Naxçıvan Muxtar Respublikası – 90
364 min manat olmuşdur ki, bu da 2003-cü ildəki müvafiq
göstəricidən 12,7 dəfə çoxdur.
Ötən dövr ərzində muxtar respublikada kütləvi informasiya
vasitələrinin inkişafı da diqqət mərkəzində saxlanmış, “Şərq
qapısı” qəzeti redaksiyası və Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyi
üçün müasir avadanlıqlarla təchiz edilmiş yeni redaksiya-
nəşriyyat kompleksi istifadəyə verilmişdir.
“Kanal-35” televiziyası və “Naxçıvanın səsi” radiosu,
Naxçıvan Dövlət Universitetində Universitet televiziyası,
“Nuhçıxan” radiosu fəaliyyətə başlamış, Naxçıvan Muxtar
Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin
maddi-texniki bazası gücləndirilmiş və efir vaxtı artırılmışdır.
Bununla yanaşı, hazırlanan verilişlərin keyfiyyətini artırmaq
məqsədilə dövlət teleradiosunda, eləcə də “Kanal-35” televiziya-
sında və “Naxçıvanın səsi” radiosunda bədii şuralar fəaliyyətə
başlamışdır. Ötən dövr ərzində şəhər və rayon qəzetlərinin də
maddi-texniki bazaları yaxşılaşdırılmışdır.
Muxtar respublikada turizmin əhəmiyyətini artırmaq,
turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli
mətbəxi, mədəni və tarixi irsi tanıtmaq, müasir turizm kompleks-
ləri yaratmaq və turizmi iqtisadiyyatın gəlirli sahələrindən birinə
çevirmək istiqamətində aparılan məqsədyönlü tədbirlər öz
müsbət nəticələrini göstərmişdir. 2013-cü ildə muxtar respub-
likamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən,
ümumilikdə, 370 min 638 nəfər turist gəlmişdir ki, bu da 2003-cü
ildəki müvafiq göstəricini 5,4 dəfə üstələmişdir.
İnstitusional islahatların mühüm istiqamətlərindən biri
idarəetmənin çevikliyini və səmərəliliyini təmin etmək məqsədilə
Naxçıvan Muxtar Respublikası – 90
yeni dövlət hakimiyyəti və xidmət orqanlarının təsis edilmə-
sindən ibarətdir.
Ötən dövr ərzində muxtar respublika rəhbərliyi tərəfindən
bu istiqamətdə mühüm tədbirlər reallaşdırılmış, xeyli miqdarda
yeni idarəetmə strukturları təsis olunmuş, səlahiyyətləri təkrar-
lanan və paralel funksiyalara malik orqanlar birləşdirilmiş, isla-
hatlar xeyli intensivləşdirilmişdir. Bütün bunlar isə, öz növbə-
sində muxtar respublikada dayanıqlı və professional kadr
potensialının formalaşdırılmasına zəmin yaratmışdır.
Azərbaycan Respublikasının 2004-cü il 19 mart tarixli
Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək və Şərur
rayonlarının inzibati ərazilərində qismən dəyişikliklər edilərək
Kəngərli rayonu yaradılmışdır. Rayonun ərazisi 704,89 kvadrat-
kilometr, əhalisi 1 may 2014-cü il tarixə 30,7 min nəfərdir.
Kəngərli rayonunun mərkəzi Qıvraq qəsəbəsi olmaqla, 10 kəndi
əhatə edir.
Ötən dövr ərzində Əliabad və Qıvraq kəndlərinə qəsəbə,
Şahbuz qəsəbəsinə şəhər statusu verilmiş, 96 inzibati ərazi dai-
rəsi, 4 sahə inzibati ərazi dairəsi, 300-dən artıq dövlət hakimiy-
yəti və yerli özünüidarəetmə orqanı, dövlət mülkiyyətində olan
digər idarə, müəssisə və təşkilatlar yaradılmışdır ki, bu da idarə-
etmənin əhatəli və səmərəli təşkili üçün şərait yaratmaqdadır.
Əhali. Naxçıvan Muxtar Respublikasında ailə-nikah,
doğum, ölüm, təbii artım, insanların sağlamlığının mühafizəsi
və möhkəmləndirilməsi, əhalinin məşğulluq və həyat səviy-
yəsinin yaxşılaşdırılması, ömrünün uzadılması, miqrasiya və sair
bu kimi prosesləri özündə birləşdirən demoqrafiya siyasətində
əsas məqsəd demoqrafik hadisələrə təsir göstərən ən mühüm
Naxçıvan Muxtar Respublikası – 90
amilləri nəzərə alaraq, cəmiyyətin və onun hər bir üzvünün
mənafeyinə uyğun olan, normal əhali artımını təmin edən şəraitin
yaradılmasına nail olmaqdan ibarətdir.
2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasına əsasən
muxtar respublika əhalisinin 99,6 faizini azərbaycanlılar təşkil
etmişdir. Burada həmçinin ruslar, kürdlər və digər xalqların
nümayəndələri də yaşayır. Naxçıvan Muxtar Respublikası
171 inzibati ərazi, 4 sahə inzibati ərazi dairəsindən təşkil
olunmuşdur Muxtar respublikada 5 şəhər, 8 qəsəbə və 206 kənd
mövcuddur. (1 yanvar 2014-cü il tarixə).
Naxçıvan Muxtar Respublikasının yarandığı 1924-cü ildən
keçən dövr ərzində Azərbaycan Respublikasında olduğu kimi,
burada da əhalinin doğum, ölüm və təbii artım göstəricilərində,
həmçinin miqrasiyası prosesində müəyyən müsbət dəyişikliklər
yaranmış, bu dəyişikliklər əhalinin artımına zəmin yaratmışdır.
1926-cı ildə keçirilmiş əhalinin siyahıyaalınmasına görə muxtar
respublikada əhalinin sayı 104,9 min nəfər olmuşdur ki, bunun da
14,7 min nəfərini və ya 14 faizini şəhər əhalisi, 90,2 min nəfərini
və ya 86 faizini kənd əhalisi təşkil etmişdir. 1 may 2014-cü il
tarixə əhalinin sayı 4,2 dəfə artaraq 436,6 min nəfər olmuşdur ki,
onların da 127,5 min nəfəri şəhər əhalisi və 309,1 min nəfəri isə
kənd əhalisi olmaqla, kişilərin sayı 217,2 min nəfər, qadınların
sayı isə 219,4 min nəfər təşkil etmişdir. Hazırda əhalinin sıxlığı
(1 kvadratkilometrə düşən əhalinin sayı) 79 nəfər təşkil edir.
Həyata keçirilən iqtisadi islahatların səmərəliliyi, əhalinin
yaşayış səviyyəsinin və güzəranının daha da yaxşılaşması, öz
növbəsində, demoqrafik vəziyyətin qənaətbəxş mənzərəsini tə-
min etmişdir. Muxtar respublikanın Sovetlər Birliyi dönəmindəki
Dostları ilə paylaş: |