Naxçıvan Muxtar Respublikası – 90
ittifaqın müxtəlif şəhərlərində yaradıcılıq ezamiyyətində
olmuşlar.
Muxtariyyətin ilk illərində yaradılan “Qızıl qələmlər”
cəmiyyətində birləşən gənc yazıçı və şairlər Əyyub Abbasov,
Məmmədhüseyn Təhmasib, Müzəffər Nəsirli, Hüseyn Əzim,
Məmmədəli Tarverdiyev, Əvəz Sadıq, Nağı Nağıyev, Məmməd
Əkbər və başqalarının ilk qələm təcrübələri bu dövrdə “Şərq
qapısı” qəzetində müntəzəm çap edilirdi. Xalq yazıçıları Mirzə
İbrahimov, Əli Vəliyev, Süleyman Rəhimov və başqalarının bu
illərdə Naxçıvanda yaşayıb-yaratması ədəbiyyat və incəsənətin
inkişafına öz töhfəsini vermişdir. 1958-ci ildə bu cəmiyyət
Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan Şöbəsinə çevrilmişdir.
Naxçıvanda ilk muzey 1924-cü ildə tarix-etnoqrafiya
muzeyi kimi təşkil olunmuşdur. Naxçıvan şəhər sakinləri
Balabəy Əlibəyov, Mirbağır Mirheydərzadə və başqa ziyalılar
qədim diyarımızda muzey yaradılması işinin ilk təşkilatçıları
olmuşlar. 1932-ci ildə Naxçıvan tarix və ölkəşünaslıq muzeyinə
çevrilən bu mədəniyyət müəssisəsi yenidən qurulmuşdur. Muzey
müəyyən illərdə Bəhruz Kəngərlinin adını daşımışdır. Keçən
əsrin 60-cı illərin sonundan isə Dövlət Tarix Muzeyi kimi
fəaliyyət göstərir. 1966-cı ilə qədər bu muzey Naxçıvan Muxtar
Respublikasında yeganə muzey kimi fəaliyyət göstərmiş, 1967-ci
il iyunun 12-də Naxçıvan şəhərində ədəbiyyat muzeyi
yaradılmışdır.
Muxtariyyətin yaranması kitabxana işinə, kitabxana
şəbəkələrinin formalaşmasına da öz təsirini göstərmişdir. Geniş
kitabxana
şəbəkələrinin
yaradılmasına
məhz
bu
illərdə
başlanılmışdır. Hələ 1922-ci ildə Xalq Maarif Komissarlığı
Naxçıvan Muxtar Respublikası – 90
tərəfindən təsis edilən Naxçıvan şəhər kitabxanasının bazasında
1930-cu ildə Naxçıvan Respublika Kitabxanası yaradılmışdır.
1933-cü ildə muxtar respublika kitabxanasının yanında qiraət
salonu təşkil edilmişdi. Kitabxanaya Naxçıvan şəhəri ilə bərabər
ətraf kəndlərdən də oxucular gəlirdilər. 1953-cü ildə Naxçıvan
Muxtar Respublika Kitabxanasına görkəmli yazıçı Məmməd Səid
Ordubadinin adı verilmişdir. 1960-cı ildə kitabxana hazırda
fəaliyyət göstərdiyi binaya köçürülmüşdür. 1935-1965-ci illərdə
muxtar respublika kitabxanası nəzdində uşaq kitabxanası şöbəsi
də fəaliyyət göstərmişdir. Bu şöbənin bazasında 1965-ci il
yanvarın 1-də muxtar respublika uşaq kitabxanası yaradılmış,
1978-ci ildə isə kitabxanaya görkəmli şair Adil Babayevin adı
verilmişdir.
1924-1940-cı illər arasında kitabxana, klub və mədəniyyət
evlərinin geniş şəbəkələrini yaratmaq sahəsində aparılan işlər
nəticəsini vermiş, 1940-cı ildə kitabxanaların sayı 73, klub
müəssisələrinin sayı 105 olmuşdur.
Ötən dövrdə muxtar respublikada xalça sənətini, xalq
rəqslərini, folklorumuzu yaşatmaq üçün bir sıra işlər həyata
keçirmişdir. Şərur yallı kollektivinin bu illərdəki fəaliyyəti diq-
qəti xüsusilə cəlb edir. 1929-cu ildə yaradılan kollektiv 1936-cı
ildə böyük səhnəyə qədəm qoymuşdur. 1938-ci ildə yallı
kollektivi Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və
incəsənəti ongünlüyündə iştirak etmişdir. Bu, kollektivin
Vətəndən uzaqlarda ilk uğurlu çıxışı kimi diqqəti cəlb edir.
Sonrakı illərdə, yəni 1970-ci ildən sonra isə kollektivin xarici
ölkələrə səfərləri daha intensiv olmuş, Moskva şəhərində, xarici
Naxçıvan Muxtar Respublikası – 90
ölkələrdə təşkil olunmuş festival və şənliklərdə uğurla çıxış
etmişdir.
Müharibə illərində muxtar respublikanın mədəniyyət və
incəsənət
işçiləri
xalqın
milli
və
mənəvi
dünyasını
zənginləşdirmək üçün öz fəaliyyətlərini daha fəal davam
etdirmişlər. Teatr, musiqi kollektivləri xalqımızda ruh yüksəkliyi
yaratmaq üçün daim maraqlı tamaşalar, konsert proqramları
hazırlamışlar. 1949-cu ilə qədər fəaliyyətini davam etdirən
Ordubad Dövlət Dram Teatrı da bu tədbirlərdə fəal iştirak etmiş,
vətənpərvərlik ruhunda tamaşalar hazırlamışdır. Bu illərdə ölkədə
teatrların təsərrüfat hesablı olaraq fəaliyyət göstərməsi bu teatrın
bağlanmasına səbəb olmuş, 1964-cü ildə isə rayonda Kazım Ziya
adına xalq teatrı fəaliyyətə başlamışdır.
1940-1950-ci illər arasında Naxçıvanda musiqi mədəniy-
yətində bir canlanma hiss olunmuşdur. Naxçıvanda fəaliyyət
göstərən tibb məktəbində, müəllimlər evində yeni musiqi
kollektivləri, orkestrlər yaradılmışdır. 1949-cu ildə məşhur tarzən
Hacı Məmmədovun Naxçıvanda yaşayıb-yaratması, tanınmış
bəstəkar Ağasi Məşədibəyovun Naxçıvana dəvət edilməsi musiqi
sahəsində səviyyəli kadrların yetişməsinə öz bəhrəsini vermişdi.
Hacı Məmmədovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı
ilk peşəkar ansambl kimi diqqəti cəlb edirdi.
1955-ci ildə Naxçıvan Dövlət Radio Komitəsinin nəzdində
xalq çalğı alətləri ansamblı yaradılmış və 1959-cu ildə isə
30 nəfərdən ibarət dövlət konsert briqadası təşkil olunmuşdur.
1963-cü ildə bu musiqi kollektivinə Naxçıvan Dövlət “Araz”
Mahnı və Rəqs Ansamblı adı verilmişdir.
Dostları ilə paylaş: |