18
oxucular tərəfindən ifa olunur. Bu vaxt münsiflər heyəti yaradılır. Münsiflər heyəti
kitabxana müdirindən, teatrımızın görkəmli nümayəndələrindən, bəstəkarlardan
təşkil edilir.
Kitabxanalarda yuxarı sinif şagirdlərinin iştirakı ilə “Heydər
Əliyevin
fəaliyyəti müasir gəncliyin gözü ilə” oxucu konfransı da təşkil etmək mümkündür.
Konfransdan öncə onun proqramı tərtib olunmalı, konfransın keçiriləcəyi dəqiq
vaxt müəyyən olunmalıdır. Proqramda konfransda çıxış edəcək qonaqların,
tarixçilərin, ədəbiyyatşünasların və şagirdlərin adları, onların çıxış edəcəkləri
mövzular, tədbirin keçiriləcəyi məkan və zaman qeyd olunur. Konfrans zamanı
Heydər Əliyevin fəaliyyətinə, yaradıcılığına yaxından
bələd olan millət vəkilləri,
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, jurnalist, yazıçı və şairlərin
çıxışları dinlənilir. Oxucu konfransının planını sizə təqdim edirik:
1.Giriş hissə (Heydər Əliyevin həyat və yaradıcılığı haqqında məruzə)
2. Heydər Əliyevin yaradıcılığı haqqında
kitabxana rəhbərliyinin, millət
vəkillərinin, siyasətçilərin, yazıçı və şairlərin çıxışları.
3.Yuxarı sinif şagirdlərindən ibarət olan oxucuların Heydər Əliyevin
fəaliyyətindən bəhs edən müzakirələri.
4. Ədəbi bədii kompazisiya.
5. Konfransın yekunu.
Heydər Əliyevin irsinin təbliği üçün ədəbi-bədii gecələrin keçirilməsi zəruridir.
Gecəni “Əbədiyaşar lider” başlığı ilə adlandırmaq olar. Tədbirin ssenarisini sizə
təqdim edirik.
Dostları ilə paylaş: