Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ MƏDƏNİYYƏTŞÜnasliq üZRƏ elmi-metodiKİ MƏRKƏZ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix31.10.2018
ölçüsü0,56 Mb.
#76961
1   2   3   4   5   6   7

11 

 

“Şələxo”  rəqsi  gözəl  melodiyasına,  oynaq 



6

/

8



  metrik  ölçüsünə  görə 

həmin xalqların da yaddaşında öz xalq rəqsləri kimi qalmışdır.  

Qaraçı  tamaşaları  o  vaxt  xalq  arasında  çox  sevildiyindən  bir 

sıra  Azərbaycan  rayonlarında  da  yerli  əhali  arasında    istedadı  ilə  

tanınanların    bəziləri    meymun  və  ayını  əhliləşdirərək  meydan 

tamaşaları  göstərirdilər.  Bunlardan  Cəbrayıl  rayonunda  heyvan 

əhliləşdirməyə  meyl  edən  və  bu  sahədə  nailiyyətlər  əldə  edərək 

qaraçı  tamaşalarına  bənzər  tamaşalar  göstərən  Məşədi  Cəmili 

göstərmək olar.  

Fərdi  tamaşalar  da  çox  qədim  zamanlardan  Azərbaycanda 

meydan  tamaşalarının  yadda  qalan  nümunələrindən  sayılırdı. 

Adından  göründüyü  kimi,  belə  tamaşalar  müxtəlif  fərdlərin  öz 

istedadlarına uyğun yaratdıqları tamaşalardır. Bu tip tamaşalar əsasən 

Novruz  bayramlarında  cıdır,  zorxana,  əyləncə  tamaşalarından  sonra 

göstərilməklə  meydan  tamaşalarının  tərkib  hissəsi  hesab  olunurdu. 

Belə tamaşalarda iştirak  edənlərin sayı bir və iki adamdan ibarət idi. 

Bu  tamaşaların  mahiyyətindən,  quruluşundan  və    gedişindən  bəhs 

edən akademik Azad Nəbiyev yazırdı: 

“Tamaşalar  zamanı  fitlə  çalınan  nəğmələrdən  başlamış, 

meydan  qızışdıran,  döyüşə  çağıran  mahnılardan  istifadə  olunardı, 

bəzi hallarda isə təbil, nağara çalınar, iti rəqslər səslənərdi”.  

Göründüyü kimi,  fərdi tamaşalar zamanı da  Azərbaycan xalq 

rəqslərindən,  onların  rəngarəng  melodiyalarından  məclisin  daha 

maraqlı  olması  üçün  istifadə  edilirdi.  Bu  rəqslər  ifa  olunanda 

tamaşaya  yığılan  insanların  əksəriyyəti  də  rəqslərin  icrasında  iştirak 

edirdi.  Fərdi  tamaşaların  buğa  döyüşdürmə,  nər  döyüşdürmə,  it 

boğuşdurma,  xoruz  döyüşdürmə,  bildirçinbazlıq  və  quşbazlıq, 

yumurta döyüşdürmə və s. kimi nümunələri olmuşdur. Maraqlı cəhət 

budur  ki,  indi  də  Bakı  və  şəhərətrafı  kəndlərdə,  habelə  Naxçıvan, 

Ordubad,  Şamaxı,  Quba,  Dərbənd,  Şəki,  Balakən  zonalarında 

yuxarıda  adları  qeyd  olunan  fərdi  tamaşa  nümunələrindən  xalq 

arasında  istifadə  edilir.  Həmin  tamaşalarda  Azərbaycan  xalqının 

müxtəlif janrlı musiqi folkloru  nümunələri ilə bərabər, eyni zamanda 

milli rəqslərimizdən də geniş istifadə olunur. 



12 

 

Azərbaycan  xalq  rəqsləri  ilə  bağlı  xalq  yaradıcılığımızın  çox 



qədim  janrlarından  sayılan  oyunları  göstərmək  olar.  Qədim  türk 

tayfaları arasında ünsiyyət vasitəsi kimi hələ dil yaranmamışdan çox-

çox  əvvəl  oyunlar  və  oyunlarda  istifadə  edilən  rəqslər,  bir  növ 

etnoslar  arasında  bir  ifadə  vasitəsi    olmuşdur.  Bununla  yanaşı 

oyunların inkişafı prosesində eyni zamanda dil və nitq də formalaşır, 

bu  zəmində    oyunların  məzmunu  daha  da  zənginləşərək,  maraqlı 

olurdu.  

Bədii-estetik  mahiyyətinə  görə    diqqəti  cəlb  edən  həmin 

cəhətlər Azərbaycanın daş kitabələri olan  “Qobustan” və  “Kəlbəcər” 

qaya  rəsmlərində  öz  əksini  tapmışdır.  Qaya  rəsmlərində  xalq 

oyunlarının  izlərinə,  hətta  müxtəlif  oyunların  bütöv  rəsmlərinə  rast 

gəlinir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  belə  qaya  rəsmləri  olan 

Skandinav  və  Çin  daş  kitabələrində  də  müxtəlif  xalq  oyunları  öz 

əksini tapmışdır.  

Akademik  Azad  Nəbiyev  “El  nəğmələri,  xalq  oyunları”  adlı 

əsərində  həmin  cəhətlərlə  bağlı  bir  sıra  məsələlərin  mahiyyətindən 

bəhs  edərək  yazır:  “Oyunların  yaranma  və  inkişafının  birinci 

mərhələsi  rəqslərlə  bağlı  idi.  Daha  doğrusu,  ilkin  oyunlar  rəqslər 

daxilində  idi.  Rəqsdaxili  oyunları  ayrı-ayrı  mənalar  ifadə  edən 

rəqslərdən  qoparıb  ayrı  şəkildə  götürmək  mümkün  deyildi.  İlkin 

oyunlar  rəqslər  daxilində  primitiv  məna  çalarlarına  malik  olmuşdur. 

Oyunların  ikinci  mərhələsi onların rəqslərdən ayrılıb,  yuxarıda qeyd 

edildiyi 

kimi, 


asudə 

vaxtlardakı  əyləncə  məqsədinə  tabe 

edilməsindən başlamışdır”.  

Alimin  gəldiyi  qənaətə  görə,  “oyunların  ilkin  yaradıcılıq 

mərhələsi şamanist görüşlərindən şübhəsiz ki, çox-çox əvvəl mövcud 

olmuşdur”.  

Tarixilik  prinsipini  əsas  götürən  A.Nəbiyev  xalq  oyunlarını 

aşağıdakı kimi təsnif etməyi məqsədə uyğun hesab edir:  

1.

 

Rəqsdaxili oyunlar; 



2.

 

Mərasim oyunları; 



3.

 

Məişət oyunları; 



4.

 

İctimai məzmunlu oyunlar. 




13 

 

Qeyd  olunan  bütün  oyunlarda  Azərbaycan  xalq  rəqslərindən 



oyunların  məzmununa  görə  istifadə  edilirdi.  Xalq  oyunlarını 

mövzusuna,  mahiyyətinə  görə  cədvəldə  aşağıdakı  şəkildə  göstərmək 

olar: 

 

 



№ 

Oyunların təsnifatı 

Oyunların adları 

1. 


Rəqs daxili oyunlar 

“Yağış 


yağdırmaq”; 

“Küləyi 


çağırmaq”;  “Küləyi  kəsmək”;  “Odu 

közərtmək”; 

2. 

Mərasim oyunları 



“Kəvsər”  oyunu;  “Kosa  gəlin”; 

“Fincan-fincan”;  “Nünnü”;  “Qodu-

qodu”;  “Kos-kosan”;  “Qıtqılıda”; 

“Xəlil 


öldü”; 

“Dolma-dolma”; 

“Şalaxo”; “Cızıq turnası”; 

3. 


Məişət oyunları 

“Tağı  külah”;  “Nağı  sər”;  “Habudu 

getdi, Şahbudu gəldi”;  “Usta şəyird”; 

“Yoldaş, səni kim apardı”; “Bənövşə-

bənövşə”  “Al  bunu”;  “Beş,  on  beş”; 

“Çumruq-çumruq”; 

4. 

İctimai-məzmunlu 



oyunlar 

“Arvadı 


kəndxuda 

apardı”; 

“Əbdürrəhman  və  vəzir”;  “Xan 

Vəzir”; “Xan-xan”; “Kankan” 

 

 

Qeyd olunan oyunlardan əlavə, uşaqların həyatına aid oyunlar 



da  mövcuddur.  Bu  oyunlar  “uşaq  oyunları”  adlanır.  Qeyd  etdiyimiz 

bütün  oyunlarda  onların  məzmununa,  dramaturgiyasına  uyğun  gələn 

Azərbaycan xalq rəqs melodiyalarından geniş şəkildə istifadə edilirdi. 

Məsələn, Fincan-fincan oyununda “Vağzalı”, “Heyvagülü”, “Qoçəli”, 

“Şalaxo”,  “Uzundərə”,  “Kosa  gəlin”,  Kosa-kosa  oyunlarında 

“Novruzu”,  “Novruzgülü”,  “Tərəkəmə”,  Qıtqılıda  oyununda 

“Qıtqılıda”, “Vağzalı”, Xəlil öldü oyununda “Turacı”, Dolma-dolma 

oyununda  “Tərəkəmə”,  “Mirzəyi”,  Şalaxo  oyununda  “Şalaxo”  və 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə