Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 236,38 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix16.11.2017
ölçüsü236,38 Kb.
#10425
1   2   3   4   5   6   7

 

 



                                              

B Ö L M Ə I

 

 

Mənəvi dəyərləri yaşadan amil.

 

Ümumilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən 

avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü 

kimi qeyd edilir.  

Ana dilimizin inkişafına dövlətimizin həmişə xüsusi diqqəti və qayğısı olub. 

Təbii ki, hər bir dilin özünəməxsus özəlliyi və gözəlliyi var. Bunu kimsə inkar edə 

bilməz. Amma bir vətəndaş kimi fərəh duyur və etiraf edirik ki, Azərbaycan dilinin 

həqiqətən  analoqu  yoxdur.  Sovet  dövründə  quruluşun  müəyyən  təzyiqlərinə, 

diktələrinə  baxmayaraq,  ümummilli  lider  Heydər  Əliyev  Azərbaycan  dilinin 

respublikada  dövlət  dilinə  çevrilməsinə  əsl  fədakarlıq  göstərmişdir.  Ana  dilinin 

inkişafı  ilə  əlaqədar  ulu  öndərin  müntəzəm  imzaladığı  fərman  və  məruzələrində, 

tövsiyələrində vaxtaşırı ortaya çıxan problemlərin həllini vacib sayılırdı.  

Ötən  əsrin  70-ci  illərindən  başlayaraq  Azərbaycan  dilinin  hərtərəfli 

inkişafına,  onun  rəsmi  dövlət  dilinə  çevrilməsinə,  beynəlxalq  münasibətlər 

sisteminə 

yol  tapmasına,  zənginləşməsinə,  zənginləşə-zənginləşə  nüfuz 

qazanmasına  böyük  əhəmiyyət  verilirdi.  “Dil  ədəbiyyatla,  mədəniyyətlə, 

mənəviyyatla  bağlıdır,  bunlarsız  isə  vətənpərvərlik    formulu  yoxdur”-söyləyən 

Heydər  Əliyev  yürütdüyü  dil  siyasətində  həmişə  çalışırdı  ki,  gənc  nəsildə  bu  cür 

nəcib hisslərin tərbiyə edilməsi ön planda olsun. Ümummilli lider ana dilini sadəcə 

öyrənmək  deyil,  onu  sevməyi  də  tələb  edirdi.  Bu  mənada  dillə  bağlı  söylədiyi 

bütün fikirlərdə, çıxış və məruzələrində həmişə böyük mənalar duyular, müdriklik 

hiss  edilərdi:  “Xatirimdədir,  70-ci  illərdə  mən  bir  neçə  dəfə  çox  narahatlıqla 

göstərişlər  verdim  ki,  rusdilli  məktəblərdə  Azərbaycan  ədəbiyyatına  çox  yer 

verilsin. 

...Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini 

rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun”. 

Bütün  mütəxəssislər,  tədqiqatçılar,  ümummilli  liderlə  birlikdə  səfərdə  olanlar  bir 

məsələni  həmişə  tez-tez  yada  salırlar  ki,  Heydər  Əliyev  Azərbaycan  dilini  təkcə 

ölkəmizdə, soydaşlarımızın yaşadığı yerlərdə deyil, beynəlxalq dillər mühitində də 

səsləndirməyi lazım bilirdi. Ulu öndər deyirdi: “Mən hər yerdə Azərbaycan dilində 

danışıram.  Qoy  tərcüməçilər  mənim  danışdıqlarımı  öz  dilimdən  tərcümə  etsinlər. 

Biz  daha  keçmişdəki  kimi  sovet  imperiyasının  daxilində  deyilik  ki,  rus  dilində 

danışaq.  Qoy  hamı,  o  cümlədən  dünyaya  yayılmış  soydaşlarımız  da  bilsinlər  ki, 



 

bizim öz dilimiz var və biz öz dilimizdə də danışırıq”. Ümummilli lider  Heydər 



Əliyev bütün fəaliyyəti boyu Azərbaycan dilinin dövlət dilinə yalnız sözdə deyil, 

əməldə də çevrilməsi üçün var gücü və iradəsi ilə çalışmışdır. Dünyaya səpələnmiş 

azərbaycanlılar  arasında  bir  daha  ünsiyyət  vasitəsi,  milli-mənəvi  körpülər  olması 

üçün əsl mübarizə aparmışdır.  

Azərbaycan  dilinin  bugünkü  inkişaf  səviyyəsi  təsdiqləyir  ki,  xalqımız 

dünyanın ən qədim xalqlarındandır. Təbii ki, dilin təşəkkülü müxtəlif proseslərdən 

keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili də 

mürəkkəb və ziddiyyətli bir yol qət etmişdir.  Əlbəttə, dilin əsas yaradıcısı millətin 

özüdür. Elə ifadələr, kəlmələr var ki, xalq onu neçə işlədibsə, bu gün də elə qəbul 

edilməlidir.  Bir  sözün  yerinə  düşməməsi  onun  mənasının  itməsinə,  təhrif 

olunmasına  gətirib  çıxarır.  Nahaq  demirlər  ki,  dil  söz  sərvətinin  yaradıcısıdır. 

Bəlkə  də  Allahın  insana  bəxş  etdiyi  ən  qüdrətli,  ecazkar  nemətlərindən  biri  dildir 

və o, təkcə ünsiyyət vasitəsi deyil.  

Müstəqil  Azərbaycan  dövlətinin  dil  siyasətinin  müəyyənləşməsində  ulu 

öndər  Heydər  Əliyevin  çox  müstəsna  xidmətləri  var.  O  böyük-unudulmaz  insan 

həmişə  dillə  bağlı  uzaqgörənlik  edirdi.  18  iyun  2001-ci  il  tarixli  “Dövlət  dilinin 

tətbiqi işinin təkmilləşdirilməsi haqqında”kı fərmanında  deyilir: “Azərbaycan dili 

bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək 

qüdrətinə  malik  dillərdəndir.  Düşüncələrdəki  dərinliyi,  hisslərdəki  incəlikləri 

bütünlüklə  ifadə  etmək  kamilliyinə  yetişə  bilməsi  üçün  hər  hansı  xalqlardan  bir 

neçə  minillik  tarixi  yaşaması  lazım  gəlir”.  Bu  mənada  biz  xoşbəxtik  ki,  doğma 

Azərbaycan  xalqı  həqiqətən  də  dünyanın  ən  qədim  xalqlarından  biridir. 

Ümummilli  lider  Heydər  Əliyevin  məşhur  bir  fikrini  dönə-dönə  xatırlamaqla 

duyduğumuz  qürurun  bir  aləm  mənası  var:  “Millətin    milliliyini  saxlayan  onun 

dilidir”. Məhz bu fikrin növbəti təsdiqidir ki, Prezident İlham  Əliyev Azərbaycan 

Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında nitq söyləyərkən qətiyyətlə 

bildirdi ki, ana dilimizi yad təsirlərdən qorumalıyıq.  

Dövlət müstəqilliyimizi qazandıqdan sonra dilimizlə bağlı onun tətbiqi işinin 

təkmilləşdirilməsi  ilə  əlaqədar  müxtəlif  sərəncamlar,  fərmanlar  imzalanıb.  Dil 

tarixində əlamətdar, önəmli hadisəyə çevrilən bir məqam var: 2001-ci il avqustun 

9-da  imzalanan    sərəncama  əsasən  1  avqust  ölkəmizdə  Azərbaycan  əlifbası  və 

Azərbaycan Dili Günü kimi qeyd edilir. Artıq 10 il tamamlanır ki, biz ana dilimizlə 

bağlı  bu  qürur    doğuracaq  günü  rəğbət,  ehtiram  və  vətəndaşlıq  qüruru  ilə  qeyd 

edirik.  Əlbəttə,  dil  sadəcə  ünsiyyət  vasitəsi  deyil,  eyni  zamanda  ədəbiyyatdır, 

tarixdir,  mahnıdır,  musiqidir,  millətin  taleyidir.  Bu  gün  Azərbaycan  dili 

Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya 




Yüklə 236,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə