partiyanın ideoloji – siyasi xəttinə dəstəyini gücləndirir. Xalqımız maddi və
mənəvi sıxıntı məngənəsində boğulduğu, ölkə iqtisadi, siyasi, sosial, hərbi böhran
keçirdiyi vaxtlarda onun yeganə ümid yeri məhz Heydər Əliyev olmuşdur. Ulu
öndər həmişə vətəni, xalqı ilə birlikdə olmuşdur. Heydər Əliyevin həyata keçirdiyi
şərəfli xilaskarlıq missiyası Azərbaycanın müstəqilliyini əbədi, dönməz və
sarsılmaz etdi.
11
Böyük natiqlik qabiliyyətinə, dərin zəkaya, məntiqi ardıcıllığa, iti zehnə,
möhkəm yaddaşa malik olan bu böyük insan öz əsərlərini xalq qarşısındakı
çıxışlarında, dinləyicilərlə üzbəüz, onların qarşısında, onların iştirakı ilə
yaratmışdır. Heydər Əliyevin hər bir nitqi, hər bir çıxışı xalqla təmasda, ictimai-
siyasi yığıncaqlarda, izdihamlı mitinqlərdə, əsgər səngərlərində, qaçqın
düşərgələrində, rəsmi dövlət tədbirlərində, beynəlxalq məclislərdə yaranmış və
Azərbaycanda dövlət quruculuğu proqramının, milli dövlətçilik ideologiyasının
əsasını təşkil etmişdir. Heydər Əliyev kimi zəngin irsi, çoxsaylı əsərləri olan dovlət
xadimi çox azdır. Bu əsərlərdəki elmi fikirlər ulu öndərin çox geniş mütaliə
dairəsinə, çox zəngin və dərin biliyə, elmi məlumata malik olan bir şəxsiyyət və
görkəmli ziyalı olduğunu sübuta yetirir.
Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix belələrinin əməlləri,
fəaliyyəti ilə yaranır. Onun keşməkeşli həyatı, zəngin bioqrafiyası isə bütöv bir
epoxanın canlı salnaməsidir. Bu salnamənin nə az, nə çox – düz 34 illik bir
dövrünü əhatə edən və xalqımızın qadir, yaradıcı əməyini təcəssüm etdirən
səhifələri rəhbərin şərəfli və mənalı ömrünün unudulmaz anlarıdır. Heydər Əliyev
zəmanəsinin böyük filosofu idi. Onun fəlsəfəsi sülh fəlsəfəsi idi.
Heydər Əliyev şəxsiyyətini dəyərləndirmək cəhdində olmaq hardasa tarixə,
zamana, gələcəyə qiymət vermək iddiası qədər çətindir. Onun yorulmaz
fəaliyyətinin Azərbaycan elminin müxtəlif sahələri ilə bağlı əlaqələrinin
coğrafiyası və tarixi çox genişdir. Bu tarixi şəxsiyyəti, fenomeni sözlə
səciyyələndirmək çətindir. Çünki Heydər Əliyev yalnız bir dövləti idarə edən
siyasi xadim, rəhbər deyil, həm də milyonlarla insanı böyük ideallar ətrafında
səfərbər edən bir dövlət qurucusu, tarix memarıdır.Onun bütün həyatı, fəaliyyəti,
məqsəd və arzuları bu idealın dövlət quruculuğu, tarix yaradıcılığı idealının
ətrafında cəmlənmişdir. Heydər Əliyev Azərbaycan elminin hamisi və böyük
mütəfəkkir idi. Heydər Əliyevin varlığı xalqa, onun mədəniyyətinə xidmətdən
yoğrulmuşdur. Ulu öndərin incəsənətə, mədəniyyətə, teatra, ədəbiyyata göstərdiyi
xidmətlər unudulmazdır.O, sənətdə, ədəbiyyatda həmişə tərəqqi və irəliləyiş
yolunu seçməyi vacib sayardı. Doğrudan da, Heydər Əliyev kimi görkəmli
şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya
nümayiş etdirirlər.
Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan, ideyaları,
idarəçilik təcrübəsi bu günümüzə, sabahımıza bələdçilik edən ümummilli lider
Heydər Əliyevin siyasi irsi o qədər zəngin, mənalı və dəyərlidir ki, hələ bir neçə on
illər bundan sonra da nəsillər bu varislik xəzinəsindən istifadə edəcəklər. Ulu
öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və
mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpüyə,
dünyanın dinamik inkişaf edən ölkələrdən birinə çevrilmişdir.
Adı həmişə milli dövlətçiliyimiz, müstəqillimizlə qoşa çəkilən, fenomen
siyasətçi kimi təcrübəsi daim öyrənilən Heydər Əliyev min ildən bir tanrının
insanlara bəxş etdiyi müdrik, lider olduğunu fəaliyyəti ilə təsdiqləyən dahilərdən
biri, bəlkə də birincisidir. Ölkəmizdə müasir, demokratik, hüquqi və dünyəvi
dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli mənəvi dəyərlərə
12
qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı
ilə bağlıdır. “Mən çox sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox,
xalqıma həsr etmişəm” söyləyən, həyatının mənasını Azərbaycan xalqına,
dövlətçiliyinə xidmətdə görən ümummilli lider Heydər Əliyevin ömür yolu əslində
əsrlərə sığmayan bir epoxadır. Onun söylədiyi “mən həmişə fəxr etmişəm, bu gün
də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri ilə bir daha bildirirdi ki, hansı
sahədə çalışmasından asılı olmayaraq Azərbaycanın adına, vədinə sadiq əsgəri
kimi xalqının xoşbəxtliyi, müstəqilliyi naminə hər çətinliyə həmişə hazır olmuşdur.
O, heç bir zinətlə ölçülə bilməyəcək qədər qiymətli ideyaları, qətiyyəti, sağlam
azərbaycançılıq məfkurəsi ilə Azərbaycan xalqını ardınca aparan ölməz sərkərdə,
komandan olduğunu əməli fəaliyyəti ilə təsdiqlədi. Milyonların ürəyindən gələn bu
sözlər ona ümumxalq məhəbbətinin ifadəsi oldu: “Nə qədər ki, müstəqil
Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə
yaşayacaqdır”.
Dünya birliyində, Şərq ölkələri arasında zəngin dövlətçilik tarixi və ənənəsi
ilə tanınan Azərbaycanın keçdiyi yol hamar olmasa da xalqı zamanın
burulğanlarından çıxarmağı bacaran sərkərdələri olub. Adı hörmət və etiramla
anılan, dəst- xətti ilə seçilən və daha çox sevilən dövlət başçıları arasında Heydər
Əliyev fenomeni, onun rəhbərlik illəri özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb
edir. Azərbaycan tarixinin mühüm əhəmiyyətə malik 1970-1985-ci illərdəki
təkamülü, 1993-2003-cü illərdə müstəqilliyin möhkəmlənməsi naminə göstərilən
siyasi iradə və bacarıq, dövlətçilik təcrübəsi, zəngin irsə malik siyasi məktəb
Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinə diqqət və qayğı göstərməklə
insanlarda milli məfkurə və təfəkkürü formalaşdıran, Konstitusiyamızın qəbulu ilə
hüquqi dövlətin əsasını təşkil edən, ali qanunları təkmilləşdirən ulu öndər
arzuladığı demokratik islahatların aparılması üçün möhkəm, etibarlı təməl yaratdı.
Heydər Əliyevin söylədiyi kimi, müstəqilliyin qorunması isə təbii ki, iqtisadi
imkanlar, siyasi sabitlik, vətəndaş birliyi və həmrəyliyindən asılıdır. Neft
strategiyasını hazırlamaqla ölkəmizi düşdüyü iqtisadi böhrandan xilas edən ulu
öndər bununla Azərbaycanın dünya birliyinə uzanan yoluna “yaşıl işıq” yandırdı.
Respublikamızın dünya miqyasında tanınmasını istəyən, arzusunu gerçəkləşdirmək
üçün yorulmadan çalışaraq xalqın rifahı və dövlətçiliyin möhkəmlənməsi üçün biri
-birindən önəmli islahatlar apardı, proqramlar həyata keçirdi. Həmin vaxt
Azərbaycan dilinə dövlət statusu verildi. Bütün dövlət və xalqlarla əməkdaşlıq və
qarşılıqlı anlaşma şəraitində yaşamağa xarici siyasətimizin prioritetləri kimi diqqət
yetirən ulu öndər xarici ölkələrə intensivləşən səfərləri zamanı ən çox diqqət
yetirdiyi məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli, işğala məruz qalan
Azərbaycan həqiqətlərini dünya xalqlarına çatdırmaq, qürbətdə yaşayan
həmyerlilərimizlə görüşməklə güclü diaspor hərəkatının təməlini qoymaq idi.
Yaxın tariximizin son bir qərinəlik dövrünə nəzər saldıqda görürük ki,
Azərbaycanın bütün sahələrində qazandığı uğurlar, onun günbəgün artan nüfuzu,
sözün əsl mənasında, böyük insan olan Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır.
Cənab Heydər Əliyevin xüsusilə təhsilə, elmə, mədəniyyətə olan qayğısı, məktəbə,
müəllimə verdiyi yüksək qiymət siyasi xadim, dövlət rəhbəri kimi daim onun
13
fəaliyyətinin ana xəttini təşkil edib. Milli mənəvi dəyərlərimizin qorunub
saxlanılması, azərbaycançılıq ideologiyasının şüurlarda kök salması, dilimizin
tətbiqi sahələrinin genişlənməsi, tariximizin yenidən obyektivcəsinə yazılması və s.
Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin yalnız bir tərəfidir.
Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən
XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan
azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə
saldı, ümummilli ideya , dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi
kimi əsaslandırdı. Bu zaman iki cəhət əsas götürüldü:
a)
Azərbaycan Demokratik Cumhuriyyətinin dövlətçilik ənənələrinə tarixən
düzgün yanaşıldı;
b)
Azərbaycan ziyalılarının ana dili uğrunda əsrin önlərindəki fikir mücadilələri;
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq
ideologiyasının inkişafında, yeni tarixi şəraitə uyğun səviyyədə təfsirində və həmin
ideologiyanın tarixdə ilk dəfə əbədi olaraq həyata keçirilməsində atdığı addımlar
danılmazdır.
Heydər Əliyevin elmimizə, tariximizə, dilimizə, milli ideologiyamıza,
soykökümüzə həsr edilmiş dərin məzmunlu əsərləri, ideya və fikirləri elm və
mədəniyyətin bütün sahələrində aparılan elmi araşdırmaların metodoloji əsasıdır.
Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri,
türk dünyasının və ümumən, sivil dünyasının qüdrətli şəxsiyyətidir. Tarixə
Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan
liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi.Tanrı ona hər bir üstünlüyü bəxş
etmişdi: yaraşıqlı boy-buxun, təbəssüm və sərtliyi sintez edən sima, qüdrətli siyasi
iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, xalqın qüdrətinə
arxalanmaq qabiliyyəti, tarixin nizamını təmin edən təfəkkür! Bir sözlə, Heydər
Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir
şəxsiyyət idi. Heydər Əliyevin səyi ilə ölkəmizdə insan hüquq və azadlığının
başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıldı.
Konstitusiyamızın qəbulundan sonra sahəvi qanunlar işlənib hazırlandı,
qanunçuluq möhkəmləndirildi, hüquqi islahatlar yeni müstəviyə qaldırıldı. Ulu
öndərin formalaşdırdığı azərbaycançılıq fəlsəfəsi respublikamızın müasir dünyada
yerini müəyyən etdi, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya
azərbaycanlılarının həmrəyliyi üçün zəmin yaratdı. Son yüz ildə çox ciddi məsələ
kimi özünü qabarıq göstərən milli dövlətçilik problemi Heydər Əliyevin gərgin və
ardıcıl fəaliyyəti ilə elmdən, sosiologiyadan, fəlsəfədən əməli siyasət müstəvisinə
qaldırıldı.
Ümumilli lider ölkənin əsas təbii sərvətlərindən biri olan nefti Azərbaycan
xalqının öz sərvətinə çevirdikdən sonra ondan səmərəli bəhrələnmək yollarını da
müəyyənləşdirmiş, 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmışdır.
Heydər Əliyev dühası ilə tarixinin şanlı səhifələri yazılan Azərbaycanı işıqlı və
daha qüdrətli sabahlar gözləyir. Çünki onun başladığı və uğurla həyata keçirdiyi
siyasi kursun davam etdirilməsi xalqın ən başlıca arzusudur və bu istəyi də Heydər
Əliyev məktəbinin layiqli davamçısı prezident İlham Əliyev uğurla reallaşdırır. Biz
Vətən, xalq təəssübkeşliyini Heydər Əliyev vətənpərvərliyindən öyrənməliyik.
14
Heydər Əliyev şəxsiyyəti ona görə nəsillərə nümunədir ki, bu şəxsiyyətdə
azərbaycanlıya xas olan bütün ali keyfiyyətlər parlaq şəkildə təcəssüm olunur. Ulu
öndər əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi
cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycanı – dünya miqyasında
yeri və nüfuzu olan bir dövləti, dövlətçilik ənənələrini qoydu.
Ulu öndər Azərbaycanda söz və mətbuat azadlığının, müstəqil mətbuatın
əsasını qoymuş lider kimi böyük ehtiramla anılır.
Heydər Əliyev xalqının ürəyində milli – mənəvi dəyərləri yaşatmaq üçün əbədi
bir məşəl yandırmışdır. Bu məşəl ilahi bir varlığın istəyi ilə günü-gündən daha da
güclənir, parlaq səmalarda Azərbaycan simvoluna çevrilir. Dünya ölkələrinin
tarixində olduğu kimi, Azərbaycan dövlətçiliyinin tarixi də göstərir ki,
şəxsiyyətlərin gücü, ağlı və siyasi müdrikliyi bütün ölkənin həyatında taleyüklü rol
oynayır. Bu şəxsiyyətlər içində hər zaman bir boy uca görünəcək bir zirvədə
müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin
əzəmətli abidəsi ucalacaq. Bu parlaq şəxsiyyətin məhz həmin illərdəki fəaliyyətini
izləyəndə onun təpədən dırnağa böyük azərbaycanlının, Vətənini hədsiz dərəcədə
sevən bir insanın ölkəsinin tarixinə, keçmişinə, mədəniyyətinə, ədəbiyyatına son
dərəcə böyük sevgi və sayğı ilə yanaşdığını görüb,heyrətlənməmək mümkün
deyil. Mənə elə gəlir ki, onun adı dünya tarixinə həmişəlik yazılacaqdır. “Həmişə
fəxr etmişəm, və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” – deyən
ümummilli liderimiz azərbaycanlılara xas gözəl nə varsa, onların hamısını öz
parlaq simasında bir araya gətirmişdir. Azərbaycan xalqının vahidliyinə çalışan
Heydər Əliyev dühası özünün fitri idarəçilik istedadı sayəsində respublikada
ümumbəşəri dəyərlər yaradan, milli xüsusiyyətləri, mental dəyərləri qoruyan
ədalətli, sivil və demokratik cəmiyyət qurmuşdur.
Azərbaycan xalqı və dövləti mövcud olduqca Heydər Əliyevin dövlətçilik
irsinə daim müraciət ediləcək. Onun nurlu adı, Vətəni naminə gördüyü böyük işlər
insanların yaddaşında əbədi yaşayacaqdır. Heydər Əliyevin duhası ilə tarixinin
şanlı səhifələri yazılan Azərbaycanı işıqlı və daha qüdrətli sabahlar gözləyir. Buna
heç kəsin şübhəsi yoxdur. Çünki onun başladığı və uğurla həyata keçirdiyi siyasi
kursun davam etdirilməsi xalqın ən başlıca arzusudur və bu istəyi də Heydər
Əliyev məktəbinin layiqli davamçısı prezident İlham Əliyev uğurla reallaşdırır. Bu
gün Azərbaycan prezidenti İlham Əliyev atasından əxz etdiyi nadir şəxsiyyətlərə
məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq
edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib inkişaf etdirir. Bu gün
ümummilli lider Heydər Əliyevin mədəniyyət, incəsənət sahəsində gördüyü böyük
işləri respublikamızın Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyeva layiqincə davam etdirirlər.
Biz inanırıq ki, Azərbaycanı uğurlu
gələcək gözləyir.
Dağ əyilməz,
Yel əsər, dağ əyilməz.
Heydər quran dövlətin,
Təməli dağ, əyilməz.
(Fəridə Ləman)
|