz bu  səbəbdən  o,  1992-ci  ildə  yenidən  Kənd  Təsərrüfatı 
və Ərzaq Nazirliyinə işə dəvət edilmiş və burada  1992-1998- 
ci  illər ərzində  Pambıq  Emalı  idarəsinin rəisi  və  sonralar isə 
Xarici 
İqtisadi 
Əlaqələr 
Birliyinin 
Baş 
direktom 
vəzifələrində  çalışmışdır. 
Burada  işlədiyi  müddətdə  o, 
Fransanın  Toxuculuq 
Sənayesinin  Elmi 
Araşdırmalar 
Mərkəzi  sayılan  (CFDT)  Toxuculuq  və  yüngül  sənaye  üzrə 
yanm  dövlət  təşkilatı  ilə  birlikdə  bazar  iqtisadiyyatı 
şəraitində,  Azərbaycanda  pambıqçılığın  inkişafına  dair  elmi 
araşdırmalar  aparmış,  alınmış  nəticələr  əsasmda  birgə 
hazırlanmış proqram layihəsi  Respublika hökumətinə təqdim 
edilmişdir.
Aqrar  islahatla  əlaqədar  Birlik  1998-ci  ildə  ləğv 
olunduğundan  1998-2001-ci  illərdə  S.V.Salahov  qeyri  - 
dövlət müəssisəsində iqtisadi müşavir vəzifəsində işləmişdir.
88
2001-ci ilin fevralından-may ayınadək Az.Elmi-Tədqiqat 
Kənd  Təsərrüfatınm  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda 
elmi  işlər  üzrə  direktor  müavini  işləmiş,  may  ayından  hal- 
hazıra kimi isə həmin institutun direktom vəzifəsində çalışır.
Onun  rəhbərliyi  dövründə  institutun  elmi  istiqaməti 
müasirləşmiş,  tədqiqat  işləri  üzrə  tematik  planlar  aqrar 
sahənin  müasir  problemlərinə  istiqamətləndirilmiş,  bununla 
əlaqədar  olaraq  institutda  stmktur  dəyişiklikləri  həyata 
keçirilmişdir.  Ölkənin  ərzaq  təhlükəsizliyi,  aqrar  sahənin 
dövlət 
tənzimlənməsi, 
maliyyə  kredit 
və  investisiya
məsələləri,  sahibkarlığın  inkişafı,  işçi  qüw əsinin  təkrar 
istehsalı,  kənd  əhalisinin  sosial  məsələləri,  sosial  və  istehsal 
infrastmktumnun  inkişafı,  stmktur  siyasəti,  kooperasiya  və 
inteqrasiya  problemlərinin  öyrənilməsi  və  s.  kimi  aktual 
mövzular institutun  tematikasımn  özəyini  təşkil  etmişdir.  Bu 
illərdə  aqrar  sahənin  aktual  problemlərinə  həsr  olunmuş  5 
respublika  və  4  beynəxalq  elmi  praktiki  konfranslar  keçiril- 
mişdir. 
İnstitut  həmçinin  aqrar sahənin  qanunvericilik
fəaliyyətinin  təkmilləşdirilməsi  üzrə  Milli  Məclisin  Aqrar 
Siyasət  Komissiyası  ilə  də  ciddi  iş  birliyində  olmaqla 
respublikada 
aqrar 
iqtisadiyyat 
üzrə 
elmi 
mərkəzə
çevrilmişdir.
İnstitutun  elmi  fəaliyyəti  bu  illərdə  Beynəlxalq  elmi 
əlaqələrinin  davamlılığı  ilə  də  yadda  qalandır.  Belə  ki 
institutda  TASİS  proqramları  çərçivəsində  aparılan  elmi 
araşdırmalar,  Almaniya  Federativ  Respublikasının  QTZ 
təşkilatı 
ilə  birgə  Azərbaycanm  Qax, 
Zaqatala,  Xızı
rayonlannda  kənd  təsərrüfatı 
istehsalı 
üzrə  aparılan 
tədqiqatlar sonrakı  illərdə  də daha geniş müstəvidə institutun
89


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə