Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ MƏDƏNİYYƏTŞÜnasliq üZRƏ elmi-metodiKİ MƏRKƏZ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix31.10.2018
ölçüsü0,56 Mb.
#76961
1   2   3   4   5   6   7

17 

 

“Azərbaycan  xalq  rəqs    melodiyaları”  adlı  1-ci  dəftərdə 



müəllif yazır: 

“Azərbaycan  xalq  rəqs  musiqisi,  musiqi    folklorunun  çox 

böyük  və  geniş  bir  hissəsini  təşkil  edir.  Əsrlərdən  bəri  xalq  

istedadları  tərəfindən  yaranan,  şifahi  halda    nəsillərdən  nəsillərə 

keçən  bu  musiqi  irsi    problemlərinin  tədqiqi  və  öyrənilməsi  böyük 

elmi əhəmiyyətə malik olmaqla bərabər, musiqi incəsənətinin inkişafı 

və yüksəlişi üçün ən ciddi və zəruri  məsələlərdən biridir. 

Xalq  musiqi  folklorunun,  xüsusən  rəqs  musiqisinin  elmi 

cəhətdən   tədqiqini  və    öyrənilməsini  heç  də  xalq  musiqi  folklorunu 

toplamaq,  nota  yazmaq  işindən  ayrı  təsəvvür  etmək  mümkün 

deyildir. 

Xalq  rəqs  musiqisini  toplayıb  nota    yazmaq  sahəsində 

Azərbaycan  bəstəkar  və  musiqişünasları  tərəfindən  indiyə  kimi 

görülən  işlər, nəşr olunmuş  məcmuələr zəngin  xalq rəqs  musiqisinin 

cüzi bir hissəsini təşkil edir. Buna görə xalq rəqs musiqisinin toplanıb 

nota yazılmasına və bunun əsasında elmi-tədqiqat işləri  aparılmasına 

böyük ehtiyac vardır. 

1957-ci  ildən  bəri  istər  respublikanın  müxtəlif    rayonlarına 

yaradıcılıq ezamiyyətləri  vaxtı,  istərsə də Bakıda  xalq  yaradıcılığına 

baxışlar  zamanı,  ayrı-ayrı  xalq    çalğıçılarından  nota  yazdığım  300-

dən  artıq  rəqs  havaları  “Azərbaycan  xalq  rəqs  melodiyaları”  başlığı 

altında bir neçə dəftər şəklində nəşr ediləcəkdir. Bunlardan 1-ci dəftər 

–  Yallı,  2-ci  dəftər  –  Halay,  3-cü  dəftər  –  Qaytağı,  4-cü  dəftər  – 

Koroğlunun  adı  ilə  əlaqədar  olan  qəhrəmani  rəqs  havalarına  həsr 

olunmuşdur”.  

Göründüyü kimi,   müəllif uzun  illər çox  mühüm  bir problem 

üzrə  apardığı    tədqiqatların  əsas  mahiyyətini    inandırıcı  şəkildə 

nəzərə  çatdırmış,  xüsusi  olaraq  vurğulamışdır  ki,  klassik  rəqs 

sənətinin inkişaf yollarından bəhs edərkən melodiya əsas götürülməli, 

elmi-tədqiqat  və  təlim-tərbiyə  işlərində  onlara  geniş  şəkildə  istinad 

olunmalıdır. 

Təqdirəlayiq  cəhətlərdən  biri  də  budur  ki,  B.X.  Hüseynli 

problemlə 

əlaqədar  tədqiqatlarını  daha  da  genişləndirərək  

problemliyi ilə mühüm əhəmiyyət kəsb edən bir sıra cəhətləri diqqətə 



18 

 

çatdırmışdır. 



Onun 

“Azərbaycan 

xalq 

rəqs 


musiqisinin 

klassifikasiyası”  elmi  işinin “Azərbaycan incəsənəti” adlı XII cilddə 

əks  olunması  problem    dairəsində  çalışan  tədqiqatçıların  necə 

deyərlər,  yoluna  işıq  tutmuş,  düzgün  istiqamət  vermişdir.  Uzun 

müddət apardığı  tədqiqatlara əsaslanan müəllif yazır: 

“İndiyə qədər səslənən qədim xalq rəqs musiqi nümunələri, eləcə də 

xalq  və    professional  xoreoqrafiya  sənəti üzərində  diqqətli  müşahidə 

göstərir ki, xalq rəqs  musiqisini və xalq rəqslərini əsas üç mövqedən 

klassifikasiya etmək mümkündür: 

Rəqslərin musiqi müşayiətinə görə: 

Rəqqasların cinsinə və sayına görə: 

Rəqslərin janr növlərinə görə. 

Azərbaycan  xalq  rəqsləri  musiqi  müşayiətinə  görə  aşağıdakı 

növlərə bölünür: vokal, vokal-instrumental, instrumental. 

Xalq rəqslərinin vokal musiqi müşayiəti xalq rəqs musiqisinin 

ən qədim  şəklidir. İbtidai cəmiyyətdə  insanlar öz rəqslərini  müxtəlif 

küylərlə,  qiyyalarla,  daha  sonralar  isə  sadə  melodiyanı  oxumaqla 

müşayiət  etmişlər.  İndiyə  qədər  xalq  musiqi  və  xoreoqrafiya 

yaradıcılığında  mövcud  olan  melodik  və  ritmik  cəhətdən  sadə        

ənənəvi  ayin  və  mərasim  rəqs  –  mahnıları    bu  janrın  parlaq 

nümunəsidir”.  

Elmi mahiyyəti ilə  diqqəti çəkən cəhətlərdən biri də budur ki, 

B.X.  Hüseynli  həmin  əsərində  bir  sıra  mübahisəli  və  eyni  zamanda 

mühüm əhəmiyyət kəsb edən məsələlərə də düzgün istiqamət verir: 

“Xalq  rəqslərinin  vokal-instrumental  musiqi  müşayiəti  xalq 

musiqi  və  xoreoqrafiya  yaradıcılığının  sonrakı  inkişaf  mərhələsinə 

aiddir.  İnsan  sadə  musiqi  alətlərini  yaratdıqdan  sonra  və  bu  alətləri  

təkmilləşdirərək onlarda ayrı-ayrı səsləri, sadə  akkordları icra etmək 

və  bununla  öz    oxumaqlarını  müşayiət  edə    biləcək  dərəcəyə  

çatdırdıqdan  sonra  oxumağa  instrumental  müşayiət  qoşmaq  üçün 

zəmin  yaranmışdır.    Bu  da  yeni  bir  janrın  –  vokal-instrumental 

musiqi janrının yaranmasına vasitə olunmuşdur. Hazırda bu janr xalq 

musiqi  və  xoreoqrafiya  yaradıcılığında  külli  miqdarda  mövcud  olan 

məişət rəqslərini və mahnılarını əhatə edir. 




19 

 

Xalq rəqslərinin sırf  instrumental musiqi müşayiəti öz məişət 



və  əmələgəlmə  tarixi  etibarı  ilə  xalq  musiqi  və  xoreoqrafiya 

yaradıcılığının daha sonrakı  mərhələsinə aiddir. Janr,  musiqi alətləri 

təkmilləşib  bunlarda  müəyyən  melodiya  çalmaq  mümkün  olduqdan 

sonra  yaranmışdır.  Bu  janra  əsil  rəqs  musiqi,  müxtəlif  xalq 

oyunlarını,  tamaşalarını  və  idman  yarışlarını    müşayiət  edən 

instrumental  musiqi,  eləcə  də  professional  bəstəkar  yaradıcılığının 

məhsulu olan rəqs musiqi nümunələri daxildir”.  

Sitat  şəklində  istinad  etdiyimiz  həmin  fikirdə  bir  cəhət  də 

məna  ahəngi  ilə  diqqəti  cəlb  edir.  “Janr  musiqi  alətləri  təkmilləşib 

bunlarda  müəyyən  melodiya  çalmaq  mümkün  olduqdan  sonra 

yaranmışdır”  fikri  olduqca  inandırıcıdır  və  bir  sıra  mübahisəli 

məsələlərə,  o  cümlədən  “rəqs  yoxsa  musiqi,  melodiya  əvvəl 

yaranmışdır”  fikrinə    aydınlıq  gətirir.  Melodiya    hava,  ritm,  temp 

əvvəl  yaranıb,  bunlara  müvafiq  olaraq  “ağır”  (andante),  “mülayim” 

(moderato),    “tez-tez  (alleqro)”  templərində  ifa  edilən  kişi  və  qadın 

rəqsləri  meydana  çıxıb.  Heç  şübhəsiz,  xalq  rəqs  melodiyalarının 

həmin  xüsusiyyətləri,  quruluş,  forma  əlvanlığı  keçən  əsrin 

əvvəllərindən  başlayaraq  dahi  Üzeyir  Hacıbəyli  başda  olmaqla 

bəstəkarlarımızın  da  diqqətini  cəlb  etmiş,  kiçik  və  iri  həcmli 

əsərlərində  onlardan    istifadə  etmişlər.  Bu  da  məlumdur  ki, 

Azərbaycan xalq rəqsləri mərasimlərdə, toylarda, bayramlarda yalnız 

rəqs  edilməklə  qalmamış,  eyni  zamanda  XX  əsrdə  professional 

bəstəkar  yaradıcılıqlarına  əhəmiyyətli  təsir  göstərmişdir.  Belə  ki, 

bəstəkarlarımız  ayrı-ayrı  rəqs  melodiyalarından  yaratdıqları  müxtəlif 

janrlı  musiqi  əsərlərində  böyük  müvəffəqiyyətlə  istifadə  etmişlər. 

Məsələn, dahi  bəstəkar, Azərbaycan professional  musiqisinin  əsasını 

qoyan  Ü.Hacıbəyli  özünün  “O,  olmasın,  bu  olsun”  operettasında 

Məşədi  İbadın  “Mən  nə  qədər  qoca  olsam  da”  misrası  ilə  başlayan 

mahnısında  “Uzundərə”  Azərbaycan  xalq  rəqsinin  melodiyasından 

istifadə etmişdir. 

Ü.Hacıbəyli  həmin  xalq  rəqs  melodiyasının  üzərində  də 

işləmiş  və  onu  vokal  janrına  uyğunlaşdıraraq  orada  müəyyən 

dəyişikliklər  etmişdir.  Bunlara  baxmayaraq,  Məşədi  İbadın  bu 

mahnısını dinləyən hər bir azərbaycanlı onun “Uzundərə” xalq rəqsi 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə