Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 236,38 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix16.11.2017
ölçüsü236,38 Kb.
#10425
1   2   3   4   5   6   7

15 

 

7.



 

Söz  qiymətli  daşlar  kimidir.  Bu  daşları  yaxşı  yonub,  cilalandırıb  ən  şərəfli 

sarayların mərmər divarlarını bəzəmək üçün işlədirlər. 

Bədii  dil  xalqın  mənəvi  sərvəti  olmaqdan  əlavə,  insanların  fikrini, 

hissiyyatını, zövqünü tərbiyə edən çox güclü vasitədir. 

 

 



 

 

 



 

 

Mirzə İbrahimov 



 

 

 



 

 

 



 

Xalq yazıçısı, dramaturq 

 

8.

 



Dil könüllər fəth edən böyük insan gücüdür 

Dili qiymətdən salar 

Ucuz söz, hiylə, böhtan. 

Elə saxla dilini, 

Nə dil səndən utansın, 

Nə sən dilindən utan. 

 

 

 



 

 

 



 

Rəsul Rza 

 

 

 



 

 

 



 

Xalq şairi 

 

9.

 



Ana  dili  məhv  olarkən,  xalq  artıq  yox  olur...Xalqın  ağzında  dili  hələ 

yaşadıqca xalq da yaşayır. Xalqın əlindən onun əcdadının yaratdığı saysız-

hesabsız  mirası  almaq  istəyən  zorakılıqdan  dözülməz  zorakılıq  yoxdur. 

Xalqın əlindən hər şeyi alsanız, o, onların hamısını qaytara bilər: lakin onun 

dilini alın, heç vaxt bir daha onu yarada bilməz; xalq hətta özünə yeni vətən 

belə yarada bilər, lakin dili heç bir zaman yarada bilməz, xalqın agzında dili 

ölsə, xalq da öldü.  

K.D.Uşinski 

pedaqoq 

10. Nədir dil ağzında, ey ağlı olan, 

      Hünər xəzinəsinə açardır inan. 

     Əgər bağlı olsa kim anlar ki, o, 

      Cavahir satandır, ya muncuq satan. 

      


 

 

 



 

 

 



 

 

Sədi 



 

 

 



 

Qəzəl janrının görkəmli nümayəndələrindən biri 

 

 

 



 

 

 



 

 

11.



 

 Əbədi şadlığın şərabi üçün 

 Sözdən özgə cahanda yox, saqi. 

 Sözün ölməzliyinə söz yoxdur, 

 Biz gedərsək də söz qalar baqi. 

 

 



 

 

 



 

 

 



Füzuli 

 

 



 

 

 



 

Azərbaycan şairi və mütəfəkkiri 

 



16 

 

 



12.

 

“Əgər  məndən  soruşsalar  ki,  milliyyətcə  kimsən?  Hünərlə  deyərəm: 



azərbaycanlı!  Müsahibim  inad  göstərib  öyrənmək  istəsə  sərvətdən-

dövlətdən, naz-nemətdən nəyim var: qürur hissi ilə deyərdim: bütün kainat, 

Yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm, ana dilim var.”   

Cəlil Məmmədquluzadə 

 

 

 



 

 

 



 

İctimai xadim, yazıçı, dramaturq 

13.

 

 Dil  fikri  ifadə  etmək  üçün bir vasitədir.  Fikir isə  yalnız  o  zaman  fikir olur 



ki, dillə ifadə edilir, dil vasitəsilə meydana çıxarılır, filosofların dediyi kimi, 

başqaları  üçün  obyektivləşdirilir.  Bax,  buna  görə  də  mən  deyirəm  ki,  ana 

dilini bilmək əsas məsələdir, bu sizin gələcək işiniz üçün lazımdır. 

M.İ Kalinin 

   13.  Ana dili xalqın ruhudur, mənəvi dünyasıdır. 

 

 



 

 

 



 

 

 



Bəxtiyar Vahabzadə 

 

 



 

 

 



 

 

 



Xalq şairi, dramaturq 

Kitab  sərgisi  ilə  yanaşı  rəsm  sərgilərinin  də  təşkili  məqsədəuyğun  olardı. 

Rəsm  sərgisində  uşaqlar  Azərbaycan  adlı  vətəni  necə  sevdiklərini,  onun  dilinə, 

varlığına necə hörmət bəslədiklərini öz rəsmlərində ifadə edə bilərlər.  

F. Köçərli adına Respublika Uşaq Kitabxanasında təşkil olunan tədbirlərdən 

biri  də  şeir  müsabiqəsidir.  Şeir  müsabiqəsini  yuxarı  sinif  şagirdləri  arasında 

keçirmək  olar.  Şeir  müsabiqəsi  oxucuların  ən  çox  sevdiyi  tədbirlərdən  biridir. 

Çünki,  şeiri  intonasiya  ilə  demək,  onu  əzbərləmək,    dərk  etmək  və  qavramaq 

baxımından  çox  yaxşı  təbliğat  formasıdır.  Kitabxanaçı  1  avqust  Azərbaycan 

Əlifbası  və  Azərbaycan  Dili  günü  ilə  əlaqədar  bir  çox  şeirlər  seçib  oxuculara 

təqdim  edə  bilər.  Məsələn  xalq  şairi  Bəxtiyar  Bahabzadənin  “Ana  dilim    ölən 

deyil”,  şair  Fikrət  Qocanın  “Azəriyəm”,  Həmid  Nitqinin  “Ana  dili-sevgili  dil”,  

Süleyman  Rüstəmin  “Dilimə  dəymə”,  İsa  Cavadoğlunun  “Ana  dilim”,  Tofiq 

Bayramın  “Ana  dilim”  və  s.  şeirlərini  misal  göstərmək  olar.  Şeir  müsabiqəsinin 

sonunda yaxşı şeir demək bacarığı olan oxucular münsiflər heyətinin 1, 2, 3 və s. 

yerləri  üzrə  sıralanır  və  müdriyyət  tərəfindən  mükafatlandırılırlar.  İndi  isə  şair 

Tofiq  Bayramın  “Ana  dilim”  və  Süleyman  Rüstəmin  “Dilimə  dəymə”  şeirlərini 

dinləyək. 

 



17 

 

Tofiq Bayram “Ana dilim”   



I Oxucu: 

Qalxıb Şahdağına söz istəyirəm, 

Çatsın hay-harayım dinləyənlərə. 

Mən nankor deyirəm, nacins deyirəm 

Öz ana dilini bilməyənlərə! 

 

Bu dil şirinlikdə şərbət kimidir

Saflığı qorunan sərhəd kimidir, 

Anamız Vətən də qürbət kimidir 

Öz ana dilini bilməyənlərə! 

 

Döyüşdə bərkiyib el polad olur

Zirvəyə uçmağa dil qanad olur, 

Torpağın sevinci, dərdi yad olur 

Öz ana dilini bilməyənlərə! 

Süleyman Rüstəm. “Dilimə dəymə” 

II Oxucu:  

Mən sənin dilinə dəymirəm cəllad

Gəl sən də bu ana dilimə dəymə! 

Sənin bağın  var, gülün var, çəkin, 

Bağımda əkdiyim gülümə dəymə! 

 

Həsədlərlə baxdın çəmənimə sən

Gör bir nələr etdin vətənimə sən

Yan deyib, od vurdun bədənimə sən, 

Altında atəş var, külümə dəymə! 

 

Mən ağa ağ dedim, qaraya qara, 

Sən məni istədin çəkəsən dara. 

Yenicə sağalır vurduğun yara, 

Mənim bu yaralı könlümə dəymə! 

 

1  avqust  Azərbaycan  Əlifbası  və  Azərbaycan  dili  günü  ilə  bağlı  F.  Köçərli 

adına  Respublika  Uşaq  Kitabxanasında  keçirilən  tədbirlərdən  biri  də  “Nağıl 

saatı”dır.  “Nağıl  saatı”  kitabxananın  Nağıl  otağında  keçirilir.  Kitabxanaçı  kiçik 

yaşlı  oxuculara  Azərbaycan  əlifbası  və  Azərbaycan  dili  haqqında  bir  qədər 

məlumat verir.  

 

 

 



 


Yüklə 236,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə