Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 236,38 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix16.11.2017
ölçüsü236,38 Kb.
#10425
1   2   3   4   5   6   7

 

çıxıb.  Dil  siyasətinin  əsaslarını  yaradan  isə  məhz  Heydər  Əliyev  idi.  Istər  siyasi, 



ictimai, istərsə də mədəni aspektdə dilin mövqeyinin möhkəmləndirilməsi üçün bir 

sıra islahatlar həyata keçirilib. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir 

azərbaycanlı  öz  ana  dilini,  milli  adət-ənənələrinin  unutmamalıdır.  Dil  həm  də  bir 

döyüşçü  kimi  xalqımızın  mənəvi  keşişçisidir.  Bu  səbəbdən  də  onu  elə  sözlə 

yükləməliyik  ki,  döyüşlərdən  qələbə  ilə  qayıtsın.  Heydər  Əliyevin  fikridir:  “Nə 

yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük 

potensialı  imkan  verib  ki,  o,  artıq  dünya  dilləri  içərisində  öz  layiqli  yerini 

tutmuşdur”.  Bu  deyim  dilimizin  inkişafına  yönələn  qərarların  qəbulu  və  həyata 

keçirilməsi  hər  birimizdən  asılıdır.  Bu,  həm  də  bizim  vətəndaşlıq  borcumuzdur.  

Təqdirəlayiq  haldır  ki,  ümummilli  liderin  ideyalarını  layiqincə  yerinə  yetirən 

Azərbaycan  Prezidenti  İlham  Əliyev  doğma  dilimizə,  milli  adət-ənənələrimizə, 

qədim  mədəniyyətimizə böyük həsaslıqla yanaşır. Inam və qətiyyətlə deyə bilərik 

ki,  bu  gün  dilimizin  inkişafının  əsas  qarantı  da  məhz  ölkə  Prezidentinin  özüdür. 

Azərbaycan  ədəbiyyatını,  azərbaycanlı  düşüncəsini  əks  etdirən  sanballı  əsərlərin 

latın  qrafikasında  yenidən  nəşr  edilməsi  məhz  İlham  Əliyevin  təşəbbüsü  ilə  baş 

tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın 

qrafikası  ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında”kı  sərəncamı  həm  də 

əlifba  ilə  bağlı  problemləri  tamamilə  həll  etdi.  Bunun  da  nəticəsində  kütləvi 

nəşrlərin  latın  qrafikasına  keçirilməsi  baş  tutdu.  Dövlət  başçısının  sonrakı  

sərəncamlarında  isə  150  cildlik  “Dünya  ədəbiyyatı  kitabxanası”,  100  cildlik 

“Dünya  ədəbiyyatı  kitabxanası”  seriyasından  olan  yeni  nəşrlər  kitabxana 

şəbəkəsinin  latın  qrafikalı  ədəbiyyat  fondunu  zənginləşdirdi.  O,  cümlədən, 

Prezident  İlham  Əliyevin  həyata  keçirdiyi  mühüm  və  uğurlu  tədbirlərdən  biri  də 

2004-cü  il  13  yanvar  tarixində  imzaladığı  “Azərbaycan  milli  ensklopediyasının 

nəşri haqqında”kı sərəncəm oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların 

çapı  mənəvi  xəzinəmizin  zənginləşməsində  mühüm  rol  oynadı.  Prezident  İlham 

Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca 

amillərindən  olduğunu  dəfələrlə  diqqətə  çəkərək  demişdir:  “Bizi  millət  kimi 

qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tarıximiz, ənənələrimizdir”.  

Dəfələrlə  müşahidə  edilib  ki,  ölkə  Prezidenti    İlham  Əliyev    müxtəlif 

çıxışlarında, insanlarla olan söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə 

dövlət  atributlarına,  xüsusilə  də  Azərbaycan  dilinə,  əlifbasına,  mədəniyyətinə, 

incəsənətinə, 

milli 


adət-ənənələrinə 

xüsusi  ehtiramla  yanaşaraq  onun 

fəzilətlərindən  söz  açır.  Bu  nümunədən,  örnəkdən  isə  hamımız  pay  götürməliyik. 

Humanitar  elmlərlə bağlı  apardığı söhbətlərin  birində  milli-mənəvi dəyərlərimizə, 

ana  dilimizə  toxunaraq  bir  sıra  təqdirəlayiq  mədəni  hadisələrdən  söz  açan 

Prezidentin söylədiyi fikirlər bu gün də hər birimiz üçün önəmlidir. “Ana dilimizə 




 

hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana 



dilimiz  bizim  toxunulmaz  sərvətimizdir.  Azərbaycan  xalqının  formalaşmasında, 

müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz- Azərbaycan dili müstəsna rol 

oynamışdır.  Biz  elə  etməliyik  ki,  dilimizin  saflığını  daim  qoruyaq.  Bu  məsələyə 

çox ciddi diqqət göstərilməlidir.” 

Əqidəsindən,  vəzifəsindən,  cəmiyyətdə  tutduğu  mövqeyindən  asılı 

olmayaraq  ana  dilinin  gözəlliyini  qorumaq,  onun  təmizliyinə  xələl  gətirən  yad 

təsirlərin qarşısını almaq hamımızın borcudur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

  

 



 

 


 

 



 

 

 

B Ö L M Ə II 

VƏTƏNDAŞLIQ VƏZİFƏMİZ, ÖVLADLIQ BORCUMUZ. 

 

Dil  insan  həyatının  ən  gərəkli,  ən  zəngin  neməti,  tükənməz  mənəviyyat 

xəzinəsidir.  Dil  idrakın,  təfəkkürün  tərcümanıdır.  Milləti  millət  edən 

vasitələrdən biri də dildir.  

Milli  mənəviyyatımızın,  milli  varlığımız  olan  dilimizi  xalqımız  həmişə 

müqəddəs bilmiş, bütün tarixi dönəmlərdə, həyatın ən ağır və çətin günlərində, sərt 

repressiya zamanında, ciddi Sovet rejiminin dəmir məngənələrində sıxıldıqda belə 

göz  bəbəyi  kimi  qoruyub  bu  günədək  saxlayıb  və  inkişaf  etdirmişdir.  Zəngin  dil 

mədəniyyətinə sahib olan xalq isə əyilməzdir, qüdrətlidir, ölməzdir! Təsadüfi deyil 

ki,  “ana,  vətən” kəlmələri ilə  yanaşı,  dilimizə  “ana  dili” deyirik.  Azərbaycan  dili 

yüzilliklər  boyunca  mürəkkəb  inkişaf  yolu  keçmişdir.  Dilimizin  bugünkü  inkişaf 

səviyyəsi, zənginliyi, kamilliyi göstərir ki, xalqımız dünyanın zəngin mədəniyyətə 

malik qədim xalqlarındandır. Çünki hər bir dil yüksək inkişaf səviyyəsinə çatmaq 

üçün tarixin uzun keşməkeşlərindən, əsrlərin qaynağından keçir.  

Qədim  və  zəngin  tarixə  malik  türk  dili  ailəsinin  Oğuz  qrupuna  daxil  olan 

Azərbaycan  dili  ümumişlək  canlı  xalq  danışıq    dili  zəminində  yaranmış,  sonra 

şifahi,  ədəbi  dil,  daha  sonra  isə  yazılı  ədəbi  dil    şəklində  formalaşmışdır.  Ölməz 

ədəbi  abidəmiz  olan  “Kitabi-Dədə  Qorqud”  eposunun  kamil  sənət  nümunəsi 

olması,  dilinin  rəvanlığı,  səlisliyi,  məna  dolğunluğu,  ifadə  tərzi,  söz  zənginliyi 

sübut  edir  ki,  hələ  “Dədə  Qorqud”a  qədər  xalqımızın  şifahi  dili  ilə  yanaşı  yazılı 

ədəbi dili də kifayət qədər inkişaf etmişdir, çünki dünyanı heyrətə gətirən  “Dədə 

Qorqud” kimi möhtəşəm sənət abidəsini yaratmaq üçün böyük təşəkkül mərhələləri 

keçmiş, çoxəsirlik zəngin təcrübə, qüdrətli söz zəmini olmalıydı. 

Azərbaycan dili bütün insani duyğu və hissləri, ən incə mətləbləri, ən dərin 

fikir  və  düşüncələri  ifadə  etməyə  qadir,  bulaq  suyu  kimi  saf,  təbiət  qədər 

əsrarəngiz, geniş imkanlara malik qüdrətli bir dildir. Onun məna çalarlarına, zəngin 

söz  ehtiyatına,  böyük  və  güclü  təsirə,  ifadə  imkanlarına  malik  olması  hələ  XVI 

əsrdə onun dövlət dili səviyyəsinə yüksəlməsinə səbəb olmuşdur. Beləki, Səfəvilər 

hakimiyyəti  dövründə  Azərbaycan  dili  dövlət  dili  kimi  işlənmiş,  Sara  Xatun,  Şah 

İsmayıl Xətai diplomatik danışıqları, rəsmi, hərbi beynəlxalq yazışmaları məhz bu 

dildə aparmışlar.  

Azərbaycan  dili  XVIII-XIX  əsrlərdə  Asiyanın  hər  tərəfində  müxtəlif  dilli 

xalqların işlətdiyi ümumi ünsiyyət vasitəsi, beynəlxalq dil olmuşdur.  




Yüklə 236,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə