2
Buraxılışa məsul: Rafiq Bayramov
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin Aparatının rəhbəri
Redaktor:
Lalə Musayeva
Mədəniyyətşünaslıq üzrə Elmi-
Metodiki Mərkəzin Bədii təhsil
şöbəsinin metodisti
Rəyçi:
Nazim Kazımov
Pedaqogika üzrə fəlsəfə doktoru,
professor
Müəllif:
Natiq Mustafayev
Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodiki Mərkəzin
Bədii təhsil şöbəsinin müdiri,
pedaqogika üzrə fəlsəfə doktoru
3
Azərbaycan xalq rəqslərindən təlim prosesində istifadə
pedaqoji problem kimi
Rəqs mədəniyyəti Azərbaycan xalqının həyatında həmişə
böyük yer tutub. Ulu babalarımızın həyat tərzi, əməyi, mübarizəsi,
sevgisi, nifrəti haqqında yaratdıqları gözəl abidələr, sənətkarlıq
nümunələri, qoşduqları mahnılar haqqında müəyyən məlumatlar olsa
da, eləcə də xalqımızın rəqs sənətinin necə yarandığı və inkişaf etdiyi
haqqında tədqiqat işləri aparılsa da kifayətləndirici deyildir. Hələ min
illərlə bundan əvvəl Qobustan qayaları üzərində qədim insanlar
tərəfindən kütləvi rəqslərin təsviri onu sübut edir ki, incəsənətimizin
bu növü Azərbaycan ərazisində çox qədim zamanlardan mövcud
olmuşdur. Qədim “Bilqamıs” və “Dədə Qorqud” dastanlarında da
bunun təsdiqini görürük.
Zəngin tarixə malik olan Azərbaycan xalq rəqslərinin kökü
hələ eramızdan çox-çox əvvəllərə gedib çıxır. Ən qədim Şumer
dastanı olan “Bilqamıs” dastanında yeni ilin gəlməsilə (Novruz
bayramı ilə) əlaqədar bayramın təntənə ilə qeyd olunduğu göstərilir.
Professor Elməddin Əlibəyzadə xalqımızın həyat-məişət tərzində
xüsusi yer tutan “Yeni il” şənliyi – “Novruz” bayramı adlı
məqaləsində yazır:
“Yeni il” şənliyi – “Novruz” bayramı bizim ulu Şumer
əcdadlarımızın xəlqi-milli yeni il, yəni yaz bayramı olub, hələlik
onun 12 min il yaşı nəğddir; lakin məntiq deyir ki, bu yaş daha
qədimmiş, çünki hələ Bilqamıs dövründən 7-8 min il əvvəl “Yeni il”
şənliyinin mövcudluğu və ənənəvi olaraq keçib gəldiyi xatırlanır, yad
edilirdi”.
Bu deyilənlərdən məlum olur ki, hələ çox qədim zamanlarda
Dəclə və Fərat çayları arasında yaşamış türk tayfalarından olan
Şumerlər “Yeni il”, yəni “Novruz” bayramını qeyd etmişlər. Eyni
zamanda, bu bayramda insanlar şən əhval-ruhiyyə ilə müxtəlif oyun-
tamaşalarında mahnı oxumaqla, rəqs etməklə öz bacarıqlarını
göstərmişlər.
VII əsrdə yaranmış qədim Azərbaycan dastanı “Kitabi Dədə
Qorqud”da da müxtəlif mərasimlərdə rəqslərdən geniş istifadə
4
edildiyi ayrı-ayrı dastanlarda-boylarda nəzərə çatdırılır. Hər boyun
əvvəlində və axırında Dədə Qorqud gəlib qopuz çalır, qəhrəmanlıq
göstərən igidə ad verir. Bu boylarda oğuz tayfası igidlərinin
göstərdiyi şücaətlərdən, qəhrəmanlıqlardan danışılır, eyni zamanda
toy şənliklərində qadın və kişilərin rəqs etdiyi xatırlanır.
Azərbaycan xalq rəqsləri digər qədim musiqi janrları kimi,
dövrümüzə qədər müxtəlif vasitə ilə yollarla gəlib çatmışdır.
Mahiyyət dolğunluğuna, forma rəngarəngliyinə görə onları aşağıdakı
şəkildə nəzərə çatdırmaq olar:
1.
Ağızdan-ağıza, toy məclislərindən - toy məclislərinə, bir
musiqiçi nəslindən digər nəsillərə keçərək şifahi şəkildə
yaşadılma yolu ilə;
2.
Arxivlərə düşmüş dastanlarda, musiqili oyunlarda öz əksini
tapmaqla;
3.
Müxtəlif
əsrlərdə
və
dövrlərdə
yaşayıb-yaratmış
musiqiçilərin, musiqişünas alimlərin “Bilqamıs” və “Dədə
Qorqud”dan üzü bu yana aşıqların və xalq sənətkarlarının
yaradıcılıqları haqqında əldə etdikləri məlumatların dövrü
mətbuatda çap olunması ilə.
Azərbaycan xalq yaradıcılığının müxtəlif janrlı folklor
nümunələrində olduğu kimi, rəqslərdə də xalqın istək və arzuları,
azadlıq uğrunda mübarizəsi, adət və ənənələri, dünyagörüşü,
yenilməzliyi həqiqi sənət dili ilə əks etdirilir.
Baharın gəlişi ilə əlaqədar keçirilən tamaşa və mərasimlər
qədim xalq oyunları və rəqsləri ilə bağlıdır. Belə ki, “Halay”,
“Cəngi”, “Cəhribəyim”, “Sonacan”, “Ceyran bala”, “Yallı”,
“Tənzərə”, “Gopu”, “Leyli-xani”, “Hoynari”, “Güleynarı”, “Oyun
yallı”, “Köçəri”, “Qaz-qazı”, “Dönə-yallı”, “Nənə-gün”, “Haxışda”,
“Çınq-çınq”, “Qaladan-qalaya”, “Qaleyi” kimi xalq rəqsləri bu gün
də toylarda, xalq şənliklərində, bayram mərasimlərində kollektiv
şəkildə musiqi və xorun müşayiəti ilə ifa olunur. Çox güman ki,
Azərbaycan xalqının qəhrəmanlıq və idman oyunları kimi geniş
yayılan “Çovkan”, “Qəhrəmanı”, “Pəhlivani”, “Sürpapaq”, “Yaylıq”
oyun mərasimləri də yuxarıda adlarını çəkdiyimiz kütləvi oyunlar
əsasında yaradılmışdır. Problemin belə bir cəhətini də yaddan