Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə57/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   53   54   55   56   57   58   59   60   ...   66

İqtisad  üzrə  fəlsəfə  doktoru  M.İbrahimov  2.3  çap  vərəqi 
həcmində beş elmi məqalənin müəllifıdir.
Onun  Az.ETKTİ  və  Tİ-nin  Elmi  əsərlərində  çap 
olunmuş  “Mövcud  təsərrüfat  formalan  və  onlann  təsərrüfat 
fəaliyyətinin 
səmərəliliyi” 
və 
“Kənd 
təsərrüfatında 
mülkiyyət  tiplərinin  nəzəri  məsələləri”;  Maliyyə  və  uçot 
jumalında  dərc  olunmuş  “Daxili  bazar  və  onun  tələbatı”; 
İqtisadiyyat  və  həyat  jum almda 
dərc  olunmuş  “Aqrar 
istehsalın  aşağı  səviyyəsini  şərtləndirən  amillər”;  Azər- 
baycan  Aqrar  Elmi  jum almda  dərc  olunmuş  “İstehsal 
resurslarından  istifadə  istiqamətlərinin  əsaslandınlması” 
mövzularmdakı  məqalələri  mühüm  nəzəri  və  praktiki 
əhəmiyyətə malikdir.
M.İbrahimov hal-hazırda özəl bizneslə məşğul olur.
266
İsgəndərov Faiq Bayraməli oğlu
İsgəndərov  Faiq  Bayraməli  oğlu  1955-ci  il  martın  18-də 
Qazax şəhərində anadan olmuşdur.
1971-ci  ildə  Qazax  şəhər  1  JVb-li  orta  məktəbini 
müvəffəqiyyətləx  bitirərək,  həmin  il  Azərbaycan  Kənd 
Təsərrüfatı  İnstitutunun  (indiki  Azərbaycan  Dövlət  Aqrar 
Universiteti) 
iqtisadiyyat 
fakültəsinə 
daxil 
olmuşdur. 
Fakültənin  ilk  Lenin  təqaüdçüsü  adına  layiq  görülmüş 
F.İsgəndərov,  1976-cı  ildə  həmin  institutu  fərqlənmə 
diplomu ilə bitirmişdir.
Əmək  fəaliyyətinə  Azərbaycan  Elmi  Tədqiqat  Kənd 
Təsərrüfatmın 
İqtisadiyyatı 
və 
Təşkili 
İnstitutunda 
başlamışdır. 
1978-1981-ci 
illərdə 
SSRİ 
KTN-nin 
Kibemetika 
İnstitutunda 
“Xalq 
təsərrüfatınm 
(kənd 
təsərrüfatı)  iqtisadiyyatı,  planlaşdınlması  və  idarə  edil- 
məsinin  təşkili”  ixtisası  üzrə  aspiranturada  təhsil  almış  və 
Ümumittifaq 
Kənd 
Təsərrüfatınm 
İqtisadiyyatı 
Elmi 
Tədqiqat  İnstitutunda  dissertasiya  müdafıə  edərək,  ona 
iqtisad elmləri namizədi elmi dərəcəsi verilmişdir.
Aspiranturanı  bitirdikdən  sonra  1981-1990-cı  illərdə 
Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatınm  İqtisadiyyatı
267


və  Təşkili  İnstitutunda  kiçik  elmi  işçi,  baş  elmi  işçi,  şöbə 
müdiri vəzifələrində çalışmışdır.
Faiq İsgəndərovun ötən əsrin 80-ci illərində aqrar-sənaye 
inteqrasiyasımn  və  təsərrüfatlararası  kooperasiyanın  inkişafı 
şəraitdə 
ixtisaslaşmanm 
və 
sahələrarası 
əlaqələrin 
təkmilləşdirilməsi  istiqamətində  təklif  və  elmi-metodiki 
tövsiyələri  Ümumittifaq  və  Respublika  nəşrlərində  və 
məcmuələrdə  öz  əksini  tapmışdır.  Bu  dövrdə  F.İsgəndərov 
dəfələrlə  keçmiş  SSRİ-nin  bir  sıra  şəhərlərində  aqrar-sənaye 
inteqrasiyası  və  ixtisaslaşmanm  aktual  problemlərinə  həsr 
olunmuş 
elmi-metodiki 
və 
praktiki 
konfrans 
və 
simpoziumlarda  çıxış  etmişdir.  Göstərilən  sahədə  onun 
dəyərli 
təklifləri  respublikanm 
meyvə-tərəvəzçilik  və 
üzümçülük  sahə  komplekslərində  müvafıq  dövlət  və  rayon 
orqanlan  tərəfmdən  qəbul  edilərək,  istehsalata  tətbiq 
olunmuşdur.
Faiq  İsgəndərovun  elmi  potensialından  təcrübədə  daha 
səmərəli 
istifadə  etmək  məqsədilə 
1990-cı 
ildə 
o, 
Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin 
mərkəzi  aparatında  məsul  vəzifəyə  irəli  çəkilmişdir. 
Nazirliyin  “Bazar  iqtisadiyyatı”  şöbəsinin  rəisi  kimi,  onun 
fəal  iştirakı  ilə  respublikada  aqrar  sahənin  bazar  iqtisa- 
diyyatına  keçid  konsepsiyası  hazırlanmış  və  respublika 
hökumətinə təqdim edilmişdir.
Aqrar  islahatlann  hüquqi  əsaslannm  həyata  keçirilməsi 
üzrə  qabaqcıl  təcrübəni  öyrənmək  məqsədilə  o,  Fransada, 
Kanadada,  Almaniyada,  İtaliyada,  Yunanıstanda,  Albaniya- 
da,  Belarus  Respublikasında  və  s.  ölkələrdə  ezamiyyətdə 
olmuşdur.
268
F.İsgəndərovun  bilavasitə  iştirakı  ilə  respublikada  aqrar 
sahənin islahatına dair ilk hüquqi  sənədin  -  “Kəndli  (fermer) 
təsərrüfatı  haqqmda”  Azərbaycan  Respublikası  Qanunun 
layihəsi hazırlanmış  və  bu  qanun  ölkə  parlamenti  tərəfındən 
qəbul edilmişdir.
Həmin  dövrdə  respublikada  köklü  aqrar  islahatlar 
apanlmasmm,  sovxoz  və  kolxozlann  torpaqlannm  və 
əmlakmm  özəlləşdirilməsi  əsasında  kənddə  sahibkarlığın 
inkişafmm  labüdlüyünün  təbliğatçısı  kimi  F.İsgəndərovun 
təklifı  ilə  nazirliyin  mərkəzi  aparatmda  Aqrar  islahatı  baş 
idarəsi yaradılmış və  o,  həmin  idarəyə  rəis təyin olunmuşdu. 
F.İsgəndərovun  fəal  iştirakı  ilə  hazırlanan  “Aqrar  islahatının 
əsaslan”  və  “Sovxoz  və  kolxozlarm  islahatı  haqqında” 
qanunların  layihələri  1995-ci  ildə  Milli  Məclis  tərəfındən 
qəbul  edilmişdir.  Bundan  əlavə  o,  «Torpaq  islahatı 
haqqında»  qanun  layihəsinin,  habelə  aqrar islahatına dair bir 
sıra  əsasnamə,  qayda  və  digər  hüquqi-normativ  sənədlərin 
hazırlanmasında fəal  iştirak etmişdir.
F.İsgəndərov  uzun  müddət  Milli  Məclisin  aqrar  siyasət 
komissiyasınm  eksperti  olmuşdur.  Azərbaycanda  fermer 
hərəkatının  təşəkkül  tapmasmda  və  inkişaf  etdirilməsində 
xidmətlərinə 
görə 
F.İsgəndərov 
yarandığı 
gündən 
Azərbaycan  Kəndli  (fermer)  Təsərrüfatlan  İttifaqının  idarə 
heyətinə  üzv  seçilmiş  və  hal-hazırda  həmin  idarə  heyətinin 
üzvüdür.
Faiq  İsgəndərov  respublikada  həyata  keçirilən  aqrar 
islahatının  nəticələrinin  möhkəmləndirilməsi  və  dayanıqlı 
olması, 
yeni 
yaranan 
aqrar 
sahibkarların 
nümunəvi 
təsərrüfatlar  kimi  formalaşıb  inkişaf  etməsi  məqsədi  ilə
269


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə