21
hörmüşdür. Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix
belələrini əməlləri, fəaliyyəti ilə yaranır. Azərbaycanın Heydər
Əliyev dövrü tariximizin ən şərəfli, ən şanlı səhifəsi hesab
edilməyə layiqdir. Ulu öndər xarakter etibarilə qurucu, yaradıcı
insandır.
Heydər
Əliyev
bənzəri
olmayan
bir
şəxsiyyətdir.Yaşadığı mənalı ömür, keçdiyi şərəfli həyat yolu
xalqımıza örnəkdir. Müstəqillik illərində məhz ulu öndərimizin
gərgin
və titanik səyləri, müdrik siyasi kursu sayəsində
Azərbaycan nəinki öz suverenliyini qoruyub saxlamış, onu
əbədi prosesə çevirmiş, dünyanın qüdrətli dövlətləri səviyyəsinə
yüksəltmişdir.
II Aparıcı:
Bu gün Azərbaycanın üçrəngli bayrağı BMT-də, Avropa
Şurasında, başqa mötəbər beynəlxalq təşkilatlarda vüqarla
dalğalanır. Danılmaz bir həqiqətdir ki, Heydər Əliyevin həyat
prinsipi
həmişə ədalət, sülh, əmin-amanlıq və xalqın rifahı,
dövlətin qüdrətinin və təhlükəsizliyinin möhkəmləndirilməsi
olmuşdur. Heydər Əliyev ötən əsrin görkəmli siyasətçisi və
dövlət xadimi kimi bütün dünyada tanınmış və artıq öz
sağlığında tarixə düşmüş böyük şəxsiyyətdir. Azərbaycan tarixi
inkişafının son illərində yaşadığı hadisələr, Heydər Əliyev
varlığının, onun zəkasının, nüfuzunun
və dərin təcrübəsinin
dövrümüz üçün nə qədər əhəmiyyətli olduğunu əyani şəkildə
göstərmişdir.
Bir neçə oxucu Heydər Əliyevin xatirəsinə yazılmış, Fikrət Qocanın”Vətən oğlu”
şeirini oxucularımızın ifasında söyləyirlər.
I Oxucu:
Vətən oğlu, ata oldun bizə sən,
Ata kimi qayğımızı çəkirdin.
Şair kimi həssas idin sözə sən,
Danışıqda sözdən sözü çəkirdin.
Ölkə olduq sən arzuna çatanda,
II Oxucu:
Bir əlin od, bir əlin su olurdu.
Millət rahat xumarlanıb yatanda,
Yuxun bir an quş yuxusu olurdu.
Yurdumuzda şan-şöhrətli hər nə var
Yatmadığın günlər, aylar, illərdi;
III Oxucu:
Ziyarətə gəlir səni bu yollar...
Göz yaşımız məzarında güllərdi.
Sənin rəmzin Azərbaycan bayrağı,
Baş qoymağa, can verməyə hazırıq.
Dan ulduzum-yurdumuzun mayakı.
IV Oxucu:
Şeir də bir təsəllidir, yazırıq.
Adın – sanın yenilməz bir ordudu,
İndi odlar diyarının özüsən...
Azərbaycan Heydərlərin yurdudu,
22
Gələcəyə baxanların gözüsən.
I Aparıcı:
Heydər Əliyev çox maraqlı,
mürəkkəb, zəngin, keşməkeşli bir
ömür yolu keçmiş, həyatın bütün çətinliklərindən qalib çıxmış,
öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə
yüksəlmişdir. Bu uca zirvənin yolları daşlı-kəsəkli olsa da,
polad iradəsi, dönməz xarakteri, şəxsiyyət bütövlüyü bu zirvəni
fəth etməkdə ona kömək etmişdir. Bütün dünyanın etiraf etdiyi
böyük dövlət xadimi, görkəmli siyasətçi,
müstəqil Azərbaycan
dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri
Heydər Əliyev çox zəngin irs qoyub getmişdir.
Dostları ilə paylaş: