Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 236,38 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix16.11.2017
ölçüsü236,38 Kb.
#10425
1   2   3   4   5   6   7

 

Azərbaycan  Xalq  cumhuriyyəti  dövründə  Azərbaycan  dili  dövlət  dili 



olmuşdur.  

1929-cu  ildə  minilliklər  boyu  işlətdiyimiz  əlifba  dəyişdirildi.  Ərəb 

əlifbasından latın qarfikasına keçməklə, etnik tərkibdən asılı olmayaraq bu əlifbaya 

malik  bütün  müsəlman  aləmindən  ayrıldıq.  Bu,  Stalin  dövrünün  xalqımıza,  eləcə 

də digər müsəlman xalqlarına qarşı məqsədyönlü mənəvi zərbəsi idi. 1939-cu ildə 

yenidən  daha  belə  bir  agır  mənəvi  zərbə  aldıq  bu,  yazımızın  latın  qrafikasından 

kiril qrafikasına keçməsi oldu. Beləliklə, hər dəfə əlifbanı dəyişdikcə, keçmişlə, bu 

gün  arasındakı  əlaqə  zəifləyir,  mənəvi  dünyamızın  sərvətlərinə  doğru  aparan 

körpülər qırılıb tökülürdü.  

Hər bir xalqın həyatında dil, yazı və əlifba çox mühüm ictimai-siyasi, sosial-

iqtisadi,  milli-mənəvi  əhəmiyyət  kəsb  edir.  Buna  görə  də,  əlifba  nadir  hallarda 

dəyişir. Tutaq ki, VII əsrdə ərəb xilafətinin istilasına-siyasi assimilyasiyaya məruz 

qalan xalqımız məcburən onun dinini, əlifbasını qəbul etmişdi. Beləliklə, ilk Alban 

(Qafqaz) əlifbamızdan tamamilə ayrılmışıq... 

Bəs, XX əsrdə Sovet cəmiyyətində bizi buna nə vadar edirdi? “Milli mədəni 

muxtariyyat” saxta şüarı altında milli heysiyyatımıza toxunulur, ən müqəddəs milli 

sərvətlərimiz təhqir olunurdu. Hətta iş o yerə gəlib çıxdı ki, “Kitabi-Dədə Qorqud” 

kimi  milli  sənət  abidəmiz  yasaq  edildi.  Bu,  bütün  türk  xalqlarına  dögru  yöləlmiş 

bir  siyasət  idi.  Sovet  İttifaqında,  Türkiyədə,  Əfqanıstanda,  Çində,  İranda, 

Yunanıstanda,  Bolqarıstanda,  Yuqoslaviyada,  Rumıniyada  yaşayan  çoxmilyonlu 

türklərin qüdrəti çoxlarını təşvişə salırdı.  

İnsanı  mənən  yox  etmək  üçün,  onun  səsini,  milləti  yox  etmək  üçün  onun 

dilini  əlindən  almaq  kifayətdir.  Bu  siyasət  oyunundan  baş  çıxaran,  etiraz  edən, 

milli  varlığı  uğrunda  mübarizəyə  cəhd  edən  zəkalı  oğlanlarımıza  müxtəlif  adlar 

qoyulub  aradan  götürülürdü.  Öz  kökünə,  soyuna,  milli  mədəniyyətinə,  dilinə, 

dininə  güvənənlərə  “millətçi”,  “pantürkist”,  “panislamist”,  damğaları  vuruldu, 

sürgünlərə göndərildi, edam edildi.  

Şərq  müsəlman  respublikalarında,  eləcə  də,  Azərbaycanda  milli  dil  dövlət 

dili statusunu itirdi, rus dili doğma dilimizi üstələdi. Azərbaycan dili 1957-ci ildən 

respublikanın  Konstitusiyasında  dövlət  dili  kimi  təsbit  olunmasına  baxmayaraq, 

əslində  bu  status  öz  hüquqi-siyasi  mahiyyətini  daşımırdı.    Rus  dili  məktəblərini 

bitirənlər  xüsusi  imtiyaz  sahibi  oldu,  rus  dilini  tədris  edən  müəllimlərə  15  faiz 

əlavə  əmək  haqqı  verilirdi.    Rus  dili  “ikinci”  ana  dili  səviyyəsinə  yüksəlmişdi. 

Deyən  yox  idi  ki,    ananın  da    ikincisi  olurmu?  Hətta  60-70  –ci  illərdə  iş  o  yerə 




10 

 

gəlib  çatdı  ki,  idarələrdə  işə  götürərkən  azərbaycanlıya  ilk  sual  bu  olurdu:  rus 



dilində savadlısanmı? 

Bütün  müsəlman  dünyasına,  islam  aləminə  qarşı  ardıcıl  mübarizə 

başlanmışdı. Yavaş-yavaş beşik başında laylaların, uzun qış gecələrində  nağılların, 

dastanların,  zehnin,  nitqin  inkişaf  etdirilməsində  mühüm  rolu  olan  bilməcə, 

çaşdırma,  yanıltmac  kimi  folklor  nümunələrinin  çağlayan  bulağı  qurudu.  Zəngin 

mənəvi  sərvətimiz  olan  muğamlara  qulaq  asmaq  istəməyənlər,  saz  havalarına 

dodaq  büzənlər,  xalq  üslubunda  yazan  şairlərimizi  bəyənməyənlər  sıxışdıranlar 

yarandı. Müqəddəs “ana”, “ata”, “dədə”, sözləri əvəzinə, “mama”,  “papa”, “ded” 

kimi  yad  kəlmələr  ayaq  açdı.  “Uzundərə”,  “Qaytağı”,  “Naz  eləmə”,  “Tərəkəmə” 

oynamaq  əvəzinə  avropasayağı  atılıb  düşdük.  Yəqin  buna  görə,  bədxah 

qonşularımız  torpaqlarımız  kimi  mahnılarımıza,  rəqslərimizə  də  yiyə  çıxdılar. 

Mötəbər iclaslarda, təntənəli gecələrdə doğma ana dilimizdə danışmağı özümüzə ar 

bildik.  

Biz heç də rus dilinin, rus təhsilinin, Avropa mədəniyyətinin, əcnəbi dillərin 

öyrənilməsinin  əleyhinə  deyilik.  Əksinə,  deyiblər  neçə  dil  bilirsənsə,  o  sayda 

insansan. Xüsusilə, müasir dövrdə, dünyaya inteqrasiya etdiyimiz bir vaxtda əcnəbi 

dillərin  öyrənilməsinin  böyük  ictimai-mədəni,  iqtisadi-siyasi  əhəmiyyəti  vardır. 

Ancaq  öz  ana  dilini,  mədəniyyətini  bilməyən,  adət-ənənələrinə,  dilinə  xor  baxan 

kəs neçə dil bilirsə-bilsin, həqiqi mənada əsl vətəndaş ola bilməz! 

1978-ci ildə ilk  dəfə olaraq Azərbaycanda respublikamızın Konstitusiyasına 

Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi haqqında maddə daxil edildi. O 

dövr  üçün  buna  nail  olmaq  çox  müşkül  və  mümkünsüz  bir  iş  idi.  Ancaq  bütün 

həyatını  Azərbaycan  xalqının,  Azərbaycan  dövlətçiliyinin  müstəqilliyinə, 

azadlığına,  milli-iqtisadi-siyasi  inkişafına  həsr  etmiş  Heydər  Əliyev  böyük 

uzaqgörənliyi,  qətiyyəti,  cəsarəti,  möhkəm  iradəsi,  siyasi  mətinliyi  sayəsində  

bütün  çətinliklərə,  maneələrə  baxmayaraq,  buna  nail  oldu.    Bu,  Heydər  Əliyevin 

xalqımız, dövlətimiz qarşısında daha bir misilsiz xidməti idi! 

1995-ci  ilin  noyabrında  qəbul  olunmuş  H.  Əliyevin  şah  əsəri  adlandırılan 

yeni  Konstitusiyamızda  göstərilir  ki,  Azərbaycan  dövləti  demokratik,  hüquqi, 

dünyəvi  unitar  respublikadır.  Azərbaycan  dövlətinin  rəmzləri-Dövlət  bayrağı, 

Dövlət gerbi və Dövlət himnidir”.  

Məhz  Dövlət  rəmzlərimizdən  biri  olan  Dövlət  Himnimiz  doğma  Azərbaycan 

dilində neçə də əzəmətli səslənir. Konstitusiyamızın 21-ci maddəsində deyilir: 



11 

 

Heydər Əliyevə görə, “hər bir xalqın mənliyini, mənəvi dəyərlərini yaşadan, 



inkişaf etdirən onun dilidir”. “Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, 

şibhəsiz  ki,  xalq  qarşısında  böyük  qəbahətdir”.  Rus  dilinin  incəliklərinə  qədər 

dərindən bələd olan və bu dildə savadlı, gözəl danışa, yaza bilən Heydər Əliyevin 

heç bir nitqində, danışığında Azərbaycan dilinə yad  kəlmə, əcnəbi söz eşitmədik. 

Onun hər bir nitqi əsl Azərbaycan dili dərsi idi!.  

Heydər  Əliyevin  Azərbaycan  dilinin  inkişafı  və  daha  da  təkmilləşdirilməsi 

haqqında  18  iyun  2001-ci  il  fərmanında  deyilir:  “İndi  Azərbaycan  dilinin 

özünəməxsus  inkişaf  qanunları  ilə  cilalanmış  kamil  qrammatik  quruluşu,  zəngin 

söz  fondu,  geniş  ifadə  imkanları,  mükəmməl  əlifbası,  yüksək  səviyyəli  yazı 

normaları vardır. Hazırda ölkəmizdə cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, 

Azərbaycan dili orada rahat işlədilə bilməsin.  

Bununla  yanaşı  Azərbaycan  Respublikasının  onillik  inkişaf  yolunun 

təcrübəsi  göstərir  ki,    digər  sahələrdə  olduğu  kimi  ana  dilimizin  öyrənilməsi  və 

tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta və ali məktəblərində 

Azərbaycan  dilinin  müasir  dünya  standartlarına,  milli-mədəni  inkişaf  tariximizin 

tələblərinə  cavab  verən  tədrisi  işinin  təkmilləşdirilməsinə  ehtiyac  vardır.  Bir  çox 

kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və s. sahələrdə 

Azərbaycan ədəbi dilinin normalarına lazımınca  əməl edilmir. Azərbaycan dilinin 

reklam  işində  istifadə  edilməsində  ciddi  qüsurlar  müşahidə  olunur.  Kəskin 

tənqidlərə  baxmayaraq  reklam  vasitələrinin  hazırlanmasında,  bir  çox  hallarda 

xarici  dillərə  əsassız  olaraq  üstünlük  verilir.  Şəhər  və  qəsəbələrimizin  görkəminə 

xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə 

mənfi psixoloji təsir göstərir. 

Hələ  2001-ci  ildə  ulu  öndərimiz  tərəfindən  tənqid  edilən  bu  mənfi  hallar, 

təəssüf  ki,  bu  gün  də  dilimizin  işlədilməsində  mövcuddur.  Acınacaqlı  haldır  ki, 

rəsmi  dairələrdə,  görüşlərdə,  hətta  çoxmilyonlu  auditoriyaya  malik  televiziya 

kanallarında,  radio  efirlərində,  mətbuatda  istər  orfoqrafiya,  istər  orfoepiya 

xətalarına, qrammatik normaların pozulmasına, nitq qüsurlarına tez-tez yol verilir, 

ümumi ədəbi dilimiz unudularaq, dialekt və şivə sözləri, ləhcə danışıqları ekrana, 

efirə,  mətbuata  gətirilir.  Belə  hallar  dilimizin  tətbiqində,  işlədilməsində, 

öyrədilməsində    ağır  zərbələr  vurur.  Bir  sözlə  Milli  varlığımızı  yaşadan 

Azərbaycan dilini gələcək nəsillərə pak, saf və zəngin şəkildə çatdırmaq üçün onu 

göz  bəbəyimiz  kimi  qorumalıyıq!  Dilimizin  saflığı  uğrunda  mübarizə  aparmaq, 

onu qorumaq  hər bir azərbaycanlının vətəndaşlıq vəzifəsi, övladlıq borcudur! 

  



Yüklə 236,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə