25
fədakarlıq simvolu idi. Böyük öndərin yeganə amalı, yaşamaq
devizi belə idi: Taleyin ona bəxş etdiyi fitri qabiliyyətini, bütün
qüvvə və bacarığını, əqli və fiziki potensialını
ana yurdu
Azərbaycana həsr etmək! Heydər Əliyevin adı tarixə digər
böyük xidmətləri ilə yanaşı, ilk növbədə müstəqil Azərbaycanın
qurucusu kimi daxil olmuşdur. Heydər Əliyevin böyüklüyü ilk
növbədə onun milliliyində, mənsub olduğu xalqa, adət-
ənənələrə bağlılığında, vətənpərvərliyində idi.O, varlığı,
duyğuları və yanğıları ilə əsl azərbaycanlı idi. Heydər Əliyevin
həyatsevərliliyinin, bitib-tükənməyən
həvəsinin təməlində ana
Vətən, doğma Azərbaycan dayanırdı. Bu böyük insan köklərə
möhkəm bağlı olduğuna görə güclü, qüdrətli idi. Böyük öndər
bütün həyatı və fəaliyyəti boyu xalqını özünə arxa sanmış və
özü də xalqa dayaq durmuşdur. Dillər əzbəri olan musiqisi
Kamal, sözləri Baba Vəziroğlu olan “Xalq Heydər söyləyəcək –
Heydər xalqım deyəcək “deyimi də məhz bu qırılmaz bağlılığın
dəqiq ifadəsidir.
Bu vaxt sözləri və musiqisi Xanim İsmayılqızına aid olan “Dahi” mahnısı Faiq
Ağayevn ifasında səslənir. Ekranda həmin musiqiyə çəkilmiş klip nümayiş etdirilir.
I Aparıcı:
Heydər Əliyev Azərbaycan müstəqilliyinin tarixi yaradıcısıdır.
O, neçə ömürlərə bəs edən ömür yaşamışdır. Qarşılaşdığı
bütün dramatik şəraitlərdən, çıxılmaz və ağır anlardan o, yalnız
qalib kimi çıxmışdır. Şair Nəsib Qaramanlı yazır:
Bu Vətənə xidmətində,
Bu millətə hörmətində,
Bu dövlətin qüdrətində
Yaşayır Heydər babamız!
Əməli zəfər babamız!
Heydər Əliyev totalitarizm labirintlərindən Azərbaycanı
məharətlə və salamat çıxarmışdır.Ulu
öndər nəinki ölkədə
sabitliyi bərqərar etdi, həmçinin, Azərbaycanı dünya arenasında
sayılıb – seçilən ölkələr içərisinə çıxardı.
Hörmətli tədbir
iştirakçıları. İndi isə gəlin kitabxananın fəal oxucusunun
ifasında şairə Şəlalə Çingizqızının ulu öndərə həsr etdiyi
“Xalqın öndəri “şeirini dinləyək.
Oxucu:
Xalqın tükənmişdi səbri – dözümü,
O, yetirdi ağır gündə özünü,
Sülh carçısı dedi haqqın sözünü
Heydər kimi öndəri var xalqımın.
Tanıtdı dünyaya, Azərbaycanı,
Torpaqdır, Vətəndir onun imanı,
Dağıtdı yurdumdan qara dumanı
Heydər kimi öndəri var xalqımın.
Doğdu Günəş kimi göylərdən baxdı,
26
Nur olub yurduma şəfəqlər saçdı.
Tilsimli yollardan düyünü açdı,
Heydər kimi öndəri var xalqımın.
II Aparıcı:
Bəli, böyük şəxsiyyətləri tarix yetişdirir. Onlar isə tarixdə əbədi iz
qoyurlar. Heydər Əliyev böyük dövlət adamı, siyasi xadim, siyasət
şahmatının məğlubedilməz qrossmeysteridir. O, müstəqil
Azərbaycan Respublikasının bu gününün və gələcəyinin inkişafını
təmin edən strategiyanın müəllifi olmuşdur. Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev, sözün əsl mənasında böyük ömür
yaşadı. Lakin onun ideyalarının ömrü, qurduqlarının və
yaratdıqlarının ömrü daha böyükdür.
Bu sonsuza qədər
uzunömürlülük onun öz əlləri ilə qurub yaratdığı və indi Prezident
İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müstəqil
Azərbaycan Respublikasının tərəqqisində, möhkəmlənməsində,
qüdrətlənməsində təcəssüm edir. Bu gün dünyanın müxtəlif
guşələrində yaşayan hər bir azərbaycanlı
böyük iftixar hissi və
vüqarla
“Mən
müstəqil
Azərbaycan
Respublikasının
vətəndaşıyam” – deyə bilir, bununla fəxr edirsə, ulu öndərin
Vətəni və Azərbaycan xalqı yolunda şərəfli mücadiləsini, ömrünü
şam kimi əritməsini unuda bilməz. Heydər Əliyevin bu mənalı
ömür yoluna neçə - neçə dastanlar , poemalar yazıldı.
Gəlin bu
gün o poemalardan birinə müraciət edək. Xalq şairi Zəlimxan
Yaqubun qələmə aldığı ”Böyük ömrün dastanı” poemasına.
Dostları ilə paylaş: