Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə19/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   15   16   17   18   19   20   21   22   ...   66

respublikada  fəaliyyət  göstərən  kənd  təsərrüfatı  təmayüllü 
elmi-tədqiqat  müəssisələrinin  və  ali  məktəblərin  müvafıq 
kafedralarmm  fəaliyyətini  koordinasiya  edən  mərkəzə 
çevrilmişdir.  İnstitut  həmçinin  ümumittifaq  institutlan  və 
ümumittifaq  Kənd  Təsərrüfatı  Akademiyasınm  iqtisadiyyat 
bölməsi  ilə  işgüzar  əlaqələr  qurmuşdur.  Bütün  bunlar  öz 
səmərəsini  vermişdir.  Belə  ki,  institut  həm  ölkə  miqyasmda 
tanmmış,  həm  də  respublikanm  aqrar  sahəsinin  intensiv 
inkişafı 
baxımmdan  bir 
sıra 
müvəffəqiyyətlərə 
nail 
olmuşdur.
Ə.  Hacıyevin  instituta  rəhbərliyi  dövründə  Az.ETKTİ 
və  Tİ  dəfələrlə  SSRİ  xalq  təsərrüfatı  nailiyyətləri  sərgisinin 
iştirakçısı  olmuş  və  o,  sərginin  bürünc  medalı  ilə  təltif 
olunmuşdur.  Həmin  dövrdə  institutun  fəaliyyəti  dövlət 
səviyyəsində  yüksək  qiymətləndirilmişdir.  İnstitut  elmi- 
tədqiqat  işlərinin  nəticələrinə  görə  dəfələrlə  yarışlann  qalibi 
olmuş,  bir çox  fəxri  fərmanlar almışdır.  1980-1982-ci  illərdə 
institutun  5  əməkdaşı  müxtəlif  orden  və  medallarla,  o 
cümlədən  Ə.  Hacıyev  «Şərəf  nişanı»  ordeni  ilə  təltif 
edilmişdir.
Ə.  Hacıyev  tərəfındən  kadr  hazırlığına  ciddi  diqqət 
verilmiş,  hər  il  institutun  aspiranturasına  5-8  nəfər  qəbul 
edilmiş,  onların  əksəriyyəti  müdafıyə  etmişdir.  H  Qasımov, 
R.  Məmmədov,  R.  Əliyev,  Ə.  Verdiyev,  İ.  Qarayev,  M. 
Fərzəliyev  doktorluq  dissertasiyalannı  məhz  bu  institutda 
hazırlamış və uğurla müdafıə etmişlər.
78
Qasımov Həsən Allahyar oğlu
Qasımov Həsən Allahyar oğlu  1940-cı 
il  yanvar  ayınm  14-də  Naxçıvan  MR-in 
Babək  rayonunun  Qaraçuxur  kəndində 
(hazırda  Araz  su  qovşağmm  su  anbannın 
altmda qalmışdır) anadan olmuşdur.  1946-
1956-cı 
illərdə 
Qaraçuxur 
kəndinin 
məktəbində  orta  təhsil  almış,  1956-cı  ildə 
K.Marks  adma  Azərbaycan  Dövlət  Xalq 
Təsərrüfatı  İnstitutuna  daxil  olmuş  və  1961-ci  ildə  keçmiş 
S.M.Kirov  adına  ADU-nu  “Mühasibat  uçotu”  ixtisası  üzrə 
bitirmişdir.  1961-1986-cı  illərdə  Azərbaycan  SSR  Elmlər 
Akademiyasınm  İqtisadiyyat  İnstitutunda  laborant,  baş 
laborant,  kiçik  elmi  işçi,  baş  elmi  işçi  və  şöbə  müdiri 
vəzifələrində  çalışmışdır. 
1968-cı  ildən  iqtisad  elmləri 
namizədi,  1985-ci  ildən  isə  iqtisad  elmləri  doktoru  olmuşdur.
1987-ci ildə professor adına layiq görülmüşdür.
1987-1992-ci  illərdə  Azərbaycan  Respublikası  Kənd 
Təsərrüfatı  Nazirliyi  nəzdində  Elmi-Tədqiqat  Kənd  Təsər- 
rüfatınm  İqtisadiyyatı  və  Təşkili  İnstitutunun  direktoru 
olmuşdur.  0 ,  bu  elmi-tədqiqat müəssisəsində rəhbərlik  etdiyi 
müddətdə  institutun  elmi  potensialı  məhsuldar  işləmiş, 
kooperativlərin  yaranması,  təsərrüfat  hesablı  müəssisələr  və 
briqada  podryadınm  kənd 
təsərrüfatına  dair  elmi  praktiki 
təkliflər  hazırlamışdır.  1992-ci  ilin  sentyabnndan  ömrünün 
sonuna  qədər  (1994-cü  il  yanvann  13-ü)  Az.Dİİ-nin  rektom 
işləmişdir.  Professor  H.  A.  Qasımovun  Azərbaycanda  aqrar- 
sənaye kompleksinin maddi-texniki bazasının  formalaşması və
79


inkişafı  sahəsində  çoxsaylı  elmi  məqalə  və  monoqrafiyalann 
müəllifidir,  apanlan  elmi  tədqiqatlarda  əvəzedilməz  rolu 
olmuşdur. Bir neçə monoqrafıyanın, 200-dən artıq elmi məqalə 
və  tezislərin  müəllifidir.  Başlıea  əsərləri:  "Azərbayean  SSR 
kənd  təsərrüfatımn  inkişafinın  mühüm  problemləri".  Bakı: 
"Elm",  1972  (A.K.Ələsgərovla  birgə);  "Təsərrüfatlararası 
kooperasiya və onun problemləri".  Bakı:  "Elm",  1979 (bir qrup 
müəlliflə birlikdə);  "ASK-nın maddi-texniki bazasının səmərə- 
liliyinin yüksəldilməsi" (rus dilində).  Bakı:  "Elm",1982 və  s.
Professor  Həsən  Qasımovun  elmi  axtanşlan  bir  mənalı 
şəkildə APK-mn iqtisadi  səmərəliliyini şərtləndirən  problem- 
lərin  həllinə  istiqamətlənmişdir.  Bu  əsasda  müəllif APK-nın 
maddi-texniki  bazasının  güeləndirilməsi  məsələlərinin  elmi 
əsaslanm işləmiş və tətbiqinə  nail olmuşdur.
Bu  problem  mövzulardan  APK-nm 
maddi-texniki 
bazasınm  metodologiyası  və  metodikasmı,  aqrar  sahə 
strukturlannın 
inkişaf  qanunauyğunluqlannı, 
sahədaxili 
struktur 
yerdəyişmələrinin  dinamikasını, 
material-texniki 
təminatın  sənaye  əsasına  keçirilməsini,  APK-nın  regional 
xüsusiyyətləri  nəzərə  ahnmaqla,  alt  sahələrdə  səmərəliliyin 
müəyyən  edilməsi  kimi  tədqiqat  materiallan  o  zaman  üçün 
ən aktual mövzulardan sayıla bilər.
Professor  H.A.Qasımov  tələbkar  alim,  qayğıkeş  insan, 
vətənpərvər  bir  ziyalı  idi.  Onun  instituta  rəhbərliyi  dövründə 
çoxsaylı  gənc  kadrlann  elmə  cəlb  edilməsi  elmi  potensialı 
gəncləşdirmişdir.
A.H.Qasımov 30-dan çox elmlər namizədinə elmi  rəhbər, 
2  elmlər  doktoruna  elmi  məsləhətçi,  çoxsaylı  kitab  və 
monoqrafiyalann  redaktoru və  məsləhətçisi olmuşdur.
80
Verdiyev Əhməd Çoban oğlu
Əhməd  Çoban  oğlu  Verdiyev  1940- 
cı 
ildə  Tovuz 
rayonunun  İsakənd 
kəndində  kolxozçu  ailəsində  anadan 
olmuşdur.  Ali  təhsilini  S.  Ağamalıoğlu 
adına  Azərbaycan  Kənd  Təsərrüfatı 
İnstitutunda 
almışdır. 
1970-ci 
ildə 
“İqtisadiyyat” 
fakültəsini 
fərqlənmə 
diplomu ilə bitirib,  təyinatla Azərbaycan 
Elmi-Tədqiqat  Kənd  Təsərrüfatınm  İqtisadiyyatı  və  Təşkili 
İnstitutuna  işə  göndərilmişdir.  O,  burada  aspiranturanın 
əyani şöbəsini bitirdikdən  sonra kiçik elmi işçi, baş elmi  işçi, 
şöbə  müdiri,  elmi  işlər  üzrə  direktor  müavini  işləmişdir.
1993-cü  ildən  2001-ci  ilin  mart  ayınadək  həmin  institutun 
direktoru  vəzifəsində  çalışmışdır.  Ə.  Verdiyev  1974-cü  ildə 
elmlər namizədi,  1989-cu ildə elmlər doktoru və  1992-ci  ildə 
professor  adma  layiq  görülmüş,  1999-cu  ildə  Birləşmiş 
Millətlər  Təşkilatınm  Beynəlxalq  İnformatizasiya  Akade- 
miyasının akademiki seçilmişdir.
Professor  Ə.Verdiyevin  elmi-tədqiqat  miqyası  geniş  və 
rəngarəngdir.  Azərbaycan  milli  aqrar  iqtisad  elminin  nəzəri- 
metodoloji  məsələlərinin  öyrənilməsi,  kənd  təsərrüfatmın 
inkişaf  konsepsiyası,  sahə  strukturunun  formalaşdınlması, 
məhsulun  kapital,  fond  və  material  tutumunun  müəyyən- 
ləşdirilməsi,  təsərrüfatçılığın  iqtisadi  mexanizminin  yara- 
dılması,  sahələrarası  kooperasiya  və  inteqrasiya  əlaqələri, 
sahibkarlığın  inkişafı,  rəqabət  qabiliyyətli  təsərrüfatlann 
inkişaf  parametrlərinin  müəyyənləşdirilməsi,  aqrar  bazann
81


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə