Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə29/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
poçt şöbələri yaradılmış və digər tədbirlər həyata  keçirilmiş-
dir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın 
informasiya blokadasından çıxmasına səbəb olmuşdur”. 
Naxçıvan  Muxtar  Respublikasında  informasiya  cəmiy-
yətinə  keçid  və  elektron  hökumətin  formalaşdırılması  sahəsində 
də  ardıcıl  tədbirlər  görülür.  Bu  gün  informasiya  sistemlərinin 
inkişafına,  informasiya  təhlükəsizliyinin  təmin  edilməsinə, 
elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin 
tətbiqinə, elektron poçt-maliyyə xidmətlərinin, rəqəmsal yayımın 
təşkilinə,  ayrı-ayrı  sahələr  üzrə  informasiya-kommunikasiya 
texnologiyalarının  tətbiqinin  genişləndirilməsinə,  internetdən 
istifadə  səviyyəsinin  artırılmasına  xüsusi  diqqət  yetirilir.  Naxçı-
van  Muxtar  Respublikasında  “Dövlət  orqanlarının  elektron 
xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Res-
publikası  Ali  Məclisi  Sədrinin  2011-ci  il  15  iyul  tarixli  Fər-
manına  əsasən,  dövlət  orqanlarının  göstərəcəyi  elektron  xidmət-
lərin  reqlamentləri  təsdiq  edilmiş,  reyestr  kodları  verilmiş  və  in-
ternet  saytlarında  yerləşdirilmişdir.  Dövlət  orqanlarının  elektron 
xidmətlərindən  “bir  pəncərə”  prinsipi  əsasında  istifadənin  təşkili 
məqsədilə  “Elektron  hökumət”  portalı  yaradılmış,  34  dövlət 
orqanının  xidmətləri  portala  inteqrasiya  edilmişdir.  “Elektron 
hökumət” portalı üzərindən real vaxt rejimində elektrik, təbii qaz 
və  rabitə  xidmətləri  genişzolaqlı  internet  xidmət  haqlarının  ödə-
nilməsi  təşkil  edilmiş,  istifadəçilərin  portalda  online  qeydiy-
yatdan  keçməsi  üçün  İAMAS  sisteminə  qoşulma  və  portalın 
təhlükəsizliyi ilə əlaqədar tədbirlər görülmüşdür.  
Muxtar  respublikada  keyfiyyətli  televiziya  yayımının 
təşkili  istiqamətində 2012-ci  ilin  mart ayından etibarən rəqəmsal 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
televiziyanın  yayımına  başlanılmışdır.  Hazırda  muxtar  respubli-
kanın  yaşayış  ərazilərinin  94  faizində  rəqəmsal  yayım  təşkil 
edilmiş və bu sahə üzrə müvafiq işlər davam etdirilir. 
Bundan əlavə, Naxçıvan ərazisində geniş imkanları olan İP 
televiziya  fəaliyyətə  başlamışdır  ki,  bu  da  muxtar  respublika 
sakinlərinə  yeni  nəsil telekommunikasiya sistemi  üzərindən tele-
viziya  kanallarını  izləmək  və  digər  xidmətlərindən  yararlanmaq 
imkanı yaratmışdır. 
“Azərkosmos”  Açıq  Səhmdar  Cəmiyyətinin  peyklərin 
idarə olunması üçün ehtiyat idarəetmə mərkəzinin Naxçıvan əra-
zisində  yaradılması  muxtar  respublika  üçün  mühüm  əhəmiyyətə 
malikdir.  “Azərspace-1”  peykinin  orbitə  buraxılması  ilə  muxtar 
respublikanın  ərazisində  də  keyfiyyətli  televiziya  və  radio  ya-
yımı,  o  cümlədən  sürətli  internet  xidmətlərin  göstərilməsi  təmin 
olunacaq,  giriş-çıxış  telekommunikasiya  kanallarının  üçüncü 
alternativi  yaranacaq,  məsafədən  təhsil  və  elektron  səhiyyə  kimi 
proqramlar üçün platforma yaradılacaqdır.  
Muxtar  respublikada  poçt  işinin  müasir  tələblər  səviy-
yəsində  qurulması  və  bu  sahədə  idarəetmənin  təkmilləşdirilməsi 
məqsədilə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin 
2013-cü  il 30  iyul tarixli Sərəncamı  ilə “Naxçıvanpoçt” Məhdud 
Məsuliyyətli  Cəmiyyəti  yaradılmış,  onun  rayon  filiallarının 
təşkili üçün müvafiq işlərin icrası başa çatdırılmışdır.  
 Poçt  xidmətinin  həcminin  artırılması  ilə  əlaqədar  olaraq, 
beynəlxalq  poçtdaşıma  işlərinin  yaxşılaşdırılması  da  diqqət  mər-
kəzində saxlanılır. Muxtar respublika ərazisində beynəlxalq poçt-
daşımaları  həyata  keçirmək  üçün  “Express  Mail  Servis”,  DHL 
beynəlxalq  ekspress  poçt  xidmətləri  fəaliyyət  göstərir  ki,  bu  da 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
məktubların,  sənədlərin  və  malların  ən  qısa  zamanda  göstərilən 
ünvana  etibarlı  çatdırılmasına  və  elektron  ticarətin  inkişafına 
müsbət təsir göstərir.  
 İnformasiya-kommunikasiya  texnologiyalarının  sürətli  in-
kişafı  ümumilikdə, bu sahə  üzrə  göstərilən xidmətlərin  həcminin 
dinamik  artımına  da  zəmin  yaratmışdır.  Belə  ki,  2013-cü  ildə 
informasiya  və  rabitə  xidmətlərinin  həcmi  45  milyon  52  min 
manat  olmuşdur  ki,  bu  da  2003-cü  ildəki  müvafiq  göstəricidən 
10,3 dəfə çoxdur. 
Nəqliyyat sisteminin ahəngdar işinin  bərpası  məqsədilə bu 
dövr  ərzində  hava  nəqliyyatının  işinin  gücləndirilməsi,  qonşu 
xarici ölkələrin ərazisindən tranzit istifadə imkanlarının genişlən-
dirilməsi, avtomobil yolları şəbəkəsinin və dəmir yolu infrastruk-
turunun  müasirləşdirilməsi  istiqamətində  irimiqyaslı  layihələrin 
icrası  həyata  keçirilmişdir.  Ötən  dövr  ərzində  blokada  vəziyyəti 
ilə  bağlı  çətinlikləri  aradan  qaldırmaq  və  nəqliyyat  infrastruk-
turunu  müasirləşdirmək sahəsində əsaslı tədbirlərə  uyğun olaraq, 
Naxçıvan  Beynəlxalq  Hava  Limanının,  Sədərək,  Culfa  və 
Şahtaxtı  sərhəd-keçid  komplekslərinin,  Culfa  və  Şahtaxtı  Sərhəd 
Keçid  məntəqələrində  yeni  körpülərin  istifadəyə  verilməsi, 
“Bakı-Naxçıvan-Bakı”,  “Naxçıvan-Təbriz-Naxçıvan”  müntəzəm 
avtobus və yeni hava nəqliyyatı marşrutlarının açılması nəqliyyat 
əlaqələrinin genişlənməsində mühüm mərhələ olmuşdur.  
Muxtar  respublikada  yol-nəqliyyat  kompleksinin  yeniləş-
məsi  və  beynəlxalq  standartlara  uyğunlaşdırılması  istiqamətində 
də  kompleks  tədbirlər  həyata  keçirilir.  Bu  sahədə  tədbirlərin 
intensivləşdirilməsi  məqsədilə  Azərbaycan  Respublikasının  Pre-
zidenti cənab İlham Əliyev tərəfindən Naxçıvan Muxtar Respub-


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə