Naxçıvan Muxtar Respublikası – 90
olunmuşdur. Bu məhsulların 115 növü ərzaq, 231 növü qeyri-
ərzaq məhsullarıdır. 106 növdə ərzaq, 226 növdə qeyri-ərzaq
məhsulları olmaqla, ümumilikdə, 332 növdə məhsula olan
tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Özəl sektorun inkişafı üçün yaradılmış münbit şəraitin
nəticəsi olaraq 2013-cü ildə muxtar respublikada Ümumi Daxili
Məhsul istehsalında özəl bölmənin payı 87,2 faiz təşkil etmişdir.
Hazırkı yüksək iqtisadi aktivliyə paralel olaraq bank
sektoru da inkişaf etməkdədir. Pul əməliyyatlarının nağdsız
hesablaşmalar vasitəsilə aparılması üçün 2013-cü ildə 152 POS-
terminal quraşdırılmış və bu göstərici 1 may 2014-cü il tarixə
564-ə çatdırılmışdır. POS-terminallarından geniş istifadə vəsait-
lərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması,
saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına,
nəticədə isə iqtisadiyyatın inkişafına müsbət təsir edir.
1 yanvar 2014-cü il tarixə muxtar respublikanın bank-
larında açılmış bank hesablarının sayı 24716-ya çatmışdır ki,
bunun da 21426-sı və ya 86,7 faizi aktiv hesablardır. 2013-cü il
ərzində açılmış 8449 bank hesabının 8395-i və ya 99,4 faizi aktiv
hesab olmuşdur.
İctimai münasibətlərin dərinləşdiyi hazırkı dövrümüzdə
muxtar respublikada şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki
məsuliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan
əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə
və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sisteminin
effektiv tənzimlənməsi təmin olunmuşdur. 2013-cü ildə muxtar
respublikada bütün sığorta növləri üzrə daxilolmalar 5 milyon
Naxçıvan Muxtar Respublikası – 90
293 min manat olmuşdur ki, bu da 2003-cü ildəki müvafiq
göstəricidən 5 milyon 15 min manat və ya 19 dəfə çoxdur.
Məşğulluq sahəsində ötən dövr ərzində muxtar respub-
likada kompleks tədbirlər həyata keçirilmiş, yeni müəssisələr
yaradılmış, səmərəli məşğulluq üçün mühüm layihələr reallaş-
dırılmış, özünüməşğulluğun intensivləşməsi dəstəklənmiş, yük-
sək əməkhaqqı tutumlu yeni iş yerlərinin açılması təşviq olun-
muşdur ki, bu da son nəticədə əmək bazarında aktivliyi artır-
mışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
2007-ci il 30 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan
Muxtar Respublikasında Məşğulluq Strategiyasının həyata
keçirilməsi üzrə Dövlət Proqramı”nın icrası uğurla başa çatdı-
rılmış, muxtar respublikada əmək bazarının tənzimlənməsi və
əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il
18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci
illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğu-
nun artırılması üzrə Dövlət Proqramı”nın icrası uğurla davam
etdirilməkdədir.
Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsində
1 yanvar 2004-cü ildən 1 yanvar 2014-cü il tarixədək muxtar res-
publika üzrə, ümumilikdə, 58350 yeni iş yeri yaradılmışdır ki, bu
iş yerlərinin 41891-i və ya 71,8 faizi daimi iş yeridir.
Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada
əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır.
2013-cü ildə muxtar respublikada bir işçiyə hesablanmış orta
aylıq əməkhaqqının məbləği 376,6 manat təşkil etməklə 2003-cü
Naxçıvan Muxtar Respublikası – 90
ildəki müvafiq göstəricini 9,8 dəfə üstələmişdir.
Əldə olunmuş uğurlu nəticələr, ilk növbədə, əhali
gəlirlərinə öz müsbət təsirini göstərmişdir. Muxtar respublikada
əhali gəlirləri 2013-cü ildə 1 milyard 737 milyon 58 min manat
təşkil etmişdir ki, bu da 2003-cü ildəki müvafiq göstəricidən
10,2 dəfə çoxdur. Bu dövr ərzində hər bir nəfərə düşən gəlirlər
8,8 dəfə artmışdır.
İqtisadi yüksəliş dövrünü yaşayan muxtar respublikada
həyata keçirilən uğurlu sosial siyasət, bütövlükdə, cəmiyyət
üzvlərinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına yönəldil-
mişdir.
Ötən dövr ərzində muxtar respublikada sosial müdafiəyə
ehtiyacı olan əhali qrupuna yönəldilmiş xüsusi dövlət qayğısı
prioritet istiqamət kimi saxlanılmış, 2003-2013-cü illər ərzində
əlil və şəhid ailələrinə 141 mənzil və fərdi yaşayış evi, 287 nəfər
müharibə əlilinə minik avtomobilləri verilmişdir. Ünvanlı dövlət
sosial yardımının verilməsinə başlanılmış 2006-cı ildən 2013-cü
ilin sonuna olan dövr ərzində muxtar respublikada hər bir nəfərə
düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə
22 milyon 331 min manatdan çox ünvanlı dövlət sosial yardımı
ödənilmişdir.
Sosial layihələr çərçivəsində təkcə 2013-cü il ərzində
yüksək ixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 319 cərrahi
əməliyyat, o cümlədən 67 xəstədə açıq ürək, 7 xəstədə periferik
damar, 77 xəstədə angioqrafiya, 75 xəstədə göz və 64 xəstədə
müxtəlif əməliyyatlar aparılmış, 29 xəstənin ürək damarlarına
stent qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikası – 90
Əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi
məqsədilə ötən dövr ərzində Naxçıvan Əlillərin Bərpa Mərkəzi,
Naxçıvan Uşaq Bərpa Mərkəzi, Naxçıvan Regional Peşə-Tədris
Mərkəzi, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional
İnformasiya Mərkəzi, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə
Dəstək Mərkəzi, Şahbuz şəhərində Ahıllar Evi istifadəyə
verilmişdir.
Naxçıvan Əlillərin Bərpa Mərkəzində 2194 nəfər əlilin,
Naxçıvan Uşaq Bərpa Mərkəzində 1276 nəfər 18 yaşadək sağ-
lamlıq imkanları məhdud uşaqların müalicələri təşkil olunmuş-
dur. Bu dövr ərzində 645 nəfərin respublika daxilində müalicə-
sinə köməklik göstərilmiş, onurğa sütunundan əziyyət çəkən
149 nəfər Ukrayna Respublikasına müalicəyə göndərilmişdir.
Ehtiyacı olan 3356 əlil müxtəlif texniki bərpa vasitələri ilə təchiz
edilmiş, protez-ortopedik məmulatlara ehtiyacı olan 2393 nəfərə
xidmət göstərilmiş, 1621 nəfər isə müalicə olunmaları üçün
respublikanın müxtəlif sanatoriyalarına göndərişlərlə təmin
olunmuşdur. Sosial siyasətin başlıca istiqamətlərindən biri kimi
pensiya və müavinətlərin ödənilməsi işi də hazırda uğurla davam
etdirilir.
Muxtar respublikada iqtisadi potensialın hərəkətə gətiril-
məsi və xarici ticarət əlaqələrinin genişləndirilməsi, sahibkarlığın
inkişafı yolu ilə vergi ödəyicilərinin say tərkibinin davamlı
artımı, müasirtipli müəssisələr şəbəkəsinin formalaşdırılması
büdcə-maliyyə balansının tarazlığını və daxilolmaların ciddi
artımını təmin etməyə imkan yaratmışdır. 2013-cü ildə Naxçıvan
Muxtar Respublikasının icmal büdcəsinin həcmi 709 milyon
Dostları ilə paylaş: |