Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 371,21 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix11.12.2023
ölçüsü371,21 Kb.
#146450
1   ...   5   6   7   8   9   10   11   12   13
Heyder Eliyev

Oxucular səhnəyə çıxıb kəlamları söyləyirlər.
1.
Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları 
zənginləşdirir və onların mədəniyyəti bu yolla inkişaf edir. 
2.
Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində 
fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. 
3.
Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq bu zəmin əsasında klassik 
mədəniyyət səviyyəsinə gəlib çatmışdır. 
4.
Xalqımızın incəsənət və mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, 
millətini sevən hər bir şəxs üçün iftixar mənbəyidir. 
5.
Ədəbiyyata, elmə, mədəniyyətə qayğı, diqqət həmişə olmalıdır. 
6.
Mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur 
ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni 
cığırlar açırlar, yeni formalar meydana gətirirlər. 
7.
Bizim musiqimiz – xalq musiqisi, folklor musiqisi çox rəngarəngdir, çox 
zəngindir. 
8.
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə 
yaşayacaq, həmişə inkişaf edəcək. 
9.
Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsində mədəniyyət 
və elm sahəsində əlaqələrin təsiri böyükdür. 
10.
Hər bir xalqın mədəniyyəti həmişə onu yüksəldir, bütün dünyada tanıdır, 
mənəviyyatını zənginləşdirir. 
11.
Xalqımız zəngin mədəniyyətə malikdir. Fəxr edə bilərik ki, bizim 
mədəniyyətimiz qədim zamanlarda da çox zəngin və yüksək olmuşdur. 
12.
Azərbaycan xalqı bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmiş
onların əsərləri, yaradıcılığı dünya elmini, mədəniyyətini zənginləşdirmiş, 
insanları maarifləndirmişdir. 
13.
Azərbaycanın bugünkü mədəniyyəti dahi şəxsiyyətlərimizin yaratdığı və 
əsrlərdən-əsrlərə keçən mədəniyyətimizə, elmimizə, mənəviyyatımıza 
əsaslanır. 
14.
Ədəbiyyatımız, incəsənətimiz, rəssamlıq, heykəltaraşlıq məktəbimiz, 
musiqimiz, teatr mədəniyyətimiz dünya səviyyəsində yüksək zirvələrə 
qalxmışdır. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları 
zənginləşdirir və onların mədəniyyəti bu yolla inkişaf edir. 
I Aparıcı: Bəli, İftixar hissi ilə demək olar ki, Heydər Əliyev 
respublikaya rəhbərlik etdiyi 34 illik dövrdə böyük təşkilatçılıq, 
nəhəng quruculuq işləri ilə yanaşı, zəngin elmi-nəzəri, mənəvi 
bir irs yaratmışdır. Bu irs qiymətli mənəvi sərvət kimi 
elmimizin və mədəniyyətimizin “qızıl fondu” na daxil 
edilmişdir. Müasir şəraitdə ölkəmizin gələcək inkişaf yolunu 
işıqlandıran bu zəngin irsin öyrənilməsinə böyük ehtiyac hiss 
edilməkdədir. Respublikamızın vətəndaşlarının, ziyalılarının, 


30 
alimlərin, mütəxəssislərin, əhalinin bütün təbəqələrinin, 
xüsusilə vətənimizin gələcəyi olan gənclərin bu irsi dərindən 
mənimsəməsinə ciddi ehtiyac duyulmaqdadır. Heydər Əliyevin 
elmimizə, 
tariximizə, 
dilimizə, 
milli 
ideologiyamıza, 
soykökümüzə göstərdiyi xidmətlər danılmazdır. Azərbaycan 
mədəniyyətinin ən böyük nailiyyətləri görkəmli siyasət və 
dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz buna görə 
də Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri 
mədəniyyətimizin tarixində yeni intibah dövrü adlandırmaq 
olar. 
II aparıcı: 
Hörmətli tədbir iştirakçıları gəlin az yaşlı oxucularımızın 
ifasında sözləri Vaqif Kəhrizliyə aid olan “Bizimlədir, sağdır 
Heydər!” şeirini dinləyək. 
I Oxucu:
Vətəndə yanan ocaqdı, 
Hər zaman nur saçacaqdı. 
Xalqla birgə olacaqdı, 
Sevinməsin namərd əcəl, 
Bizimlədir, sağdır Heydər! 
II Oxucu:
O zirvədən enən deyil, 
Haqq yolundan dönən deyil. 
Bir günəşdir, sönən deyil, 
İşıq saçar, yol göstərər, 
Bizimlədir, sağdır Heydər! 
III Oxucu:
El bağının bağbanıdır, 
Hər dərdlərin dərmanıdır. 
Xalqın şərəfi, şanıdır, 
Generaldır, həm də əsgər, 
Bizimlədir, sağdır Heydər! 
IV Oxucu:
Ona sevgi sonsuz, təmiz, 
Olub hər vaxt qələbəmiz. 
Odur canlı abidəmiz, 
Od yurdunu cənnət edər 
Bizimlədir, sağdır Heydər! 
V Oxucu:
O sadədi, o məğrurdu, 
Könüllərdə yuva qurdu. 
Vətən üçün bir qürurdu, 
Hifz eyləyir onu göylər, 
Bizimlədir, sağdır Heydər! 
VI Oxucu:
O qüdrətdir! Hər vaxt tamdır! 
Bu xalqına bir loğmandır, 
Gəncləşibdir o İlhamdır. 
Yaradacaq xariqələr, 
Bizimlədir, sağdır Heydər! 
Bizimlədir, sağdır Heydər! 


31 
II Aparıcı:
Bəli, tarix boyu, müəyyən dövrlərdə elə tarixi şəxsiyyətlər, elə 
siyasətçilər olub ki, onlar yalnız öz yaşadıqları dövrün yox, həm 
də çox-çox illər sonranın da insanı olublar. Gələcəyi görmək, 
rəhbəri olduğu ölkəni, onun vətəndaşlarını işıqlı gələcəyə 
aparmaq yönündə gördükləri saysız-hesabsız işlər onları daha 
da əfsanələşdirib, xalqın sevilən şəxsiyyətinə çevirib. Belə 
şəxsiyyətlərdən biri də Heydər Əliyevdir. Bəli, “Azərbaycan 
Heydər Əliyevin şah əsəridir” deyimi heç vaxt öz dəyər və 
aktuallığını itirməyəcəkdir. Çünki Heydər Əliyev həm də 
Azərbaycanı bütün dünyada tanıdıbdır. Bayrağımızın dünyanın 
nüfuzlu təşkilatlarının binaları qarşısında şəstlə dalğalanması, 
dünyanın inkişaf etmiş ölkələri ilə ikitərəfli və çoxtərəfli 
əlaqələri ulu öndərin həyata keçirdiyi uzaqgörən və məntiqi 
siyasətin nəticəsində baş veribdir. Ulu öndər böyük alim, böyük 
diplomat, böyük siyasətçi, böyük demokrat, böyük rəhbər idi. 
Heydər Əliyevin doğma xalqıda, onun çıxış və nitqini dinləyən 
başqa millətlər də, onu yalnız siyasətçi, ictimai xadim kimi 
deyil, nadir bir elm adamı kimi qiymətləndirirdilər. Dilçilər, 
tarixçilər onu bu sahəni bilən, rəssamlar, memarlar, bəstəkarlar, 
musiqiçilər onu xüsusi ilahi zövqlü şəxs, iqtisadçılar və kənd 
təsərrüfatı alimləri onu dərin biliyə malik olan mütəxəssis, 
təbabət, dəqiq elmlərin alimləri onu özlərinin həmkarı, bəzi 
problemlərin həllində elmi rəhbəri kimi qəbul edirdilər. 
I Aparıcı:
O, hərb elmini dərindən bilən general idi. XX əsrin böyük bir 
dövrü ərzində Azərbaycanın siyasi və iqtisadi inkişafı, ictimai 
həyatımızın bütün sahələrində əldə olunmuş yüksək nailiyyətlər 
məhz ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyev vətən elminin 
hamisi, alimlərin böyük dostu idi. Ulu öndər ziyalıların 
fövqündə dayanan ziyalı idi. Bəli, Heydər Əliyev bəşəriyyət 
üçün adi vətəndaş olmayıb. O, əqli, zəkası, idrakı ilə seçilən 
görkəmli dövlət xadimi kimi məşhur şəxsiyyətlərin önündə 
gedib. Onun hünəri ilə müstəqil Azərbaycan Respublikası 
formalaşıb, Azərbaycan adlı məmləkət xilas edilib. Azərbaycan 
dili Azərbaycan xalqına qaytarılıb. Ölkədə hüquqi, demokratik, 
dünyəvi dövlət qurulub. Heydər Əliyev haqqında çoxlu kitablar 
yazılıb, televiziya verlişləri hazırlanıb, oçerklər nəşr edilib: 
burada onun ancaq üzdə görünən xaraker cizgilərini təsvir 
etmək mümkün olub. Onun fenomen keyfiyyətlərinin üzdə 
görünməyən cəhətlərini təhlil etmək heç kimə müyəssər 
olmayıb. Beynəlxalq jurnalistlərin onu dünyanın 8 – ci 
möcüzəsi hesab etmələri də təsadüfü xarakter daşımayıb. Onun 
hər çıxışında, müsahibəsində, məruzəsində, söhbətində 
söylədikləri fikirlər bizim üçün əxlaq dərsliyinə çevrilib, 
müqəddəs kəlam olub, məktəb olub. Ulu öndər sözün əsl 


32 
mənasında xalq müəllimi idi.O, fenomen yaddaşa malik bir 
şəxsiyyət idi. 
II Aparıcı:
Bu anda Heydər Əliyevin bu kəlmələri yada düşür: “Şükürlər 
olsun ki, yurdumuza, respublikamıza, xalqımıza çoxlu şeirlər, 
mahnılar, çoxlu musiqi əsərləri həsr olunmuşdur. Yurdumuza, 
Vətənimizə - Azərbaycana həsr olunmuş hər bir belə musiqi 
insanlarımızda, vətənpərvərlik hissi, iftixar, sevinc hissi doğurur 
ki, bizim Azərbaycanımız var, Azərbaycana həsr edilmiş belə 
mahnılar, şeirlər var və bu gün müstəqil, azad Azərbaycan 
var!...” Bu gözəl kəlmələrdən sonra, yenə söz sevimli 
oxucularımızındır. Gəlin onların ifasında sözləri Fəridə 
Ləmanın olan”Onu zaman seçib” şeirindən bir parçaya qulaq 
asaq. 
I Oxucu:
Mənim Odlar yurdum – Azərbaycanım, 
Heydərə söykənib, Heydər də ona. 
O, elə müdrikdir, elə ağıllı, 
Bu vətən onunla gələcək cana. 
II Oxucu:
Məqsədi, məramı Xalqdır, Vətəndir, 
Qurduğu dövlətin təməli dağdır. 
Mənim Heydər adlı Azərbaycanım, 
Yurdumda əkizdir, həmişə vardır. 
III Oxucu:
O, Vətən daşıdır köksü bir ocaq, 
Alışıb yanacaq hey zaman- zaman. 
O, Qorqud atadır, el yiyəsidir, 
Onun yollarına çökərmi duman?! 
Onu zaman seçib. 
IV Oxucu:
Yad eldə qalmadı Cavidin qəbri, 
Bir qolu Arazdı, bir qolu Kürdü. 
O, aqil, vicdanlı əsl vətəndaş, 
O, bu Vətən üçün incidi, dürdü. 
V Oxucu:
Tanıtdı dünyaya Azərbaycanı, 
Bayraqlar üçündə bayrağım qalxdı. 
Bir kəlmə sözünə neçə kürsüdən, 
Milyonlar baş əyib, ayağa qalxdı. 
Onu zaman seçib! 
I Aparıcı: Azərbaycanın milli-mənəvi dünyasını zənginləşdirmiş 
şəxsiyyətlər möhkəm əqidələri, dərin zəkaları ilə tariximizdə 
parlaq səhifələr yazmışlar. Bu şəxsiyyətlər doğma yurdun 
sabahı naminə zamanın sınaqlarına fədakarlıqla sinə gərərək 
Vətənin işıqlı gələcəyini təmin etmişlər. Heydər Əliyevin dərin 
məzmunlu əsərləri, ideya və fikirləri elm və mədəniyyətin bütün 
sahələrində aparılan elmi araşdırmaların metodoloji əsasıdır. Bu 
əsərlər azərbaycanşünaslığa böyük hədiyyədir. Heydər Əliyevin 
nəzəri irsi həmçinin Azərbaycan dövlətçiliyinin yaranması, 


33 
qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi 
tarix, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən 
sevgisi, vətənə hədsiz məhəbbət dərsliyidir. Ulu öndərin hər bir 
əsəri böyük əhəmiyyətə malikdir. Əsrlər keçəcək, illər bir-birini 
əvəz edəcək, nəsillər dəyişəcək, bu əsərlər isə yaşayacaq, neçə- 
neçə nəsillərə, Azərbaycan xalqının gələcəyinə xidmət 
edəcəkdir. Çünki bu əsərlər zamanın sifarişidir, xalqın tarixidir, 
salnaməsidir. Bu əsərləri zaman özü yaratdığından daim 
yaşayacaq, gələcəyə işıq saçacaq. 
II Aparıcı:
Ulu öndər gənclərin təhsilinə, işlə təmin edilməsinə, hərtərəfli
inkişafına, onların dünyagörüşünün genişlənməsinə, beynəlxalq 
əlaqələrin artmasına, yeniliklərdən bəhrələnmələrinə, fiziki və 
əqli cəhətdən sağlam böyümələrinə xüsusi diqqət yetirirdi. O, 
“Gənclər bizim gəəcəyimizdir” dedikdə Azərbaycanın 
gələcəyinin ağıllı, savadlı, bacarıqlı gənclərin əlində olmasını 
arzulayırdı. Həmçinin Heydər Əliyev kosmopolit ideyaların 
zehinlərinə zorla yerləşdirildiyi bir dövrdə milli məfkurənin 
qorunub saxlanılması, habelə azərbaycançılığın ən mühüm 
komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də 
mühüm tədbirlər həyata keçirmişdir. Heydər Əliyev üçün ana 
dili azərbaycançılığın başlanğıc məqamı, təməl prinsipi 
olmuşdur. Müdrik rəhbər yaxşı başa düşürdü ki, xalqa milli – 
mənəvi dəyərlərini aşılamaq üçün ona ilk növbədə öz dilini 
sevdirmək lazımdır. Heydər Əliyevin nəzəri irsi həmçinin 
Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf 
etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi tarix, azərbaycançılıq, 
vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə hədsiz 
məhəbbət dərsliyidir.
I Aparıcı:
Səma təmiz olduqca, uzaq üfüqlər daha aydın görünür. Doğma 
vətənimizin göylərində qara buludlar çəkildikcə yeni, müstəqil 
Azərbaycanımızın gələcəyi daha parlaq, daha işıqlı görünür. O 
nurlu gələcək çox uzaqda deyil. Lakin unutmamalıyıq ki, biz də 
o şanlı tarixin yaradıcılarıyıq. Bunun üçün hörmətli 
prezidentimiz İlham Əliyev cənablarının ətrafında sıx 
birləşməli, öz işimiz, əməyimiz, hünərimizlə ona yardımçı 
olmalıyıq. Bunu bizdən həmişəlik əbədiyyətə qovuşan 
xalqımızın ümummilli lideri Heydər Əliyevin ruhu tələb edir!

Yüklə 371,21 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə