27
Sözdən elə
yarat o heykəli sən,
Desinlər ən böyük heykəltaraşdı!
I oxucu (Şair):
Onun könül açan ürək sözləri,
Döndü qanadlara, döndü qollara.
Dahi bir insandan yazmaq eşqinə
Allahı çağırıb çıxdım yollara.
İnsan köküm oldu, mələk budağım,
Kökdən qanadlandım budağa doğru.
Çəkdi yaratdığım bu dastan məni
Vətənə, millətə, torpağa doğru.
Dilində səslənən hər müqəddəs ad
Dilimdə sərvətdi, damağımda dad.
Ey böyük sərkərdə, ey böyük ustad,
Hər sətrin səngərim, yarağım oldu.
Eşqim, məhəbbətim, gücüm, qeyrətim,
Baxışım, marağım, sevgim, heyrətim,
Zəvvarı azalmaz bir ziyarətim,
Səcdəgah deyilən torpağım oldu.
Gəldi dostluq günü, gəldi dost anı,
Qoymadım qılıncım qında paslana.
Adına yazdığım “Heydər dastanı”
Başımın üstündə bayrağım oldu.
I Aparıcı:
Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz
tərkib
hissəsi olan kitabxana quruculuğu sahəsində də, misilsiz
xidmətləri vardır. XX əsrin II yarısında respublikada kitabxana
şəbəkələrinin inkişafı, kitabxanaların mərkəzləşdirilməsi,
kitabxana fondlarının inkişafı, əhaliyə kitabxana xidmətinin
yaxşılaşdırılması, kitabxanaların maddi-texniki bazasının və
kadr potensialının möhkəmləndirilməsi
istiqamətində Heydər
Əliyevin gördüyü işlər danılmazdır. Müstəqillik dövründə
kitabxanaların qorunub saxlanılması, kitabxana işinin inkişaf
istiqamətləri və dövlətin kitabxana siyasətinin formalaşmasında
Heydər Əliyevin rolu böyükdür. Bəli, Ümummilli lider Heydər
Əliyev bütün sahələr kimi kitabxana sahəsində də nailiyyətləri
böyükdür.
Sözləri Valeh Mirzəyə aid olan Heydər Əliyevin xatirəsinə yazılmış”Bir el sevindi”
şeirinə oxucularımızın ifasında dinlənilir.
I Oxucu:
Bu xalqın ümidi qırılan deyil –
Bu xalqın nicatı Öndər olubdur.
Daxili düşmənlər cövlan edəndə,
Xilaskar Atamız Heydər olubdur.
Çox ağrı-acılar çəksə də başı,
Üzü ağ çıxıbdır sınaqlardan o.
Qoymadı bölünə Vətən torpağı,
28
Qorudu milləti qınaqlardan o,
II Oxucu:
O, böyük işlərin müəllifiydi,
Qurub – yaradandı... Yaradan kimi.
Millətin yolunda, xalqın yolunda
Verdi o, özünü bir qurban kimi.
Bir
oğul böyütdü, öz sevgisiylə
Vətəni sevməyi öyrətdi ona.
İşıqlı yolların döngələrində,
Ata nəsihəti örnəkdi ona.
III Oxucu:
Bir oğul böyütdü, oğul! – deyirəm,
Surəti gözümdə, ürəyimdədir.
Halal süfrəmizə, çörəyimizə,
Haram qatanlara dərs verdi bir – bir.
Bir oğul böyütdü, oğul! – deyirəm,
İşıqlı gələcək açarı onda.
Bir ev sevinmədi, bir el sevindi,
Heydər davamçısı İlham olanda.
II Aparıcı:
1969-1985-ci illərdə respublikamızda mədəni quruculuq
sahəsində həyata keçirilən böyük
tədbirlər kitabxana işinin
inkişafına da müsbət təsir göstərmiş, əvvəllər ləğv edilmiş kənd
kitabxanaları planauyğun qaydada ardıcıl olaraq bərpa olunmuş,
kənd rayonlarının yaşayış məntəqələrində kitabxanalar təşkil
edilmiş,
kitabxanaların
maddi-texniki
bazası
möhkəmləndirilmiş, kitabxana işinin maliyyələşdirilməsinə
diqqət artırılmışdır. Məhz bu illərdə həm kənd yerlərində, həm
də şəhərlərdə yeni kitabxana binalarının tikilməsinə, mövcud
binaların bərpa və təmiri işlərinə vəsait ayrılmağa
başlanılmışdır. Kitabxanaların
mərkəzləşdirilməsi məsələsi
respublikamızda da müvəffəqiyyətlə başa çatdırılmış, mühüm
elmi-təcrübi nəticələr əldə edilmişdir. Ulu öndər kitab və
kitabxana işinin böyük mədəni əhəmiyyətini yüksək
qiymətləndirmiş, onu ölkəmizin ümumi mədəniyyətinin əsas
göstəricisi kimi qiymətləndirmişdir.
Bu da Heydər Əliyevin
yüksək elmi, mədəni və intellektual səviyyəsi ilə, bəşəri
xarakter daşıyan hadisələri düzgün qiymətləndirə bilmək
istedadı ilə şərtləşir. Ulu öndər kitabxanaların fəaliyyətinə,
kitabxanaçı əməyinə yüksək qiymət vermişdir.
Heydər Əliyev
həmişə çıxışlarında yazıçı və şairlərimizin, alimlərimizin,
mədəniyyət xadimlərimizin böyük potensiala malik olduğunu
bildirmiş,
Azərbaycan
xalqının
təhsillənməsində,
biliklənməsində, elm və mədəniyyətimizin, mənəviyyatımızın
inkişafında böyük rolu olduğunu bildirmişdir.
Söhbət Ulu
Öndər Heydər Əliyevin mədəniyyət sahəsində gürdüyü işlərdən
düşmüşkən gəlin yuxarı sinif şagirdlərinin ifasında Ümummilli
29
liderimizin mədəniyyətdən bəhs edən hikmətli sözlərinə qulaq
asaq.
Dostları ilə paylaş: