Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 236,38 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix16.11.2017
ölçüsü236,38 Kb.
#10425
1   2   3   4   5   6   7

18 

 

Uşaqlar ilk növbədə öz ana dilində dil açmalı,  ən azı 7-8 yaşına qədər ana 



dilində danışmalı, öyrənməlidirlər.  Heç bir fransız, alman, ingilis övladı öz dilini 

qoyub  başqa  dildə  təhsil  almır.  Nəzərə  almalıyıq  ki,    bu  dillər  dünyanın  aparıcı 

böyük  dilləridir,  bu  dillərin  nüfuzu  digər  dillərə  təsir  edə  bilir.  Azərbaycanlılar 

tarix  boyu  ana  dilində  təhsil  almayıblar,  ərəbcə,  farsca  təhsil  alıblar.  Yaxşı  ki, 

bütün  müqavimətlərə,  kənar  təsirlərə  baxmayaraq,  dilimizi  yaşatmışıq,  qoruyub 

təkmilləşdirmişik.  

Nağıl saatının maraqlı və yaddaqalan keçməsi üçün kitabxanaçı kiçik və orta 

yaşlı  uşaqlar  üçün  cizgi  filmlərinin  nümayişini  təşkil  edə  bilər.  Bildiyimiz  kimi, 

bizim çox maraqlı və sevilən Azərbaycan nağıllarının video yazıları və diskləri var.  

 1  avqust  Azərbaycan  Əlifbası  və  Azərbaycan  Dili  Günü  münasibətilə 

kitabxanaçı Gülarə Munisin “Əlifba” kitabının nağılını uşaqlara oxuyur. 

 

Gəlin “Əlifba”kitabının nağılına biz də qulaq asaq.  



Biri var idi, biri yox idi. 

Qoca dünyada kitab çox idi, 

Danışan kitab isə yox idi. 

Kitablar arasında “Əlifba” adlı qoca bir kitab var idi. Bütün uşaqların dilini 

açan bu kitab o qədər qoca idi ki, beli bükülmüşdü, gözləri zəifləmişdi, əlləri qırış-

qırış olmuşdu. Amma bu kitabın çox qəribə, möcüzəli bir xüsusiyyəti var idi. Kim 

onu əlinə götürüb oxumaq istəsəydi, kitab cavanlaşardı. Onun əvvəlcə beli düzələr, 

qaməti  şax  olardı.  Sonra  gözünün  işığı  artar  və  əllərinin  qırışı  yox  olardı.  Belə 

vaxtlarda kitab o qədər sevinərdi ki, az qalardı vərəqləri uçsun.  

Günlərin bir günündə dəcəl bir oğlan kitabı əlinə götürüb o tərəf bu tərəfə baxıb, 

deyir: 

-Nə qəşəng şəkilləri var... 



Bunu eşidən kitab çox sevinir. Elə bilir ki, dəcəl oğlan indicə onu oxuyacaq. Oğlan 

əvvəldən axıra kimi kitabın şəkillərinə baxıb, sonra onu bir tərəfə atır. Kitab çox 

pərt olur. Nəinki kitab, hətta hərflər də pərt olur. “A” hərfi deyir: 



19 

 

 

-Əgər  bu  oğlan  məni  görsəydi,  kitabı  kənara  atmazdı.  Axı  mən  bütün  hərflərdən 

gözələm, vacibiyəm, yaraşıqlıyam. Mənimlə “Ana” sözü yazılır.  

Bunu eşidən “B” hərfi bərk hirslənir. “A” hərfinə deyir: 

 

-Bəsdir  özünü  təriflədin!  Əvvəl  mənə  bax,  sonra  danış.  Unutma  ki,  sən  çox  vaxt 



məndən  sonra  yazılırsan.  Bir  bu  sözlərə  bax.  “Balıq,  balqabaq,  balış,  badımcan, 

bahar, bal, bazar”. İstəyirsən sabaha qədər sayım? 

“A” hərfi bu sözlərdən sonra öyündüyü üçün çox peşiman oldu.  

Üçüncü səhifədə sakit dayanan “C” hərfi işi belə görəndə özünü saxlaya bilmədi. 

Üzünü “B” hərfinə tutub sözə başladı. 

 

                               



 

-Sən  özünü  nə  yaman  öyürsən?  Bir  gözlərini  aç  mənə  bax.  Mənimlə  bəzi  sözlər 

yazılanda  sən  gedib  lap  axıra  düşürsən.  Bir  bu  sözlərə  bax.  “Corab,  cib,  cənab, 

cavab”. Heç olmasa, mənim yanımda öyünmə.  

Bunu eşidən “D” hərfi dözə bilmədi. Üzünü “C” hərfinə tutdu: 

 

 



 

 

 




20 

 

-Dinc dayan, yoxsa açaram sandığı, tökərəm pambığı. Elə sən özün də “Dinc, gic, 



sərnic, kərpic, qılınc” sözlərində axıra qalırsan.  

Burada E hərfi qeyzlə qışqırdı: 

 

-Üzünüzü mənə çevirin və eşidin. And olsun yanımdakı bacım “Ə” hərfinin canına 



ki,  biz  hamınızdan  güclü  və  gərəkliyik.  “Ev”  deyəndə,  “El”  deyəndə,  “Elçi  “ 

deyəndə mən, “əl, əməl, əvvəl, əncir” deyəndə isə bacım “ə” hərfi əvvəldə gəlir. 

 

-F Fikirləş sonra danış. “Fevral, fayda, fəsəli, fayton” sözləri hansı hərflə başlayır? 



 

“G” hərfi “Fəsəli” sözünü eşidən kimi dedi: 

-Hanı fəsəli, hanı fəsəli?. Mənə də verin. Gözüm gözəldir. Görənlər belə deyir. Bir 

də  deyirlər  ki,  mən  gəlinə  oxşayıram.  Elə  gəlinləri  də  mənim  adımla  çağırırlar. 

“Gül”  deyəndə,  “Gülab”  deyəndə,  “Gülşən”  deyəndə  məni  yada  salırlar.  Adımı 

eşidən kimi diksinib oyanıram.  

Səs-küyə bütün hərflər bir yerə yiğışdı. Yekəqarın “O”hərfi qarnını irəli verib sözə 

başladı: 

-Sakit  olun!  Bacılar,  qardaşlar,  öyünmək,  qürrələnmək  bizə  yaraşmaz.  Axı  siz 

görürsünüz ki, hamımız lazımlıyıq. Xüsusən də mən.  

“Nöqtə”  bu  sözü  eşidəndə  qışqıraraq  istəyirdi  ki,  “Qoşanöqtə”  hoppanıb  “O” 

hərfinin üstündə dayandı və dedi: 

-Hə necəsən? İndi oldun “Ö” hərfi. 



21 

 

Sonra “u” hərfi dinlənmək istəyəndə “Qoşanöqtə” hoppanıb onun üstündə dayandı. 



Onu da “ü” hərfinə çevirdi.  

Aləm bir-birinə qarışmışdı. Səs-küydən qulaq tutulurdu.  

Qoca “Əlifba” kitabı bu mərəkəyə baxır, səbirlə işin axırını gözləyirdi. 

“İ” hərfi ilə “G” hərfi araya girəndə isə “Əlifba” kitabı dözmədi və dedi: 

-Siz  də  dillənirsiz?  Sonra  o,  dərindən  bir  nəfəs  aldı.  Bütün  hərflər  uçub,  öz 

səhifəsinə düşdü. Qoca “Əlifba” kitabı aramla sözə başladı: 

-Əgər siz belə öyünsəniz, sizi oxuyan uşaqlar sizdən nə öyrənər? Sizin hər birinizin 

öz yeri var. Əgər sizlərdən biri olmasa, kitabı oxuyanlar çaşbaş qalar, heş nə başa 

düşməz. Çox danışmaqdansa, çox düşünmək lazımdır. O dəcəl oğlanı kitaba cəlb 

etmək lazımdır ki, bizi yada salsın, bizi oxusun.  

Sonra qoca “Əlifba” kitabı hərflərə dedi: 

-Masanın üzərində elə düzülün ki, oğlan gələndə bu sözləri oxusun: “Ana, Vətən, 

torpaq, bu sözləri yazmaq və onların qədrini bilmək üçün bizi oxumalısan”. 

Hərflər  tez  bu  sözləri  yazıb,  oğlanın  gəlməyini  gözlədilər.  Onlar  əmin  idilər  ki, 

oğlan  “Əlifba”  kitabını  oxuyacaq.  Onlar  bunu  başa  düşdülər  ki,  öyünməklə  iş 

düzəlməz. Öyünənləri heç kəs sevmir.  

Axşamüstü dəcəl oğlan evə gələndə masa üzərindəki yazıları oxuyub, səhər etdiyi 

hərəkəti  üçün  çox  peşiman  oldu.  O,  “Əlifba”  kitabını  götürüb  sinəsinə  sıxdı.  Axı 

bu bizim ana dilimiz, doğma dilimizdi. Doğma dilini sevməyən, Vətəni də sevməz, 

torpağı da... 

Bəli, nağılımız burdaca bitdi. Əziz uşaqlar, göydən üç alma düşdü. Biri sənin, biri 

mənim, biri də nənənin.  



Nagil  saatından  sonra  uşaqlar  müəllifi  Aygün  Bala  aid  olan  “Meşədə  əlifba 

bayramı”adlı  kitab  ilə  tanış  olurlar  və  kitabdakı  hərflərə  aid  şeirləri 

səsləndirirlər.  

“Meşədə əlifba bayramı” 

 

Yığışmışdı heyvanlar, 

Quşlar sakit guşədə. 

Əlifba bayramıydı 

Bu gün səhər meşədə. 

 

 

 

 

 

    

 

 


22 

 

                                                   





   Əlifbanı öyrəndim, 

Böyüdüm addım-addım. 

 

 

 

 

“A” hərfiylə başlayır, 

 

 

 

 

Ayıdır mənim adım. 

 



Dərsi pozmadı bəbir, 

“B”-dan bayraq da qurdu. 

Yeni dostlar tapdı o, 

Bayquşla qoşa durdu. 

 

 

 

 

 

 

 



 

 

 

 

 

 

Ceyran, cüyür söylədi: 

 

 

 

 

 

 

Daha vurmayaq üzə. 

 

 

 

 

 

 

“C”-la başlar canavar, 

 

 

 

 

 

 

Niyə düşməndir bizə? 

Ç 

Kəndə getmişdi gecə, 

Yemişdi neçə beçə. 

Çaqqalın yaxasından 

Açılmışdı böyük “Ç” 

 

 

 

 

 

 

 

 



 

 

 

 

 

Əlifbanı öyrənmək  

 

 

 

 

 

Heç də olmayıb asan. 


23 

 

 



 

 

 

 

Qulağından asmışdı 

 

 

 

 

 

“D” hərfini boz dovşan 



Müəllimi daha çox 

Eşşək incitdi, yordu. 

“E” hərfini demədi, 

Eşşəktək  baxdi, durdu 

 

 

 

 

 

 

 

Ə 

 

 

 

 

 

 

Əqrəb öz zəhərini 

 

 

 

 

 

 

Bildirmədi heç kəsə 

 

 

 

 

 

 

“Ə” hərfini söylədi, 

 

 

 

 

 

 

Hazırdı bu gün dərsə 



Yazı taxtasında fil 

Gördü ki, yer çox azdı. 

O, xortumuyla yerde 

Böyük “F” hərfi yazdı   

 

 

 

 

 

 

 



 

 

 

 

 

 

 

                                                       Bayramda hamıdan çox 

                                                        Sevinirdi gəlincik: 

 

 

 

 

     “G” hərfindən qurmuşam 

 

 

 

 

 

Özümə gözəl evcik 

 

 

 


24 

 

1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günü münasibətilə təşkil olunan 



tədbirlərdən  biri  də  ədəbi-bədii  gecədir.  Ədəbi-bədii  gecəyə  kitabxanaçı  iki  ay 

qabaqcadan  hazırlaşmalıdır.  Çünki,  bu  tədbirin  özəlliyi  onun  geniş  və  maraqlı 

olamasındadır.  Ədəbi-bədii  geçə  iki  hissədən  ibarət  olur.  Birinci  hissədə  çıxış  və 

məruzələr  dinlənilir,  ikinci  hissədə  isə  Azərbaycan  Əlifbasına  və  Azərbaycan 

dilinə  aid  olan  şeir  və  mahnılar  səsləndirilir.  “Ana  dilimiz-milli  təsdiqimiz, 

qürurumuzdur” adlı tədbirin nümunəsini veririk.  



I Aparıcı: 

Mənim ana dilim. 

Laylay dedim gündə mən, 

Gölgədə sən, gündə mən. 

İldə qurban bir olar. 

Sənə qurban gündə mən. 

 

Layla dedim yatasan, 

Qızılgülə batasan. 

Qızılgül bağın olsun. 

Kölgəsində  yatasan. 

 

 

 

 

 

 

Balam layla, a layla! 

 

 

 

 

 

 

Gülüm layla, a layla! 

Beşiyimizin başında səslənib bu laylalar. Nənələrimizin, analarımızın 

dilindən  eşitmişik  bu  laylaları.  Ömrümüz  boyu  bizimlə  yol  yoldaşı 

olub, ürəyimizə, qəlbimizə hakim kəsilib, gülətirli bu laylalar. Ömrün 

müəyyən  çağından,  həyatın  müəyyən  dövründən  sonra  arxaya 

baxdıqda, keçmişi, lap uşaqlıq illərini xatırlayanda yadımıza birinci bu 

laylalar düşür. Onun həzin xatirələrində, bulaq suyu kimi təmizliyində 

və  zirvə  ucalığında  böyüyür  və  biz  ana  laylalarına  məhəbbət  hissi 

bəsləyirik. Ona görə də onun hər misrasinda, hər sözündə, ana istəyi, 

ana ürəyinin böyüklüyü hiss olunur və duyulur. Bir də ona görə ki, ana 

dilimizin ən təmiz özəyindən keçir bu laylalar.  



25 

 

Oxucular  səhnəyə  daxil  olur:  Rafiq  Yusifoğlunun  “Saitlər”  adlı  şeirini 



səhnələşdirib tədbir iştirakçılarına təqdim edirlər.    

 

“A”nı lağa qoyaraq 

“İ”dedi: 

-Mən inciyəm. 

Mirvariyəm, inciyəm. 

“E”də, “Ə”də incədi. 

“Ö”də, “Ü” də incədi... 

“İ”nin kobud sözündən 

Qalın səslər incidi. 

Elə bil “Əlifba”nın  

Üstünə zülmət çökdü, 

Qoymadı dil-boğaza, 

“İ” üyütdü, “İ” tökdü. 

Dedi ki, sən qalınsan, 

“O” da, “U” da qalındı. 

“I” sizdən də betərdi... 

“A”küsdü, 

“A” alındı. 

Söylədi: 

-“Əlifba”nın 

İlkin səsi mənəm, mən.   

Əgər hər hansı bir ziyalı öz doğma ana dilində danışmırsa və bu dili 

bəyənmirsə,  bu  dilə  xor  baxırsa,  o,  ziyalı  həmin  xalqın  içindən 

çıxmasına baxmayaraq, onu həmin xalqın ziyalısı adlandırmaq olmaz. 

Ana dilində ona çalınan laylalar, doğma anasından əmdiyi süd elə bir 

ziyalıya haram sayılmalıdır... Bəli bu sözlər hörmətli ziyalımız Nazim 

Hikmətə aiddir.  

 Ana  dili!  Ana  qədər  əziz,  Vətən  qədər  qüdrətli  ana  dilimiz.  Bizim 

incə,  həzin  laylalarımız,  kövrək  bayatılarımız,  insanı  məğrurluğa, 

mərdliyə  səsləyən  qəhrəmanlıq  dastanlarımız  məhz  bu  dildə  yazılıb. 

Ona  görə  də  doğma  ana  dilimizi  daha  çox  sevməli,  daha  dərindən 

öyrənməliyik.  

“Babamın,  nənəmin  şirin-şirin  nağıllarında  ürəyimə,  girib  ana  dilim. 

Elə  o  zamandan,  Füzulinin,  ölməz  qəzəllərindən,  Vaqifin  büllur 

qoşmalarından sənin böyüklüyünü, əhəmiyyətini hiss etmişəm.  



26 

 

Hər  xalqın  öz  dili  özünə  şirindir. Sən  də mənə  baldan  şirin, zirvədən 



ucasan,  azərbaycan  dilim!  Sənin  keşiyində  durmaq,  səni  qorumaq, 

sevib-əzizləmək və sənin böyüklüyünlə, əzəmətinlə fəxr etmək hər bir 

azərbaycanlının müqəddəs vəsifəsidir”.   

Oxucular səhnəyə daxil olur. Şairə Zeynal Vəfanın “Dilim dillər tacıdır” adlı 

şeirini soyləyirlər.  

I Oxucu:  

Yeddi aydı ömrüm-dilim-dilimdi, 

Aeroportda qəfil bir səs eşitdim, 

Aman Allah, bu ki, mənim dilimdi. 

Sevən qəlbim səsə doğru süründü

Oksigenə möhtac olan  bir şəhər, 

Bakirə bir dağ mehinə büründü.  

Elə bil ki, milyon ildi tanışdıq. 

İnsan dönüb daş olarmış, daşa bax, 

Sevinc dolu gözdən axan yaşa bax,  

Gah qıvrılan, gah açılan, qaşa bax, 

Aman Allah, hicran necə ağırmış. 

Dilim əsdi, dodaqlarım büzüldü, 

Bu boğucu bürkülüyün içindən

Mənə doğru bir Gilavər süzüldü. 

Çoxdan yatmış bir saatdım, quruldum, 

Lehmə dolu gölməçəydim, duruldum. 

Hicranımı vüsal yoldu bir anda, 

Adəm yurdu qoca Səna çevrilib, 

Bakı oldu, Təbriz oldu bir anda. 

Oraq olub ayrılığı biçirdim,  

Bu alovlu təşnəliyin içində

Hər kəlməni sərin su tək içirdim. 

Füzulinin qarşısında baş əydim, 

Onun qəlbi qeyrət üçün aratdı. 

Yad millətin arasında doğuldu, 

Doğma dildə “Leyli-Məcnun” yaratdı. 

Doğma eldə doğma dildən aralı  

Gəzənlər var, ən sağalmaz yaramdı. 

Övladıyla özgə dildə danışan, 

Anaya da ana demək haramdı. 



27 

 

Sərhədlərin o tayından gözəlim, 



Göz ağardıb ürəyimi közləmə. 

Özgə dildə “Vətən, Vətən” deyəndən, 

Ömrü boyu vətəndaşlıq gözləmə. 

 

II Oxucu:   

Yad torpaqda mən biçarə, çəlimsiz, 

Nə gəzirəm Muğanımsız, Milimsiz. 

İki yad dil arasında dilimiz, 

Yetim qəlbim partlamasa yaxşıdır. 

Bürünmüşəm öz oduma, tüstümə, 

Özgə dilin duasını neynirəm, 

Öz dilimdə qarqış səpin üstümə. 

Eynəyimi bir tərəfə tulladım, 

Bir günəşlik işıq gəldi gözümə. 

Qurban verrəm bir əsrlik ömrümü, 

Dilimdəki ən adi bir sözümə. 

Niyə dilim daşlaşmayıb bu dilsiz

Nifrət etdim özümdəki dözümə. 

O müqəddəs dildən opmək istədim, 

Eh, heyf ki, təyyarəsi uçurdu. 

Varlığını bildirərsən nəylə sən. 

De, varsansa bu dünyada ay Allah, 

Təyyarəni bir azca da əylə sən. 

Eybi yoxdur, qoy yubansın tanışım, 

Öz dilimdə mən bir az da danışım.  

 

1  avqust  Azərbaycan  əlifbası  və  Azərbaycan  Dili  Günü  münasibətilə  bağlı 

hazırladığım bu vəsaiti xalq şairi Əzizə Cəfərzadənin sözləri ilə tamamlamaq 

istərdim:  “Analar! Adətlərimizi,  ənənələrimizi, dilimizi  qoruyun!  Uşaqlar ilk 

təhsilini  mütləq öz ana  dilində  almalıdır. Müqəddəs sözlərin hamısını  birinci 

dəfə insan ana dilində yazmalıdır” ana dili göz bəbəyimizdir, onun keşiyində 

dayanmaq hər birimizin vətəndaşlıq borcudur”. 

 

 

 

 

 


28 

 

Ə D Ə B İ Y Y A T     S İ Y A H I S I: 



 

 

              www. Google. Az. Wikipediya. 

 

1.



 

Heydər Əliyevin dil siyasəti : Rəsmi sənədlər. Bakı. : Şirvannəşr, 2009. - 

133 s. 

2.

 

Xudiyev. N. M.Heydər Əliyev və Azərbaycan dili.  Bakı. : Təhsil, 1997. - 

288 s. 

3.

 

Əlifba : 4-6 yaş uşaqlar üçün. - Bakı : Qanun ; Bakı : "Əli və Nino" 

nəşriyyatı, 2013. - 56 s. 

4.

 

Əlifba (kart-kitab). - Bakı : Qanun ; Bakı : "Əli və Nino" nəşriyyatı, 

2013. 

5.

 

Hərflər Əlifba. - Bakı : Qanun ; Bakı : "Əli və Nino" nəşriyyatı, 2013. - 

30 s. 

6.

 

Mənim ilk kitabım. Kiçik yaşlı uşaqlar üçün. - Bakı : Turan Nəşrlər Evi

2012. - 30 s. 

7.

 

Mənim ilk sözlərim. Bakı.: 2006.- 44 s.  



8.

 

Riyazi əlifba. Bakı.: 1996. - 25 s.  



9.

 

Amanova. S. B. Əlifba [Elektron resurs] : Nağıl. Bakı. : İnnovativ Tədris 

Mənbələri (İTM) QSC, 2013.     

10.

 

 Amanova. S. B. Əlifba : Yazmağı və oxumağı öyrənirəm. Bakı : 

OSKAR, 2012. - 36 s. 



11.

 

Bal. A. Meşədə Əlifba bayramı : Şeirlər. Bakı. : Qələm MMC, 2007.- 

110 s.  

12.

 

Bəhmənli. V. Əlifba : Poeziya. Bakı : Beşik, 2009. - 34 s. 



13.

 

Eyyubov. P. Bağçadan məktəbə / P. Eyyubov. - Bakı : Qələm , 2014. - 80 

s. 

14.

 

İsabəyli. Q. Əlifba-krossvord : Poeziya. Bakı : Şirvannəşr,1999.–16 s. 



15.

 

Nuruqızı. S. Bapbalaca əlifba : Nağıllı, şeirli, tapmacalı, yanıltmaclı və 

şəkilli əlifba. Bakı. : Aspoliqraf, 2010. - 196 s. 

16.

 

Rəcəbov O. Nəğməli əlifba. Bakı.:Şirvannəşr, 2005.- 30 s. 



17.

 

Sadıq. F. Şeirli əlifba : Poeziya. Bakı. : 2007. - 33 s. 



18.

 

Yusifoğlu. R. Ana dilim. Bakı.: 2007.- 26 s.  



 

 

 



Yüklə 236,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə