Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 236,38 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix16.11.2017
ölçüsü236,38 Kb.
#10425
1   2   3   4   5   6   7

12 

 

  



 

 

 

    BÖLMƏ III: 

 

 

 

 

Dilimiz- varlığımız 

 

 

 

Yubiley tədbirlərinin keçirilməsi: 

Azərbaycan dili statuslu, minillik yaddaş tariximizin bütün incəliklərini 

ifadə  etmək  iqtidarında  olan,  həyatın  bütün  sahələrinin  modullarını  özündə 

əks  etdirən,  bütün  təqiblərə,  təzyiqlərə  müqavimətli,  dünya  dilləri  sırasında 

bərabər  hüquqlu  mövqeli,  zəngin  yazılı  və  şifahi  ədəbiyyatı  olan  dildir.  Dil 

millətin  hər  bir  nümayəndəsinə  xidmət  edən  və  ən  azı  bu  xidmətə  görə  hər 

birimizin borclu olduğumuz sahədir. Və sözün geniş mənasında milli mənlik 

şüurunun  fövqündə  dayanan  sahədir.  Hər  birimiz  dilin  bizə  olan  xidməti 

qarşısında onu qorumalı və yaşatmalıyıq. Dil bütün imkanlarını ifadə etməklə 

potensial  çəkisini  nümayiş  etdirən  sahədir.  O,  xidməti  borcunu  heç  kəsdən 

əsirgəmir.  Ancaq  ondan  istifadə  edənlər  fərqlənir:  intelektual  səviyyəsinə, 

qabiliyyətinə, yaşına, dilə olan məhəbbətinə və sairəyə görə.  

Bəli,  1  avqust  Azərbaycan  Əlifbası  və  Azərbaycan  dili  günüdür.  Hər  il 

olduğu  kimi,  bu  il  avqustun  1-də  bu  milli  varlığımız,  milli  dilimiz  olan  Ana 

dilimizi  təbliğ  etmək  üçün  respublikamızın  hər  bir  təhsil  ocaqlarında,  idarə  və 

təşkilatlarında,  ali  təhsil  ocaqlarında,  məktəb  və  məktəbəqədər  təhsil  ocaqlarında, 

lisey  və  gimnaziyalarda,    kitabxana  və  muzeylərdə  və  s.  yerlərdə  geniş  miqyaslı 

tədbirlər  palnı  hazırlanır.  Belə  tədbirlərin  hazırlanmasında  məqsəd,  Ana  dilimizin 

zənginliyini,  ahəngdarlığını  təbliğ  etmək,  Azərbaycan  əlifbasını  dünyaya 

tanıtmaqdan ibarətdir.  

Beləki, 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günü münasibətilə 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında geniş və maraqlı tədbirlər planı 

hazırlanmışdır.  Tədbirlər  planına  müxtəlif  cür  sərgilərin  hazırlanması, 

viktorinaların,  şeir,  rəsm,  inşa  müsabiqələrinin  keçirilməsi,  ədəbi-bədii  gecələrin 

keçirilməsi salınmışdır. İlk əvvəl Kitabxanamızda 1 avqust Azərbaycan Əlifbası və 

Azərbaycan Dili günü münasibətilə təşkil olunan kitab sərgisi ilə sizləri yaxından 

tanış  etmək  istəyirəm.  Sərgi  müxtəlif  başlıqlar  altında  keçirilə  bilər.  Məsələn: 

“Dilim  dillər  tacıdır”,  “Dilimiz  varlığımız”,  “  Ana  dili-ana  südü”,  “Ana  dilimiz- 

qeyrətimiz,  milli  sərvətimiz”,  “1  avqust  Azərbaycan  Əlifbası  və  Azərbaycan  dili 

günüdür” və s.  

 

 




13 

 

Başlıq:  



“1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günüdür”.  

1.

 



Sərəncamlar.  

2.

 



Görkəmli  insanların  Azərbaycan  əlifbası  və  Azərbaycan  dili  haqqında 

söylədikləri sitatlar.  

3.

 

Azərbaycan əlifbası və Azərbaycan dili haqqında olan kitabların nümayişi. 



4.

 

Rəsm və əl işləri sərgisi. 



5.

 

Şeir parçası.  

Mənim ana dilim-keçmişim, ulum, 

Sonsuz gələcəyə uzanan yolum

Sən adlı Vətənin qurbanı olum, 

Ana Vətənimin anası dilim! 

 

 

 

 

 

İsa Cavadoğlu 

Sitatlar: 

14.


 

Ana  dilini  bilməmək,  ana  dilini  qiymətləndirməmək,  şübhəsiz  ki,  xalq 

qarşısında böyük qəbahətdir. 

Heydər Əliyev 

Ümummilli lider 

  

15.



 

 Hər  bir  xalq  öz  dili  ilə  yaranır.  Ancaq  xalqın  dilini  yaşatmaq,  inkişaf 

etdirmək  və  dünya  mədəniyyəti  səviyyəsinə  qaldırmaq  xalqın  qabaqcıl 

adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. 

Heydər Əliyev 

Ümumilli lider 

16.

 

“Dil  hər  bir  millətin milliliyinin  əsasıdır. Ona  görə  də  hər bir gənc öz  ana 



dilini,  müasir  Azərbaycan  dilini  ən  incəliklərinə  qədər  bilsin  və  bu  dildən 

istifadə  etsin.  Biz  müstəqil  Azərbaycanda  Azərbaycan  dilini  dövlət  dili 

etiyimiz  kimi,  cəmiyyətimizdə  də,  xalqımızın  içində  də  Azərbaycan  dilini 

mütləq hakim dil etməliyik”. 

 

 

 



 

 

 



 

Heydər Əliyev 

 

 

 



 

 

 



 

Ümumilli lider 

 

1.

 



Ərəb və fars kəlmə və ibarələrinin şövq və həvəsində olub, ehtiyac olmadığı 

halda  onları  ana  dilinə  qatıb-qarışdırmaq,  bizim  əqidəmizə  böyük  səhvdir. 

Vaxta ki, ana dilində şeyin özünün məxsusi adı var və yainki ana dili ilə bir 

mənalı  bəyan  etmək  və  bir  əhvalatı  necə  ki,  lazımdır  söyləmək  mümkün 

olur,  insaf  deyil  ki,  elm  göstərmək  və  “mollalıq”  izhar  etmək  iddiatına 



14 

 

düşüb,  kəlamı  qəliz  ibarələrlə  və  çətin  anlaşılan  ərəb  və  fars  sözləri  ilə 



doldurub,  əsil  mənanı  daha  da  dərinə  salmaq  və  onun  üzünə  qəliz 

ibarələrdən toxunmuş pərdə çəkmək... 

Dil nə qədər açıq, sadə olsa bir o qədər gözəl, göyçək və məqbul olar. 

 

 



 

 

 



 

Firudin bəy Köçərli 

 

 

 



 

Görkəmli ədəbiyyat maarifçisi, pedaqoq 

 

 

2.



 

Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətin sənə bu dildə bəyan 

edir.  Bir  dil  ki,  sən  hələ  beşikdə  ikən  bir  lay-lay  şəkilində  öz  ahəng  və 

lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır.  

Nəriman Nərimanov 

 

 



 

 

 



 

 

Ictimai-siyasi xadim, yazıçı 



3.

 

 Bizim yəqinimizdir ki, dili dolaşıq şəxsin fikri də dolaşıqdır. İbarəpərdazlıq 



fikrin boşluğuna və bir dərəcədə yoxluğuna dəlalət eləyir. Doğru və salamat 

fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün olur. 

“Molla Nəsrəddin” jurnalından 

4.

 



Bədii  dil  xalqın  mənəvi  sərvəti  olmaqdan  əlavə  insanların  fikrini, 

hissiyyatını, zövqünü tərbiyə edən çox güclü vasitədir. 

Mirzə İbrahimov 

 

 



 

 

 



 

 

Xalq yazıçısı, dramaturq 



5.

 

İnsanın şərəfinin bir dəlili də nitqidir. Lazımdır ki, hər kəs elə danışsın,  elə 



yazsın  ki,  onu  mümkün  mərtəbədə  avam  da  başa  düşsün...Həqiqət,  qəzetə 

camaat üçündür, camaat qəzetə üçün deyildir. 

Həsən bəy Zərdabi 

 

 



 

 

 



Azərbaycanın görkəmli nümayəndəsi, alim 

6.

 



Düşüncəsi, ağlı sağlam olan kəs, 

Luzumsuz sözləri söyləməz əbəs. 

Qızışanda dili səbr etsə bir az

Tutduğu işindən peşiman olmaz. 

 

 

 



 

 

 



 

Nizami Gəncəvi 

                                          Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair 

 



Yüklə 236,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə