Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ MƏDƏNİYYƏTŞÜnasliq üZRƏ elmi-metodiKİ MƏRKƏZ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix31.10.2018
ölçüsü0,56 Mb.
#76961
1   2   3   4   5   6   7

 

rəqslərlə  müşayiətə  geniş  yer    verilirdi.  Daha  aydın  olmaq  üçün 



onların əsas mahiyyətinə,  quruluşuna diqqət edək:   

Cıdır  tamaşaları  adından  göründüyü  kimi,  qədim  türk 

tayfalarının  açıq  havada  keçirdikləri  və  kütləviliyi  ilə  fərqlənən 

meydan  tamaşalarındandır.  Cıdır  tamaşaları  adətən  əmək 

mövsümünün  sona  çatması,  yaxud  da  başlanması  ilə  əlaqədar  ən 

yaxşı  at  çapanların  arasında  keçirilən  müsabiqə  idi.  Bu  müsabiqədə 

qalib  çıxanların  el  arasında  böyük  hörməti  olardı.  Bu  tamaşalar 

zamanı həm də cavanlar onlara baxmağa gələn qızlar arasından seçim 

edirdilər.  Öz  atlarını  cıdıra  hazırlayan  cavanlar  bu  zaman  öz 

sevdikləri  qızlara,  atlara  həsr  edilmiş  mahnılar  oxuyar  və  bu 

mahnıların təranələri altında həm də ritmə uyğun rəqs edərdilər.  

Cıdır  tamaşalarında  çox  zaman  cavanlar  sevdikləri  qızın 

qarşısına  alma  atardılar.  Əgər  qız  həmin  almanı  yerdən  götürərsə, 

onda oğlan həmin evə elçi göndərə bilərdi.  

Zorxana tamaşaları əsasən Bakı və Abşeronda, İçəri şəhərdə, 

Yuxarı  bazarda,  Qoca  karvansaranın  altında  və  digər  yerlərdə  çox 

qədim  zamanlardan  yayılmışdır.  Bu  tamaşalar  xüsusilə  bayram 

günlərində icra edilirdi və burada belə mahnılar oxunurdu: 

Əl-qolunu qatdadaram 

Ay oğlan! 

Bağrını çatdararam 

Ay oğlan! 

Nişanlını alıb qaçaram 

Ay oğlan! 

Bəlalı başına bəlalar 

Açaram, ay oğlan! 

Zorxana  tamaşalarında  tərbiyəvi  əhəmiyyət  daşıyan  oyunlar 

özünə daha çox yer tuturdu. Belə tamaşalarda müxtəlif pəhləvanların 

mürəkkəb  idman  hərəkətlərindən  sonra  qızların  ifasında  “yuğ 

hərəkətlər”,  yəni  rəqslər  ifa  olunurdu.  Azərbaycanda  Sovet 

hakimiyyəti  qurulana  qədər  bu  oyunlar  zorxanalarda  əsasən  ilin 

payız, qış və yaz mövsümündə göstərilirdi. 




 

Zorxanada  qurşaqtutma  mərhələsi  əsasən  ritmik  mahnıların 



təranələri altında baş verirdi və cavan oğlanlar ifa olunan mahnıların 

ritminə uyğun rəqslər icra edirdilər. 



Əyləncə  tamaşaları  əsasən  xalqın  asudə  vaxtlarında,  işdən 

sonrakı  boş  saatlarında  keçirilirdi  və  insanların  psixologiyası  ilə  sıx 

bağlı  idi.  Bu  tamaşalar  xalqın  qəmini,  çətinliklərini  gülüşlə 

yüngülləşdirməkdən  ötrü  həyata  keçirilirdi.  Belə  tamaşalar  orta 

əsrlərdən  başlayaraq,  əsasən  Cənubi  Azərbaycanda,  Təbrizdə, 

Həmədanda  çox  geniş  yayılmışdı.  Əyləncə  tamaşalarına  ayrı-ayrı 

kəndlərin  bütün  əhalisi,  qoca,  cavan,  uşaq,  gəlin,  qızlar  cəmləşərdi. 

Bu  tamaşalarda  müxtəlif  məzmunlu  mahnılar  oxunar  və  onların 

təranələri  altında  rəqslər  oğlanlar,  qızlar,  yaşlılar  tərəfindən  ifa 

olunardı. 



Kəndirbaz  tamaşaları  payızda  məhsul  mövsümü  başa 

çatdıqdan  sonra  başlayar  və  yeni  əmək  mövsümü  başlanana  qədər 

davam edərdi. Azərbaycanda yay ayları isti olduğundan bu tamaşalar 

nadir  hallarda  ifa  olunardı.  Akademik  Azad  Nəbiyev  kəndirbaz 

tamaşaları haqqında belə yazırdı: 

“Kəndir  üstə  oynanan  rəqslər  qaytağı,  tərəkəmə  və  sairədir. 

Bunların  ahəngi  altında  oynayana  və  atılıb  düşənə  rustambaz  və  ya 

kəndirbaz deyərdilər. Onun təlxəyi də olardı. O, çuxanı tərsinə geyib 

boynundan  və  qollarından  zınqırov  asar,  üzünə  dəridən  bir  üzlük 

taxıb  aşağıda  oyun  çıxarmaqla  və  yamsılamaqla  pul  yığardı.  Təlxək 

hərdən yuxarıya xitabən: 

Can qardaş! 

Hünər kimin üçündür? 

Hünər  sənin  üçündür.  -  deyirdi.  Əgər  simin  üstündə  bir 

qaytağı  oynasan,  bu  yığılan  ağalar  bizə  cibxərcliyi  verərlər.  Usta, 

balabanı kök elə!”.  



Sim  pəlvan  tamaşaları  Cənubi  Azərbaycanın  Təbriz, 

Həmədan  şəhərlərində,  Bakı  və  onun  ətraf  kəndlərində  orta  əsrlərdə 

çox  inkişaf  etmişdi.  Sim  pəlvanları  sim  üstündə  oynamaq  və  rəqs 

etməklə  bərabər,  eyni  zamanda  akrobatik  hərəkətlər  göstərərdilər. 

Sim  pəlvanları  eyni  zamanda  akrobat  qızlardan  da  sim  üstündə 



10 

 

oynamaq,  rəqs  etmək  üçün  istifadə  edərdilər.  Lakin  bu  tamaşalarda 



çox çılğın rəqslərdən az istifadə olunardı. 

Masxara  tamaşaları  həm  Cənubi,  həm  də  Şimali 

Azərbaycanda  orta  əsrlərdə  çox  geniş  yayılmışdı.  Masxara  sözü 

məzhəkə  sözünə  yaxındır  və  Azərbaycanda  bu  tamaşa  növü  gülüşlə 

əlaqədar  olub.  Belə  tamaşalar  Avropa  xalqlarında  olduğu  kimi, 

Yunanıstanda,  Özbəkistanda,  İranda,  Tacikistanda  da  geniş 

yayılmışdı.  

“İran  Azərbaycanında  komediya  ustaları  hoqqabaz  kələkbaz, 

masxaraçı, həm də məzhəçi şəklində işlədilib”.  

Maraqlı  cəhətlərdən  biri  də  bu  idi  ki,  həmin  tamaşalar  kiçik 

meydançalarda  göstərilirdi.  Zurnaçılar  dəstəsi  də  müxtəlif  xarakterli 

havalar  çalardılar.  Bu  zaman  cavanlar  meydana  atılaraq  rəqslər  ifa 

edərdilər.  Əvvəlcə  bu  havalar  zurnanın  zil  səsində  səslənərdi,  sonra 

da  onu  balabançı  öz  rəqsləri  ilə,  mahnıları  ilə  əvəz  edərdi.  Məhz 

bunlardan sonra masxarabaz meydana dəvət  olunardı.  



Qaraçı  tamaşaları  XIX  əsrdə  geniş  yayılmış  və  qaraçılar 

tərəfindən  göstərilən  tamaşalardır.  Bu  tamaşalar  orta  əsrlərdə  Şərqin 

bir  sıra  şəhərlərində,  o  cümlədən  Məşhəddə,  Ərdəbildə,  Xoyda  da 

çox  yayılmışdı.  Köçəri  qaraçı  həyatından  götürülmüş  həmin 

tamaşalar  müxtəlif    qəbildən  olan  insanlar  tərəfindən  maraqla 

qarşılanırdı.  

Formasına,  quruluşuna  görə  diqqəti  cəlb  edən  tamaşalarda 

qaraçı  mahnıları  ilə  bərabər,  çılğın  qaraçı  rəqsləri  də  göstərilirdi. 

Qaraçı tamaşaları açıq havada keçirilər və bir neçə saat davam edərdi. 

Bu  tamaşalarda  əsasən  meydan  keşikçisi,  dəfçi  və  rəqqasə  qızlar 

iştirak  edərdi.  Qaraçı  dəstələrində  musiqiçilərdən  balabançı  və 

zurnaçı, daha sonralar isə qarmonçu da iştirak edirdi. 

 Qaraçı  tamaşalarında  oyunbaz  ayıdan  da  istifadə  olunurdu. 

Bu  oyunda  dəfdə  ritmik  ahəngin  təranələri  altında  ayı  rəqs  edərdi. 

Bundan sonra rəqqasə qızlar isə müxtəlif qaraçı rəqsləri ifa edərdilər. 

Belə  rəqslərdən  biri də  “Şələxo” Azərbaycan  xalq rəqsidir. Bu rəqsə 

ayı  gəzdirən  və  meymun  oynadan  qaraçılar  öz  tamaşalarında  lazımi 

yer  verərdilər.  Sərhəd  bilməyən  qaraçı  dəstələri  bu  rəqsdən  qonşu 

Gürcüstanda və digər Qafqaz məkanlarında da istifadə etdikləri üçün 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə