Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ MƏDƏNİYYƏTŞÜnasliq üZRƏ elmi-metodiKİ MƏRKƏZ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix31.10.2018
ölçüsü0,56 Mb.
#76961
1   2   3   4   5   6   7

20 

 

olduğunu tanıyır. Yəni adi Azərbaycan rəqs melodiyası artıq operetta 



janrında özünə yer tutur. 

“O olmasın, bu olsun” operettasının I pərdəsində Rüstəm bəy 

və Məşədi İbadın duetinin melodiyası isə “Darçını” Azərbaycan xalq 

rəqsindən  götürülmüşdür.  Dahi  bəstəkar  bu  dueti  də  yaradarkən  onu 

olduğu  kimi  köçürməmiş,  “Darçını”  rəqsini  vokal  ifaya 

uyğunlaşdırmışdır.  

Ü.Hacıbəyli “Arşın mal alan” operettasında “Arşın malçı mal 

göstər” qızlar xorunun nəqarətində də türk dünyasında geniş yayılmış 

“Qaladan-qalaya” adlı mahnı-rəqsdən istifadə etmişdir.  

Böyük  Azərbaycan  bəstəkarı  M.Maqomayev  də  Azərbaycan 

xalq  melodiyalarına  biganə  qalmayaraq  onlardan  məharətlə  istifadə 

etmiş,  keçən  əsrin  30-cu  illərinin  əvvəllərində  özünün  simfonik 

rəqslərini yaratmışdır.  

İlk 


Azərbaycan 

baletinin 

yaradıcısı 

olan 


bəstəkar 

Ə.Bədəlbəylinin  “Qız  qalası”  əsərində  istifadə  olunan  rəqslərə  dahi 

Ü.Hacıbəyli öz münasibətini bildirərək demişdir: “Balet kollektivi öz 

qarşısında  xalq  rəqslərində  saxta  şablonçuluqdan  qaçmaq,  xalq 

əfsanəsini  bədii  realist  vasitələrlə  göstərmək  vəzifəsini  qoymuş  və 

buna nail ola bilmişdir”.  

Əfrasiyab  Bədəlbəyli  “Qız  qalası”  baletində  “Ay  bəri  bax” 

mahnı-rəqsindən,  “Şalaxo”,  “Kikican”,  “Tərəkəmə”,  “Keçiməməsi” 

rəqs  havalarından  məharətlə  istifadə  etmiş,    əsərin    müxtəlif 

nəsillərdən  olan    tamaşaçılar  tərəfindən  maraqla    qarşılanmasına 

zəmin  yaratmışdır.  

Görkəmli  bəstəkarımız  Qara  Qarayev  öz  yaradıcılığında  xalq 

musiqisindən sitat kimi istifadə etməsə də, onların intonasiyalarından, 

ritmindən  yaradıcı  şəkildə  istifadə  etmişdir.  Məsələn,  onun  “Yeddi 

gözəl”  baletindəki  “Təlxəklərin  rəqsi”ndə  Azərbaycan  xalq  rəqs 

melodiyası olan “Brilyant”dan elə  məharətlə  istifadə olunmuşdur ki, 

ilk  baxışdan  onlar  arasından  oxşarlığı  tapmaq  o  qədər  də  asan 

deyildir.  Belə  ki,  bəstəkar  bu  rəqsin  melodiyasını  xromatikləşdirib, 

ladını dəyişdirərək, onu başqa tonallığa köçürmüş, orijinal müşayiətlə 

diapazonu  genişləndirib,  tez-tez  tonikaya  qayıtmaqdan  imtina 

etmişdir.  Beləliklə,  “Təlxəklər  rəqsi”  nümunəsində  “Brilyant”  xalq 



21 

 

rəqsi  “rəqsdən-rəqsliliyə” çevrilərək,  yeni simfonik  ifa tərzi  ilə,  yeni 



forma  və  quruluşda  tamaşaçılara  təqdim  olunmuşdur.  “Yeddi  gözəl” 

baletindəki  “Rəfiqələr  rəqsi”ndə  bəstəkar  saz  havalarından  istifadə 

edərkən  yenə  də  xalq  musiqisinə,  xalq  yaradıcılığına  orijinal  bir 

üslubla,  bədii  təfəkkür  tərzi  ilə  yanaşmışdır.  Burada  “Baş 

müxəmməs”  və  “Duraxanı”  aşıq  havaları  üçün  səciyyəvi  olan  rəqs 

intonasiyaları  müəyyən  dəyişikliyə  uğrayandan  sonra tamamilə  yeni 

bir səslənmə kəsb etmişdir. 

Görkəmli  bəstəkar  Soltan  Hacıbəyov  “Gülşən”  baletində 

“Yürüş”  musiqisini  “Tərəkəmə”, “Gülşənin rəfiqələrinin rəqsi”ni  isə 

“Vağzalı” Azərbaycan xalq rəqsləri əsasında yaratmışdır.  

Tanınmış  bəstəkar  Ramiz  Mirişli  “Tıq-tıq  xanım”  cizgi 

filmində  toy  məclisinin  təsvirində  “Nəlbəki”  rəqsindən  ustalıqla 

istifadə etmişdir.  

Bəstəkar  Oqtay  Rəcəbov  “Neft  şahzadəsi”  cizgi  filminin 

sonunda  ayrı-ayrı    lövhələrin  emosional  təsiri  üçün  “Mirzəyi” 

Azərbaycan xalq rəqsinin simfonik səslənməsindən  bacarıqla istifadə 

etmişdir. 

Keçən  əsrin  30-cu  illərində  Azərbaycana  “Şahsənəm” 

operasını  yazmaq  üçün  dəvət  olunmuş  görkəmli  rus  bəstəkarı 

R.Qliyer  də  xalq  rəqs  melodiyalarına  biganə  qalmamış,  operanın 

uvertürasının  işlənmə  hissəsində  “Ənzəli”  xalq  rəqsindən  bir  epizod 

kimi istifadə etmişdir. 

Göstərdiyimiz  faktiki  nümunələr    belə  bir  fikir  söyləməyə 

əsas  verir  ki,  Azərbaycan  xalq  rəqs  melodiyaları  heç  də  təsadüfən 

professional  bəstəkar  yaradıcılığına  yol  tapmamışdır.  Ü.Hacıbəyli 

“Azərbaycan  xalq  musiqisinin  əsasları”  adlı  elmi  əsərində  digər 

janrlarla  bərabər  rəqs  janrının  da  çox  mütənasib  və  ciddi  sistemə 

əsaslandığını nəzərə çatdıraraq yazır:  

“Azərbaycan  xalq  mahnıları,  təsnif,  diringə,  rəqs  havaları  və 

s. musiqi formalarının elmi-tədqiqi və təhlili göstərir ki, Azərbaycan 

xalqının  musiqi  incəsənəti  çox  mütənasib  və  ciddi  bir  sistemə 

əsaslanır. Azərbaycan  xalq  musiqisinin  bütün elmi-nəzəri  məsələləri 

də öz əsasını bu sistemdən alır”.  



22 

 

Araşdırmalar  göstərir  ki,  Azərbaycan  xalq  rəqslərinin 



məzmununa görə təsnifatına və adlarının mənalarına diqqət yetirmək 

və  tədris  prosesinə  onları  sistemli  şəkildə  tətbiq  etmək  diqqəti  cəlb 

edən əhəmiyyətli məsələlərdən biridir.  

Unutmaq  olmaz  ki,  rəqs  mədəniyyəti  Azərbaycan  xalqının 

həyatında  həmişə  xüsusi  yer  tutub.  Azərbaycan  xalq  rəqslərinin 

inkişafı  xalqın  məişəti  və  adət-ənənələri  ilə  sıx  bağlıdır.  Rəqs  etmə 

bacarığı  insanların  təbii  tələbatı  əsasında  yaranıb  formalaşmışdır. 

Rəqslər  toy  mərasimlərinin,  xalq  tamaşalarının,  gənclərin  istirahət 

gecələrinin  və  idman  yarışlarının  mühüm  tərkib  hissəsini  təşkil  edir. 

Bax  elə  buna  görə  də  müxtəlif  növ  xalq  rəqs  melodiyaları  meydana 

gəlmiş  və  bu  rəqslərdə  hər  bir  rəqs  üçün  səciyyəvi  olan  ifadə 

vasitələri,  o  cümlədən,    ritm  və  temp  xüsusiyyətləri  nəzərə 

çarpmışdır.  

Əvvəldə  qeyd  etdiyimiz  kimi  xalq  rəqs  musiqisinin  məna 

dəyəri,  təsnifatı  görkəmli  sənətşünas-musiqişünas  alim  Bayram 

Hüseynlinin  elmi  əsərlərində  də  öz  əksini  tapmışdır.  Onun  təsnifat 

prinsipləri  üç  mövqeyə  əsaslanmış  və  rəqslər  musiqi  müşayiətinə, 

rəqs 


edənlərin 

cinsi 


və 

sayına,  rəqslərin  janrına  görə 

müəyyənləşdirilmişdir. 

Musiqi mətnindən asılı olaraq, Azərbaycan xalq rəqs musiqisi 

bu növlərə ayrılır: vokal, vokal-instrumental, instrumental. 

Vokal  müşayiətli  rəqslər  -  xalq  rəqs  musiqisinin  ən  qədim 

formasıdır. Vokal-instrumental müşayiətli rəqslər  – xalq musiqisinin 

və  xoreoqrafiya  mədəniyyətinin  inkişafının  sonrakı  mərhələsinə 

aiddir.  Bu  zaman  ən  sadə  musiqi  alətlərinin  yaranması  və  onların 

mükəmməlləşdirilməsi oxumanın instrumental müşayiəti üçün imkan 

yaratmışdır.  Nəhayət,  üçüncü  növ  -  instrumental  rəqs  musiqisidir. 

Xalq  rəqslərinin  bu  növü  musiqi  yaradıcılığının  və  xoreoqrafiya 

sənətinin  inkişafının  daha  sonrakı  mərhələsində  meydana  gəlmişdir. 

Bu  zaman  mükəmməlləşdirilmiş  musiqi  alətlərində  artıq  müxtəlif 

rəqs melodiyaları ifa etmək mümkün idi. 

Rəqsin xarakteri melodiyanın xarakteri ilə - lirik və ya alovlu-

coşqun,  rəvan  və  ya  sıçrayışlı  olması  ilə  müəyyən  edilir.  İstedadlı 

Azərbaycan xalqı öz xarakterinə uyğun olaraq, həm şən, coşqun, həm 



23 

 

də  dərin  lirik,  plastik,  son  dərəcə  hiss  və  həyəcanla  dolu  rəqslər 



yaratmışdır.  

Azərbaycan xalq rəqsləri üçün dəqiq  müəyyən olunmuş temp 

səciyyəvidir. Bu əlamətə görə Azərbaycan xalq rəqs musiqisi üç qrup 

üzrə təsnif olunur: birinci - asta templi rəqslər, onları əsasən yaşlı kişi 

və  qadınlar  ifa  edirlər;  ikinci  -  gənc qızlar  və oğlanlar tərəfindən  ifa 

olunan  orta  templi  lirik  rəqslər;  üçüncü  -  cəld  hərəkətli  coşqun 

rəqslər,  bunlar  gənc  oğlanların  rəqsidir,  lakin  onları  qızlar  da  ifa 

edirlər. 

Qadın  rəqslərinin  musiqisi  təmkinliyi,  yumşaqlığı,  rəvanlığı 

ilə seçilir. Yüngül, süzə-süzə ifa olunan qadın rəqsləri bədənin yuxarı 

hissəsinin,  əllərin  plastik  hərəkətlərinə  əsaslanır.  Kişi  rəqslərinin 

musiqisi  çox  iti,  alovlu,  coşqundur,  tempi  sürətlidir.  Kişi  rəqsləri 

ayaq  hərəkətlərinin  müxtəlifliyi  ilə  seçilir.  Rəqsin  ritmik  şəkli  sabit 

olub, gücün, qəhrəmanlığın, cəsarətin ifadəsi kimi diqqəti cəlb edir. 

Azərbaycan  rəqsləri  əsasən  solo  ifa  olunur.  Rəqsdə  bir  neçə 

nəfər  iştirak  edərkən,  onlardan  hər  biri  improvizasiya  edərək  yeni 

hərəkətlər tapmağa, fərqlənməyə can atır, bir növ, müstəqil rəqs edir, 

yəni rəqs edənlər bir-biri ilə qarşılıqlı əlaqədə çıxış etmirlər.  

Azərbaycan 

rəqs 


musiqisi 

dəqiq 


ifadə 

edilmiş, 

qüvvətləndirilmiş  metroritmə  malikdir.  Qadın  rəqsləri  üçün  3  paylı, 

kişi  rəqsləri  üçün  isə  2  paylı  ölçü  daha  səciyyəvidir.  Lakin 

Azərbaycan  xalq  musiqisi  üçün  səciyyəvi  ritmik  quruluş  əsasən 

6

/



ölçüsünə əsaslanır. 

Aparılan  təhlil  və  ümumiləşdirmələr  göstərir  ki,  bir  qayda 

olaraq,  Azərbaycan  xalq  rəqsləri  melodiya  əsasına  və    quruluşuna 

görə 3 bölmədən ibarət olur. Birinci bölmə – sürətli, meydanda yeriş; 

ikinci  –  lirik,  bir  yerdə  ifa;  üçüncü  –  yenə  meydanda  yeriş,  sürətli, 

əzəmətli, böyük emosional coşqunluqla ifa tərzinə malikdir. 

Azərbaycan  xalq  rəqsləri  kiçik  həcmli  incəsənət  əsərləri 

olduğuna  görə  bədii  obrazların  xüsusi  psixoloji  mürəkkəbliyi  ilə 

seçilmir,  bu  da  onların  asan  qavranılmasına,  anlaşılmasına  müsbət 

təsir  göstərir.  Lakin  qeyd  etmək  lazımdır  ki,  bu  sadəlik,  asanlıq 

primitivlikdən  uzaqdır,  xalq  rəqs  musiqisinin  anlaşılması  isə  xalq 




24 

 

yaradıcılığının  bütün  növləri  kimi,  daha  çox  bədii  və  ideya 



məzmununun dəyəri, ahəngdarlığı ilə uzlaşır. 

Janr  təsnifatı  baxımından  Azərbaycan  xalq  rəqsləri  digər 

xalqların  rəqsləri  kimi,  mərasim,  əmək,  qəhrəmanlıq,  hərbi,  idman, 

yallı-oyun  və  digər  mövzular  üzrə  müxtəlif  qruplara  ayrılır.  Onların 

hamısı  xalqın  həyat  və  məişətini  əks  etdirir.  Onun  milli 

xüsusiyyətlərini, milli koloritini  nəzərə çatdırır. 

Xalq  rəqs  sənəti  nümunələri  sırasında  süjetli,  şənlik,  xoş 

zarafat məzmunlu oyun rəqsləri geniş yer tutur. Məişət rəqsləri xalqın 

inkişafının  tarixi  təkamülü,  onun  məişət  şəraiti,  adət-ənənələri  ilə 

əlaqədar  yaranmışdır.  İnsanlar  müxtəlif  bayramları,  şənlikləri  qeyd 

edərkən, 

qonaqları 

salamlayarkən 

rəngarəng 

melodiyaların  

müşayiətilə    rəqs  edirlər.  Uşaqların  və  böyüklərin  –  hamının  rəqs 

etdiyi toylar  isə  ən çox rəqs  musiqisi, oyun  və rəqslərlə  yadda qalır, 

xoş təsir bağışlayır. 

Azərbaycan  xalq  rəqslərinin  musiqisi,  onların  ritmi  uşaqların 

da böyük marağına səbəb olur. Məktəblilərin musiqi-estetik tərbiyəsi 

sistemində  Azərbaycan  xalq  rəqslərindən  istifadə,  həmçinin, 

Zaqafqaziya  və  Orta  Asiya  xalqlarının  rəqs  musiqisinə  də  böyük 

maraq  oyadır.  Melodik  və  ritmik  quruluşu  baxımdan  daha  yaxın 

nümunələr  əsasında  digər  xalqların  musiqi  materialını  tədricən 

onların  diqqətinə  çatdırmaq  imkanı  yaranır.  Artıq  tanış  olan  lad  və 

ritmik  ahənglərə  məxsus  əsərlərlə  yanaşı,  tədricən  musiqi 

mədəniyyətinin  daha  az  tanış  olan  əsərlərini,  o  cümlədən,  peşəkar 

Azərbaycan, rus, Qərbi Avropa bəstəkarlarının əsərlərini dinləyicilərə 

təqdim  etmək  olur.  Bu  prosesdə  şagirdlərin  musiqi  zövqü,  musiqi 

mədəniyyəti  tədricən formalaşır, onların mənəvi dünyası zənginləşir, 

dünya görüşü genişlənir. 

Azərbaycan  xalq  rəqs  melodiyalarının    müşayiətilə  musiqili-

didaktik  oyunlar  keçirmək,  uşaqların  yaradıcılıq  qabiliyyətinin 

inkişafına  yönəlmiş  rəqs  hərəkətlərini  təqlid  edən  improvizasiyalar 

etmək  bacarığının    formalaşdırılması  bütün  dövrlərdə  məşhur 

sənətkarlar,  pedaqoq  və  alimlər  tərəfindən  tövsiyə  olunmuşdur.  Bu 

tövsiyələrə  əsasən,  rəqs  melodiyalarından  dərs  prosesində  istifadə 

edərkən, uşaqların  yaş xüsusiyyətlərinə  və  onların  musiqi  inkişafına, 




25 

 

təsir  imkanlarına  uyğun  olaraq  seçilməsi  də  məsləhət  görülür. 



Sinifdən-sinfə  keçərkən  repertuar  quruluşuna,  forma,  janr  və 

tərkibinə görə çətinləşir, xalq yaradıcılığı, klassika və müasirliyin sıx 

intonasiya  əlaqəsinə  uyğun  olaraq  qurulur.  Rəqs  musiqisindən 

istifadə  praktiki  olaraq,  həmin  metodik  prinsiplərə  əsaslanır.  Tədris 

prosesində  Azərbaycan  xalq  və  bəstəkar  musiqisinin  hərtərəfli  və 

müxtəlif janrlı istifadəsi məqsədəuyğun hesab olunur.  

Azərbaycan  xalq  rəqsləri  müxtəlif  janrlı,  müxtəlif  xarakterli 

rəqs folklorunun klassik nümunələri ilə müxtəlif yaş dövrünü keçirən 

musiqi,    incəsənət  məktəbi  şagirdlərini  tanış  edərkən  müvafiqlik  

prinsipinə  istinad    olunmalıdır.  Tədris  prosesində  əmək  və  məişət, 

təntənəli  toy  və  məzəli,  şənlik  və  yumor  dolu  oyun  rəqslərin,  nazlı, 

şıltaq,  incə,  zərif,  lirik  qadın  və  alovlu,  mübariz,  əzmli  kişi 

rəqslərinin,  müxtəlif  templərdə  -  astadan  başlayaraq,  çox  sürətli 

tempə  qədər  –  ifa  olunan  solo  rəqslərin,  uşaqların  da  cəlb  olunduğu 

oyun  elementləri  ilə  zəngin,  fəal,  şən  xarakterli  yallı  rəqslərinin 

təqdim olunması da nəzərə alınmalı, əlverişli musiqi nümunələri kimi  

dəyərləndirilməlidir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




26 

 

İstifadə olunmuş ədəbiyyat siyahısı 

 

1.

 



Allahverdiyev  M.Q.  Azərbaycanda  xalq  teatrı  tarixi.  Bakı: 

Azərbaycan Dövlət Nəşriyyatı, 1990, 233 s.  

2.

 

Hacıbəyov  Ü.Ə.  Əsərləri.  II  cild.  Bakı:    Azərb.  EA-nın  nəşri, 



1965, 412 s.  

3.

 



Hacıbəyov  Ü.Ə.  Azərbaycan  xalq  musiqisinin  əsasları.  Bakı, 

Yazıçı, 1985, 154 s.  

4.

 

Haqverdiyev Ə. Seçilmiş əsərləri. I cild. Bakı, 1957, 547 s.  



5.

 

Hüseynli 



B.X. 

Azərbaycan 

xalq 

rəqs 


musiqisinin 

klassifikasiyası. “Azərbaycan incəsənəti”, XII cild, Azərbaycan 

EA-nın nəşri, Bakı: 1968, s.67-93. 

6.

 



Nəbiyev  A.  El  nəğmələri,  xalq  oyunları.  Bakı,  Azərbaycan 

Dövlət Nəşriyyatı, 1988.  

7.

 

Şuşinski  F.M.  Azərbaycan  xalq  musiqiçiləri.  Bakı,  Yazıçı, 



1983, 478 s.  

8.

 



Zamanlı  S.A.  Azərbaycan  Respublikasının  tarixi  günləri  və 

milli bayramları (Metodik vəsait). Bakı:  1999, 92 s.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



27 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


28 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Document Outline

  • MƏDƏNİYYƏT  VƏ  TURİZM NAZİRLİYİ
  • MƏDƏNİYYƏTŞÜNASLIQ  ÜZRƏ ELMİ-METODİKİ MƏRKƏZ

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə