Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ MƏDƏNİYYƏTŞÜnasliq üZRƏ elmi-metodiKİ MƏRKƏZ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix31.10.2018
ölçüsü0,56 Mb.
#76961
1   2   3   4   5   6   7

 

çıxarmaq olmaz ki,  həmin oyunların kütləviliyi, xalq adət-ənənəsi ilə 



bağlılığı  onun  daha  qədimliyini  sübut  edir,  bu  sahədə  müəyyən 

qənaətlərə gəlməyə əsas verir. 

“Yallı”  rəqsi  Azərbaycan  xalqının  bütün  obalarında:  Qazax, 

Qarabağ,  Gəncəbasar,  Şəmkir,  Şəki,  Şirvan,  Bakı,  Naxçıvan, 

Kürdüstan,  Göyçə,  Borçalı,  Dərəçiçək,  Dərələyəz,  Lənkəran,  İran 

Azərbaycanında geniş yayılmışdır. 

Azərbaycan  xalq  rəqslərinin  sistemli  tədqiqatçılarından  olan 

Bayram  Hüseynli  “Yallı”  sözünün  Azərbaycan  xalqının  dilində  çox 

qədim  zamanlardan  mövcud  olduğunu  göstərərək  yazır  ki, 

Azərbaycan  dilində  “yal”  sözü  bir  neçə  mənada  işlədilir.  Bunlardan 

biri  də  dağlar,  təpələrdir  ki,  Azərbaycan  xalqı  arasında  onlara  “yal” 

deyilir.  Çox  güman  ki,  “yallı”  məfhumu  da  məhz  bu  mənada 

yaranmışdır.  Çünki  “Yallı”  rəqsində  əl-ələ  verib  oynayan  adamlar, 

bir növ, çiyin-çiyinə durmuş dağları xatırladır. 

“Yallı”  oyunu  həm  musiqi,  həm  də  mahnı  müşayiəti  ilə  ifa 

olunur.  Burada  iştirak  edənlərin  sayı  hər  iki  cinsdən  istənilən  qədər 

ola  bilər.  Maraqlıdır  ki,  ayrı-ayrı  rəqslərdə  olduğu  kimi  (məsələn, 

“Cəngibaşı”,  “Halaybaşı”),  burada  da  “Yallıbaşı”  vardır.  Başçı 

kollektiv rəqsin gedişinə, onun başlanmasına, qurtarmasına, rəqslərin 

nizamla  oynanmasına  rəhbərlik  edir.  Başçıya  bir  qayda  olaraq, 

“rəqqas”,  “müavin”  və  dəstənin  axırında  duran  rəqqas  “ayaqçı” 

kömək edir. 

 

“Halay” oyunu ərəfəsində qarşı tərəflərin musiqi müşayiəti ilə 



mahnı oxuması, deyişməsi, şübhəsiz, aşıq sənətinə də müəyyən təsir 

göstərmişdir.  Bu  mərasimlər  aşıqların  bir-birinə  meydan  oxumasını 

nümayiş etdirməsi üçün zəmin yaratmışdır. 

Ü.Hacıbəyli  kütləvi  ifaçılığın    əsas    mahiyyətindən,  forma  

əlamətlərindən  bəhs  edərək  yazır:  “Azərbaycanın  bir  çox 

mahallarında  toy-düyün  zamanı,  yaxud  bayram  və  başqa  şadlıq 

günlərində  camaat  hamısı  bir  yerə  yığılıb  ikitərəfli  olaraq 

“deyişmələr” oxuyurlar”. 

 

“Halay”  oyun  mərasimində  ifa  olunan  deyişmələr  tərəflərin 



bir-birini sınaması, imtahana çəkməsi, həm də cəngi sədaları üzərində 


 

qurulur. “Halay” oyun mərasimində kişilər kimi, qadınlar da çox fəal 



iştirak edirlər. 

Professor  Bayram Hüseynlinin təbirincə desək, “Halay” rəqs-

mahnıları  toy  məclisində  ancaq  qadınlar  tərəfindən  ifa  olunur.  Hər 

dəstəyə  6-8-dən  20-30  nəfərə  kimi  oxuyub-oynamağı  bacaran,  çox 

bayatı  bilən  qız-gəlinlər  düzülür.  Bəzən  halaya  daha  çox  ifaçı  cəlb 

etmək  üçün  dəstəyə  düzülənlər  belə  bayatı  oxumaqla  “Halay”  rəqs 

mahnılarını başlayırlar: 

Halay cərgə düzülsün, 

Xumar gözlər süzülsün. 

Hər kəs halaya girməz, 

Əli yardan üzülsün. 

Azərbaycanın  bir  sıra  rayonlarında  aparılan  müşahidələr 

göstərir  ki,  “Halay”da  qadınlarla  bərabər  kişilər  də  iştirak  edirlər, 

eyni  zamanda,  bu  rəqslərin  icrası  zamanı  “Bayatı”,  “Gəraylı”, 

“Qoşma”, “Təcnis”, “Divani”, “Müxəmməs” və digər aşıq ədəbiyyatı 

nümunələrindən  istifadə  olunur.  Oyunda  qarşı-qarşıya  duran  kişilər 

“Halay”  oyun  mərasimində  deyişmələri  əsasən  qıfılbənd  ilə  cəngi 

havaları üzərində oxuyurlar.  

“Halay”  rəqs  mahnılarında  oxunan  bayatıların  məzmununu 

başlıca  olaraq  əmək,  təsərrüfat,  təbiət,  məhəbbət,  gözəllik,  vəfa, 

sədaqət,  etibar,  gəlinin  tərifi,  oğlanın  mərdliyi  və  bu  kimi  motivlər 

təşkil edir ( notoqrafiya -16, 16).  

Tanınmış  folklorşünas-filologiya  elmləri  doktoru,  professor 

Azad  Nəbiyev  “El  nəğmələri,  xalq  oyunları”  kitabında  çox  qədim 

zamanlarda  qadın  mərasimlərində  onların  həvəslə  rəqs  etdiklərini 

diqqət  mərkəzinə  gətirərək  yazır:  “Xına  yaxdı  gecəsinə  çox  zaman 

qadın  xanəndə  və çalğıçılar gətirilir. Xanəndə oxuyarkən qızlar rəqs 

edirlər”. 

Toy mərasimlərində rəqslərdən istifadə olunduğu kimi, qədim 

türk  tayfalarında,  o  cümlədən  qədim  Azərbaycan  elində  tanınmış 

qəhrəmanların  yas  mərasimlərində  ağlamaq,  qəmgin  mahnılar 

oxunmaqla  bərabər,  eyni  zamanda  rəqslər  də  icra  olunurdu.  Böyük 

ədibimiz  Əbdürrəhim  bəy  Haqverdiyev  həmin  cəhətlə  əlaqədar  

yazırdı:  “Qədim  Azərbaycanda  ölən  böyük  qəhrəmanlar  üçün 




 

ağlamaq adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayırdılar. 



Toplantıya  “yuq”  deyirdilər.  Toplananlar  üçün  qonaqlıq  düzələrdi, 

xüsusi  dəvət  edilmiş  “yuqçular”  isə  iki  simli  qopuz  çalıb 

oynayardılar”.  

Göründüyü kimi, tarixin müxtəlif dövrlərində  hələ çox qədim 

zamanlarda belə  Azərbaycanda matəm rəqsləri də mövcud olmuşdur. 

Lakin  bu  adət    tədricən  sıradan  çıxmış,  sonralar  aradan 

götürülmüşdür.  Matəm  mərasimlərində  əsasən  çox  qəmli  mahnılar 

oxunulur  və  ağılar  deyilirdi  ki,  bunları  da  xüsusi  adamlar  icra 

edirdilər. Bununla bərabər ifa olunan “ağıçlar” qopuz aləti tərəfindən 

müşayiət  edilirdi.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  indi  də  bir  çox 

xalqlarda  matəm  mərasimində  musiqidən  istifadə  etmək  adəti 

mövcuddur.  Bu  gün  artıq  bizdə  olan  yas  mərasimlərində  musiqidən 

istifadə  olunmaması  İslam  dininin  musiqini  haram  buyurmasından 

irəli gəlir.  

Qədim  türk tayfalarının,  o  cümlədən,  azərbaycanlıların  şifahi 

xalq  yaradıcılığında  meydan  tamaşalarının  da  böyük  əhəmiyyəti  və 

yeri olmuşdur. Meydan tamaşaları  əsasən təmiz havada aparılırdı  və 

burada  sözsüz  tamaşalar,  yəni  pantomimanın  ilk  ünsürlərindən 

istifadə  əl-qol  hərəkətləri  ilə,  mimikalarla  ifadə  edilmiş,  sonralar  isə 

mənasız  rəqslərdən  süjetli  rəqslərə  doğru  sürətli  inkişaf  yolu 

keçmişdir.  

Azərbaycanda  meydan  tamaşaları  tarixən  aşağıdakı  kimi 

təşəkkül tapmışdır: 

 



Cıdır tamaşaları; 

 



Zorxana; 

 



Əyləncə tamaşaları; 

 



Kəndirbaz tamaşaları; 

 



Sim pəlvan tamaşaları; 

 



Masxara tamaşaları; 

 



Qaraçı tamaşaları; 

 



 Fərdi tamaşalar; 

Həmin tamaşaların göstərilməsi zamanı  mahnılar  oxunmaqla, 

qədim  xalq  çalğı  alətlərində  musiqi  çalınmaqla  bərabər,  həm  də 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə