4
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində
müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər
Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli
dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin
qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz
Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və
mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu
oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə
çevrilmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu,
vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin,
mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin
əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin
təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq
standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və
müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə
gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə
çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin
aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir
tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı–Tbilisi–Ceyhan, Bakı–
Supsa, Bakı–Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli
bilavasitə Heydər Əliyevin xidmətləridir.
Dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi
liberallaşma,
kredit
reytinqimizin
artması,
iqtisadiyyatımızın
rəqabət
qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın
ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər
əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir.
Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də Heydər
Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir.
Postsovet məkanında analoqu olmayan cəsarətli qərarları ilə Heydər Əliyev
torpağın şəxsi mülkiyyətə verilməsi ilə ölkəmizin ərzaq təhlükəsizliyini təmin
etmiş oldu. Bu gün müxtəlif kənd təsərrüfatı komplekslərinin uğurlu fəaliyyəti
onun aqrar siyasətinin parlaq təzahürüdür.
Ulu öndərin vaxtilə Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması ilə
həyata keçirməyə başladığı müdrik siyasəti milli ordumuzun formalaşması və
Azərbaycan Silahlı Qüvvələrinin yaradılması mərhələlərindən keçərək onun
Cənubi Qafqazda aparıcı hərbi qüvvə olmasına gətirib çıxarmışdır.
Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının
genişləndirilməsi
və
Azərbaycan
xalqının
ən
böyük
sərvəti
kimi
dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan
5
mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər
Əliyevin misilsiz xidmətlərindəndir. Məhəmməd Füzulinin 500 illik və “Kitabi-
Dədə Qorqud”un 1300 illik yubileylərinin YUNESCO səviyyəsində keçirilməsi
Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edərək beynəlxalq mədəni
ictimaiyyətlə yeni əməkdaşlıq formalarının bərqərar olmasına gətirib çıxarmışdır.
Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi
perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı
dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Onun
uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq
miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına
xidmət göstərmişdir. Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar
sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, Azərbaycanın zorla cəlb
olunduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya
ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və
sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz
əksini tapmışdır.
Heydər Əliyev Böyük İpək Yolunun mühüm mərkəzi olan, mədəniyyətlərin
və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və
dözümlülüyün məkanı kimi tanıtmışdır. Onun beynəlxalq səfərləri, siyasi, ictimai
və dini xadimlərlə görüşləri ölkəmizin yeni imicinin formalaşmasına xidmət edirdi.
Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr
edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla,
soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan
Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan
ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış,
inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün
dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan
Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli
mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında
birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir.
Heydər Əliyevin XX əsrdə totalitarizmin Azərbaycana qarşı törətdiyi
faciələrin davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi, siyasi və mənəvi
təcavüz kimi qiymətləndirməsi onun ömrü boyu sadiq qaldığı siyasi məfkurəsinin
və yüksək vətənpərvərliyinin yeni siyasi şəraitdə təcəssümü idi. Mövcud siyasi,
iqtisadi və sosial böhran müstəqilliyimizin ilk illərində Azərbaycanı vətəndaş
müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə gəldiyi gün – 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi
daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də
iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə
vermişdir.
Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik
mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir
zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və
böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. Heydər Əliyevin qurduğu
6
dövlətin iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində
saxlamaqla sosial yönümü ilə səciyyələnirdi. Bu gün Azərbaycan nüfuzlu vətəndaş
cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət
göstərdiyi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, eləcə də çox sayda
özəl telekanalların yayımlandığı və internet şəbəkəsi istifadəçilərinin sayının
sürətlə artdığı bir ölkədir.
Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını
müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti
nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar
paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə
modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə
də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır.
Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikinti
meydançasını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər,
xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər
ucaldılır, yollar salınır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası
bizim gələcək planlarımızı əks etdirməklə yanaşı bir daha sübuta yetirir ki, Heydər
Əliyevin ölkəmizin sürəkli tərəqqisini bu gün də təmin edən irimiqyaslı
proqramları xalqımızın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət
göstərir.
Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi
xidmətlərini nəzərə alaraq, milli dövlətçilik ideyasının bərqərar olması və
ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin ölkə
miqyasında layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi
Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilsin.
2. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyinin keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Dostları ilə paylaş: |