Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ MƏDƏNİYYƏTŞÜnasliq üZRƏ elmi-metodiKİ MƏRKƏZ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix31.10.2018
ölçüsü0,56 Mb.
#76961
1   2   3   4   5   6   7

14 

 

sairə  kimi  Azərbaycan  rəqslərindən  istifadə  olunurdu  və  bu  gün  də 



Azərbaycan rayonlarında onlardan istifadə edilir. 

Adı  çəkilən  oyunları  və  orada  ifa  olunan  rəqsləri  qədim 

zamanlardakı  kimi  sadalamaq  mümkün  olmasa  da  bu  rəqslərin 

bəzilərinin  melodiyaları XX  əsrdə təcrübəli  bəstəkar, musiqişünaslar 

tərəfindən  lentlərə,  notlara  alınaraq  gələcək  nəsillərə  saxlamaq 

mümkün  olmuşdur.  Son  vaxtlar  müxtəlif  özfəaliyyət  kollektivləri 

tərəfindən  də  bu  rəqslərdəki  qədimdən  gələn  süjetlər  saxlanılmaqla 

onlara  müasir  dövrün  tələblərinə  uyğun  yeniliklər    gətirənlər  də 

olmuşdur. Lakin bu cür yeniliklər qədim ənənələri tam şəkildə inkar 

etməməlidir. 

Azərbaycan xalq rəqslərinin geniş tətbiq olduğu məkanlardan 

biri  də  toy  mərasimləridir.  Çox  qədimlərdən  toy  mərasimləri  toy 

mağarlarında həyata keçirilirdi. Bu cür el şənlikləri zamanı  müxtəlif 

mahnılar, aşıq  musiqisi  ilə  yanaşı,  həm də  Azərbaycan xalq rəqsləri 

də  ifa  olunurdu.  Əvvəllər  qız  və  oğlan  toyları  ayrı-ayrılıqda 

keçirilirdi.  Həmin  toylarda  fərdi  rəqslər,  duet  şəklində  rəqslər  və 

kütləvi rəqslərdən (yallılardan) geniş şəkildə istifadə olunurdu. 

Rəqslərdən  el  içində  keçirilən  toy  və  bayramlarda  istifadə 

olunduğu  kimi,  eyni  zamanda  saraylarda,  varlı  insanların 

yığıncaqlarında,  qonaqlıqlarda  da  istifadə  edilirdi.  Belə  xeyirxah 

insanlardan  biri  də  XIX  əsrin  II  yarısında  Şirvan  mahalında  musiqi 

incəsənətimizin  tərəqqisində  çox  böyük  xidmətləri  olmuş  Mahmud 

ağa  Əhmədağa  oğlunu  göstərmək  olar  (1826-1896).  Şamaxı 

mahalında  çox  varlı  mülkədar  kimi  tanınan  Mahmud  ağanın  təşkil 

etdiyi  musiqi  məclislərinin  sorağı  bütün  Qafqaza    və  digər  ölkələrə 

yayılmışdı.  

XIX  əsrin  II  yarısında  Şamaxı  mahalına  gələn  səyyahların 

əksəriyyəti Mahmud ağanın qonaqları olmuşlar. Bu qonaqlardan biri 

də  məşhur  fransız  yazıçısı  Aleksandr  Düma  olmuşdur.    O  həmin 

cəhəti  diqqət  mərkəzinə  gətirərək  deyirdi  ki,  Şamaxının  varlı 

tatarlarından (azərbaycanlı – N.M.) olan Mahmud bəy bizi iransayağı 

şama və rəqqasələrin iştirak etdiyi gecəyə çağırdı.... Onun evi İranın 

(Azərbaycanın  –  N.M.)  ən  gözəl  binalarından  biridir.  ...  Biz  Şərq 



15 

 

qaydasında  sahmana  salınmış  salona  daxil  olduq.....  Böyük  pəncərə 



qarşısında 3 rəqqasə və 5 musiqiçi oturmuşdu. 

Mahmud  ağanın  tanınmış  qonaqlarından  biri  də  Peterburq 

Rəssamlıq  Akademiyasının  prezidenti,  məşhur  rəssam,  knyaz 

Qaqarin olmuşdur. Mahmud ağanın məclisində Nisə xanımın rəqsləri 

onu çox məftun etmişdir. Bu görüşdən sonra rəssam özünün “Şamaxı 

rəqqasları”  adlı  tablosunu  yaradır.  O,  öz  qeydlərində  Nisə  xanımla 

yanaşı  Sona,  Rəna,  Səkinə,  Hikmət  və  Məleykə  kimi  istedadlı 

rəqqasların da adlarını yazmışdı. 

Azərbaycanın  məşhur  şairlərindən  S.Ə.Şirvani,  X.B.Natəvan, 

M.A.  Müctehidzadə  və  digərləri  də  Şamaxıda,  Gəncədə,  Şuşada 

musiqi  məclisləri  keçirmişlər.  Həmin  məclislərdə  şeirlərlə  bərabər 

mahnılar,  muğam-dəsgahları  və  bir-birindən  maraqlı  rəqslər  də  ifa 

olunmuşdur. 

Azərbaycanın  görkəmli  yazıçı-dramaturqu  Ə.Haqverdiyev  də 

Şuşada (1901), Bakıda (1902) “Şərq konsertləri” adı altında musiqili 

səhnəciklər  tərtib  edərək  tamaşalar  göstərirdi.  Həmin  tamaşalar 

“Azərbaycan toyu” adı ilə sona yetirdi. Bu konsertlərdə muğam, xalq 

mahnıları, aşıq havaları və musiqili səhnəciklərlə yanaşı, Azərbaycan 

xalq rəqsləri də ifa olunurdu. 

 XX  əsrin  əvvəllərində  “Şərq  konsertləri”  o  qədər 

populyarlaşmışdı  ki,  tədricən  inkişaf  edərək  “Şərq  gecələri”  adlı 

tamaşalara  çevrildi.  Tamaşaçıların  estetik  zövqünə  müsbət  təsir 

göstərən  “Şərq  gecələri”nin  proqramı  konsertlərə  nisbətən  bir  qədər 

geniş və çoxcəhətli idi. Əgər konsertlərdə təkcə xanəndələr və aşıqlar 

iştirak  edirdisə,  “Şərq  gecələri”ndə  həm  “Şərq  konserti”nə  yer 

verilər,  həm  də  kiçik  həcmli  teatr  tamaşaları  göstərilər  və  axırda  da 

rəqs təşkil olunardı”. 

F.Şuşinskinin həmin fikrindən aydın olduğu kimi, bütün “Şərq 

gecələri” proqramı mütləq rəqslərlə sona çatırdı ki, bu da adı çəkilən 

tamaşalara marağı bir qədər də artırırdı. Yəni rəqslər belə tamaşaların 

daha  maraqlı  alınmasına,  onların  məzmun,  süjet  istiqamətinə 

zənginləşməsinə səbəb olurdu. Belə  bir  mövqe tamaşalara gələnlərin 

sayının  artmasına,  tamaşaların  xalq  içərisində  populyarlığına  geniş 

imkan yaradırdı. 




16 

 

XIX  əsrin  axırları  və  XX  əsrin  əvvəllərində  Azərbaycanda 



olan  neft  bumu  ümumilikdə  ölkənin,  o  cümlədən  Bakı,  Şuşa,  Gəncə 

və  digər  şəhərlərdə  vəziyyətin  dəyişməsinə  və  musiqiçilər, 

xanəndələr  arasında  təbəqələşməyə  gətirib  çıxarırdı.  Görkəmli 

Azərbaycan  müğənnisi,  SSRİ  xalq  artisti,  professor  Bülbül 

Məmmədov o dövrdə olan toyların  formasından, quruluşundan bəhs 

edərək  deyirdi:  “Şəhərlərdəki  məclis  və  toylar  dörd  yerə  bölünürdü: 

birinci,  ürəfa  məclisləri;  ikinci,  əsnaf  toyu;  üçüncü,  lotu  toyları; 

dördüncü,  erməni  toyları,  müxtəlif  qonaqlıqlar  və  kef  məclisləri”. 

Bülbülün dediyinə görə, ürəfa toylarında ancaq dəsgahlar oxunardı və 

oyun havaları çalınmazdı.  Əsnaf toylarına ikinci dərəcəli xanəndələr 

dəvət  olunardı  və  iki  saat  dəsgah  oxunandan  sonra  bir-iki  adamın 

oynamasına  icazə  verilərdi.  Lotu  toylarında  oxumaqdan  çox  rəqs 

havaları  çalınar  və  insanlar  rəqs  edərdilər.  Bu  toylarda  məclisi 

rəqqasələr  və  mütrüblər  idarə  edirdilər.  Lotu  toyları  əsasən  Bakı 

şəhərində çox  inkişaf etmiş  idi ki,  burada da çoxlu pul  yığmaq  əsas 

məqsəd idi. 

Azərbaycan  xalq  rəqslərinin  mahiyyəti,  quruluşu  haqqında 

deyilənlər  bir  daha  göstərir  ki,  əslində  xalq    yaradıcılığının    bu 

mühüm sahəsi melodiya və  xoreoqrafik  ünsürlərlə  vəhdətdə  inkişaf 

etmiş, əsrlərdən-əsrlərə keçərək müxtəlif  nəsillərdən olan  insanların 

zövqünü oxşamışdır. Bununla belə, çox mühüm əhəmiyyət kəsb edən 

belə  bir  fikri  də  inkar  etmək  olmaz  ki,  hər  hansı  rəqsin   xoreoqrafik 

əlamətlərindən, formasından əvvəl müvafiq  melodiya, səslər, avazlar  

qaynağı yaranmışdır. Təsadüfi deyildir ki, sənətşünas alimlərdən  bir 

çoxu, o cümlədən Bayram Hüseynli, Əhməd İsazadə, Kamal Həsənov 

və    başqaları  öz    tədqiqat  işlərində  problemin  həmin  cəhətinə  də 

xüsusi diqqət  yetirmişlər. 

Sənətşünaslıq  namizədi,  professor  Bayram  Hüseynlinin  

tədqiqatları  yuxarıda    göstərdiyimiz    istiqamət  baxımından  mühüm 

əhəmiyyət  kəsb  edir.  Onun  uzun  müddət    apardığı  tədqiqat    işləri 

“Azərbaycan  xalq    rəqs    melodiyaları”  adı  ilə  1-ci  və  2-ci  dəftər 

şəklində    Azərbaycan  Dövlət  Nəşriyyatı    tərəfindən  1965-1966-cı 

illərdə nəşr edilmiş, problemin elmi və  təcrübi  məsələləri ilə məşğul 

olan tədqiqatçıların  nəzərinə  çatdırılmışdır.  




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə