Bakı şəhəri, 21 yanvar 2013-cü il.
7
Giriş
Hər bir millət, hər bir dövlət yaşam tarixində torpağını, xalqını sevən, onu
mübarizə meydanında qələbəyə, çətin anlarda işığa doğru aparan rəhbərə,
şəxsiyyətə ehtiyac duyur.
Sözün əsl mənasında hər bir dövlətin bir dövlət olaraq
formalaşmasında, millətin millətlər sırasında mətin dayanmasında böyük
şəxsiyyətlərə daim ehtiyac var. Azərbaycanın adı bu gün dünya müstəvisində öndə
gedən dövlətlər sırasında məğrur durur. Daim bu torpaq, bu millət dahilər, onun
adını zirvələrə ucaldan şəxsiyyətlər yetirib.“Heç bir millət şəxsiyyətsiz yaşaya
bilməz”. Bu fikir Azərbaycan adını öndə gedən dünya ölkələri sırasına yazan, öz
uzaqgörənliyi ilə dünya siyasətçilərini daim heyrətə gətirməyi bacaran, millətin hər
bir nümayəndəsini ürəkdən sevən dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə
məxsusdur. Doğru deyiblər ki, zaman hər şeyi yerbəyer edir, hər şeyin, hər kəsin
doğru qiymətini verir. İllər keçdikcə, ümummilli liderimiz Heydər Əliyevin
böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha
çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi
uğrunda mübarizəyə həsr olunmuşdur.
Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın
xilaskarı və memarı, ümummilli liderimiz Heydər Əliyevin bütün fəaliyyətinin
məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat
bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və
möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana otuz ildən çox rəhbərliyi
dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını
ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir.
Heydər Əliyev bəşəriyyətin sülh, əmin-amanlıq, dostluq və firəvanlıq içində
yaşaması üçün çox işlər görmüşdü. Gəlin aşağıdakı xronikaya nəzər salaq.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan
Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan
Pedoğoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki
Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakultəsində təhsil almışdır.
Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1941-ci
ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və
Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və
1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən
təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin
müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər
yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində( indiki Sank -Peterburq) xüsusi
ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini
bitirmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul
plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin
dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi
8
Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.
Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali
Soveti sədrinin müavini olmuşdur.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun
yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı
faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində
bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları
və icraçılarının cəzalandırılmasını tələb etmişdir.O, Dağlıq Qarabağda yaranmış
kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz
əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının
sıralarını tərk etmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev
ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali
Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin
müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının
Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə
ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi
yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə
ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya
dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan
Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il
oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək
fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən
Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyev dörd dəfə Lenin
ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist
Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə
təltif olunmuşdur.
27 mart 1997-ci il Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı
“Yaroslav Mudri” ordeni təqdim edilmişdir.
13 aprel 1999-cu il Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı
“Atatürk Sülh Mükafatına” layiq görülmüşdür.
20 yanvar 2001-ci il Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə
Moskva Dövlət Uniersitetinin “Fəxri professoru” adı verilmişdir.
3 aprel 2003-cü il Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının
Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru
və həqiqi üzvü seçilmiş, Y.V.Andropov adına mükafata layiq görülmüşdür.
10 may 2003-cü il Rusiyanın yüksək mükafatı – Müqəddəs Apostol Andrey
Pervozvannı ordeni ilə təltif olunması barədə fərman imzalanmışdır.
9
Biz mədəniyyət işçiləri olaraq deyə bilərik ki, Azərbaycan mədəniyyətinin
ən böyük nailiyyətləri görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin adı ilə
bağlıdır. Məhz buna görə də Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri
mədəniyyətimizin tarixində yeni intibah dövrü adlandırmaq olar.
Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider. Bu üç fenomen
keyfiyyətin daşıyıcısı, qüdrətli və böyük insan Heydər Əliyevin Azərbaycan
xalqının tarixi taleyində oynadığı rol misilsizdir. Türk dünyasının fəxri olan ulu
öndər Heydər Əliyev də XX əsrdə Azərbaycan xalqının yetirdiyi böyük dühalardan
biri kimi ehtiramla xatırlanır. Zaman ötdükcə, illər keçdikcə bir çox meyarlar,
prinsiplər dəyişir, ancaq obyektiv tarixi meyillərin və həqiqətin meyarı isə
dəyişməz qalır. Odur ki, Azərbaycan xalqının ümummilli lideri, dərin zəkası və
rəhbərlik etmək istedadı, uzaqgörənliyi və nüfuzu ilə bütün dünyanı heyran
qoymuş ulu öndər Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq mümkün
deyil. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını
müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti
nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar
paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə
modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə
də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır. Heydər Əliyev çox maraqlı,
mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu keçmiş, həyatın bütün
çətinliklərindən qalib çıxmış, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək
zirvəyə yüksəlmişdir. Bu uca zirvənin yolları daşlı-kəsəkli olsa da, polad iradəsi,
dönməz xarakteri, şəxsiyyət bütövlüyü bu zirvəni fəth etməkdə ona kömək
etmişdir. Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi,
müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri
Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. Xalqımızın mənəvi sərvəti olan bu
zəngin irsi araşdırdıqca respublikamızın son 50 illik həyatında bu nəhəng
şəxsiyyətin öz xalqına qırılmaz tellərlə bağlı olduğu, onu ürəkdən sevdiyi,
Azərbaycanın inkişafı və tərəqqisi naminə böyük işlər gördüyü, bütün varlığını,
həyatını Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə həsr etdiyi göz önünə
gəlir. Özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı
prosesinə qüvvətli təkan verərək, onu daim yüksəliş yoluna çıxaran Heydər
Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o
cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında
müstəsna rolu olmuşdur.
Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan
kitabxana quruculuğu sahəsində də, misilsiz xidmətləri vardır. XX əsrin II
yarısında respublikada kitabxana şəbəkələrinin inkişafı, kitabxanaların
mərkəzləşdirilməsi, kitabxana fondlarının inkişafı, əhaliyə kitabxana xidmətinin
yaxşılaşdırılması, kitabxanaların maddi-texniki bazasının və kadr potensialının
möhkəmləndirilməsi istiqamətində Heydər Əliyevin gördüyü işlər danılmazdır.
Müstəqillik dövründə kitabxanaların qorunub saxlanılması, kitabxana işinin inkişaf
istiqamətləri və dövlətin kitabxana siyasətinin formalaşmasında Heydər Əliyevin
10
rolu böyükdür. Ulu öndər kitab və kitabxana işinin böyük mədəni əhəmiyyətini
yüksək qiymətləndirmiş, onu ölkəmizin ümumi mədəniyyətinin əsas göstəricisi
kimi qiymətləndirmişdir. Bu da Heydər Əliyevin yüksək elmi, mədəni və
intellektual səviyyəsi ilə, bəşəri xarakter daşıyan hadisələri düzgün qiymətləndirə
bilmək istedadı ilə şərtləşir. Heydər Əliyev həmişə çıxışlarında yazıçı və
şairlərimizin, alimlərimizin, mədəniyyət xadimlərimizin böyük potensiala malik
olduğunu bildirmiş, Azərbaycan xalqının təhsillənməsində, biliklənməsində, elm
və mədəniyyətimizin, mənəviyyatımızın inkişafında böyük rolu olduğunu
bildirmişdir. İftixar hissi ilə demək olar ki, Heydər Əliyev respublikaya rəhbərlik
etdiyi 34 illik dövrdə böyük təşkilatçılıq, nəhəng quruculuq işləri ilə yanaşı, zəngin
elmi-nəzəri, mənəvi bir irs yaratmışdır. Bu irs qiymətli mənəvi sərvət kimi
elmimizin və mədəniyyətimizin “qızıl fondu” na daxil edilmişdir.
Müasir şəraitdə ölkəmizin gələcək inkişaf yolunu işıqlandıran bu zəngin
irsin öyrənilməsinə böyük ehtiyac hiss edilməkdədir. Respublikamızın
vətəndaşlarının, ziyalılarının, alimlərin, mütəxəssislərin, əhalinin bütün
təbəqələrinin, xüsusilə vətənimizin gələcəyi olan gənclərin bu irsi dərindən
mənimsəməsinə ciddi ehtiyac duyulmaqdadır. Heydər Əliyevin elmimizə,
tariximizə, dilimizə, milli ideologiyamıza, soykökümüzə həsr edilmiş dərin
məzmunlu əsərləri, ideya və fikirləri elm və mədəniyyətin bütün sahələrində
aparılan elmi araşdırmaların metodoloji əsasıdır. Bu əsərlər azərbaycanşünaslığa
böyük hədiyyədir. Heydər Əliyevin nəzəri irsi həmçinin Azərbaycan
dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər
siyasi tarix, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə
hədsiz məhəbbət dərsliyidir. Ulu öndərin hər bir əsəri böyük əhəmiyyətə malikdir.
Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, bu əsərlər isə
yaşayacaq, neçə -neçə nəsillərə, Azərbaycan xalqının gələcəyinə xidmət edəcəkdir.
Çünki bu əsərlər zamanın sifarişidir, xalqın tarixidir, salnaməsidir. Bu əsərləri
zaman özü yaratdığından daim yaşayacaq, gələcəyə işıq saçacaq.
Ölkəmizin siyasi həyatında özünəməxsus yeri olan Yeni Azərbaycan
Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan ulu
öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Tarixi zərurətdən yaranmış Yeni
Azərbaycan Partiyası elə bir dövrdə formalaşmışdır ki, müstəqilliyimiz, milli
varlığımız real təhlükə qarşısında idi. Xalqımızın əsrlərdən bəri ürəyində yaşatdığı
azadlıq amallarını beşiyindəcə boğmağa cəhd göstərən qara qüvvələr heç nədən
çəkinməyərək ən çirkin vasitələrə əl atırdılar. Ulu öndərin “dünənin, bugünün,
gələcəyin partiyası” deyə həm keçmişini, həm bugününü, həm də gələcəyini
müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı xidmətləri
bu təşkilatın cəmiyyətdəki mövqeyini get-gedə daha da möhkəmləndirir, xalqın bu
Dostları ilə paylaş: |